Ermənilərin QARAGÖL sevdası: "Xəritə üzərində o ərazilər Azərbaycanındır" - İki müəllimin SSRİ-nin fərmanına ÜSYANI 

12:43 / 25.05.2021
Baxılıb: 5390

“Əkin yerlərinin hamısı Azərbaycana qayıdır. Bizikilər sevinir elə bilir Ermənistana girmişik, ermənilər də dəli olur elə bilirlər ki, Azərbaycan onların torpaqlarını işğal edir. Fakt odur ki, xəritə üzərində o ərazilər Azərbaycana məxsusdur”.

Qaragölün və ətraf ərazilərin Azərbaycana məxsus olması, 1977-ci ildə baş vermiş hadisələrlə bağlı yazını təqdim etdikdə araşdırmaya davam edəcəyimizi bildirmişdik. Ötən yazıda da qeyd etmişdik ki, ermənilərin həmin əraziyə iddiası əsassızdır. Onların Qaragöl və ətraf əraziləri sadəcə olaraq saxta yollarla ələ keçirmək niyyətləri olub. Lakin bu, Laçın camaatının ayıqlığı nəticəsində baş tutmayıb.

Laçın rayon təhsil şöbəsinin uzun müddət baş inspektoru olmuş Nizami İsmayılov 1977-ci ildə baş vermiş hadisələrin birbaşa şahidi olmuşdu. Bu yazıda isə Laçın rayonunun uzun zaman baş memarı vəzifəsində işləmiş, daha sonra (29 may, 1992 – 9 dekabr, 1992) Laçın rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləmiş Azər Məmmədov sənədlərin saxtalaşdırılmasından, Qaragöl ətrafında baş verən hadisələrdən bəhs edib.

Məntiq də onu deyir ki, əgər bir əraziyə iddia varsa, oranı qanuniləşdirmək istəyi yaranırsa, saxta sənədlər düzəltmək lazım gəlir. Qaragöl və ətrafındakı ərazilərlə bağlı da erməni tərəfinin etdiyi məhz bu olub. Zamanında ermənilər Mikoyanın xüsusi fəaliyyəti nəticəsində SSRİ rəhbəliyi Azərbaycanla Ermənistan sərhədlərinin müəyyən edilməsi üçün girinti və çıxıntıların ləğv olması barədə fərman vermişdi. Həmin fərmanı həyata keçirməyi isə Kortoqrafiya Baş İdarəsinin Tiflisdəki filialına tapşırıblar. Məxfi sənədləri məhz bu idarə çap edib.

Məxfi xəritələrlə işləmək səlahiyyəti olan Azər Məmmədov bunları deyir:

“Bizdə bir xəritə vardı. Xəritənin üzərində tamamilə məxfi yazılmışdı. Vəzifə dəyişəndə onu imzalayıb, növbəti şəxsə verilirdi. Bizdəki məxfi topoqrafik xəritə 1957-ci ilin idi. Fərmana əsasən girinti və çıxıntıları yerə köçürəndə, Tiflisdəki Baş İdarədə oturan ermənilər nə qədər əkinə yararlı yerlər var idi, onu kəsib Ermənistan ərazisinə qoyurdular. Bu mənada Qaragöl ətrafındakı əkin sahələri ermənilərə keçdi. Camaat narazılıq etdi. Ermənilərin əllərində 1970-ci illərin məxfi xəritələri idi. Köhnə məxfi xəritələrdə həmin ərazilər Azərbaycana, yenidə isə Ermənistana düşürdü. Bunu da SSRİ nazirlər sovetinin girinti və çıxıntıların ləğv edilməsi fərmanına əsasən edirdilər. Qanuna görə, yerdən xəritələr çəkiləndə həmin ərazidəki kolxozun, kəndin adamlarının ümumi qərarı nəzərə alınırdı. Əslində bunlar formal xarakter daşıyırdı. Həmin girinti-çıxıntıların ləğv edilməsi zamanı Qaragöl və ətraf əraziləri kəsib Ermənistana vermək istəyirdilər. O vaxt Qarıqışlaq kənd orta məktəbinin iki müəllimi – Çingiz Mehrəliyevİbiş Əsgərov patriot kimi bu məsələni Moskvaya şikayət etdilər. Bildirdilər ki, o ərazi bizim dədə-baba yerimizdir. Məsələni qaldırdılar, Moskvadan 1977-ci ildə komissiya gəldi və orda dava-dalaş oldu.

