Azərbaycandilli mətbuat Ermənistanda qadağaya məruz qalanda, Bakıda erməni dilində qəzet və jurnallar çıxıb

12:00 / 16.04.2019
Baxılıb: 2648

Azərbaycandilli mətbuat Ermənistanda qadağaya məruz qalanda, Bakıda erməni dilində qəzet və jurnallar çıxıb. Azərbaycan sovet mətbuatı haqqında danışarkən, əzəli və əbədi torpaqlarımız olan, ulu yurdumuzda, himayədarlarının yardımı ilə qurulmuş Ermənistan respublikasında həmvətənlərimizin nəşr etdiyi mətbu orqanlardan da bəhs etməliyik.

Bu, həm ümumi Azərbaycan sovet mətbuatının tam mənzərəsini yaradar, həm də həmkarlarımızın fədakar əməyinə ehtiram olardı. Digər tərəfdən də, Azərbaycanda nəşr olunan mətbu orqanlar bu və ya digər dərəcədə araşdırılsa da, bu fikri Sovet Ermənistanında çıxan mətbu orqanlarına şamil etmək olmur. Odur ki, bu barədə bir qədər ətraflı bəhs etmək, yerinə düşərdi. İrəvanda çap olunan anadilli mətbuatımızın ilk tədqiqatçısı İsrafil Məmmədov yazır: "XIX əsrdə orada yaşayan azərbaycanlıların ana dilində heç bir qəzeti, dərgisi olmayıb”.

Əslində, 1920-ci ildə İrəvanda azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyi dövrdə də Azərbaycan dilində qəzet nəşr etdirmək mümkün deyildi. Tanınmış jurnalist Məmmədəli Nasir hələ 1918-ci ildə daşnakların təqibindən qurtularaq Gəncə şəhərinə gələrək, orada jurnalistlik fəaliyyətini davam etdirib. Yalnız İrəvan Müsəlman Milli Şurası, 1918-ci ilin mayında daşnakların hakimiyyətə gəlməsinədək, aktiv fəaliyyət göstərdiyindən, "Cavanlar şurası”nın 1917-ci ilin ikinci yarısı, 1918-ci ilin birinci yarısında nəşr edildiyini təxmin etmək olar. İ.Məmmədovun əsərindən aydın olur ki, "Cavanlar Şurası” Ermənistanda Azərbaycan dilində nəşr edilən ilk qəzetdir. Müəllif bu qəzetin yaranma tarixi haqqında yazır: "İrəvanda müsəlman ziyalıları beynəlmiləl bir şura təşkil etdilər. Bu şura Ermənistan sosialistləri ilə birləşib gələcəkdə olan qanlı hadisələrin qabağını alıb, milli davanı sülh yolu ilə həll etmək istəyirdi. Şura həmin fikri yaymaq üçün "Cavanlar Şurası” adlı bir qəzet nəşrinə başladı. Qəzet Rza Tağıyev, Məmməd Əli Nasir və Mir Fətullayevin idarələrində çıxırdı”.

Bu qəzet haqqında mətbuatşünas alim Nazim Axundov da "Azərbaycanda dövrü mətbuat” adlı biblioqrafiyada məlumat verib. Amma Nazim müəllim qəzetin nəşr tarixini 1920-ci il kimi qeyd edib. İ.Məmmədov isə qəzetin 1917-1918-ci illərdə nəşr olunduğunu belə sübut edir: "Ermənistanın partiya arxivində saxlanılan bir sənəd də bu fikri təsdiq edir. Həmin sənəddə deyilir: "1917-ci ildə sosial-demokrat "Müdafieyi-məzluman” (məzlumların müdafiəsi) partiyasına qəbul oldum. Sonra İrəvan şəhərində "Şura” qəzetini nəşr etdirdim. Qəzetin adını dəyişib "Cavanlar Şurası” etdik. Qəzet 1917-1918-ci illər ərəfəsində çıxdı”.

