DİL FAKTLARININ DAXİLİ MƏZMUNU VƏ BƏDİİ HƏQİQƏT

21:00 / 28.01.2019
Baxılıb: 4072

Son dövrlərdə klassiklərimizin poetikasını, dil və üslub problemlərinin müxtəlif estetik aspektlərinə diqqətin güclənməsi müşahidə olunur. Bədii ədəbiyyatın dil və üslubi simasının elmi araşdırılmasına həsr olunmuş yazılarda Azərbaycan dilinin potensial poetik imkanları zəngin bədii təsvir vasitələri, ifadəlilik qüdrətinin fərdi dəsti-xətti, yaradıcılıq fərdiyyəti öz əksini tapmış, həmçinin doğma dilimizin inkişaf meyilləri barədə də maraqlı fikirlər səslənmişdir.

O da diqqətdən yayınmır ki, tədqiqata cəlb olunan bədii mətnlər, ədəbi faktlar daha çox dil sənətkarlığı, onun daxili məzmunu ilə əlaqəli şəkildə araşdırılır. Bu, bədii dilin estetikası ilə bağlı çoxsaylı əsərlərin müəllifi kimi tanınmış filologiya elmləri doktoru Məhərrəm Hüseynovun əsərlərinə də xas olan bir məziyyət kimi özünü göstərir. Məhərrəm Hüseynovun «Yazıçının dili və üslubu», «Romanın üslub zənginliyi», «Şeirşünaslıqda dil sənətkarlığı», «Dil və poeziya», «Poeziya dilinin milli qaynaqları», «Sözün poetikası», «Səsin poeziyası», «Tanrı, zaman və ədəbi qəhrəman», «Poetik frazeologiya», «Linqvistik təhlilin elmi-metodik əsasları» və s. kitabları, çoxsaylı elmi-nəzəri məqalələri filoloji mühitdə təsdiq olunmuş və müəllifinə şöhrət qazandırmışdır. Onun təzəcə çapdan çıxmış «Aşıq Ələsgərin söz ümmanı» adlı monoqrafiyası bu cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Kitab Aşıq Ələsgərin şeir dilinə, dahi bədii söz ustadının başlıca estetik atributlarının şərhinə həsr olunmuşdur. Aşıq Ələsgərin şeir dilinin, bədii üslubunun ən mühüm tərəflərini, poetik forma sistemində müxtəlif dil vahidlərinin obrazlılıq və ekspressivlik keyfiyyətlərinə geniş yer verilmişdir. Bu sanballı monoqrafiyada həmçinin obrazlı dil vasitələrinin harmoniyasını yaradan leksik-semantik söz qrupları, ayrı-ayrı üslubi fiqurların yüksək sənətkarlığı təmin edən bədii struktur komponentlərinin estetik məziyyətləri təhlildən keçirilmişdir.

Müəllif belə bir qənaəti əsas götürmüşdür ki, «Aşıq Ələsgərin şeiri xalq şeiridir, … bu şeirlər xalq ruhunun, xalq mənəviyyatının hıçqırtılarıdır». Bu istiqamət müəllif tərəfindən diqqət mərkəzində saxlanılmışdır. Aşıq Ələsgər poeziyasının forma əlvanlığı və üslub zənginliyindən, onun poetik təfəkkür orijinallığından danışarkən müəllif, Aşıq Ələsgər bədii irsini dərin və kamil ədəbi ənənələr üzərində bərqərar olan xüsusi inkişaf mərhələsi hesab edir və xüsusi olaraq ona diqqət yönəldir ki, zəngin şifahi nitq ədəbiyyatımızın gur qaynaqlarından, Xaqani, Nizami, Nəsimi, Füzuli, Vaqif və s. kimi bədii söz korifeylərinin qadir qələmindən çıxmış misilsiz mənəvi sərvətlərdən qidalanan Aşıq Ələsgərin yaradıcılığındakı poetik vüsət, fikri-fəlsəfi dərinlik, bədii mükəmməllik doğma və mütərəqqi qaynaqlardan güc-qüvvət almışdır.

