UĞUR ƏNGƏL TANIMIR

12:15 / 07.09.2021
Baxılıb: 3786

Fiziki və ya xəstəlikdən doğan qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan əlil şəxslərin hazırda cəmiyyətdə uğur qazanmaları çox da asan olmur. Ölkəmizin qanunvericiliyində əlillərin cəmiyyətə inteqrasiyası ilə bağlı kifayyət qədər geniş baza vardır. Ancaq təssüf ki, bəzən bu qanunlar işlək mexanizmlərə söykənmir. Azərbaycanın baş qanunverici sənədi olan Konstitusiyada qeyd olunub ki, “Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir”. Əlilliklə bağlı əsas prioritetləri özündə əks etdirən “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu”nun 20-ci maddəsində qeyd olunub ki, “Əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır”. Dövlət əlilliyi olan şəxslərin fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olması, evdə əməyin təşkili üçün lazımi şərait yaradır, iqtisadi fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə stimullaşdırıcı tədbirlər həyata keçirir, ədalətli və əlverişli əmək şəraitinə dair hüquqlarının digər şəxslərlə bərabər qorunmasına zəmanət verir. Hazırda Azərbaycanda 600 mindən çox əlilliyi olan şəxs vardır. Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi və məşğulluğunun təminatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öhdəliyindədir. Onların yaradıcılıq imkanlarının dəstəklənməsinə yardımçı olan Heydər Əliyev Fondunun adını da xüsusi qeyd etməliyik. Əlilliklərin böyük əksəriyyəti sosial, iqtisadi və ya siyasi amillər nəticəsində və ya qəza və silahlı münaqişələr zamanı ortaya çıxır. Əlillik insan vəziyyətinin elə bir hissəsidir ki, bizlər də qəza, xəstəlik və yaşlanma səbəbindən istənilən bir zaman əlil ola bilərik. Allah bunu bizlərə yaşatmasın, bu halda, vəziyyətdə olan şəxslərə isə Allahdan, dövlətdən, bəndədən kömək istəməkdən başqa çarəmiz yox. Əlilliyi olan şəxslərə baxan əzizlərinə, yaxınlarına isə Allah səbr, güc versin. Öz üzərində çalışan fiziki qüsurlu şəxslər daim uğurlara doğru irəliləyərək əlilliyin əngəl olmadığını bir daha təsdiq edirlər. Bu il keçirilən Tokio-2020 Yay Paralimpiya Oyunlarında idmançılarımızın uğurları bunun bariz nümunəsidir. İdmançılarımız bu yarışlarda 14-ü qızıl olmaqla 19 medal qazanaraq ölkəmizin ilk onluqda təmsil olunmasını təmin etmişlər.

Bu yazımızda da özünə inam hissi ilə yaşayan, istedad və qabiliyyətləri ilə seçilən belə çalışqan şəxslərdən biri ilə tanış olaq. Bacarıqlarını daim inkişaf etdirən, təkmilləşdirməyə çalışan, ictimai-mədəni həyatda artıq özünü uğurla təsdiq edən Həsənzadə Etibar Oktay oğlu daxilindən gələn güc sayəsində qısa müddətdə nailiyyətlər əldə edib. Diqqətə çatdıraq ki, bu insan fiziki məhdudiyyət üzərindən əzm və məharətlə adlayaraq öz uğur hekayəsinə çatmağı bacarmış, hətta bəzi tam sağlam adamlardan belə daha üstün keyfiyyətlərə malik olmuşdur. Bir insanın ki, fikri qüsurlu deyil, deməli, o fitri istedadlı, həyatsevər, çalışqan şəxs ola bilər. Sağlam düşüncəsi olan hər bir insan fitri istedad ola bilməz. Fitri istedadı Allah hamıya vermir. Bəli Etibar da belə bir şəxslərdəndir.

Kiçik yaşlarında qıcolma nəticəsində sağlamlığını itirən, 1-ci qrup əllilik dərəcəsi alan yazıçı illərdir əlil arabasına məhkum olub. 29 yaşında olan qəhrəmanımız Daşkəsən şəhərində dünyaya göz açmış, 2010-cu ildə Daşkəsən şəhər Anar Mürsəlov adına 2 saylı tam orta məktəbi bitirmişdir. Azərbaycan Yazıçılar Birliyinin, Avrasya Sanat Kültür, Edebiyat və Bilim Federasyonunun (ASKEF), Türkmen Edebiyatçı və Yazarlar Birliyinin, Anadolu Sanatçı, Yazar və Ozanlar Birliyinin (ANASAN) üzvü, İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvüdür. Onun ilk “Könlümlə söhbət”adlı ilk kitabı 2014-cü ildə işıq üzü görmüşdür. Daha sonralar “Duyğular dinsin", "Gecikmiş etiraf ", "Bir həyat romanı", "Sevgi bəstəsi", “Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi”, “Mən şəhid olacam, ana” və “Eşqin heykəli” adlı kitablarını qələmə alır. 2019-cu ildə ən böyük uğurlarından biri Prezident təqaüdçüsü adını qazanmağı olub.