Çox təəssüflər ki, 1918-1920-ci illərdə Ermənistanda daşnak hakimiyyəti dövründə Azərbaycan dilində mətbuat nəşr olunmadığı halda, həmin dövrdə Bakıda erməni dilində "Arev” ("Günəş”), "Aşxatavori dzayn” (Əməkçinin səsi”), "Aşxatanki droşak” ("Əmək bayrağı”), "Banvori xosk” ("Fəhlə sözü”), "Qordz” ("İş”), "Yerkir” ("Ölkə”) və s. kimi mətbu orqanları işıq üzü görürdü. Bu gün erməni tarixçilərinin iddia etdikləri kimi, əgər 1918-ci ildə Bakıda ermənilərə qarşı "soyqırımı” törədilmiş olsaydı, bu qədər qəzet və jurnal işıq üzü görə bilərdimi? Əsla yox! Hələ o zaman Ermənistanda ən çox yayılan "Molla Nəsrəddin” həm də orda Azərbaycan dilində realist satirik mətbuatın yaranmasına güclü təsir göstərmiş, 1914-cü il fevralın 22-də İrəvanda "Lək-lək” adlı ilk jurnal nəşrə başlamışdır.

Bu, Ermənistanda Azərbaycan dilində çıxan ilk mətbuat orqanı idi. "Lək-lək”in mövzu dairəsi, istiqaməti, yazarları haqqında geniş məlumat verən İ.Məmmədov yazır: "Lək-lək”in müdir və naşiri Mirməhəmməd Mirfətullayev 1914-cü il iyunun 30-da məcmuənin 12-ci sayında istefa verdiyini elan etdi. Bildirdi ki, bəzi səbəblərə görə bir neçə nömrədən sonra daha "Lək-lək” məcmuəsi çıxmayıb və "Lək-lək” müştərilərinə yeni nəşr ediləcək "Çınqı” namində məcmuə göndəriləcəkdir. Lakin müxtəlif səbəblər üzündən "Çınqı” işıq üzü görə bilmədi. 12-ci sayı "Lək-lək”in son çıxışı oldu”.

"Ermənistanın azərbaycanlı ziyalılarının səy və arzularına baxmayaraq, 1917-ci ilədək burada onların ana dilində daha heç bir qəzet və məcmuəsi çıxmadı” yazan müəllif, 1917-ci il yanvarın 1-də "Bürhani-həqiqət” adlı yeni jurnalın nəşrə başladığını qeyd edir. Jurnalın müdiri və baş mühərriri zəmanəsinin tanınmış jurnalisti, şairi Əli Məhzun Zeynalabdinzadə Rəhimov idi. Müəllif jurnalın bir necə sayını əsərində geniş şəkildə təhlil edib. Bu təhlillərdən aydın olur ki, "Bürhani-həqiqət” oxucularını elmə, maarifə, yeniliyə, ədəb-ərkana sövq edən bir mətbuat orqanı olub: "Azərbaycan mətbuatı tarixində özünəməxsus yeri və rolu olan” "Bürhani-həqiqət” jurnalı Azərbaycan Sovet Ensiklopediyasında dövrün ideologiyasına uyğun olaraq "dini ehkamları müdafiə edən ziddiyyətli, zərərli jurnal” kimi təqdim edilir.

Təəssüf ki, "Lək-lək” kimi, "Bürhani-həqiqət”in də ömrü çox qısa olur. İyunun 29-da çıxan 9-cu nömrədən sonra məcmuə bağlanır”. İ.Məmmədov sovet Ermənistanında Azərbaycan dilində nəşr olunan ilk qəzet kimi isə "Kommunist”in adını çəkir. Məlumdur ki, 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulduqdan az bir müddət sonra yenidən öz yer-yurdlarına qayıdıb gələn azərbaycanlı əhalinin mərkəzi hakimiyyət orqanlarında təmsilçiliyi məsələsi gündəliyə gəlmişdi. İlk dövrlərdə Ermənistana rəhbər kadrlar Azərbaycandan göndərilirdi. 1921-ci ilin yanvarın ortalarında Azərbaycan İnqilab Komitəsinin zəmanəti ilə rəhbər vəzifə tutmaq üçün Süleyman Nuri adında şəxs Ermənistan İnqilab Komitəsinin sərəncamına göndərilmişdi. Mustafa Sübhinin başçılıq etdiyi Türkiyə Kommunist Partiyasının üzvü olan Süleyman Nuri Bakıda qalmış, 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının I qurultayının təşkilatçılarından olmuşdu. 1921-ci il yanvarın ortalarında Ermənistan Hərbi-İnqilab Komitəsinin üzvü kimi İrəvana göndərilən Süleyman Nuri Ermənistan Xalq Komissarları Şurasının qərarı ilə Xalq Ədliyyə Komissarı və Ali Məhkəmənin sədri təyin edilir.

