“BİLQAMIS” DASTANI

17:00 / 28.12.2018
Baxılıb: 17458

Eramızdan əvvəl IV-III minilliklərdə yaranan bəzi abidələri bir sıra əlamətlərinə görə ilkin türk soylarının nümunələri kimi diqqəti cəlb edir. Şumer sivilizasiyasından xəbər verən maddi-mədəniyyət abidələri və ədəbi əsərlər onların yaratdıqları əlifba ilə gil lövhələrə köçürülmüş, həmin yazılar dövrümüzə qədər gəlib çıxmışdır. Şumer kitabələrindəki şeirlər, nəğmələr, ağılar, zərb-məsəllər, himn və ağlaşma, lətifələr, əfsanələr, təmsillər, dastanlar, məktəb və təhsil və sair nümunələr ulu və əzəmətli bir xalqın mədəniyyətindən xəbər verir. Bu qədim mədəniyyət beşiyi istər coğrafi, tarixi-etnoqrafik baxımdan, istərsə də dil və soykök baxımından türk mədəniyyətinin ilkin izlərini özündə yaşadır.

Bu mədəniyyət güney Azərbaycan bölgələrində və onun cənubunda İki çayarası – Dəclə və Fərat çayları arasında yaranıb. Gil lövhələrə köçürülən beş dastandan biri « Bilqamıs haqqında dastan » adlanır. Şumer dilində yazıya alınan bu dastan qədim dövrlərdə akkad, hurri və het dillərinə tərcümə edilib, geniş yayılmışdır. Dastanın qəhrəmanı şumercə Bilqamıs adlanır.

Dastanda Bilqamıs belə səciyyələndirilir: « Dünyanın axırına kimi hər şeyi görmüş haqqında, dənizləri görmüş, bütün dağları aşmış haqqında, öz dostu ilə birlikdə düşmənləri fəth etmiş haqqında, müdrikliyə çatmış haqqında, hər şeyi bilən haqqında gizli nə varsa gördü, sirli nə varsa bildi, bizə daşqından əvvəlki günlər barədə xəbər gətirdi, uzaq yola çıxmışdı. Lakin yorulub qayıtmışdı ».

Dastanda gerçək tarixi hadisələrlə əfsanələr qovuşur. Tarixçilərin qeyd etdiyi kimi, Bilqamıs tarixi şəxsiyyətdir. Bilqamıs Uruk ölkəsinin, eləcə də Uruk şəhərinin hakimidir. O, mürəkkəb təbiətli insandır. O, dastanda həm qəddar, həm xeyirxah, həm qəhrəman,həm dost, həm də insan taleyini, onun aqibətini düşünən adam kimi təsvir olunmuşdur. Dastan bir neçə hissədən ibarətdir:

Bilqamıs Uruk şəhərinə hakimlik edir.

Bilqamısın Enkidu ilə dostluğu.

Bilqamısla Enkidunun Humbabanı və buğanı öldürmələri.

Bilqamısın dünya daşqınından gəmi qayırıb xilas olan Utnapiştimlə görüşməsi.

Bilqamısın ümidsiz vətənə dönməsi və s.

Dastan Bilqamısın əvvəlcə xasiyyətindən bəhs edir:

Dünyanın bu başından o başına dolaşmış,

Dənizlər adlamış, uca dağları aşmış,

Dostu ilə bilikdə düşənləri haqlamış,

Müdrikliyə yetişmiş, dünyanı dərk eləmiş,

Bir insan haqqındadır bizim bu dastanımız.

O hər sirr bilərdi, o hər şeyi görərdi,

Yeri su basmasından bizə xəbər verərdi,

Uzun yollar dolaşıb, yorulub əldən düşdü,

Başına gələnləri sal bir qayaya döydü.

Sonra hasara alıb adını Uruk qoydu

Bilqamıs Uruk şəhərinin qala divarlarını tikdirdikdən sonra özünü sərbəst aparır, şəhər əhalisinə zülm edir, qız və qadınlara sataşır. Uruk sakinləri allahlara müraciət edirlər. Şikayət sədası allah Anuya çatır. O, ana ilahəsi Arurunu yer üzərinə göndərir və deyir: « Sən onu yaratmısan, indi də ona bənzər qəhrəman yarat. Arurugildən vəhşi görkəmli və təbiətli Enkidunu yaradır. Tezliklə Uruka xəbər yayılır ki, yaxınlıqda vahiməli bir əcaib insan peyda olmuşdur. Onu ancaq Bilqamıs məğlub edə bilər. Lakin Bilqamıs belə ondan çəkinir. Çünki İnkidu vəhşi təbiətə malik idi. Onun təbiətini dəyişdirmək lazım idi. Məbəd qadınlarından birini - Şamxatı onun yanına göndərirlər. Qadın ona nəvaziş göstərir. Tədricən Enkidunun vəhşi təbiəti dəyişilir, başına ağıl gəlir, gücdən düşür. Qadın məhəbbəti ona şüur gətirir. İnsana çevrilmiş Enkidu Bilqamısla döyüşə girişir. Ağıllı Bilqamıs onunla barışıb əhdi-peyman bağlayıb qardaş olurlar. Bundan sonra onlar birlikdə sidr meşəsinə gedib şər qüvvə olan Humbaba ilə döyüşürlər. Çox çətin döyüşdən sonra Humbabanı öldürürlər.İlahə İştar Bilqamısın qəhrəmanlığını görüb ona vurulur,qəlbini ona açır. Lakin Bilqamıs İştarın məhəbbətini rədd edir. Bilqamıs yaxşı bilir ki, İştar heç bir sevgilisinə sonacan sədaqətli olmamışdır. İştar bu təhqirə dözmür.

Səma allahı Anudan xahiş edir ki, Bilqamısa qarşı səma öküzünü göndərsin. Vəhşi öküz Uruk da qabağına çıxanı dağıdır, məhv edir. Bilqamıs və Enkidu çətinliklə öküzü öldürürlər. Uruk camaatı qəhrəmanların şərəfinə ziyafət verir, mahnılar qoşur. Lakin allahlar Enkidunu Bilqamısa qarşı yönəltmişdilər. O isə Bilqamısla dostluq edir. Humbabanın və səma öküzünün öldürülməsində iştirak edir. Allahlar Enkiduya ölüm hökmü çıxarırlar. Enkidu xəstələnir və ölür. Bilqamıs hədsiz pərişan olur, həyatın, qəhrəmanlığın, şöhrətin sonunu gözü qabağında canlandırır.

Bilqamıs əbədi həyat axtarmağa gedir...

Bir görün, kim gözəldir qəhrəmanlar içində?

Görün əzəmətlidir kim cavanlar içində?

Bütün qəhrəmanların Bilqamısdır gözəli,

Enkidudur ərlərdən və məğrur, ən cüssəli

Qəzəblə qoyduğumuz o, ilahə Buğası.

Bilqamıs eşitmişdir ki, uzaq okean sahilində yaşayan Utna piştimə nə vaxtsa allahlar əbədi həyat bəxş etmişlər.Çox gedir, dağı, daşı aşır, okeanı keçir.

Bilqamıs dastanının Azərbaycan dilinə tərcüməsi İ.Vəliyevindir.

Mənbə:QARA NAMAZOV " OZAN-AŞIQ SƏNƏTİNİN TARİXİ " kitabı


Etiket:
Xəbərlər

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025
Bütün xəbərlər