QOŞABULAQ

15:00 / 06.02.2024
Baxılıb: 6412

QARABUDAR-QARAKÖYNƏK

Göyçə gölünün şərqində, Basarkeçər kəndindən (indiki Vardenis şəhəri) 8 km. şimal-şərqdə, dəniz səviyyəsindən 2023 metr yükçəklikdə yerləşmiş bu kəndin indiki mövqeyindən təxminən 600-800 metr cənubdakı qədim məzarlıqdakı oğuz - alban mədəniyyəti nümunələri: V-VI əsrlərə aid qəbirüstü kitabələrin və IX-X əsrə aid edilən məbədin qalıqları Qoşabulağın azı 2000 illik tarixinə şahidlik edən maddi sübutlardır. 1555-ci ilə dair sənədlərdə kəndin adı Qoşabudar şəklində göstərilir və onun Səfəvi-Azərbaycan dövlətinin Qarabağ (Gəncə) bəylərbəyliyinin inzibati bölgüsünə daxil edildiyi bildirilir. 1578-ci ildə Sultan III Murad Səfəviləri yenərək Göyçə gölünün şərqindəki kəndlərin bir qisminə nəzarət imkanı əldə etdikdən sonra tətbiq edilmiş inzibati bölgüyə əsasən Qoşabudar kəndi İrəvan əyalətinin Ordubad qəzasının Zar nahiyəsinin inzibati vahidləri sırasına daxil edilmişdi.

1595-ci ildə tərtib olunmuş “İrəvan əyalətinin icmal dəftəri”ndə kəndin adı “Qarabudar” kimi göstərilib və onun timar qismində, yəni hökumət səlahiyyətlilərinin gəlirlərini təmin edən vergi ödəyicisi qismində Murad Şəmsəddin oğlu, Mahmud Murad oğlu və Əli Şəmsəddin oğlu adlı şəxslərin istifadəsinə verildiyi barədə müvafiq qeydlər aparılıb. 1723-cü ildə osmanlılar Göyçə gölü hövzəsini tam nəzarətə götürdükdən sonra tərtib olunmuş və 12 aprel 1728-ci ildə Əhməd şah Məhmət xan oğlu tərəfindən təsdiqlənmiş “İrəvan əyalətinin icmal dəftərində isə kənd İrəvan əyalətinin Zarzəmin nahiyəsinin inzibati vahidlərindən biri kimi təsniflənib və adı “Qaraköynək” kimi təqdim olunub.

Sənədin 16-cı səhifəsində aparılmış qeydlərdən o da bəlli olur ki, həmin vaxt Qoşabulağın sultan xəzinəsinə illik Ödənci 1959 ağça həcmində müəyyənləşdirilibmiş. 1800-cü ilə dair sənədlərdə isə kənd İrəvan xanlığının Göyçə mahalının Qoşabulaq kəndi kimi təqdim olunmuşdur. Erməni mənbələrində isə Qoşabulaq kəndinin adına ilk dəfə 1831-ci ildə, yeni yaradılmış erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə hövzəsində o zaman yaşayış üçün yararlı sayılan kəndlərin İ.Şopen tərəfindən tərtib edilmiş siyahısında rast gəlinir. Bu siyahıda 39-cu sırada yer alan Qoşabulağın əhalisinin sayı rəsmi sənədlərə görə 1831-ci ildə 117, 1873-cü ildə 316, 1886-cı ildə 419, 1897-ci ildə 456, 1914-cü ildə 672 nəfər olmuşdur.

1919-cu ilin aprelində Andronikin quldur ordusunun Göyçədə həyata keçirdiyi qətliamlar zamanı kənd bütünlüklə talan olnunmuş, əhalinin sağ qalan hissəsi Cavanşir qəzasının dağlıq zolağına pənah aparmışdır. 1922-ci ildə sovet hökumətinin təhlükəsizlik barədə zəmanətindən sonra kəndə qayıdanların sayı cəmi 387 nəfər, yəni 1914-cü ildəki əhalinin yarısı həddində olsa da, az müddət sonra növbəti repressiyalar nəticəsində müntəzəm şəkildə azalaraq 1926-cı ildə 291 nəfər təşkil edirdi. 1979-cu il siyahıyaalınmasının nəticələrinə görə kənd əhalisinin sayı 1743 nəfər olmuşdur.

1988-ci il noyabrın 24-dən etibarən Ermənistan hökumətinin təhriki ilə hərbi aksiyalara başlayan “Krunk”un silahlı quldur dəstələri dekabrın 7-nə qədər Qoşabulağı mühasirədə saxlamış, bu hadisələr zamanı kənd 3 şəhid vermişdir: 52 yaşlı Əliyev Firudin Alı oğlu və 9 yaşlı Abbasova Rüxsarə Əli qızı aldıqları fiziki xəsarət nəticəsində vəfat etmiş, 1950-ci il təvəllüdlü Cəfərov Tapdıq İsmayıl oğlu isə elektrik cərəyanı ilə qətlə yetirilmişdir.

Əhali bütövlüklə qovulmuş, kəndin varidatı talan edilmişdir. Ermənistan Respublikası parlamentinin 9 aprel 1991-ci il tarixli qərarı ilə Qoşabulaq toponimi “Şadcrek” sözü ilə əvəzlənmişdir.

Tədqiqatçı-jurnalist: Salman VİLAYƏTOĞLU.

Təqdim etdi: İlqar İSMAYIL


Etiket:
Xəbərlər

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025
Bütün xəbərlər