Tarixi mənbələrdə adı çəkilən “ Armenia ”, “ Armina ”, “ Armini ”nin özlərini “ hayk ” adlandıran bugünkü ermənilərlə və Hayastanla heç bir bağlılığının olmadığı tarixçilər tərəfindən təsdiqlənib.
Ermənilərin sanballı mənbə hesab etdiyi tarixçi Pavstos yazır ki, bir gün erməni çarı Arşak fars hökmdarının tövləsinə gəlir. Bu zaman hökmdarın baş mehtəri onu lağa qoyaraq deyir: “ Gəl, otur bu samanlıqda, mənim yanımda ”. Guya bundan qəzəblənən Arşakın yanındakı silahlı döyüşçü mehtəri qılıncı ilə öldürür. Bu nağılda nə qədər uyğunsuzluq var! Mehtər şahı necə lağa qoya bilər? Özü də əgər o, ermənilərin iddia etdiyi kimi, “ Böyük Ermənistan ”ın çarı olubsa! Bəs bu nağılın qəhrəmanı ermənilər əslində kimdir?! Onlar indiki Ruminiyadan Balkanlara, oradan isə Assuriyaya qovulmuş aromun tayfaları ilə Hindistandan skiflər tərəfindən qovulmuş hayların qaynayıb-qarışması və Assuriya ərazisində birgə məskunlaşması nəticəsində meydana gəlmiş köçəri xalqdır. Özlərini “ hay ” adlandıran ermənilərin bu adının Hindistandakı Himalay dağlarının qısaldılmış forması olması, erməni dilinin isə Hind-Ari dilləri ailəsinə aid edilməsi, qaraçı, pəncab və erməni dillərinin bir-birinə çox yaxın olması bu faktı təsdiqləyir. Dünyanın digər hissələrinə, o cümlədən Qafqaza da onlar məhz bu ərazidən köç ediblər. Ermənilər iddia edirlər ki, guya onların ilkin vətəni məhz Qafqazda mövcud olmuş “ Böyük Ermənistan ” olub və onun hüdudlarından kənara səpələnmələrinin səbəbi Bizans və Sasani imperiyalarının sərhədlərini qorumaq, Bizansın əhali yaşamayan ərazilərində demoqrafik balansı təmin etmək olub. VII-VIII əsrlərdə Ərəb xilafəti və Bizans imperiyası arasındakı qarşıdurma zamanı onlar əhalisi boşaldılmış Kilikiyada (indiki Suriyanın şimalındakı kiçik dağlıq ərazidə) yerləşdiriliblər. Lakin heç bir sanballı tarixi mənbələrdə hayk tayfalarından ibarət silahlı dəstələrin fəaliyyəti barədə məlumata rast gəlinmir. XI əsrdə Ermənistan Bizansın tərkibinə qatıldıqdan sonra Anadolu səlcuq türkləri tərəfindən zəbt edilib, Kilikiyada məskunlaşan ermənilər isə XIV əsrdə orada erməni çarlığı yaradıblar. Onlar dünyanın bir sıra ölkələrinə də məhz buradan yayılıblar. Yəni Ermənistan qətiyyən ermənilərin tarixi vətəni deyil. Tarixi mənbələrdə adı çəkilən “ Armenia ”, “ Armina ”, “ Armini ”nin özlərini “ hayk ” adlandıran bugünkü ermənilərlə və Hayastanla heç bir bağlılığının olmadığı tarixçilər tərəfindən təsdiqlənib. Bu, etnik yox, coğrafi məfhumdur. Ermənilərin nəinki Azərbaycanın tarixi ərazisi olan Qarabağa iddia irəli sürmək, heç müasir Ermənistanı öz tarixi vətənləri hesab etməyə mənəvi və hüquqi haqları yoxdur. Bizim eradan əvvəl IX əsrdə Türkiyə ərazisindəki Van gölü ətrafında təşəkkül tapmış Urartu dövlətinin və orada yaşayan tayfaların, habelə Kiçik Asiyada yaşamış arami tayfalarının iddia edildiyinin əksinə olaraq, ermənilərə heç bir aidiyyəti yoxdur. Onlar sadəcə armina, harminu, uraştu kimi sözləri öz tarixləri ilə əlaqələndirməyə çalışırlar. Akademik N.Marr VI əsr erməni tarixi mənbələrinə istinad edərək yazır ki, ermənilər Hindistandan Bizansın şərqinə (indiki Suriya-Livan ərazisinə) qaçıb gəlmiş qaraçı tayfalarından törəyiblər. Herodot göstərir ki, farslar və midiyalılardan başqa, burada hökmranlıq etmək iqtidarında olan üçüncü bir dövlət yox idi və erməni çarı olduğu iddia edilən I Tiqran Əhəmənilər sülaləsindən olan fars hökmdarıdır.Herodotun və digər tarixçilərin əsərlərində Qafqazın yerli xalqlarından geniş bəhs edildiyi halda, ermənilərin