Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci ildə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü olaraq qeyd olunması haqqında Sərəncam imzalayıb. Bu Sərəncam mühüm tarixi hadisə olaraq, Soyqırımla bağlı hüquqi, ictimai və siyasi münasibət şəkillənməsi baxımından yeni mərhələ yaradıb.
1918-ci ilin mart ayının sonları, aprelin əvvəllərində, ən qanlı hadisələr etibarı ilə 30 mart - 03 aprel aralığında Bakı şəhərində və (o vaxtkı rəsmi adlandırma ilə desək) Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə azərbaycanlılara qarşı soyqırım aktı törədilib.
Günahsız azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi “Bakı Soveti” və daşnak erməni silahlı dəstələri tərəfindən xüsusi amansızlıqla icra edilib. Rəsmi qaynaqlara əsasən, bu soyqırım aktı nəticəsində ən azı 12 min azərbaycanlı vəhşiliklə öldürülüb, on minlərlə insan itkin düşüb.
Həmin qanlı hadisələrin şahidi olmuş Kulner soyadlı bir alman, 1925-ci ildə Bakı hadisələri haqqında belə yazırdı: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdi. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdi”. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da belə dəhşətli faktlardandır.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars, Arazın o tayı və digər bölgələrdə soydaşlarımızın qırğınının fəal iştirakçılarından biri – erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imiş” adlı kitab yazıb. Ovanes Apresyan kitabın müəllifi ilə söhbət vaxtı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını vurğulayaraq, yalnız Bakıda Mart qırğını günlərində 25 min azərbaycanlının qətlə yetirildiyini bildirib. Yeri gəlmişkən, qırğın törədənlərin özlərinin verdiyi rəqəmlə rəsmi qaynaqlar arasındakı fərq açıq-aydın göstərir ki, faktiki olaraq daha çox azərbaycanlı qətl edilib.
Vandallar insanları qətl etməklə yanaşı, abidələri, özəlliklə İslam dini abidələrini də viran edib. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər dini, tarixi, mədəniyyət abidələri yandırılıb, uçurdulub.
Cavanşir qəzasının 28, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi məhv edilib.
29 aprel 1918-ci ildə Gümrü yaxınlığında, əsasən qadın, uşaq və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü namərdcəsinə pusquya salınaraq son nəfərinədək qətl edilib.

Erməni silahlı dəstələri Zəngəzurda 115 azərbaycanlı kəndini məhv edib, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürüb. Bütövlükdə zəngəzur bölgəsi üzrə 10068 azərbaycanlı öldürülüb yaxud şikəst edilib, 50000 azərbaycanlı isə didərgin salınıb.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilib, kəndlər isə yerlə yeksan edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi məhv edilib.
Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci ildə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü olaraq qeyd olunması haqqında Sərəncam imzalayıb. Bu Sərəncam mühüm tarixi hadisə olaraq, Soyqırımla bağlı hüquqi, ictimai və siyasi münasibət şəkillənməsi baxımından yeni mərhələ yaradıb.
Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Tanrıdan rəhmət diləyirik. 44 günlük müharibədə qazandığımız Zəfərin bütün dönəmlərdəki şəhidlərimizin ruhunu şad etdiyinə inanırırq.
DÖVLƏTİMİZ VAR OLSUN!
MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva
Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025