Rəsmi sənədlər isə Toxlucanın Göyçə mahalının ən böyük və sürətlə inkişaf edən kəndlərindən biri olduğunu təsdiqləyir.
Göyçə gölünün şimal-şərqində, Çənbərək qəsəbəsindən 24 km. cənub-qərbdə, sahilə yaxın bir dərədə yerləşmiş bu kənddəki IX əsrə aid qalayabənzər tikilinin, eləcə də V-VII əsrlərə aidliyi şübhə doğurmayan oğuz məzarlığında 1988-ci ilə qədər toxunulmamış qalan kitabələrin qalıqları bu yurdun oğuz türkləri tərəfindən binələşdirilməsinin azı 2000 illik tarixinə şəhadət verən maddi sübutlardır. Erməni mənbələrində isə kəndin adına ilk dəfə XIX əsrin əvvəllərində, yeni yaradılmış erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə mahalında o zaman yaşayış üçün yararlı sayılan 59 kəndin İ.Şopen tərəfindən tərtib edilmiş siyahısında rast gəlinir. Rəsmi sənədlər isə Toxlucanın Göyçə mahalının ən böyük və sürətlə inkişaf edən kəndlərindən biri olduğunu təsdiqləyir.
Belə ki, rəsmi statistikaya görə Toxluca əhalisinin sayı 1831-ci ildə 296, 1873-cü il də 466, 1886-cı ildə 681, 1897-ci ildə 935, 1914-cü ildə 1373 nəfər olmuşdur. Və təbii ki, kəndin həm qədim tarixə malik olması, həm də sürətli inkişafı daşnak ideoloqlarının diqqətindən yayınmamış və onlar Toxlucaya qarşı daha aqressiv olmuşlar. Buna baxmayaraq Toxluca kəndi Ararat Respublikası deyilən faşist rejimi zamanında nəinki Göyçədə, ümumən Ermənistan miqyasında ən az itki verən kənd olmuşdur. Daşnakların bu kəndə ilk hücumu 1918-ci ilin noyabrında Çubuxlu istiqamətindən olmuşdur. Toxlucaya qədər artıq Qəməsar və Harunlu kəndləri tam viran qoyulduğundan ermənilər Toxlucada psixoloji qələbəyə daha çox ümid bəsləyirdilər və kənd əhalisinin müqavimətsiz təslim olacağını gözləyirdilər. Amma...Topal Oruc və Cığal Məmmədin rəhbərlik etdiyi özünümüdafiə dəstələri nizami daşnak ordusuna ciddi müqavimət göstərdi və ermənilərin Toxlucaya girmək planı tam iflasa uğradı.
Təbii ki, bir həftədən çox davam edən döyüşlər itkisiz də ötüşmədi və bu, kənd sakinlərinin ovqatında müəyyən tərəddüdlərə səbəb oldu. 1919-cu ilin əvvəllərində kəndi tərk edənlər vardı və bu reallıq özünü statistik rəqəmlərdə də göstərir: həmin vaxt kənd əhalisinin sayı 1916-cı ildəki göstəricidən xeyli aşağı düşərək, 1190 nəfər həddinə qədər azalmışdı.
Ermənilərin Toxlucaya növbəti hücumu 1920-ci il yazın sonlarında oldu. Bu dəfə ermənilər iki istiqamətdən-həm Çubuxlu, həm də Şorca istiqamətindən hücum etdikləri üçün hərbi sürsat sarıdan korluq çəkən özünümüdafiə dəstələri uzun müddət müqavimət göstərə bilmədilər və cüzi itkilərlə kəndi tərk edərək kompakt şəkildə Gəncə qəzasının dağlıq zolağının 5-ci sahəsinə çəkildilər. Göyçənin şimal kəndlərində bu cinayətlər törədilərkən Azərbaycanda artıq sovet hökuməti qurulmuşdu. Amma Göyçənin şimal kəndlərinin, o cümlədən Toxlucanın da o zaman rəsmən Azərbaycanın inzibati bölgüsünə daxil olması kimi real fakta əsla məhəl qoyulmurdu.