Süleyman Nurinin xatirələrindən belə aydın olur ki, o, eyni zamanda, tərkibi, İrəvan şəhərində yaşayan yerli türklərdən təşkil edilmiş kommunist özəklərinin yaradılması ilə məşğul olmuşdur. Süleyman Nuri yazırdı: "Təklifim əsasında Ermənistan Kommunist Partiyası mərkəzi Komitəsi Bakıya məktub göndərmiş, qəzetəçi Semih Hüseyn adında bir yoldaş redaktor olaraq İrəvana dəvət edilmiş və İrəvanda yerli türklərin dilində çıxan bu qəzetin yayımları daha yaxşı hala gəlmişdir”. Süleyman Nuri xatirələrinin başqa bir yerində yazırdı: "Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sərəncamında Semih Hüseyn adlı İstanbullu türk zabitinin komandanlığında bir ehtiyat polis taburu var idi”.

Semih Hüseyn də bəzi türklər kimi, Xalq Cümhuriyyətinin süqutundan sonra Bakıda qalmış, kommunist partiyasına üzv olmuş, Süleyman Nuri ilə birgə çalışmışdı. Çox ehtimal ki, Bakıdan qəzet redaktoru kimi İrəvana dəvət edilən Semih Hüseyn elə Süleyman Nurinin bəhs etdiyi həmin şəxs olmuşdur. Belə qənaət hasil olur ki, bəzi tədqiqatçıların "Kommunist”in redaktorunun Həmid Qənizadə adlı şəxsin olması haqqında irəli sürdükləri fikir yanlışdır. Həmid Qənizadə "Kommunist”in deyil, 1921-ci ilin ikinci yarısından nəşr edilən "Rəncbər” qəzetinin redaktoru olmuşdur. 1921-ci il fevralın ikinci yarısında daşnaklar qiyam qaldıraraq Ermənistanda sovet hakimiyyətini yıxmış, İrəvan şəhəri daşnakların əlinə keçmişdi. Bununla da "Kommunist” qəzeti öz fəaliyyətini dayandırmışdı. Aprel ayında İrəvanda sovet hakimiyyəti yenidən bərpa edilmiş, may ayında yeni hökumət - Xalq Komissarları Soveti təşkil edilmişdi.

Erməni dilini bilməyən, tərcüməçi vasitəsi ilə Ədliyyə Komissarı vəzifəsində işləməyin səmərəli olmadığını söyləyən Süleyman Nuri yenidən İrəvana qayıtmaqdan imtina etmişdi.

1921-ci ilin iyul ayında Azərbaycandan göndərilən Bala Əfəndiyev Xalq Daxili İşlər Komissarının müavini vəzifəsinə təyin edilmişdi. Bala Əfəndiyev 1922-ci ilin yanvarından Ermənistan KP MK-nın təbliğat-təşviqat şöbəsinin nəzdində türk seksiyasının müdiri vəzifəsində işləməklə yanaşı, Ermənistan KP MK-nın və İrəvan şəhər Partiya Komitəsinin orqanı olan "Rəncbər”, sonra isə "Zəngi” qəzetinin redaktoru olmuşdu. Bala Əfəndiyevin xanımı Fatma Əfəndiyeva da ictimai-siyasi işlərdə fəal iştirak edirdi. O, "Rəncbər” qəzetinin ilk qadın müxbiri olmuşdu.

Əvvəlcə 500, sonra isə 1000 nüsxə ilə 4 səhifə həcmində nəşr olunan "Rəncbər” qəzetinin 1921-ci ildə 31 sayı, 1922-ci ildə isə 46 sayı işıq üzü görmüşdür.

"Rəncbər” qəzeti 1922-ci il dekabrın sonunda nəşrini dayandırmışdır. Ermənistanın bolşevik qiyafəsinə girmiş millətçi-şovinist rəhbərləri Azərbaycan dilində qəzetin buraxılmasını heç istəmirdilər. Mərkəzi Komitənin katiblərindən biri olan Aşot Hovanisyan "Rəncbər”in abunəçilərinin az olmasını bəhanə edərək, qəzetin bağlanmasına göstəriş vermişdi. Digər tərəfdən, 1922-ci ilin dekabrında Zaqafqaziya Ölkə Partiya Komitəsi Zaqafqaziyada nəşr edilən bir sıra qəzetlərin vəziyyətini müzakirə edərək, qərar qəbul etmişdi. Qərarda deyilirdi: "İrəvan və Batumidə türk dilində nəşr edilən qəzetlərin çıxarılması dayandırılsın. Zaqafqaziya türkləri üçün ümumi bir ölkə qəzetinin nəşri zəruri hesab edilsin. Gürcüstan K(b)P MK-nın orqanı olan "Yeni fikir” qəzeti Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının orqanı olaraq gündəlik nəşr edilsin”.

