Ardanışlı Aşıq Niftalı ilə bağlı əhvalatlar ( Məcid Kərbəlayi Yusif oğlu İbrahimovun və Oruc Hasan oğlu Bayramovun (Qaçağın Orucunun) 1987-ci ildə lentə alınmış söhbətindən )
Birinci əhvalat 1933-cü ildə Çətindərə yaylağında baş verib.
Gədəbəyin Saratovka kəndi tərəfdə, Çətindərə yaylağına Aşıq Hüseyn Bozalqanlı toya dəvət alıbmış. Necə olursa, Aşıq Hüseyn toy evinə çox gecikir. Yaylaq əhli məsləhət görür ki, Ardanışdı Aşıq Niftalıyı gətirsinlər, toyu başdasın, Aşıq Hüseyn də harada olsa gələcək, yəqin ki, səbəbsiz gecikməyib, nəsə vacib iş çıxıb. Niftalı meydanı təcəzə qızışdıranda Aşıq Hüseyn Bozalqanlı özünü yetirir və toy sahibindən üzrxahlıq edir və üstəlik də xahiş edir ki, onun gəldiyini aşığa bildirməsinlər. Sakitcə bir tərəfdə oturub qulaq asır. Təsadüfdən həmin vaxt Aşıq Niftalı Bozalqanlı Aşıq Hüseynin sözlərini oxuyurmuş. O qədər gözəl oxuyur ki, camaat heyran olur. Bozalqanlı Hüseyn üzünü Aşıq Niftalıya tutub deyir: “ Ay cavan aşıq, bu oxuduğun sözlər kimindi, verərsənmi mən də öyrənim? Arabir çöl-bacada zümzümə edərəm ”. Aşıq Niftalı onun kim olduğunu bilmirmiş, sadəcə toya dəvət olunanlardan biri hesab edir. Qayıdıb ki, ay dayı, oxuyanda bu sözlərin qol-qabırğasını mən sındırdım (əslində təvazökarlıq edərək belə deyib), qorxuram ki, bir az da sən sındırasan, Aşıq Hüseyn Bozalqanlı eşidib atamızı yandıra ”. Bu sözdən sonra Aşıq Hüseyn Bozalqanlı kimliyini söyləyir və Aşıq Niftalının alnından öpərək, - ustadına bərəkallah! - deyir.
İkinci əhvalat Tovuz rayonunda baş verib.
Aşıq Niftalının cavan vaxtları imiş. Cilli Aşıq Yunus Niftalı ilə birlikdə Gəncəbasar bölgəsindəki kəndlərdən birinə toya çağırılır. Toydan geri qayıdarkən, payızın soyuq günlərinin birində Qovlar qəsəbəsinə çatan məqamda axşam düşür və burada gecələmək qərarına gəlirlər. Kənddə yığnaq görüb həmin səmtə gəlirlər. Sən demə, burada toy imiş. Ağsaqqallardan bir neçəsi qərara alırlar ki, gələn aşıqlar (Aşıq Yunus və Aşıq Niftalı nəzərdə tutulur.) da toya təşrif buyursunlar. Toyun aparıcısı olan aşıqdan icazə istəyir o, etiraz etmir. Lakin aşıqlar məclisə daxil olan kimi “ sancmağa ” başlayır. Haradan olduqlarını soruşur və Niftalı deyir ki, Göyçədənik. Peysər sarıdan bol olan bu aşıq cavabında deyir: “ A bala, kəndinizdə kolxoz varmı?
Aşıq, bəli var, - deyə Niftalı cavab verir .
- Bəs onda niyə gedib mal-qaraya ot vermirsiniz?
Aşıq - Kəndimizin ot səbətləri iridir, bizim gücümüz çatmaz, sənin kimi güclü adam lazımdır.