Başqa sözlə, Azərbaycanın bolşevik hökuməti də Demokratik Cümhuriyyət rəhbərliyinin biganəlik siyasətini davam etdirirdi. Və elə bu biganəlik də öz məntiqi nəticəsini verdi: 1918-ci il Batumi razılaşmasına əsasən Azərbaycanın nəzarətində olan Göyçə kəndləri, yəni Göyçə gölünün şimal və şimal-şərq sahillərindəki türk obaları 1920-ci iin noyabrında Ermənistan Sovet Sosialist Daşnak Respublikasına pay verildi. 1922-ci ildə Toxlucalılar elliklə geri qayıtdılar ki, bu qürurgətirici tarixi reallıq da rəsmi sənədlərdə öz əksini tapıb: 1176 nəfər. 1919-cu ildə kənddən didərgin salınmış 1190 nəfər və 1922-ci ildə qayıdan 1176 nəfər. Bu müqayisənin özü Toxlucadakı söz və əməl birliyinə şəhadət deyilmi? Toxluca ağsaqqallarının nüfuzu, elatı yaşatmaq fərasəti, elin birliyini təmin etmək qüdrəti göz önündədir. Və bu birliyi, bu bütövlüyü toxlucalılar sonrakı 70 ildə də layiqincə nümayiş etdirdilər. 1922-ci ildən 1930-cu ilin sentyabrına qədər Toxluca Basarkeçər nahiyəsinin inzibati bölgüsünə, 1930-1937- ci illərdə Sevan rayonunun inzibati bölgüsünə, 1937-ci ildən sonra isə Krasnoselo rayonunun inzibati bölgüsünə daxil edilib. Amma... ermənilərin Toxlucanın əzəli sahiblərinə psixoloji təzyiq vasitəsi kimi düşündükləri bu plan, inzibati pressinq, yəni ermənilərin inzibati dairələrdə üstünlüyünü təmin etməklə türk əhalini perikdirmək niyyəti baş tutmadı; bu oyunbazlıqlar toxlucalıların yurd sevgisinə əsla xələl gətirmədi, əksinə onların müqavimət əmsalını qat-qat artırdı.
1979-cu il siyahıyaalınmasının nəticələrinə görə Toxluca etnik tərkibi etibarı ilə sırf türk kəndi kimi səciyyələnirdi və əhalisinin sayı 2632 nəfər idi. Kənddə mədəniyyət evi, ambulatoriya, aptek, məişət xidməti mərkəzi, ərzaq və sənaye malları mağazaları, rabitə şöbəsi və avtomat telefon stansiyası, orta məktəb və texniki peşə məktəbi, xalçaçılıq fabriki fəaliyyət göstərirdi.
1988-ci ildə Ermənistan hökumətinin rəsmi Moskvanın dəstəyi ilə həyata keçirdiyi deportasiya zamanı kənd əhalisi qovuldu, əmlakları dövlət səviyyəsində talana məruz qaldı. Ermənistan Respublikası Ali Sovetinin 9 aprel 1991-ci il tarixli qərarı ilə Toxluca toponimi “Draxtik” sözü ilə əvəzlənmişdir.
Tədqiqatçı-jurnalist: Salman VİLAYƏTOĞLU.
Təqdim etdi: İlqar İSMAYIL
“NUR ÇEŞMƏSİ” ADLI KİTABA RƏY
04.10.2023BABACAN
03.10.2023Xankəndidə torpaq satan dəli qadın
23.09.2023ŞAİR SALMAN QARALAR
22.09.2023Qərbi Azərbaycan İcmasından
21.09.2023BASARKEÇƏRDƏN NEVADAYA QƏDƏR
14.09.2023RƏŞADƏTLİ RƏŞADƏT
13.09.2023HƏSRƏTİN POETİK QEYDLƏRİ
13.09.2023ƏLLİ YAŞIN İŞIĞINDA
09.08.2023ZOD
06.08.2023DAİM AXTARIŞDA OLAN NƏCİB, YARADICI İNSAN
27.07.2023SONA İSMAYILOVA : FILOLOGIYA ELMLƏRI DOKTORU NƏZAKƏT MƏMMƏDLININ 23 ILLIK ƏZIYYƏTI BƏHRƏ VERDI
04.07.2023NƏRİMANLI (HÜSEYNQULUAĞALI)
20.06.2023QƏRİB MƏZAR
13.06.2023SARIYAQUB
06.06.2023TOXLUCA
01.06.2023Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.
28.05.2023GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ
25.05.2023Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu
24.05.2023Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
22.05.2023QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)
15.05.2023Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.
15.05.2023SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)
KƏSƏMƏN
(Solaq)
Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında
Naxçıvandan qurtuluşa gedən yol
06.05.2023Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.
28.04.2023GÖYÇƏ MAHALI CİL KƏNDİ (Ərkacilli-Ərqavil)
24.04.2023Aşıq Ələsgər yaradıcılığında divan ədəbiyyatına xas poetik fiqurlar
11.04.202331 Mart - unutmayacağımız tarix
31.03.2023Basarkeçər rayonu Dərə kəndi.
30.03.2023Göyçə Mahalı Daşkənd kəndi
13.03.2023Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib
12.03.2023İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR
10.03.2023GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM
05.03.2023Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"
04.03.2023Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm
Aşıq Ələsgər yaradıcılığında irfan məqamları
02.03.2023Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.
01.03.2023Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ
20.02.2023Göyçə mahalı, Qaraiman kəndi
19.02.2023Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi
19.02.2023Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.
Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR
06.02.2023Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında
04.02.2023İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.
19.01.2023Klassik şeirimizin xalq ruhunun Heyranı...
Qərbi Azərbaycan İcması müraciət yayıb
12.01.2023"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov
27.12.2022Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub
24.12.2022