Cil kəndi Göyçənin ən qədim yaşayış məskənlərindən biridir və onun binələşmə tarixinin izlərini eramızdan əvvəlki dövrlərdə axtarmaq lazım gəlir.
Göyçə gölünün şərqində, Krasnoselo rayon mərkəzindən(indiki Çam-barak qəsəbəsi) 28 kilometr cənub-şərqdə, sahilə yaxın bir ərazidə yerləşən bu kəndin oğuz türkü tərəfindən binələşdirilmə tarixinin qədimiliyini etiraf etsələr də, erməni alimləri bu tarixi mümkün qədər yaxın zamana çəkməyə müntəzəm cəhdlər etmişlər. Və bu cəhdlər o qədər gərgin və çılğın olmuşdur ki, erməni tarixşünaslığı hətta özü-özünü təkzib edən materiallar dərc etdirdiyinin fərqində olmamışdır.
Məsələn: Erməni Sovet Ensiklopediyasında(IX cild, səhifə 514) Cil kəndinin əsasının XII əsrdə qoyulduğu yazılsa da, Tarixi Abidələrin Qorunması və Bərpası üzrə Dövlət Komitəsinin rəsmi bülletenində(1965-ci il nəşri, səhifə 35) Cil kəndi ərazisindəki maddi mədəniyyət nümunələrinin eramızdan əvvəlki dövrə mənsubluğu birmənalı şəkildə qeyd olunur. Diqqət yetirdiyimiz ikinci məlumat həqiqəti, birinci isə ermənilərin qədim bir türk obasının tarixini öz xeyirlərinə təhrif etmək cəhdini əks etdirir. Bu isə o deməkdir ki, Cil kəndi Göyçənin ən qədim yaşayış məskənlərindən biridir və onun binələşmə tarixinin izlərini eramızdan əvvəlki dövrlərdə axtarmaq lazım gəlir.
1555-ci ilə dair sənədlərdə kənd Ərkəcilli(çox güman ki, bu toponim “ərkəc”+ “elli” leksemlərinin birləşməsindən yaranaraq, “tərs ərənlərin eli”, yaxud da “ərkəclərin yurdu” anlamına gəlirmiş) kimi təqdim olunur və Səfəvi Azərbaycan dövlətinin Qarabağ (Gəncə) bəylərbəyliyinin inzibati bölgüsünə daxil olan Göyçə mahalı kəndlərindən biri kimi xarakterizə edilir. 1723-cü ildə osmanlılar Göyçə hövzəsinə tam nəzarət imkanı qazandıqdan sonra tətbiq edilmiş bölgüyə əsasən Cil kəndi İrəvan əyalətinin Dərəçiçək nahiyəsinin inzibati vahidləri sırasına daxil edilmişdir ki, bu reallıq da rəsmi mənbələrdə əksini tapmışdır. Belə ki, 12 aprel 1728-ci ildə Şah Əhməd Mehmet xan oğlu tərəfindən təsdiqlənərək tuğralanmış “İrəvan əyalətinin icmal dəftəri”nin 113-cü səhifəsində bu kənd “Zod kəndi yaxınlığındakı Məzrəə nahiyəsi ilə sərhəd bölgədə yerləşən Ərgəvil kəndi” kimi təsniflənir.
Həmin vaxt Məzrəə nahiyəsinin sərhədlərinin cənubda Qazanlıqdərədən(Gözəldərə) başlayaraq şimalda Ərdanuca(Ardanış) qədər olan böyük bir arealı əhatə etməsi reallığını nəzərə aldıqda söhbətin məhz Ərkəcilli kəndindən, 1828-ci ildən sonra İ.Şopenin məlumatsızlığı səbəbiylə ermənilər tərəfindən təhrif edilərək Cil kəndi kimi təqdim etdilən yurd yerindən getdiyinə şübhə yeri qalmır. Həmin sənəddən o da bəlli olur ki, o zaman Ərgəvil kəndi timar qismində, yəni dövlət səlahiyyətlilərinin gəlirlərini təmin edən vergi ödəyicisi qismində Əhməd Osman oğlu adlı şəxsin mülkiyyətinə verilibmiş və kəndin illik vergisi 5675 ağça həcmində imiş. 1828-ci ildə yeni yaradılmış erməni vilayətinin idarəçiliyinə verilənə qədər Cilin sırf türk kəndi olmasını İ.Şopenin siyahıları da təsdiqləyir. Onun verdiyi məlumata görə, 1831-ci ildə Cildə 265 nəfər türk yaşayırmış. Erməni tarixçisi Z.Korkodyanm rəsmi sənədlərə istinadən verdiyi məlumata görə, bu göstərici 1886-cı il də 587, 1904-cü ildə 975, 1914-cü ildə 1035 nəfər olmuşdur.

1919-cu ilin martında Cil üç tərəfdən Basarkeçər, Çubuxlu və göl tərəfdən hücuma məruz qalmış, təxminən 12 gün davam edən şiddətli döyüşlərdən sonra əhali kəndi tərk edərək Şahdağ aşırımı ilə Azərbaycanın Gədəbəy rayonuna keçmiş, boş qalan kənd isə erməni quldurları tərəfindən talan edilərək yandırılmışdır. 1922-ci ildə kəndə qayıdanların sayı 697 nəfər, yəni 1914-cü ildəki əhalinin yarısı həddində olmuşdur. 1930-cu ildə sovetlərin tətbiq etdiyi yeni inzibati strukturlaşmaya görə Cil kəndi Basarkeçər rayonunun inzibati ərazisinə daxil edilmiş; 1937-ci ildə isə yeni yaradılmış Krasnoselo rayonunun inzibati idarəçiliyinə verilmişdir. 1931-ci ildə kənd əhalisinin sayı 1041, 1979-cu il siyahıyaalınmasının nəticələrinə görə isə 1490 nəfər idi. 1988-ci ildə Ermənistan dövləti tərəfindən həyata keçirilən soyqırımı zamanı kəndin bir sakini 1911-ci il təvəllüdlü Mustafayev İbrahim Məmməd oğlu döyülərək qətlə yetirilmiş, 1800 nəfər əhali məcburiyyət qarşısında qarlı dağ aşırımları ilə Azərbaycan ərazisinə keçmişdir. Kəndin adının dəyişdirilməsi barədə məlumat yoxdur.
Tədqiqatçı-jurnalist: Salman VİLAYƏTOĞLU.
Təqdim etdi: İlqar İSMAYIL
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025