Aşıq oturub çay içir və gələn aşıqların oxumağına qulaq asmaq istəyir. Hələ o qədər də tanınmayan Aşıq Niftalı Aşıq Yunusun icazəsi ilə birinci başlayır. Elə bir zəngulə vurur ki, aşıq əlində stəkan durub baxır. Niftalının zənguləsi bitər-bitməz Aşıq Yunus zəngulənin davamı olaraq başlayır oxumağa. Oxuyan zaman “ Ağsaq Qarabağı ” havası üstündə həm də gözəl və ağıryana rəqs edirmiş. Toy əhli onlar üçün nəmər olaraq 600 manat pul yığır. Aşıq Yunusu tanıyanlardan biri yekəpər aşığın qulağına pıçıldayır ki, meydandakı göyçəli Aşıq Yunusdur. Toyu aparmaq üçün dəvət olunan isə Borçalı bölgəsindən Aşıq Sadıq olur və qayıdır ki, - Aşıq Yunus, mən səni tanıdım, bu cavan oğlanla (Aşıq Niftalını nəzərdə tutur.) zarafat eləmək istəyirdim, xətrinə dəyməsin. Artıq “ öz payını ” alan aşığa baş qoşmağa ehtiyac yox idi. Yığılan nəməri (600 manatı) Aşıq Niftalı Aşıq Sadıqa verir, lakin Aşıq Sadıq, çox minnət-xahişdən sonra bu pulların Niftalıda qalmasına nail olur.
Üçüncü əhvalat. (1940-cı il, Qarakilsə)
Aşıq Niftalı Ardanış kəndində aşıq-şair kimi tanınan Kərim Mahmud oğlu (Kərim Sinədəftər) və şagirdi Aşıq Kərim Paşayevlə Borçalının Qaratəklə kəndinə toya gedir. Hər ikisi Aşıq Niftalının şagirdi olub. Məclis başlayan məqamda bir nəfər əlində dəftər içəri girir və üzünü Aşıq Niftalıya tutub deyir ki, mən şairəm, siznən deyişəcəyəm. Aşıq Niftalı cavab verir ki, ay qardaş, biz ifaçı aşıqlarıq, biz yaradıcı (yəni şeir yazan) aşıq deyilik. Həmin adam əl çəkmir ki, yox deyişməliyik, ya da sazınızı verməlisiniz. Kərim Niftalıya xəlvətcə pıçıldayır ki, icazə ver bununla deyişim. Niftalı ona acıqlanır və qəlyanını yandırıb mağardan çölə çıxır. Bir neçə dəqiqədən sonra qayıdıb görür ki, bayaq şairəm deyib meydan oynadan həmin adam Kərimin qarşısında dili topuq çalır. Bir qədər də keçdikdən sonra ağsaqqallardan biri vəziyyəti görüb “ şair ” həmkəndlisini məclisdən qovur və deyir ki, sən bunun şəyirdinə cavab verə bilmirsən, ustadı ilə nə danışa bilərsən?
Dördüncü əhvalat. (1945-ci il, Qazax şəhəri)
1945-ci ilin fevralında Qazaxda qospitalda yatırdım. Müalicədən sonra mənə bir aylıq məzuniyyət verib evə buraxdılar. Gördüm ki, vağzalın yanında Niftalı üzü mənə tərəf gəlir. Yaralanmışdı, boynu sarıqlı idi. O da kəndə qayıdırmış. Hal-əhval tutduq. Bu vaxt Qazaxın milis rəisi Budaqov Qurban özünü yetirdi. Sən demə Niftalının burada olduğundan xəbər tutubmuş. Biz tələsirdik ki, kəndə tez çataq. Rəis çox xahiş elədi ki, Aşıq Niftalı, bilirəm, sən çayxana aşığı deyilsən. Ancaq yolüstü çayxanada bir-iki ağız oxu, camaatın belə vaxtında buna ehtiyac var. Hardansa saz gətirdilər və Niftalı başladı oxumağa. Bizdən əvvəl çayxanada iki aşıq “ meydan sulayırdı ”. Niftalı oxuyanda onlar əyləşib qulaq asdılar. Gördüm Niftalı arada mənim üzümə baxıb gülə-gülə oxuyur. Heç nə başa düşmədim. Sən demə, aşıqlar aradan çıxıbmış və o buna işarə vururmuş.