Ermənilər xəritəni sənədləşdirmək üçün hazır, dolduruluş blankları gətirib, kolxoz sədrlərinə möhür vurdururdular. Koloz sədrləri də, düşünürdü ki, dövlət sənədidir, ona görə oxumadan möhürləyirdilər. Ermənilər bizim bu mental məsələmizdən ustalıqla istifadə edib, sənədləşmə aparırdılar. Sənəd göstərdilər ki, kolxozun ümumi yığıncağının qərarı var. Kolxozdan soruşanda özləri də təəccüb edirdi ki, biz iclas keçirməmişik axı. Faktiki kolxoz sədrləri sənədlərə baxmazdılar. Bunu özüm də yaşamışam. Adi məktəb üçün bina tikmək lazım olanda, sənədləri hazırlayırdıq, kolxoz sədrini görəndə deyirdik ki, buna peçat vur. O da vururdu. Ermənilər bundan çox yaxşı istifadə etmişdilər. Sonra Çingiz və İbiş müəllimin sayəsində camaat ayağa qalxdı. Bundan sonra SSRİ rəhbərliyi məcburi ərazini qoruq etdi”.

Hazırkı baş verən proseslərə gəldikdə isə Azər Məmmədov bildirib ki, Azərbaycan əsgəri xəritə ilə doğru olanı edir:

“Ermənilər sənədləri yığsa da SSRİ dağıldığı üçün rəsmi sürətdə Moskvadan təstiq ala bilməmiş,  sənədləri hüquqi qüvvəyə mindirə bilməmişdi.

Azərbaycan tərəfi də qanuni xəritə üzərində GPRS-lə koordinatları təyin edib yerdə sərhəd çəkir. GPRS-lə aparılan iş nəticəsində ermənilərin bizdən aldığı torpaqlar avtomatik Azərbaycana qayıdır. Azərbaycan əsgərlərinin erməniləri qovması ilə bağlı görüntülərin yer aldığı video sosial şəbəkədə yayılmışdı. Həmin yerlər rəsmi olaraq Azərbaycan torpaqlarıdır. Sonradan saxta sənədlərlə, daha sonra isə zor gücü ilə Azərbaycandan almışdılar. Hazırkı xəritələr bizim o vaxt ərazinin dəyişilməməsi üçün mübarizə apardığımız xəritələrdir. Hüquqi sənəd odur. Ona görə də Şurnuxu, Zeybə, Qaragöldəki əkin yerlərinin hamısı Azərbaycana qayıdır. Bizikilər sevinir elə bilir Ermənistana girmişik, ermənilər də dəli olur elə bilirlər ki, Azərbaycan onların torpaqlarını işğal edir. Fakt odur ki, xəritə üzərində o ərazilər Azərbaycana məxsusdur”.

Kolxoz sədrlərinin məsuliyyətsizliyi torpaq itkisi ilə nəticələnə bilərdi. Ancaq iki müəllimin SSRİ-ni qarşısına alması, indi Azərbaycanı haqlı və əlini güclü çıxarır.

Söhbət etdiyimiz bir neçə Laçın ziyalısı Çingiz Mehrəliyev və İbiş Əsgərovun adının əbədiləşdirilməsini də təklif edirlər.

Səxavət Məmməd 


Etiket:
Xəbərlər

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025
Bütün xəbərlər