Müəllifin qənaətinə görə, böyük söz sərrafının poeziyasında diqqəti cəlb edən poetik məziyyətlər öz-özünə yaranan keyfiyyət olmayıb qədim və zəngin poetik ənənələrin uğurlu davamı kimi qiymətləndirməyə layiqdir.

Çünki «xalqın dilini sənətkarların dili ilə tanıyırlar» və bu mənada Aşıq Ələsgərin dili də dilimizin zənginlik əlamətidir.

Müəllifin xüsusi olaraq vurğuladığı kimi, Azərbaycanın qüdrətli poeziya aləmini böyük həssaslıqla saf-çürük etmək, onun aktual problemləri ilə, o cümlədən dil sənətkarlığı məsələləri ilə məşğul olmaq sahəsində bir sıra ciddi və sanballı əsərlər yazılsa da, onun dil konsepsiyasını, hərtərəfli fundamental nəzəriyyəsini yaratmaq zəruriliyini poeziya nəzəriyyəçiləri həmişə təxirəsalınmaz vəzifə kimi diqqət mərkəzində saxlamışlar. Hüseynov birmənalı şəkildə belə bir fikri əsaslandırmağa çalışmışdır ki, poeziya dilinin mühüm və vacib problemlərinin elmi-nəzəri təhlili həmişə aktualdır. Hazırkı dövrdə Azərbaycan dilçilik elminin, ədəbiyyatşünaslığın və ədəbi tənqidin elmi-nəzəri səviyyəsi yüksəldiyi üçün dil-üslub problemlərinin elmi cəhətdən daha fundamental formalarda öyrədilməsinə real zəmin yaradır.

Müəllif bir məsələni də qabarıq şəkildə nəzərə çatdırır ki, poetik şüur tarixi səciyyə daşıdığı kimi, poetik dillə bağlı olan nəzəri baxışlar, elmi təfəkkür də tarixi səciyyəlidir. Bu baxımdan Aşıq Ələsgər kimi qüdrətli klassiklərimizin dil mədəniyyətinin öyrənilməsini müəllif diqqət mərkəzində saxlayır. Təbii hal kimi xüsusi olaraq göstərmək yerinə düşər ki, M.Hüseynov poeziyamızda aparıcı mövqedə dayanan, öz dəsti-xətti və yaradıcılıq fərdiyyətinə görə seçilən Aşıq Ələsgərin əsərlərini tədqiqat obyekti kimi götürməsi olduqca təqdirəlayiq haldır. Aşıq Ələsgəri bədii söz cəngavəri, Azərbaycan şeirinin təkrarolunmaz estetik hadisəsi kimi səciyyələndirən müəllif qüdrətli söz cəngavərinin bədii dilinin spesifika və linqvistik özünəməxsusluğuna geniş poetik aspektdən yanaşmış, bu məsələni geniş estetik kateqoriya kimi götürüb Aşıq Ələsgər poeziyasının yaradıcılıq simasını üzə çıxarmışdır.

M.Hüseynov konkret şeir materialları ilə əsaslı şəkildə açıb göstərir ki, şeirlərin bədiilik səviyyəsi və ifadəlilik imkanları dilin bütün yaruslarında, onların melodiyasında, ritm və intonasiyasında əks olunur, şeirin fonetik quruluşunda, sözün heca vurğusunda, söz seçimində, ifadə biçimlərində özünü göstərir. Monoqrafiyada alliterativ fiqurların poetik səslənmə effektliyi, assonansın melodik çalarları və bədii-üslubi spektrləri ilə bağlı elmi şərhlərdən görünür ki, səs təkrarlarının bütün tipləri ritmik tələffüzün, intonasiyanın biçimləşdirilməsində əvəzsiz imkanlara malikdir.

