Şairi, yazıçını, qələm əhlini, bir sözlə yazı adamını bir bənd şeirindən, bir sətir yazısından tanıyarlar. Elə götür müəllifin bir bənd şeirini, bir sətir yazısını həm müəllifi tanıyacaqsan və könlündən keçsə, ürəyin istəsə, həm də müəllifi oxuculara tanıdacaqsan.
Ulu Öndər təsadüfən demirdi: “...İndi isə, şübhəsiz, bizdə təhsilin tam əksəriyyəti Azərbaycan dilində gedir. Ancaq bir var ki, Azərbaycan dilində oxuyursan, bir də var ki, dilin incəliklərini bilirsən, Azərbaycan dilində yüksək səviyyədə söz deyə bilirsən, fikrini ifadə edə bilirsən, nitq edə bilirsən. Bu, hələ bizdə çox çatışmayan bir sahədir”. Bu sahənin inkişafına hər kəs öz payını verir, Allaha məxsus nitq və dil saraylarının qurulmasında hər kəs öz kərpicini qoyur. Vay o gündən ki, bu möhtəşəm sarayda adına kərpic olmaya, itə-bata düşə. Yox, mən bu sarayda Çiçək Mahmudqızının payına düşən kərpicləri görürəm. O kərpiclərin yeri möhkəm! O sarayı Allah yaşatdıqca Çiçək kərpicləri də orada qalacaq!
Dilçilikdə köməkçi nitq hissələri deyilən bir bölüm var. Bu nitq hissələri Çiçək poeziyasında əsas nitq hissəsi səviyyəsinə yüksəlir. Təkcə “axı” ədatının köməyilə və bu ədatı təkrarlamaqla ciddi ekspressivlik qazandıra bilir:
Çiçək arzum soldu axı,
Hicran uzun yoldu axı,
Gecə səhər oldu axı,
Qürubum-danım hardasan?!
Sinonimlərdən yerindəcə istifadə, şeirin məna gücünü artırmaq yolunda yararlanmaq Çiçək Mahmudqızının poeziyasına xüsusi çalarlar verir:
Gündüzlər gizlicə, gecələr xəlvət...
Pünhanı sevgiyəm, xəlvəti səsəm...
Nədən incimişdin, kimdən küsmüşdün...
Xəlvəti sevgimsən, gizli sözümsən...
Bahardır gəl ataq möhnəti, qəmi...
Hər doloy, cığırda ayaq izlərin...
Nə belə odlanmaz, belə alışmaz.
Sənsiz bu dünyada qəribəm, ögey.
Azərbaycan ozan sənətinə Çiçək Mahmudqızı sevgisinin haradan qaynaqlandığı “Saz ha deyil, ürəyimdi çaldığın” rədifli şeirdə apaydın görünür. Çiçək sazı canlılaşdıra, sirri-xuda kimi təqdim edə bilir:
O cansız varlıqsa, belə danışmaz,
Nə belə odlanmaz, belə alışmaz.
Bir sirri-xudadır, Çiçək baş açmaz
Bircə şeydi, vallah, ölüb qaldığım
Saz ha deyil, ürəyimdi çaldığın.
Təkrarlar Çiçəyin dilində yorucu təkrarlar kimi yox, şeirin gücünü artıran vasitə kimi təqdim olunur:
Leyli pərvanələr oduma gəlmir,
Küsgün xatirələr dadıma gəlmir,
Adın, rəngin, ətrin yadıma gəlmir,
Qalmayıb başımda huş gözün aydın.
Xalqın qan yaddaşında daşlaşmış məfhumlar frazeologizm şəklində Çiçək poeziyasında özünə layiqli yer alır:
Qışın qurd ağzından çıxarım səni,
Həsrətin yoluna düzüm bənövşə.
Çiçək yaradıcılığı poetik ifadələrin bolluğu ilə seçilir. Oxucunu bir laləzarlıqdan digərinə apara bilmək və bu vaxt onu yormamaq şeirin və şairin gücüdür. Ən gözəl şeir, ən gözəl yazı dilin təbiiliyini, şirinliyini saxlayandır! Ən gözəl şeir xalqın bütün təbəqələrinin anladığıdır! Ən gözəl şeir milli dünyagörüşü bulaqlarından qidalananlardır:
Bu gül könüllərə xaniman qurdu
Bu gülə bir kümə tikən olmadı.
Bu gül də bir tanrı nişanəsidi
Bu gülü köksünə çəkən olmadı.
Bilirdim bu sevda məni nə vaxtsa,
Tapıb diri-diri qovuracaqdı.
Bağlama üzümə könül qapını
Mənim o könüldə məzar yerim var.
Harda qu yanğılı oxuyan olsa,
Bil ki, o qu mənəm son nəfəsimdə.
Səhərin şeh öpən yanağıyam mən
Tanrının eşq adlı sınağıyam mən.
Çiçək Mahmudqızı poeziyasında klassik irsimizin bu gün də davam etdiyi məlum olur. Belə ki, Füzulidə də, Çiçəkdə də dərdə münasibət, Allah dərgahına gedən yolda dərdə münasibət eyni səslənir.
Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,
Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim.
(Füzuli)
Dərd ağladır gülürəm,
Dərd olmasa ölürəm,
Mən ölməyi bilirəm,
Göylərdə batmaq öyrət.
Çiçək Mahmudqızının şeirlərində arxaik adlandırılan, amma xalqın yaddaşında daşlaşmış ifadələr yerindəcə işlənir:
İsmarıcım var deyəsi
Hardasan könül yiyəsi.
Vaxtilə əlifbamızda olan sığır nun deyilən “n” hərfi düzgün tələffüz olmayanda mənada ciddi dəyişiklik baş verir. “Sənnən” rədifli gəraylı tipli şeirdə:
Niyə səndən doyammıram,
Heç susmayır dilim sənnən.
Nədən belə gözəl olur,
Bu çəkdiyim zülüm sənnən.
Çiçək düşünür ki, vətənin daşı anlamında vətəndaş, sirrini aça bildiyin mənasında sirdaş varsa, niyə də “könlündən keçəni bölmək” anlamında könüldaş ifadəsi olmasın:
Könüldaşım, hər könlümdən keçəni
Sənin ilə bölmək üçün darıxdım.
Həsrətin nə şirin, ay könüldaşım,
Dadından məst olub havalı başım.
Cavabını gözləmədən qarşı tərəfə ünvanlanan suallar – ritorik suallar sözün təsir gücünü dəfələrlə artırır. Məhz bu ritorik suallara da Çiçək şeirlərində az təsadüf olunmur:
Bu sevgidə nə savabdı, nə günah
Görən sevənləri sevirmi Allah?!
Məqalənin sonunda şekspirşünas alim, şair Ənvər Rzanın Aşıq Şəmşirə həsr etdiyi bir bəndi xatirlamaq yerinə düşər:
Söz atını vurub selə, daşqıra
Tapdaq yoldan üz döndərib, sapıb o.
Çiçək Mahmudqızı da tapdaq yolla getməyən, çətin, keçilməz, amma şərəfli, sevimli yolu ilə gedən şairdir. Oxucularını heyranlıqda qoya biləcək yeni poeziya yarpaqları yaratmaq yolunda şairə sağlam uzunömürlülük diləyilə!
Nağdəli Keştəkli (Zamanov)
Azərbaycan Tibb Universitetinin dosenti,
tibb üzrə fəlsəfə doktoru,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun doktorantı
İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025