Nədən Eltun Əliyev haqqında yazmaq istədim. Şəhid Eltunun babası babamgilin qonşusu olub. Tanış ünvan idi, haqqında nəsə yazmaq borcunda olduğumu hiss edirdim. II Qarabağ Vətən müharibəsi 30 ilin dərd-sərimizə məlhəm oldu. Doğrudur, müharibənin nə özü, nə də sözü məlhəm ola bilməz. Amma dərdimizin başqa əlacı yox idi. 44 günlük müharibə günlərində yüzlərlə, minlərlə Azəzrbaycan igidi adını milli tariximizə, Qarabağ tarixinə qızıl hərflərlə yazdılar. O, igidlərdən biri də Eltun Elnur oğlu Əliyevdir. Onun boya-başa çatdıran valideynləri – ailəsi ilə göröşüb söhbət etdim. Anasının dolmuş gözlərində oğlu Eltun Qəhrəman oğul kimi heykəlləşmişdi:
– Əsgəri xidmətə yola salanda hələ körpə olduğunu düşünürdüm. Əslində elə idi. Həyat, əsgərlik, sonra da döyüşlər balamı tez boya-başa çatdırıbmış. Cəbhə dostları onun haqqında danışdıqca oğlumun ucalmış boyunu, enli kürəyini gözümün önündə canlandırırdım. Əslində arıq, cılız bədəni vardı. Amma dostları onun haqqında danışdıqca elə bildim ki, əlimi uzatsam boyuna çatmaz. Amma dostlarının sözü ilə igid cüssəli sandığım oğlum şəhid olmuşdu, Vətən yolunda canını qurban vermişdi.
Atası Elnur bəy isə özünü zorla toxtaq tutmuşdu:
Təbiətcə sakit olan Eltun döyüşlərdə böyük cəsarət, qəhrəmanlıqlar göstərib. Eltunun nəşini komandiri və döyüş yoldaşları gətirmişdilər. Komandiri dedi ki, Eltun arıq, balaca canı ilə düşmənə qan uddururdu. sərrast atışı hesabına Ordumuz hər dəfə xeyli irəliləyirdi. Mən də bundan böyük fəxr duydum. Doğrudur, valideyn üçün bala dağı ağırdır, amma Vətən sağ olsun, Eltun kimi şəhid oğullarımızın, qazilərimizin hesabına bu qara ləkəni millətin üstündən silə bildik.
Bəli, söhbətdən anladım ki, dəfn mərasimində Eltunun səngər yoldaşları da iştirak ediblər, onun şücaətindən ürəkdolusu ilə danışıblar. Ailənin də özünü təmkinli aparmasına, bir toxtaq görünmələrinə səbəb dostlarının son ana qədər onunla olması idi. Ata-ana, kiçik qardaş bir-birini dinləyə-dinləyə Eltundan danışırdılar, söhbət zamanı unutduqları, həm də eşitdikləri igidliyindən dönə-dönə danışırdılar. Birini hıçqırıq boğanda digəri sözü davam etdirirdi. Mən isə dinləyir, kiçik qeydlər edirdim, fikrimdə isə bütün şəhidlər dolanırdı, Eltun isə sanki lap öndə idi. Qardaşı Fərid isə bütün kövrək hisslərini boğub danışırdı:
Eltunla təkcə qardaş deyil, həm də dost-həmdərd idik. Onunla aramızda cəmi bir yaş fərqimiz olsa da, demək olar ki, mənə böyüklük edib. Hazırda yaşadığımız balaca evimizi də Eltun alıb. Evi dolandıran ancaq Eltun idi. Telefon dükanında satıcı işləyirdi. Anası dolmuş gözlərini qapıya sarı dikib yenə dilləndi: Oğlum, igid oğlum Eltun uşaqlıqdan zəhmətkeş olub. Sonuncu dəfə danışanda məndən halallıq istədi. Dedim, oğul, ancaq qələbə ilə geri dön. Mənə dedi ki, “sağ-salamat qayıdım, balaca evimizi qardaşımla birgə işləyib böyüdəcəyik”. Sözarası öyrəndim ki, Eltunun valideynlərinin səhhətləri narahat olduğundan, ailəni, demək olar ki, dolandıran Eltun imiş. Fərid bu məqam dilləndi ki, telefonla danışanda məndən də halallıq istəsə də sözünü yarımçıq kəsmişdim. Amma bir neçə gündən sonra şəhidlik xəbərini eşidəndə arxam-dayağımın yox olduğunu hiss etdim. Qardaşımın itkisi ağır olsa da, fəxr edirəm ki, mən şəhid Eltunun qardaşıyam. Haqqında bəhs olunan Şəhid Eltun Əliyevin tərcümeyi halına nəzər saldım:
O, 2001-ci il avqustun 29-da Sumqayıt şəhərində anadan olub. 2019-cu ildə Sumqayıt şəhəri 24 saylı orta məktəbində təhsil alıb. Elə həmin ilin payızında da həqiqi hərbi xidmətə çağırılıb. Eltun cəbhənin Tərtər istiqamətində yerləşən “N” saylı hərbi hissədə – ön xətdə baş atıcı olaraq xidmət edib. Sərrast atıcılığına görə onun şəkli hərbi hissədə şərəf lövhəsinə vurulmuşdur. Sentyabrın 27-dən II Qarabağ Vətən müharibəsinə qatılıb. Eltun ən şiddətli döyüşlərin getdiyi Füzuli, Cəbrayıl və Suqovuşanda vuruşub. Hamı kimi Eltunun da bir amalı olub - işğal altında olan torpaqlarımızı yağı düşmənin tapdağından azad etmək! 19 yaşlı gənc əsgər Eltun Əliyev oktyabrın 16-da Suqovuşan uğrunda döyüşdə şəhid olub, namərd düşmənin gülləsinə tuş gəlib.