Ermənistan K(b)P MK-nın nəzdindəki türk seksiyasının müdiri Bala Əfəndiyev seksiyanın 1922-1925-ci illərdə gördüyü işləri əhatə edən hesabatında göstərirdi: "1923-cü ildən Ermənistan KP MK-nın orqanı olan "Rəncbər” qəzeti Zaqafqaziya Ölkə Komitəsinin qərarı ilə bağlanmış, əvəzində "Yeni fikir” qəzeti alınmışdır, hansı ki, Ermənistanın türk rayonlarının ehtiyac və tələbatını ödəyə bilmirdi”. Məhz Bala Əfəndiyevin əməyi nəticəsində, 1925-ci il noyabrın 29-da onun redaktorluğu ilə Ermənistan KP MK-nın və Ermənistan SSR Xalq Komissarları Şurasının orqanı kimi, "Zəngi” qəzeti nəşr olunmağa başlamışdı. 1928-ci ilin sonuna kimi "Zəngi” adı ilə nəşr olunan qəzet, 1929-cu ilin yanvarından "Qızıl şəfəq” adı ilə nəşr olunmağa başlamışdı. Bala Əfəndiyev 1926-cı ildə Ermənistanda ictimai təminat komissarı vəzifəsinə təyin edildikdən sonra qəzetin məsul redaktoru Mustafa Hüseynov olur. 1930-cu ilin yanvarından Əli Ələkbərli "Qızıl şəfəq” qəzetinin redaktoru təyin edilir.

Əli Tağızadə Bala Əfəndiyevdən sonra 1929-1932-ci illərdə Ermənistan SSR ictimai təminat komissarı, eyni zamanda, "Qızıl şəfəq”in redaktoru olmuş, Ermənistan KP MK-nın büro üzvü seçilmiş, 1933-1935-ci illərdə Vedi rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. Ermənistanın daşnak rəhbərliyi Əli Tağızadənı ləkələmək üçün bəhanə axtarırdı. Nəhayət, işində "ciddi nöqsan tapılan” Əli Tağızadə Vedi rayonunun Qaralar kəndinə kitabxana müdiri göndərilir. Təqiblərdən qurtularaq Bakıya qaçmağa müvəffəq olan Əli Tağızadə 1959-1963-cü illərdə Azərbaycan SSR Ali Sovetinin sədri seçilmişdir. 1932-1936-cı illərdə Mustafa Hüseynov yenidən "Qızıl şəfəq”in redaktoru təyin olunur. Türkiyədə doğulan Mustafa Hüseynov bu ölkədən gələn bir türk dostunu redaksiyada işə (gözətçi) götürdüyü üçün həbs edilir və "Türkiyənin agenti” damğası vurularaq, 1936-cı ildə güllələnir.

1936-cı ilin noyabrından 1937-ci ilin aprelinədək "Qızıl şəfəq”ə redaktorluğu Səfər Alməmmədov edib. "1937-ci il oktyabrın 2-dən etibarən qəzet "Kommunist” adı altında” nəşrini davam etdirib. Bu zaman qəzetin redaktoru Əkbər Rizayev olub. Qəzet 1939-cu il sentyabrın 26-dan 1989-cu ilin sonuna qədər - nəşrini dayandıranadək "Sovet Ermənistanı” adı ilə çap olunub. Qısa fasilə ilə, Cəfər Vəlibəyov təqribən 20 ilə yaxın qəzetə (əvvəlcə "Qızıl şəfəq”in, sonra isə "Sovet Ermənistanı”nın) redaktorluq edib.