Coşsun Vətən eşqi qəlblərimizdə,
Dalğalan bayrağım göylərimizdə.
Qürurla səslənsin qoy dilimizdə:
Qarabağ bizimdir-Azərbaycandır.

Etibarın sadə, gözəl, rahat dildə yazılmış şeirlərinə mahnılar da bəstələnmişdir. Onun "Qarabağnamə" (4 cilddə), "Unutulmayan Hocalım", "Bölgələrdən səslər", "Anasız, atasız dünyam", "Xocalı harayı və Əsirlikdən gələn səs", “Bir yandan boşalıb dolan dünyadır”, “Karabağdan, Kerkükden Çanakkaleye şiir seçkisi”, “Xarı bülbül”, “Sirli, sözlü Daşkəsən”, “Aprel döyüşləri”, “Dünya yalan Dünyadır”, “Türk illerinde çocukluk günleri”, “Qarabağ həsrəti”, “Vətən-şəhid əmanəti”, “Ömür yollarında”, “Misralar arasında”, “Qələbəyə gedən yol”, “Ana şeirləri” və başqa adlarını çəkmədiyimiz almanaxlarda, bir sıra ədəbi jurnallarda şeirləri və hekayələri dərc olunub.

Şeir, hekayə, esse, povest janrlarında yazan yazıçının əsərlərində Vətənə, insana, təbiətə sevgi, məhəbbət tərənnüm olunur.

Varlığım səninlə olubdur tamam,
Sənsiz bu həyatı var deyə sanmam.
Etibaram səndən dönməyim yox ki,
Nə qədər etsən də, ömrümü talan.

Əlbətdə ki, Etibara bu çətin yolda dəstək olanlar da olub. Qəhrəmanımızın söylədikləri: “Film izləməyi, dedektiv janrda kitablar oxumağı, musiqi dinləməyi sevirəm. Təbim gələndə şeir, hekayə, esse, povest yazıram.

Eşitmə və danışma əngəlli insanlar üçün şeirlərimə və bir mahnıma Jest (İşarət) dilində 5 klip çəkilib.

2015-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən "İstedad Sorağında" layihəsi çərçivəsində keçirilmiş müsabiqədə seçilmiş əsərlərim qalib olub.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev tərəfindən yaradıcılıq sahəsində əldə etdiyim nailiyyətlərə görə Diplomla təltif olunmuşam.

Azərbaycan KİVİHİ-nin rəyasət heyətinin qərarı ilə “Qızıl qələm” media mükafatı laureatı, “İlin Vətənpərvər Şairi”, “Xəlil Rza Ulutürk”, “Azərbaycan bayrağı”, “Ali Baş Komandan” və “Şərəf” media mükafatçısı olmuşam.

ASKEF və Qafqaz-Media İB tərəfindən verilən “Vicdanlı qələm”, “Qafqaz-Media”İB və Qafqaz-Media.Az İnformasiya Agentliyinin keçirdiyi sorğuya əsasən “İlin fəal yazarı-Best of the Best”, “Heydər zirvəsi”, “İlhamlı Azərbaycanım”, “Qızıl Kitab”, “Xarı bülbül” və sair diplom və medallarla, həmçinin bir sıra idarə və təşkilatlar tərəfindən Fəxri Fərman və Diplomlarla təltif olunmuşam. Bunlar mənim uğurumdur.

Həyatda mənə dəstək olan insanlar çox olub. İlk öncə dayım ruhani ilahiyyatçı – alim, rəhmətlik Əli Əkbər Həsənzadə, hörmətli alimilərimiz Paşa Qəlbinur və Nağdalı Zamanov, çox sevdiyim dəyərli sənətkarımız Flora Kərimova, Şahnaz Haşımova və digər dəyərki insanların adlarını çəkə bilərəm. Bu yolda mənə yol göstərən və kömək edən hər kəsə dərin təşəkkürümü bildirirəm”.