Bu problemlərlə yaxından və ardıcıl məşğul olan müəllifin yekdil qənaəti ondan ibarətdir ki, Aşıq Ələsgərin poeziyasında səs tərtibi olduqca önəmlidir və misralarda səslərin estetikasını nəzərə alaraq simmetrik yerləşdirilməsi, məntiqi və musiqili vurğulu hecaların mütənasib yerləşdirilməsi, eyni məxrəcli səslərin bir-birini təqib etməsi müstəsna əhəmiyyəti olan faktlar kimi dəyərləndirilmişdir.

«Səs-məna bütövlüyü və ekspressivləşdirmə əməliyyatı» adlı fəsildə Aşıq Ələsgərin əsərlərindən tutarlı misallar verilərək səs nizamının poetik mövqeyini, onların şeirdə yüksək ritm-ahəng yaratma imkanlarını, estetik köklərini aydınlaşdıran müəllif göstərir ki, eyni və yaxın məxrəcli səs təkrarları, sait və samitlərin səslənmə nizamı Aşıq Ələsgər şeirini vüsətləndirən, bədii mətnin ahəngini və emosionallığını artıran və bununla da oxucu ruhunun enerjisini aşkarlama qüdrəti kəsb edən çox mühüm vasitədir. Bu həm də sözlərin daxili enerjisinə, hərəkət və təsirinə genişlik qazandıran elə bir vasitədir ki, dilin səs sisteminin ən vacib, ən səciyyəvi cəhətlərini, ilk növbədə də poetik imkanlarını aşkara çıxarır.

Alimin fikrincə, Aşıq Ələsgər dilinin fonetik xüsusiyyətləri tələb edir ki, ritm-ahəng yaradan bütün vasitələr sistemli və kompleks şəkildə istifadə olunsun, fonetik ifadə vasitələrinin hamısı bir vəhdətdə birləşməklə bütövlükdə şeirin bədii quruluşuna, mətnin strukturuna həm zahiri məziyyətlər gətirsin, həm də onun daxili məzmununa estetik sanbal bəxş etsin. Aşıq Ələsgərin dilindəki söz təkrarlarından bəhs edən müəllif onlara arxitektonik prinsiplər mövqeyindən yanaşır, onlardan bədii memarlıq vasitəsi kimi bəhs edir. Burada səs təkrarları və onların yaratdığı üslubi fiqurlar anlayışı geniş estetik kateqoriya səviyyəsində götürülür.

Dil şeirin varlıq formasıdır, onsuz şeiriyyət yoxdur: söz təkrarları şeirin bədii ləyaqətində həlledici rol oynadığı üçün söz ustadının lüğət zənginliyi, səmimiliyi, fikrin ifadəsindəki səs-söz düzümü misilsiz əhəmiyyət kəsb edir kimi tezislərdən çıxış edən Məhərrəm Hüseynov Aşıq Ələsgər üslubunun həqiqətlərindən yüksək peşəkarlıqla danışmış, Aşıq Ələsgər dili ilə canlı danışıq dili münasibətlərini çox dərin və dəqiq elmi əsasda qoymuşdur. Xüsusi qeyd olunmağa layiqdir ki, M.Hüseynov Aşıq Ələsgərin şeir dili haqqındakı mülahizələrində şeirşünaslıq nəzəriyyəsinin nailiyyətləri işığında təhlilə üstünlük verir, şeir dilinin leksik-semantik söz qruplarından istifadə yollarını, onun əsas xüsusiyyətlərini ədəbi-bədii dilimizin təkamülü, poetik meylləri, xalq ədəbiyyatı və klassik poeziyamızdan gələn ənənələrlə əlaqələndirməyə müvəffəq olur.