1938-ci ildən 1947-ci ilədək Cəfər Vəlibəyov "Sovet Ermənistanı” qəzetinin redaktoru, 1947-1949-cu illərdə isə Qarabağlar rayon Partiya Komitəsinin birinci katibi, 1949-cu ilin sonundan yenidən "Sovet Ermənistanı”nın redaktoru təyin edilərək, 1961-ci ilin əvvəllərinə kimi redaksiya kollektivinə rəhbərlik etmişdi. 1947-49-cu illərdə Cəfər Vəlibəyov Qarabağlar rayon PK birinci katibi işlədiyi zaman, Rza Vəlibəyov "Sovet Ermənistanı”nın redaktoru olmuşdur. 1961-1974-cü illərdə isə "Sovet Ermənistanı” qəzeti Həbib Həsənovun redaktorluğu ilə nəşr edilib (O, əvvəllər Amasiya rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib). 1966-1969-cu illərdə qəzetin redaktor müavini işləyən filologiya elmləri namizədi Məhərrəm Bayramov 1974-cü ilin sonlarından 1981-ci ilin əvvəllərinə kimi "Sovet Ermınistanı”a redaktorluq edib. "Sovet Ermənistanı” qəzetinin redaktorluğu 1981-1984-cü illərdə Cahangir Əliyevə həvalə edilib. Qəzetçilik təcrübəsi olan C.Əliyev 1956-1962-ci illərdə Amasiya rayonunda çıxan "Kolxozçu tribunası” qəzetinin redaktoru və "Şirak” qəzetinin redaktor müavini vəzifələrində işləyib. 1984-cü ildə Bakıya köçmək məcburiyyətində qalan Cahangir Əliyev əvvəlcə Azərbaycan KP MK aparatında mətbuat bölməsində işləmiş, 1991-ci ildən ömrünün sonunadək "Xalq qəzeti”ndə redaktor müavini və məsləhətçi vəzifələrində çalışmışdır.

Sovetlər dönəmində bir qayda olaraq Kommunist Partiyasının və hökumətin mətbu orqanlarına abunə yazılışı üçün yerli təşkilatlar qarşısında plan qoyulurdu. Lakin Ermənistanın millətçi rəhbərləri Ermənistan KP MK-nın, Ali Soveti Rəyasət Heyəti və Nazirlər Sovetinin orqanı olan "Sovet Ermənistanı” qəzetini abunə yazılmasını nəzərdə tutulan qəzetlərin siyahısına daxil etmirdilər. Bununla belə, qəzetin oxucularının sayı getdikcə artırdı. 80-ci illərin ortalarında qəzetin tirajı 10 min nüsxəyə çatmışdı.

1985-ci ildən "Sovet Ermənistanı”na redaktorluğu Zərbəli Qurbanov edib. Bu zaman Mərkəzin "xeyir-duası” ilə "yenidənqurma” və "aşkarlıq” pərdəsi altında, ermənilərin azərbaycanlılara qarşı təcavüzü başladı. 1987-ci ilin sonlarından etibarən "Sovet Ermənistanı” qəzetinin redaksiyası öz əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi qayğısına qalmaqla yanaşı, həm də bütövlükdə Ermənistan ərazisində insan hüquqları kobudcasına pozulan, təzyiq və təqiblərlə üzləşən, ermənilərin zorakılıqlarına məruz qalan azərbaycanlıların hüquqlarının müdafiəçisi kimi çıxış edirdi. 1988-ci ilin sonunda "Sovet Ermənistanı” qəzetinin əməkdaşlarının böyük əksəriyyəti Azərbaycana köçmək məcburiyyətində qaldı.

İrəvandakı Opera Teatrının qarşısında keçirilən mitinqlərin birində "Sovet Ermənistani” qəzeti ilə haqq-hesab çəkmək təklif olunmuş, mitinqçilər redaksiya binasını mühasirəyə almışdılar. Bir müddətdən sonra Zərbəli Qurbanov və redaksiyanın bir neçə əməkdaşı həmişəlik olaraq İrəvanı tərk etməli oldular. Tarix elmləri namizədi İsrafil Məmmədov 1989-cu ildə "Sovet Ermənistanı” qəzetinin sonuncu redaktoru olmuşdur. 1956-cı ildən taleyini "Sovet Ermənistanı” qəzeti ilə bağlayan İsrafil Məmmədov 30 ildən artıq müddətdə şöbə müdiri, məsul katib, redaktor müavini kimi məsul vəzifələrin öhdəsindən bacarıqla gəlmişdi. Zərbəli Qurbanovun İrəvanı tərk etmək məcburiyyətində qalmasından sonra Ermənistan rəhbərliyi "Sovet Ermənistanı” qəzetinin nəşrini davam etdirməyi İsrafil Məmmədova həvalə etmişdi. Müxbir, tərcüməçi və korrektor çatışmazlığı, ciddi erməni senzurası şəraitində qəzetin nəşrini davam etdirmək mümkün deyildi.

