Bu qədim türk obasının adı yazılı mənbələrdə ilk dəfə Səfəvi Azərbaycan dövlətinə dair sənədlərdə çəkilir və o, Çuxur- Səd bəylərbəyliyinin inzibati vahidlərindən biri kimi səciyyələndirilir. 1723 –cu ildə Göyçə hövzəsi bütünlüklə osmanlıların nəzarətinə keçdikdən sonra tətbiq olunan inzibati bölgüyə əsasən bu kənd İrəvan əyalətinin Göyçə nahiyəsinin ərazisinə daxil edilmişdir. 1728-ci ildə Şah Əhməd Mehmet xan oğlu tərəfindən təsdiqlənərək tuğralanmış və hal hazırda Türkiyə Respublikasının Başbakanlıq Arxivində saxlanan “ İrəvan əyalətinin icmal dəftəri “-ndə Ağkilsə kəndinin adı Göl kəndindən (indiki Martuni rayonunun Liçk kəndi) əvvəl qeyd olunub və...Həmin nahiyədəki Ağkilsə (yəni Ağqala-Ağkilsəsi), eləcə də həmin siyahının Zarzəmin nahiyəsinə dair bölməsindəki Agkilsə (Aşıq Ələsgərin kəndi) kəndləri ilə qarışıq salınmaması naminə, həm də yəqin ki, dəftərin tərtibində yanlışlığa və təkrarçılığa yol verilmədiyini diqqətə çatdırmaq üçün bu kənd “ digər bir Ağkilsə kəndi ” təsnifatı ilə təqdim edilib. Həmin sənəddən o da bəlli olur ki, Göl kəndinə yaxın ərazidəki Ağkilsənin, yəni bizim şərti olaraq “ I Ağkilsə ” adlandırdığımız kəndin sultan xəzinəsinə illik vergisi 2,890 ağca həcmində imiş. Ağqala –Ağkilsə kəndində bu rəqəm 7,325 ağca həddində olub. Həmin sənədin 118-ci səhifəsində isə Zarzəmin nahiyəsindəki Ağkilsə əhalisinin osmanliların gəlişindən sonra kəndi tərk etmələri və bu səbəbdən də boş yurd yerləri sırasında xas qismində birbaşa sultanın mülkiyyətinə verildiyi barədə qeydlər var. Burdan aydın olur ki, XVIII əsrin ortalarında Göyçə hövzəsində Ağkilsə adlı üç kənd varmış. XVIII əsr müəllifi Simon İrəvanlı Göyçə gölü ətrafındakı obalar sırasında bu kəndin adını çəksə də, onun dəqiq coğrafi koordinantlarına işarə ola biləcək məlumatlar vermir. Bu qeydlərdən yalnız o bəlli olur ki, I Ağkilsə Dəlikdaşa yaxın dağlıq bir ərazidə yerləşmiş qədim obalardan biridir. XIX əsrin iyirminci illərində Rusiya-İran, Rusiya-Türkiyə müharibələri nəticəsində dağıdılmış yaşayış məntəqələrinin, nə də yeni yaradılmış erməni vilayətinin idarəçiliyinə verilmiş kəndlərin siyahısında I Ağkilsənin adına rast gəlinmir. İ.Şopenin siyahılarına düşməməsi reallığına istinadən, erməni tarixçiləri belə bir kəndin olmaması, olsa da 1750-1820-ci illər aralığında dağılması barədə ehtimal irəli sürürlər. Kəndin mövcudluğunun tarixi fakt olmasına rəğmən, ermənilərin onun inkarına yönəlik səylərinin arxasında olduqca dəhşətli bir cinayətin izlərini itirmək istəyinin dayandığı şəksizdir. Bu ehtimala əsas verən faktlardan biri də odur ki, İ.Şopen 1826-1829-ci il müharibələri zamanı erməni-rus hərbi birləşmələrinin Göyçədə dağıtdığı 108 kənddən yalnız 67-si barədə məlumat versə də, nədənsə siyahılarda cəmi 27 adını göstərib, qalan 40 kəndi isə ” adları unudulmuş ölü kəndlər ” kimi təsnifləyib. İ.Şopenin bələdçilərinin ermənilər olduğu və siyahıların tərtibində olduqca ciddi, amma düşünülmüş təhriflərə yol verildiyi reallığını nəzərə alsaq, onda 40 “ ölü kənd ” dən birinin- siyahıda 27-32-ci sırada yer almış adsız kəndlərdən birinin məhz I Ağkilsə olduğunu söyləmək mümkündür. Və belə olduğu təqdirdə erməni tarixşünaslığının I Ağkilsə ilə bağlı həqiqətlərin gizlədilməsindəki marağı barədə də düşünmək zərurəti yaranır. İ.Şopenin siyahilarında dağıdılmış kəndlər kimi göstərilən və yeni yaradılmış erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə mahalının o zaman yaşayış üçün yararlı sayılan 59 yaşayış məntəqəsinin siyahısında yer almayan kəndlərin bir çoxu, konkret olaraq əhalisinin bir qismi sağ qalmış kəndlər XIX əsrin ortalarında bərpa olunub və bu reallıq rəsmi sənədlərdə əksini tapib. I Ağkilsə isə bərpa edilməyib. Bu reallıq ona dəlalət edir ki, 1826-1829-cu illərdə erməni-rus hərbi birləşmələrinin Göyçə mahalında həyata keçirdikləri soyqırımı zamanı ya I Ağkilsə əhalisi kütləvi qətliama məruz qalıb, ya da sağ qalanlar o qədər az sayda olublar ki, kəndi bərpa etməyə gücləri yetməyib. Bu ehtimalların hansının həqiqətə daha yaxın olduğunu qəti şəkildə söyləmək mümkün olmasada, bir fakt tam aşkardır: azı min illik tarixi olan “ I Ağkilsə ” kəndi 1826-1829-cu il aralığında tüğyan etmiş erməni faşizminin qurbanlarından biridir və bu tarixi cinayətin məsuliyyəti həm ermənilərin, həm də onlara havadarlıq etmiş xiristian dünyasinın üzərinə düşür.