Beşinci əhvalat. Borçalı mahalında baş vermiş bu əhvalatı ardanışlı Aşıq İmran Xəlilov söylədi.
Aşıq Niftalı Borçalı mahalının kəndlərindən birində toyda imiş. Həmin kənddə aşıqlar çox olmasına baxmayaraq, toya Göyçədən aşıq dəvət olunması onlara bərk toxunur və qərara alırlar ki, Aşıq Niftalını pərt vəziyyətdə qoysunlar. Aşıqları tanıdığı üçün özləri Aşıq Niftalıya sual (sifariş) vermirlər. Sazdan-sözdən başı çıxmayanın birisini öyrədirlər ki, Aşıq Niftalıya sifariş verib desin ki, Aşıq, bir “ Körpüqulağı ” havası çal-oxu. Həmin adamın heç xəbəri də yox imiş ki, belə hava ümumiyyətlə yoxdur. Aşıq Niftalı məsələni dərhal başa düşür, sifarişçinin verdiyi 10 manatı cibinə qoyur və deyir ki, bacıoğlu, bir hava “ zakaz ” veriblər, onu oxuyum, sonra sən deyən havanı oxuyaram. Razılaşırlar.
Aşıq Niftalı bir hava oxuduqdan sonra özü quraşdırdığı bir hava oxuyur və qurtaran kimi soruşur: “ Bacıoğlu, bu da sənə “Körpüqulağı ”! Necəydi, xoşuna gəldimi? ” Cavabında – Sağ ol, aşıq, əlaydı, - eşidir. Aşıq Niftalı eyhamlı şəkildə gülərək məclisdəki aşıqlara baxır və məsələni anladığına işarə vurur. Aşıqlar özləri pərt vəziyyətdə qalmalı olurlar. Bu əhvalatı Kərim əmi (Aşıq Kərim Paşayevi nəzərdə tutur.) mənə danışmışdı.
Altıncı əhvalat. Aşıq Niftalının Növrəs İmanla görüşü (Aşıq Niftalının şagirdi Aşıq Kərim Paşayev söyləmişdir)
Aşıq Niftalı mənə başına gələn maraqlı əhvalatlardan çox danışmışdı, bəzilərinin isə mən şahidi olmuşam. Ustadım danışırdı ki, Göyçə aşıqlarından ikisi Ardanışa gəlmişdi. Mənim də Aşıq Quludan təzəcə dərs alıb qayıdan vaxtlarım idi. Dədəm Kərbəlayi İsmayılla məclisə getmişdim. Aşıqlardan biri kök, biri isə arıq və cavan idi. Onlar “ Qurbanın nağılı ”nı danışırdılar. Niftalı da Aşıq Quludan bu nağılı yazıb götürübmüş. Görür ki, kök aşıq nağılı onun yazdığı kimi danışır, cavan aşıq isə bir qədər fərqli sözlərlə. Aşıq Niftalı atasına bu barədə pıçıldayır. Atası deyir ki, axıra qədər qulaq asaq. Axırda sualımı verəcəyəm. Nəhayət, nağıl bitir və Kərbəlayi qayıdır ki, aşıq, mənim oğlum Niftalı da “ Qurbani dastanı ”nı ustadı Aşıq Quludan yazıb götürüb, sən danışdığın kimidir. Ancaq bu cavan aşıq danışdığı ayrı cürdür. Bunun hansı düzdür? Cavan aşıq dərhal qayıdır ki, Kərbəlayi, mən nağılı danışanda özümdən də sözlər uydurub deyirdim, əslində Aşıq Qulu öyrətdiyi kimidir. Niftalının danışığına, çalğısına və ifasına heyran olur və onun gələcəyinə inandığını bildirir. Burada barələrində söhbət gedən kök aşıq - Aşıq Musa, arıq və cavan aşıq isə Növrəs İman imiş.
Mənbə: Əli Vəliyev,Vaqif Kərim. " Göyçə mahalının Ardanış kəndi " kitabından
“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