Lakin Ermənistan rəhbərliyi orada yaşayan azərbaycanlıların heç bir probleminin olmadığı təəssüratını yaratmaq məqsədilə, hər vəchlə çalışırdı ki, "Sovet Ermənistanı” qəzeti nəşrini davam etdirsin. Çünki həmin dövrdə Bakıda ermənilər firavan şəkildə yaşayır və erməni dilində nəşr olunan "Kommunist” qəzeti, "Agitatator” jurnalı, Yazıçılar İttifaqının orqanı olan "Qrakan Adrbecan” ("Ədəbi-Azərbaycan”) jurnalı həmişəki qaydada nəşr edilirdi. Əsasən teletayp vasitəsilə alınan rəsmi materialları dərc etməyə gücü çatan "Sovet Ermənistanı” qəzetinin nəşrini davam etdirmək mümkün olmadı. 1989-cu ilin sonunda "Sovet Ermənistanı” qəzeti həmişəlik qapadıldı. Girov kimi İrəvanda saxlanılan qəzetin redaktoru İsrafil Məmmədov 1990-cı ilin yanvarında hərbçilərin müşayiəti ilə Azərbaycan sərhədinə çatdırılmışdı. İ.Məmmədov "İrəvan dəftəri III. Teatr tariximizdən səhifələr” adlı əsərində də Ermənistanda çap olunan anadilli qəzetlərimizdən "Rəcbər”, "Zəngi”, "Sovet Ermənistanı”, "Qızıl Şəfəq” haqqında qısa məlumat verir.

Azərbaycan mətbuat tarixində silinməz iz qoyan "Sovet Ermənistanı” qəzetində Tofiq Məmmədov, Lətif Hüseynov, Cümşüd Sultanov, Rza Əsgərov, Əsgər Əsgərov, Nəcəf Şabanov, Nüsrət Sadıqov, Allahyar Rəhimov, Vidadi Quliyev kimi peşəkar jurnalistlər də çalışıb. Tarix elmləri doktoru Sabir Əsədov, filologiya elmləri doktoru, "Respublika” qəzetinin redaktoru Teymur Əhmədov, şair-publisist Hidayət Orucov, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin sədri olmuş Babək Məmmədov, Milli Məclisin üzvü olmuş Eldar Səfərov əvvəllər "Sovet Ermənistanı” qəzetinin əməkdaşı olmuşdular.

Təəssüf ki, Sovet hakimiyyəti illərində - Ermənistan arxivləri azərbaycanlı tədqiqatçıların üzünə qismən açıq olduğu dövrdə, İrəvanda Azərbaycan dilində nəşr olunan mətbuatın tarixi kifayət qədər araşdırılmamışdır. Yalnız tədqiqatçı alim İsrafil Məmmədov 1972-ci ildə İrəvanda müdafiə etdiyi "Ermənistanda Azərbaycan mətbuatının tarixi” mövzusunda namizədlik dissertasiyasında XX əsrin əvvəllərində İrəvanda nəşr olunan "Lək-lək” və "Bürhani-həqiqət” jurnallarını araşdırmışdır.

Tədqiqatçı-jurnalist Qəzənfər Qəribov isə 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində "Ermənistanda Azərbaycan dilində dövri mətbuat orqanlarının meydana gəlməsi haqqında” müdafiə etdiyi diplom işində sovet hakimiyyəti illərində İrəvanda Azərbaycan dilində nəşr edilən qəzetlərin tarixçəsini diqqətlə araşdırmışdır. Azərbaycan mətbuat salnaməsinin ayrılmaz parçası olan İrəvanda nəşr edilən mətbu orqanlarının tarixinin daha dərindən araşdırılması mətbuat və mətbuatşünaslıq tariximizin zənginləşməsinə xidmət edir. Amma bu, çox çətin bir işdir. Çünki, həmin dövrdə nəşr olunan anadilli mətbuatımızın nüsxələri Ermənistanın arxivlərində olduğu üçün (əgər saxlanılıbsa) onları araşdırmaq hələlik çox müşkül məsələdir.

Qərənfil Dünyamin qızı

Əməkdar jurnalist

kaspi.az

 


Etiket:
Xəbərlər

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023
Bütün xəbərlər