Şəhadətin mübarək, əziz dost! Sənin üzünü görməsəm də, tanımasam da, qəhrəmanlığınla, göstərdiyin şücaətinlə səni bütün gəncliyimizin dostu sandım. Eltun Əliyev 2021-ci il oktyabrın 23-də Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib. Prezident İlham Əliyev dekabrın 15-də Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Təltif olunanlar arasında Eltun Əliyev də var. Allah rəhmət eləsin! Babası Heydər Məşədi Cəlilin oğlu müəllim kimi yüzlərlə Vətən övladlarına dərs deyib. Vətən sağ olsun, müəllim baba!
Atilla Süleymanlı
“Respublika” qəzeti
Ələddin Allahverdiyev – 75
28.05.2022Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir
04.03.2022BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN... GÖYÇƏ ADLI İLAHİ SEVGİ...
19.02.2022Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi
29.01.2022Müəllimlərim haqda xatirələrim - Musa Kərimov
17.01.2022Səksəninci döngə
27.12.2021İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR
24.12.2021Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi
05.12.2021İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”
24.11.2021AŞIQ ABBASƏLİ NƏZƏROV
22.11.2021Altmış ilin sözə dönən anları
27.09.2021Şəhid qardaşıma məktub – Günay Vəlizadə yazır
Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Gülay Toldur.
08.09.2021UĞUR ƏNGƏL TANIMIR
07.09.2021Göyçə mahalının Basarkeçər rayonu İkinci dünya müharibəsində
02.09.2021Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Üzeyir Güleçdir.
02.09.2021Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Turğay Değrimencidir.
30.08.2021Sən özün bir kitabsan - Aygün Xəlilqızı yazır
07.08.2021Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirilib
06.08.2021"Dədə Ələsgər ocağı" İctimai Birliyinə professor Ələddin Allahverdiyevin təbrik məktubu.
17.07.2021Azərbaycan təbiəti və Aşıq Ələsgər
08.07.2021Aşıq Ələsgərin gürcü dilində şeirlər kitabı nəşr olunub.
30.06.2021Bağırovun NKVD "padvalında" döydüyü qatı bolşevikin dəhşətli aqibəti
08.06.2021Tbilisidə Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edilib
07.06.2021QƏRBİN QURUMUŞ GÜLLƏRİ, ŞƏRQİN DÖYÜNƏN QƏLBİ...
26.05.2021Ermənilərin QARAGÖL sevdası: "Xəritə üzərində o ərazilər Azərbaycanındır" - İki müəllimin SSRİ-nin fərmanına ÜSYANI
25.05.2021Dəmir yumruğun memarı Heydər Əliyevdir
10.05.2021Daşkənd kəndinin İkinci Dünya Müharibəsi Veteranları
09.05.2021Nazilə Gültacın şeirləri - İlahi, göylərə bir yuxu göndər.
19.04.2021"Adım Ələsgərdir, Göyçə mahalım!" adlı online bədii konfrans keçirilmişdir.
19.04.2021Azərbaycan Silahlı Qüvvələrinin zabiti Orxan Məmmədovu Səlcuq Bayraktar mükafatlandırdı.
06.04.2021GÖYÇƏYƏ AÇILAN PƏNCƏRƏLƏR...
30.03.2021AŞIQ ƏLƏSGƏRİN “YÜKÜM” RƏDİFLİ DİVANİSİNİN AÇIQLAMASI
29.03.2021Milli-mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş dahi sənətkar
21.03.2021Aşıq Ələsgərin vəfatı
07.03.2021Xocalı soyqırımı haqqında məlumat
26.02.2021Onu anasının dolmuş gözlərində gördüm
25.02.2021Aşıq Ələsgərin kötücəsi "OSCAR"-a layiq görüldü.
23.02.2021“Mən Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istəyirəm”!-Zahid Oruc
23.02.2021Başın sağ olsun, Vətən!
20.02.2021Azərbaycanlı əməkdar jurnalist vəfat etmişdir.
20.02.2021Sahib Alıyev: Nizami ilində Dədə Ələsgərin yubileyinin keçirilməsində mən bir rəmzilik görürəm.
19.02.2021Prezident İlham Əliyev "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.
19.02.2021Lirik etiraf və bədii özünüifadənin lakonik forması
18.02.2021 18.02.2021MİN BƏZƏKLİ XALIYDI GÖYÇƏ...
12.02.2021Erməni silahlıları Göyçənin Şorca kəndinin bütün kişilərini öldürürlər
09.02.2021Daun sindromlu müəllim Noelia
06.02.2021Qanun keşiyində dayanan idmançı
05.02.202140 min muzey sərvəti, 900-dən çox tarixi mədəniyyət abidəsi, 403 tarixi-dini məkan…
04.02.2021