Bunu biz «Aşıq poeziyasının şövqünə yol açan klassik bədii ənənə, zəngin poetik təcrübə»«Göyçə dil mühiti və bədii dil qaynaqları» fəsillərində açıq-aşkar görürük. Aşıq Ələsgər şeir dilinin milli əsaslarının elmi şərhi bu fəsillərin əsas tədqiqat istiqamətləridir. M.Hüseynovun qənaətlərinə görə, Aşıq Ələsgər şeirləri poeziya tariximizlə yaddaqalan və yeni hadisə olsa da, burada poetik əhval-ruhiyyə yeniliyi, bədii idrak üfüqlərinin genişliyi əsas götürülməlidir.

Məhz bu səbəbdən Aşıq Ələsgər yaradıcılığında bədii dilin poeziyası, vüsəti, təsir qüvvəsi aparıcı mövqedə dayanır. Kitaba ön söz yazmış A.Bədəlzadənin dediyi kimi, «Aşıq Ələsgərin leksikası söz muzeyidir». Bu mənada leksik vahidlərin üslubi şərhi xüsusi önəm daşıyır. Monoqrafiyada Aşıq Ələsgərin omonimlər vasitəsilə yaratdığı məna –ifadə ahəngdarlığı, forma eyniliyi ilə məzmun əlvanlığı, habelə ədəbi tələffüzün, şivə və transkripsiyasının estetik miqyası ilə lirik ovqat probleminin qarşılıqlı münasibətləri də geniş şəkildə işıqlandırılmışdır.

Söz-misra düzümünün, qrafik-üslubi vasitələrin, mətnin ritmik quruluşunda misralaşma prinsiplərinin Aşıq Ələsgər poetikasındakı əhəmiyyətin formal-texniki düşüncə ilə qiymətləndirməyin mümkünsüzlüyünü əyani nümunələrlə əsaslandırır. Müəllif doğru olaraq göstərir ki, omonimlər, səs qəlibləri, formal ifadə tərzi Aşıq Ələsgər şeirinə heç vaxt quru təhkiyəçilik gətirə bilmir. Yerində işlədildiyi üçün təsvir və tərənnümün mükəmməl vasitəsinə, səs rəssamlığına çevrilir. Çünki Aşıq Ələsgərdə misraların nümunəvi səslənmə nizamı, ritm simmetriyası üslubi cəhətdən həmişə aparıcı mövqedədir. M.Quliyevanın qeyd etdiyi kimi, Aşıq Ələsgər şeirində bədii məntiq o qədər güclüdür ki, «məsələnin mahiyyətini oxucunun ixtiyarına buraxır».

Kitabda sinonimlərin semantik siqləti və üslubi imkanları, poetik potensialı haqqında mühakimələr yürüdülür. Müəllif Aşıq Ələsgərin şeirləri timsalında söz duyumu problemlərinin əsas göstəriciləri əyaniləşdirilir, bədii təzadın yaratdığı rəngarəng spektrlər ətrafında elmi fikirlər yürüdülmüşdür. Aşıq Ələsgərin bədii düşüncə tərzi üçün səciyyəvi olan cəhət – əksliklərin optimal dil işarələri ilə ifadə məharətinin əlvan çalarlarından, sərrast söz seçiminin yaratdığı üslubi cizgilərdən ətraflı bəhs etmişdir. Sərrast qiymətləndirmə sayəsində Aşıq Ələsgər oxusunun gözləri qarşısında təzadlar şairi, kontrast sənətkarı kimi canlandırır. Aşıq Ələsgərin konkret əsərlərinin təhlili vasitəsilə mətnin poetik-üslubi strukturunda təzadların əhəmiyyətli mövqeyi estetik prinsiplər baxımından mənalandırılmışdır.