Həyata, sabaha daha parlaq ümidlərlə bağlanan Etibar Həsənzadə 2020-ci ilin iyun ayından Tovuz hadisələri başlayandan indiyədək “Qarabağ Azərbaycandır” adlı fərdi layihəsi üzərində işləyir. Qeyd edək ki, layihənin 44 nəfər iştirakçısı vardır. Bunlardan 30-u məktəblilər, 14 nəfəri isə aktyorlar və rejissorlardır. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin istedadlara öz əsərlərində Vətən müharibəsində qazandığımız şanlı qələbəni işıqlandırmaları ilə bağlı çağırışına Etibar da həvəslə qoşulub şeirlər, hekayələr yazib. Layihə çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrimizn aprel şəhidi Emin Bağırovun həyatı haqqında “Mən şəhid olacam, ana” kitabı da işıq üzü görüb və şəhidin ailəsinə, ölkə ictimayyətinə təqdim edilib.

O, “Uluslararası İdeal Barış Vakfı” tərəfindən “Uluslararası Barış Elçisi” statusuna da layiq görülüb. Bundan başqa şair Beynəlxalq Novruz Konfransında Milli Mədəni İrsimizdən – Novruz Bayramı məqaləsi ilə iştirak edib, sertifikatla təltif olunub.

Fiziki məhdudiyyətlərə baxmayaraq, Etibarın çox işlərin öhdəsindən gələ bilməsi digər əlilliyi olan şəxslərə motivasiya nöqteyi-nəzərindən gözəl bir nümunədir. Yazdığı əsərlərində həyata necə sevgi ilə bağlı olduğunu, əldə etdiyi uğurları, onun daxili aləmini, dünyaya baxışını gördükdə, dərindən anladıqda məlum olur ki, uğur fiziki sərhədlər tanımır. Geniş oxucu rəğbəti qazanaraq, həmyaşıdlarından fərqlənərək, özünə məxsus əsərləri və dəsti-xətti ilə Azərbaycan ədəbiyyatı tarixinə adını yaza bilib. 8 ildir yaradıcılıqla məşğul olan gənc, istedadlı şairə daha böyük uğurlara imza atmasını arzulayırıq.

Bu məqalə Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNIVERSAL DIZAYN” Müyəssərlik və Əlillik Adaptasiya Avadanlıqları MMC ilə əməkdaşlıqla Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Hamı üçün layiqli iş” layihəsi çərçivəsində elan edilmiş müsabiqədə iştirak etmək üçün hazırlanmışdır”

Pərvanə Fərhadqızı

 

 


Etiket:
Xəbərlər

TOXLUCA

01.06.2023

Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.

28.05.2023

GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ

25.05.2023

Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu

24.05.2023

Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

22.05.2023

QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)

15.05.2023

Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.

15.05.2023

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
 SUFİ ŞEYXİ
 MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

13.05.2023

KƏSƏMƏN
(Solaq)  

08.05.2023

Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında

08.05.2023

Naxçıvandan qurtuluşa gedən yol

06.05.2023

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.

28.04.2023

GÖYÇƏ MAHALI CİL KƏNDİ (Ərkacilli-Ərqavil)

24.04.2023

Aşıq Ələsgər yaradıcılığında divan ədəbiyyatına xas poetik fiqurlar

11.04.2023

31 Mart - unutmayacağımız tarix

31.03.2023

Basarkeçər rayonu Dərə kəndi.

30.03.2023

Göyçə Mahalı Daşkənd kəndi

13.03.2023

Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib

12.03.2023

İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR

10.03.2023

GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM

05.03.2023

Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"

04.03.2023

Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm

04.03.2023

Aşıq Ələsgər yaradıcılığında irfan məqamları

02.03.2023

Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.

01.03.2023

Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ

20.02.2023

Göyçə mahalı, Qaraiman kəndi

19.02.2023

Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi

19.02.2023

Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.

 

12.02.2023

Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR

06.02.2023

Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında

04.02.2023

 İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır. 

19.01.2023

Klassik şeirimizin xalq ruhunun Heyranı...

13.01.2023

Qərbi Azərbaycan İcması müraciət yayıb

12.01.2023

"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov

27.12.2022

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub

24.12.2022

Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik  

24.12.2022

Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik

24.12.2022

Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır

24.12.2022

Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı  Sərəncam imzaladı

16.11.2022

Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının təqdimat mərasiminin iştirakçılarına Ələddin Allahverdiyevin təbrik məktubu

11.10.2022

Kəsəmən məktəbinin məzunlarının 50 illiyi

30.06.2022

Ələddin Allahverdiyev – 75

28.05.2022

Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir

04.03.2022

BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN... GÖYÇƏ ADLI İLAHİ SEVGİ...

19.02.2022

Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi

29.01.2022

Müəllimlərim haqda xatirələrim - Musa Kərimov 

17.01.2022

Səksəninci döngə

27.12.2021

İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR

24.12.2021

Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi

05.12.2021

İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”

24.11.2021
Bütün xəbərlər