Vətən təəssübü, yurd ağrısı çəkən, körpəlik, uşaqlıq, gənclik, qocalıq illərinin şirinliyini itirənlərin ahından asılmışdı Göyçə, Qaraqoyunlu!
Gəncə şəhərində Basarkeçər rayonu Qaraqoyunlu kənd sakinləri və Qaraqoyunlu kökənli gənclərlə “DAN ULDUZU” şadlıq sarayında Növruz bayramı düzənləndi.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
Qaraqoyunlularla görüşdə doğma yurd-yuvalarımızı vəsf etmək üçün
ən gözəl sözlər belə, aciz qalmışdı. Vətən bağlılığı və sevgisi sözlə ifadə edilməyəcək bir məfhumdur.
Vətən təəssübü, yurd ağrısı çəkən, körpəlik, uşaqlıq, gənclik, qocalıq illərinin şirinliyini itirənlərin ahından asılmışdı Göyçə, Qaraqoyunlu!
Gözü bir-birinin üzündə olan Qaraqoyunluların, hamının qəlbindən keçənləri nisgil dolu gözlərindən aydınca oxuyurdu. Bir-birimizdən qopmayaq, ayrılmayaq, yadlaşmayaq.
Göyçə torpağı sözünü-sovunu uca tutan, Ərlər və Ərənlər yurdudu!
Göyçə mahalı, Qaraqoyunlu kəndi ona şərəf və şöhrət gətirən neçə-neçə qüdrətli övladları ilə bərabər həm də Rübail Nəsibovun adında, ünvanında tanınır.

Basarkeçər rayon Qaraqoyunlu kənd icmasının İdarə Heyətinin üzvü, tanınmış iş adamı Rübail Nəsibov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Qaraqoyunlularla görüşün əlamətdar bir dövrə təsadüf etdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz ölkəmizin ərazi bütövlüyünü tam təmin edib, Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xankəndidə üçrəngli, ay-ulduzlu bayrağımızı dalğalandırıb, xalqımıza böyük sevinc yaşadıb.
Bununla da tarixi ədalətin tam bərpa olunduğunu, bütün məcburi köçkünlərin doğma el-oba, yurd həsrətinə birdəfəlik son qoyulduğunu diqqətə çatdıran Rübail Nəsibov Göyçə, Zəngəzur, İrəvan, Dərələyəz həsrətli soydaşlarımızın da belə bir sevinc yaşamasını arzuladı. O, Qərbi Azərbaycan İcmasının yenidən təşkilatlanmasından, yeni inzibati bina ilə təmin olunmasından, Prezident İlham Əliyevin öz doğum günündə İcmanın binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşməsindən, orada səsləndirdiyi fikirlərdən, tarixi torpaqlarımıza qayıtmaq üçün qarşıya qoyulan hədəflərdən, həyata keçirilən siyasətdən də geniş söhbət açdı. Bildirdi ki, nəyi necə, nə zaman etməli olduğunu yaxşı bilən dövlət başçısı İlham Əliyev indiyə qədər xalqına verdiyi bütün vədləri yerinə yetirib və tarixi torpaqlarımıza dinc şəkildə qayıdışımızın təmin olunması ilə bağlı səsləndirilən fikirlər, verilən vədlər də mütləq həyatda öz təsdiqini tapacaq. Və bizlər də öz elimizə, obamıza doğma Qaraqoyunlumuza qayıdacağıq.

Basarkeçər rayonu Qaraqoyunlu kənd İcma sədri Tahir Kərimov Qaraqoyunlu kəndinin tarixindən, yetişdirdiyi şəxsiyyətlərdən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması üçün Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində iştirak edən, öz sahəsində fəaliyyəti ilə dövlətçiliyin daha da güclənməsinə töhfə verən, hər sahədə böyük uğurlar qazanan Qaraqoyunlulardan danışdı. Vurğuladı ki, Birinci və İkinci Qarabağ müharibəsində kəndimizdən 200-yaxın nəfər iştirak edib, onlardan 17-i nəfər şəhidlik zirvəsinə ucalıb. İcma sədrinin sözlərinə görə, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində iştirak edərək qəhrəmanlıq nümunəsi göstərənlər müxtəlif orden və medallarla təltif olunublar.

Tibb elmlər doktoru, professor Firuz Nəsibov Qaraqoyunlu kənd sakinlərinin elmə, təhsilə bağlı olduqlarını da diqqətə çatdırıb. Bildirib ki, hazırda yüzlərlə Qaraqoyunlu sakini müxtəlif elmi sahələrdə çalışır, peşəkar həkim kimi vətəndaşların sağlamlığının, peşəkar müəllim kimi təhsilimizin keşiyində dayanır. O, təhsilə, elmə, özünü inkişaf etdirməyə olan marağın bu gün Qaraqoyunlu kökənli gənclər tərəfindən davam etdirildiyini, yaxşı bir ənənənin qorunub saxlanıldığını vurğuladı.

Texnika üzrə fəlsəfə doktoru, dosent Aqşin Kərimov, hər il qəbul imtahanlarında iştirak edən və tələbə adını qazananlar arasında Qaraqoyunlu kökənli gənclərin sayının çox olmasını qeyd etdi. Həmin gənclərin sadəcə Qaraqoyunluların deyil, ümumən Azərbaycanın fəxri olduqlarını, gələcəkdə daha böyük uğurlara imza atmaqla və peşəkar fəaliyyətləri ilə xalqımıza, dövlətçiliyimizə, milli maraqlarımıza şərəflə, ləyaqətlə xidmət edəcəklərinə əminlik ifadə etdi.
Sonra QAİ Basarkeçər rayon icma sədrinin müavini İlqar İsmayıl çıxış edərək, İcmanın fəaliyyəti və qarşısında duran vəzifələr, Qaraqoyunlu kənd icmasında yeni yaradılan bölmələr və təyinatlar, həmçinin görüləcək işlər barədə də ətraflı məlumat verdi.
Görüşdə Qaraqoyunlu kənd icmasının digər üzvləri; Nəsibov Nəsir, Həsənov Həsən, Kərimov Cavanşir, Mahir Kərimov, Qəhrəmanov Məhərrəm, İlyas Məmmədov, Ceyhun Əliyev, Şəmsəddin Bayramov, Qəhrəmanov Nadir, Ağayev Möhsüm, Nəsibov Famil, Hacıyev Rəhman, Hüseynov Vüqar, Qurbanov Əmrah, Kərimov Rəşid, Qurbanov Müsahim, Kərimov Nəvai, Nəsibova Şəfiqə, Qəhrəmanova Aybəniz, Zeynalova Südabə, Salmanova Afaq, Şəlalə Vilayət qızı, Cahanova Solmaz, Ağayeva İfadə, Nəsibova Bəsti, Kərimov Yasib, Alməmmədov Elçin, Orucov Gürzalı, Hüseynov Ağəli, Nəsibov Abdulla, Bayramov İsgəndər, Hacıyev İsmayıl, Nəsibov Yaqub, Nəsibov Sənhan, İsmayılov İlham, Nağıyev Sövdar, Kərimov Aqil, Hüseynov Səməd, Hüseynov Mədəd, və digərləri
çıxış edərək öz fikirlərini bildirdilər.
Görüşdə iştirak edən gənclər də özlərini təqdim edərək, təhsil aldıqları istiqamət, ixtisasları, fəaliyyətləri, gələcəyə dair arzuları və planları barədə danışaraq, belə bir görüşün təşkilinə görə səmimi minnətdarlıqlarını ifadə etdilər.
İlqar İSMAYIL
Goyce.az
















Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025