Şəxsiyyət

23:30 / 10.01.2018
Baxılıb: 1276

Böyük dövlət adamı, Azərbaycan səhiyyəsinin qurucusu Əziz Məmmədkərim oğlu Əliyevin 120 illik yubiley günlərinə iki ildən də az bir müddət qalır. Bütöv həyatı, fəaliyyəti, yaşam tərzi insanda qürur hissi yaradan bu böyük insanın həyatı, fəaliyyəti, dövrü, yaradıcılığı haqda 1997-ci ildə bir monoqrafiya ilə ona olan məhəbbətimi ifadə eləməyə çalışdım. Onu şəxsən tanıyan, bir yerdə çalışan, hətta həkim kimi qayğısını çəkdiyi çox adamlarla görüşdüm, Azərbaycan və Dağıstan arxivlərində işlədim. Çoxlu faktlarla üzləşdim, bacarığım və imkanım daxilində oxuculara təqdim elədim. O vaxtlar 1996-cı ilin, təqribən desək, avqust-sentyabr aylarında Prezident Aparatından Əziz Əliyevlə bağlı kitab yazmaq sifarişi aldım. Bu iş 1997-ci ilin 1 yanvarına qədər, yəni Əziz Əliyevin doğum gününə- 100 illik yubileyinə qədər başa gəlməli idi. Təbii ki, vaxt çox qısa idi. Görüləcək işlərsə həddindən çox idi. İlk anda bu işin öhdəsindən gəlmək mənə fantastik dərəcədə mümkünsüz göründü. O vaxtlar Prezident Aparatında müşavir vəzifəsində çalışan Hidayət müəllimlə görüşlərimiz oldu. Yenə deyirəm, vaxt olduqca qısa idi, məni sözün bütöv mənasında vaxt sıxırdı. Köhnə dostum, tanınmış şair Hidayət Orucovla lə çox götür-qoy elədik, uzun proseslərin qısa yolla həlli planlarını araşdırdıq. İşə başladım, gecə-gündüz axtarışlar, gecə-gündüz yazı masasının arxasında oturmaq öz bəhrəsini verdi. Mən, osmanlılar demiş, bu konuda iki böyük insanın adını çəkmək istəyirəm. Azərbaycan xalqının çox uca bir ağsaqqalı, dövlət adamı Həbib Həsənovun və yaxın dostum Lahuti Əliyevin. Hər ikisi dünyasını dəyişib, hər ikisinə tanrıdan rəhmət diləyir, torpaqları yüngül, ruhları şad olsun, -deyirəm. Bu iki böyük insanın sayəsində mən Əziz Əliyevin ailəsiylə, yaxın qohumlarıyla yaxınnan tanış oldum. Əziz Əliyevin bütün ev arxivlərini, ailə fotolarını mənə etibar etdilər. Mən Azərbaycan xalqının ailə modelinin bütün üstünlüklərinə layiq olan, millətə şərəf sayılacaq bu böyük ailənin ağsaqqallığına, ziyalılığına, aristokratlığına heyran qaldım, yüksək dəyərlərə sahib olmağının dəfələrlə şahidi oldum. Əziz Əliyevin böyük oğlu, professor, Tibb İnstitutunun müəllimi Tamerlan Əliyevin, kiçik oğlu, akademik Cəmil Əliyevin necə dəyərli ziyalı olduqlarını gördüm. Təbii ki, bu ailədəki ziyalılıq da, yüksək dəyərlərə sahiblik də böyük ailə məktəbinin, şəxsən Əziz Əliyev şəxsi töhfələriydi. O, insanlardakı sadəlik əsl böyüklük dəyərləridi. Tamerlan müəllimə də, xanımı Tamilla xanıma da tanrıdan rəhmətlər diləyib, övladlarına, nəvələrinə can sağlığı, uzun ömür arzulayıram.