Aşıq Ələsgərin zəngin yaradıcılığında kontrastlı vəziyyətlərin sıxlığı, poetik qarşıdurma və təzadlar bolluğu, müəllifin qənaətlərinə görə, bədii-estetik qavrayışa operativlik və intensivlik, nitq axarına daxili dinamiklik, poetik vüsət gətirir, poetik-məntiqi nizamlama və bədii tamlıq vasitələrindən biri kimi antiteza fiqurlarının, onların daxili ekspressivliyinin mahiyyəti açıqlanır. Şeirlərə canlı ünsiyyət koloriti verən, misralarda fikri-hissi vüsəti artıran frazeoloji vahidlər Aşıq Ələsgər poeziyasının təsir və təlqin gücünü artıran, bədii təhkiyədə siqlət yaradan, gizli dil potensiallarını hərəkətə gətirən ünsürlər kimi təhlil olunmuşdur. M.Hüseynov qüdrətli söz ustadının ədəbi irsinə məxsus sosial-fəlsəfi məna tutumunun vüsəti, daxili poetik gərginliyin səviyyəsi və gücü, emosionallığı haqqında söhbət açarkən qabarıq şəkildə nəzərə çatdırmaq istəyir ki, bədii mətn quruculuğunu mükəmməl üslubi şəbəkə üzərində kökləmək Aşıq Ələsgər üslubu üçün səciyyəvi əlamətlər poetik-üslubi əməliyyat səviyyəsində xüsusi siqlət qazanır.

Burada «sufi-hürufi terminologiyasından istifadə» məqamları da geniş təhlildən keçirilir. M.Hüseynov Aşıq Ələsgər poeziyasındakı ritorik müraciətləri poetik fikir və emosiya ifadəsinin spesifik forması kimi alıb təhlil süzgəcindən keçirmişdir. Məsələyə düzgün və prinsipial mövqedən yanaşan müəllif qeyd edir ki, ritorik müraciət gərgin psixoloji əhval-ruhiyyə üzərində rəngarəng ölçülərlə təzahür edir ki, bu da poetik fikri və emosiyanı maddi formaya salan dilə estetik vüsət gətirən bədii memarlıq vasitəsidir.

Həmcins üzvlərin üslubi cizgiləri və bunun sayəsində lirik mühakimənin çevikliyinə toxunan müəllif Aşıq Ələsgər poetikasında eyni sintaktik mövqeli sözlərin rolu haqqında söhbət açmış, onun şeirlərində estetik tamlığa xidmət edən, duyum-deyim müvazinətini nizamlayan xitabların yaratdığı ritmik-arxitektomik simmetriya barədə müfəssəl məlumat vermişdir. Sintaktik paralelizm və onun yaratdığı ritmik arxitektonik simmetriya barədə fikir yürüdəndə də müəllif eyni mövqedən çıxış etmişdir. İfadə vasitələrinin üslubi rənginə görə seçilmə uğurları fonunda Aşıq Ələsgərin təravətli dilində deyim biçimlərini saf-çürük etməklə M.Hüseynov Aşıq Ələsgərin bədii nitqinin mühüm atributlarını – incə səs duyumunu, təsvir elastikliyini, ritm ahəngdarlığını, sözü səhmanlı işlətmə bacarığını göstərə bilmişdir. Aşıq Ələsgərin zəngin dil xəzinəsindən yararlanmaq məharətini, yetkin sənətkarlıq səviyyəsini, səs-söz təkrarlarından istifadə bacarığını konkret nümunələr əsasında şərh etmişdir.

Aşıq Ələsgərin zəngin şeir dilinin linqvistik materialları zəminində M.Hüseynov bir daha göstərir ki, poeziyada, xüsusən dahi söz sərraflarının yaradıcılığında dil hər hansı bir məzmunun sadəcə ifadəsi deyil. Dil şeirin formalarını təşkil etməkdə məhdudlaşıb qalmır. Dil poeziya üçün hər şeydən öncə yaradıcılıq aktıdır, poetik düşüncənin dil materiallarında təzahür edən mənalı formasıdır.

Bu baxımdan Aşıq Ələsgər yaradıcılığı ən parlaq örnəkdir.

Arzu Kərimov

Azərbaycan Dövlət Pedaqoji Universiteti


Etiket:
Xəbərlər

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024
Bütün xəbərlər