SALMAN VİLAYƏTOĞLU
Təqdim etdi: İLQAR İSMAYILOV
Ermənilərin çeçenlərə tarixi zərbəsi: Urartu oğurluğu
20.02.2019Zəki İslamın şeirləri
19.02.2019 19.02.2019Fəlsəfə - Aşiq buddistlər
19.02.2019YAXIN NƏŞR TARİXİNİN TƏDQİQİ “BOZ OĞUZ” nəşriyyatı – LEYLA ABASOVAnın təqdimatında
18.02.2019“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi
18.02.2019Məcnun Göyçəlinin şeirləri
16.02.2019Türkün ari-slavyan sivilizasiyası qarşısındakı rolu
16.02.2019Avropalı alimlərdən ŞOK ARAŞDIRMA: Qafqaz xalqları Amerika və Avropa ilə qohumdur
15.02.2019HƏRBİ HƏKİMLİYİN KAMİL ZİRVƏSİ
14.02.2019Balaca İsmayılın böyük istedadı
13.02.2019Azərbaycan türklərinin Qızılbaşlar imperiyası fars dövlətinə necə çevrildi? –"REGNUM"UN ARAŞDIRMASI
12.02.2019İstedadlar sorağında - Rəşid Bərgüşadlı
12.02.2019Eynulla Sadıqın şeirləri
11.02.2019Adı dillər əzbəri olan, oğlunu vaxtsız itirən Ağ Aşıq Allahverdi
11.02.2019 11.02.2019Qədim Azərbaycan şəhəri olan İrəvanın əhalisi
11.02.2019Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün – FOTOLAR
09.02.20191988-1989-cu illər deportasiyası
09.02.2019“Kitabi-Dədə Qorqud” dastanlarında və Azərbaycan dilinin Krasnoselsk şivələrində bəzi leksik paralellər
08.02.2019Şükriyyə: Bədənini murdarlayıb namusunu zabitlərdən qoruyan qadın...- ARAŞDIRMA
08.02.2019Tarixin iki türk sərkərdəsi — Çingiz xan və Əmir Teymurun fərqləri
07.02.2019Ermənilərin qorxulu kabusu: Təkbaşına hücum…
07.02.2019İstedadlar sorağında - İlahə İmanova
06.02.2019Ardanış haqqında tarixi oçerk
06.02.2019Görməsə də, əli ilə atasının məzarına toxunurdu — Hacı Zeynalabdinin qızına 6 il baxmış şəxsdən açıqlamalar - FOTOLAR
06.02.2019Əli Məhərrəmovun şeirləri
05.02.2019Göyçə nisgili, Göyçə dərdi
05.02.2019Mübarəksən, cənab Leytenant
03.02.2019İsmixan Didərginin şeirləri
02.02.2019Nəvai yaradıcılığında Nəsimi obrazı VƏ YA ÖZBƏK ƏDƏBİYYATI SƏHİFƏLƏRİNDƏ NƏSİMİ İZLƏRİ
02.02.2019ISSIQ YAZISI
01.02.2019Şeyx Şamil
01.02.2019Rüstəm Dastanoğlu: " Göyçənin özü böyük bir akademiya idi. Aşıq Ələsgər də o akademiyanın ən parlaq məzunu oldu." 1-ci hissə
31.01.2019Rəsulzadədən sitatlar
31.01.2019Yusif Bayramov əzəməti
30.01.2019Ermənistanın ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır
30.01.2019Əmir Teymurun lənətinə uğrayan Stalinin qorxusu və çaşqınlığı…
29.01.2019USTA ABDULLANIN ƏXLAQİ-DİDAKTİK ŞEİRLƏRİ
29.01.2019Fəlsəfə - Bertrand Rassell
29.01.2019DİL FAKTLARININ DAXİLİ MƏZMUNU VƏ BƏDİİ HƏQİQƏT
28.01.2019İstedadlar sorağında - Qafar Şövqi
28.01.2019Xəyanəti unutmayan və bağışlamayan KQB-nin qisası – Kəşfiyyat sirləri
28.01.2019Düşmənin qorxulu röyası
26.01.2019Unudulmaz izlər - Firudin bəy Köçərli
26.01.2019Bakını və Türkiyəni gizli dinləyən kəşfiyyatçı qadının sensasion hekayəsi
25.01.2019Unudulmaz izlər - Hacı Zeynalabdin Tağıyev.
25.01.2019Tarixdə baş vermiş qəribə müharibələr
25.01.2019Səyyarə Məmmədlinin şeirləri
24.01.2019Ağa Məhəmməd Şah Qacar haqqında bilmədiklərimiz...
24.01.2019