BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

22:00 / 10.12.2023
Baxılıb: 7352

Göyçə gölünün şərqində, Basarkeçərdən (Vardenis şəhəri) 5 kilometr şimalda, dəniz səviyyəsindən 1969 metr yüksəklikdə olan düzənlik bir ərazidə yerləşən bu kəndin ərazisindəki Xll əsrə aid məzarlıqda 1988-ci ilə qədər toxunulmamış qalan qəbirüstü kitabələr; eləcə də alban mədəniyyəti
nümunəsi olduğu şübhə doğurmayan və üzərində konkret tarix “881-ci il” sözləri həkk olunmuş abidə oğuz türkünün Böyük Məzrədə məskunlaşmasının azı 1500 illik tarixindən xəbər verən maddi sübutlardır.

1555-ci ilə dair sənədlərdə Böyük Məzrə kəndi Səfəvi Azərbaycan dövlətinin Qarabağ (Gəncə) bəylərbəyliyinin inzibati vahidlərindən biri kimi səciyyələndirilir. 1578-ci ildə Sultan III Murad Səfəviləri yenərək Göyçə hövzəsinin şərqindəki bir neçə kəndə nəzarət imkanı əldə etsə də, 1590-cı ildə tərtib olunmuş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndən bəlli olur ki, Böyük Məzrə osmanlıların nəzarət dairəsinə düşməmişdir.

1723-cü ildə isə növbəti Səfəvi - Osmanlı qarşıdurması səfəvilərin Göyçə hövzəsini bütünlüklə itirməsi ilə nəticələnmiş və osmanlıların tətbiq etdiyi yeni inzibati bölgüyə əsasən Göyçə hövzəsində 4 nahiyə təşkil edilmişdir ki, bunlardan biri də inzibati mərkəzi Böyük Məzrə kəndi olmaqla Məzrəə nahiyəsi adlandırılmışdır. 1728-ci ildə Əhməd şah Mehmet xan oğlu tərəfindən təsdiqlənərək tuğralanmış “İrəvan əyalətinin icmal dəftərinin 15-ci səhifəsində Məzrə kəndinin sultan xəzinəsinə illik vergisinin 8795 ağça həcmində müəyyənləşdirildiyi barədə qeyd aparılmışdır.

1826-1828-ci illər Rusiya - İran, Türkiyə - Rusiya müharibələri zamanı Böyük Məzrəyə ciddi ziyan dəyməmiş və kəndin adı yeni yaradılan erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə hövzəsində o zaman yaşayış üçün yararlı sayılan 59 kəndin İ. Şopen tərəfindən tətrtib olunmuş siyahısında 50-ci sırada yer almışdır. Erməni tarixçisi Z.Korkodyan isə birmənalı şəkildə göstərir ki, Göyçənin ən iri yaşayış məntəqələrindən olan Böyük Məzrə kəndi XIX əsrin 90-cı illərinə qədər sırf türk kəndi olmuşdur.

Belə ki, rəsmi statistikaya görə burada 1831-ci ildə 593, 1873-cü ildə 956 türk yaşamışdır. 1897-ci ildə isə kəndin 1370 nəfər türk, 124 nəfər erməni sakini varmış. 1914-cü ildə bu göstərici müvafiq olaraq 1900 və 234 nəfər həddinə qədər artmışdı. 1918-ci ilin noyabr-dekabr qırğınları zamanı kənd müvəqqəti olaraq boşaldılmış, 1919-cu ilin aprel qırğınları zamanı isə kəndin türk əhalisi sonuncu nəfərinə qədər qovulmuş və həmin ilin yayında buraya Türkiyənin Alaşgerd vilayətindən erməni qaçqınlar gətirilmişdir.

1922-ci ildə Böyük Məzrənin əzəli sahiblərinin dördən biri, təxminən 572 türk öz yurduna qayıtmışdır. 1931-ci ildə kəndin 1199 nəfər erməni, 867 nəfər türk əhalisi olmuşdur. 1979-cu il siyahıyaalınmasının nəticələrinə görə, Böyük Məzrənin türk əhalisinin sayı 2469 nəfər idi.

1988-ci il noyabrın 24-dən dekabrın 6-na qədər “Krunk”un silahlı dəstələrinin hücumuna məruz qalan Böyük Məzrə türkləri çox böyük çətinliklə qarlı dağ aşırımları ilə Azərbaycana keçmişlər. Hadisələr zamanı kəndin iki sakini - 1932-ci il təvəllüdlü Əvəz Məhəmməd oğlu Orucov və 1934-cü il təvəllüdlü Tariyel Əhməd oğlu Əhmədov milli münaqişə zəminində aldıqları xəsarətdən vəfat etmiş, əhalinin varidatı rəsmi dairələrin fitvası ilə talan edilmişdir. Talanlara Böyük Məzrədə
doğulub böyümüş, 1988-ci ildə Vardenis rayon Daxili İşlər İdarəsinin rəisi işləyən Boxyan şəxsən rəhbərlik etmişdir.

Ermənistan Respublikası Ali Sovetinin 9 aprel 1991-ci il tarixli qərarı ilə Böyük Məzrə toponimi ləğv edilərək, kənd “Mets Masrik” adlandırılmışdır.

Tədqiqatçı-jurnalist: Salman VİLAYƏTOĞLU.

Təqdim etdi: İlqar İSMAYIL

 


Etiket:
Xəbərlər

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025
Bütün xəbərlər