Əziz Əliyevin ailəsi əsasən həkimlər ailəsidi. Həkimlik bir şəcərə, dinastiya kimi bu ailənin sadəcə insanlara xidmət görəvləridi. Bu ailənin nüvəsindən iki yol, iki qanad paralel keçir. Həkimlik, həkimliyin nüvəsində isə ictimai xadimlik. Təbii ki, «Əziz Əliyev dövrü, həyatı, şəxsiyyəti» adlı kitabda bütöv bir epoxa, insanlar, insanlıq, təzadlı zaman bacardığım tərzdə öz əksini tapıb. Əziz Əliyevin həyatı, dövrü, şəxsiyyəti tarixi aspektdə verilib, araşdırılıb. Mən bu kiçik yazıda bu ailənin şaxələnmiş qol-budaqlarına aid, ixtisasca həkim olan Sona xanımın, Qurban müəllimin adlarını da yad eləmək istərdim. Gedənlərə rəhmət, qalanlara can sağlığı olsun, -deyə. İstərdim ki, Əziz Əliyevin adı, şəxsiyyəti, həyatı, ailəsi barədə söhbət gedəndə hörmətli oxucu bir anlığa özünü düşüncə burulğanında hiss eləsin. Göz önünə bir neçə yüz illik olmuşları gətirsin, erməni vəhşətini, vandalizmini yenidən yaşasın. Qədim yurdlarımızı xatırlaya bilsin, mənəviyyatımızda, mədəniyyətimizdə yaşayan, yuxularımızın baş şəhəri İrəvanı görə bilsin. Məhz Əziz Əliyevlər ailəsi yüzminlərlə yurd göynəyi görmüş ailələrdəndi, kürəyində, ürəyində ağrı bitirən insanlardandı. Bayaq dedim ki, bu kitab çox qısa müddətdə yazıldı, ictimaiyyətə təqdim olundu. Təbii ki, mənim bu kitabda deyə bildiklərim, deyə bilmədiklərimnən çox-çox azdı. Bu kitabın yeni, təzələnmiş, latın əlifbasıyla nəşrinə çox böyük ehtiyac var. Onu da deyim ki, «Əziz Əliyev həyatı, dövrü, şəxsiyyəti» kitabı ilə əlaqəli çoxlu zənglər almışam, yeni-yeni adamlarda görüşmüşəm. Hələ deyiləcəklər çoxdu. Bu kitabın yazılmasında Əziz Əliyevin öz əliylə yazdığı tərcümeyi-hallar bir mənbə kimi mənə çox kömək oldu. Mənə elə gəlirdi ki, özü haqdakı kitabı o özü tərcümeyi hallarında yazmışdı. Mən bir müəllif kimi tərcümeyi-halın sətirləri arasındakı yerlərə zamanı və sözü montaj elədim. Bunu tam səmimiyyətimnən deyirəm. Mən bu yazıda sözümün sonunda bir həqiqəti də oxucuların ixtiyarına vermək istəyirəm. Kitabın nəşrinnən sonra Dövlət müşaviri Hidayət müəllim məni yanına çağırdı, dedi ki, təbrik eləyirəm, kitabı Prezident, zati-aliləri Heydər Əliyev bəyənib. Kitabın xüsusi nüsxəsi Heydər Əliyevə əvvəlcədən təqdim olunmuşdu. Prezidentin müsbət rəyinnən sonra kitabın tirajı, yəni 2000 nüsxə çap edilmişdi. Daha sonra Prezident Hidayət müəllimə zəng açıb (Hidayət müəllim deyir ki, Prezident Aparatında işlədiyi müddətdə bu zəng Prezidentin ona ilk zəngi olub) 2000 nüsxə az deyilmi,-deyə soruşub. Nəşri artırmaq olarmı, -deyib. Beləliklə 3000 nüsxə əlavə tirajla buraxılıb. İndi mənə olduqca xoşdu ki, bu kitab böyük Dövlət xadimi -ümummilli liderimiz Heydər Əliyevin «senzurası»nın süzgəcinnən də keçmişdi.Tahir Talıblı, Əməkdar jurnalist

Etiket:
Xəbərlər

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025
Bütün xəbərlər