adına heç yerdə rast gəlinmir. Tarixi mənbələr sübut edir ki, indiki Suriya ərazisində olan Selevkilər dövlətində iki erməni sərkərdəsi romalılara qarşı müharibədə qalib gəldikdən sonra hakimiyyəti ələ keçirərək, Suriyanın əsas hissəsini Ermənistan ölkəsi elan edib və kənarda yaşayan erməniləri kütləvi surətdə ora köçürüblər. Strabonun yazdığına görə, sonradan həmin sərkərdələr arasında yaranmış ziddiyyətlər nəticəsində onlardan biri bizim eradan əvvəl II əsrdə Qafqaza gəlib və qədim Azərbaycan dövləti olan Midiyaya məxsus bir sıra vilayətləri işğal edərək, burada ikinci kiçik erməni dövləti yaradıb. Ermənilərin uydurduqları “ Böyük Ermənistan ” isə Qafqazda deyil, Suriyada, Fərat çayı vadisində, Selevkilər dövlətinin yerində yaradılmış birinci erməni padşahlığıdır. Eyni zamanda “ Böyük Ermənistan ” Fərat çayının yuxarılarından Van gölünə doğru ərazilərdə mövcud olmuş “ Kiçik Ermənistandan ” fərqləndirilmək üçün tarixçilər tərəfindən işlədilən coğrafi termin olsa da, ermənilər sonradan onu siyasiləşdirərək, guya tarixən indiki Qafqazın da daxil olduğu Qara dənizdən Aralıq dənizinədək ərazini əhatə edən qüdrətli dövlətləri olduğunu iddia ediblər. Qafqaza köçüb gələn ermənilərin hökmdarı Tiqran eramızdan əvvəl 69-cu ildə Roma dövləti tərəfindən məğlubiyyətə uğradıqdan sonra buradakı erməni dövləti zəifləməyə başlayır. Ermənistanı isə Parfiya çarının oğlu Artsax idarə edirdi. Göründüyü kimi Artsax vilayəti tarixdə heç zaman Ermənistanın tabeliyində və tərkibində olmayıb, əksinə Ermənistan ona tabe olub. Bizim eradan əvvəl IV əsrdə Sasanilər dövlətinin Roma üzərində qələbə çalmasından sonra Suriyadakı birinci erməni dövləti farsların nəzarəti altına keçir. Bundan sonra ermənilər Kiçik Asiyaya - indiki Türkiyə ərazisinə köç edirlər. Bu hadisədən otuz il sonra Qafqazda parfiyalılardan və albanlardan (qədim azərbaycanlılardan) vassal asılılığı olan kiçik erməni dövləti Roma və Sasanilər arasında bölüşdürülür. Osmanlı və Səfəvilər dövründə bu iki qüdrətli imperiya ərazisində sığınacaq tapan ermənilər əsasən, Osmanlıların Yeniçəri ordusunda xidmət edib, xırda ticarətlə məşğul olublar. Onların öz gözəgəlimli qadınlarını Osmanlı sultanlarının sarayına cariyə qismində göndərmələri sayəsində bu dövlətdə öz mövqelərini gücləndirməyə cəhd etmələri də məlumdur. Eyni üsulla onlar Qarabağ xanlığında, xüsusilə İbrahimxəlil xanın sarayında mövqelər əldə etməyə çalışıb və burada kiçik məlikliklər yaratmağa nail olublar. 1813-cü il və 1828-ci il Rusiya-İran müharibələrinin başa çatmasından sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələrinin şərtlərinə əsasən, demoqrafik balansı öz xeyrinə dəyişdirmək istəyən və iki müsəlman qonşusu - Türkiyə və İranla öz arasında “ sanitar dəhlizi ” və “ bufer zonası ” yaratmaq istəyən Çar Rusiyasının xristian erməniləri kütləvi şəkildə Cənubi Qafqaz bölgəsinə köçürməsinə baxmayaraq, Qarabağ və İrəvan xanlıqlarında keçirilmiş əhalinin siyahıyaalınması barədə arxiv sənədlərində ermənilərin azərbaycanlılarla müqayisəolunmaz dərəcədə az olduğu göstərilir. Beləliklə, tarix elmi də Azərbaycan Prezidenti İlham Əliyevin dediyini təsdiqləyir: “ İki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin xalqımıza qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə yürütdüyü siyasətin məqsədi azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək, mifik “ Böyük Ermənistan ” dövləti yaratmaq idi ”.
Nəzakət Məmmədova. AzVision.az
Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025