Hətta, Bakı- Basarkeçər marşurutunun açılışı günü ermənilər Bakıdan gələn avtobusu daşa basmış, sürücüləri təhqir və təhdid etmişdilər.
Onun haqqında çəkinmədən ən gözəl sözləri demək olar. Çünki o, onu tanıyan hər kəsin sevdiyi bir dost, elli, ictimai xadim, bir də böyük həriflərlə yazılacaq VƏTƏNDAŞ idi. Yüzlərlə elədiyi xeyirxahlıqlar bu gün də elin, obanın dilində əfsanəyə çevrilib xatırlanır. Adı çəkiləndə həmişə rəhmətlə anılır. Xeyirxahlıq simvoluna çevrilən Rəşid İbrahimovun yaşadığı 43 il ərzində heç vaxt sağ əlinin verdiyini, sol əli bilmədi. Dünyaya təmənnasız təşrif buyurduğu üçün etdiyi yaxşılıqları da təmannasız etdi. Hər kəsə geniş ürəyində məhəbbət dolu bir yer verdi. Qısa ömür yaşamasına baxmayaraq özündən sonrakı nəsillərə nümunəvi bir ömür yaşadı. Ona görə də bu gün Vətən torpağının yaddaşında Rəşid İbrahimov adlı silinməz bir iz yaşayır. İndi biz uzaqlardan gələn işıq ziyası kimi o izin arxasınca düşüb babalarımızı, adət-ənənəmizi, yağmalanmış yurdumuzu axtarırıq...
Rəşid İbrahimov 1951-ci ildə Göyçə mahalının Kərkibaş kəndində tanınmış tarix müəllimi Bəhlul İbrahimovun ailəsində anadan olmuşdur. İbtidai təhsilini doğma Kərkibaş kəndində, tam orta təslini isə qonşu Çaxırlı kəndində aldıqdan sonra 1968 ci ildə Azərbaycan Politexnik İnstitutunun Avtonəqliyyat fakültəsinə daxil olmuş, 1972-ci il də institutu fərqlənmə diplomu ilə bitirmişdir. Hələ institutda təhsil aldığı dövürdə dərin zəkası, məsələlərə özünəməxsus yanaşma tərzi ilə tay-tuşlarından fərqlənmişdir. O, təhsildə nə qədər fərqlənsə də, ali məktəb həyatına nə qədər bağlı olsa da, institutda işləmək üçün şərait yaradılsa da, o, aldığı biliyi ilk növbədə doğma vətəninə -Göyçə mahalına sərf etmək istəmişdir. İnstitutu bitirən kimi doğma yurdu Kərkibaş kəndinə gəlib və il yarım nəqliyyat işləri üzrə mühəndis vəzifəsində işləmişdir. Həmin vaxtlar Rəşid İbrahimov bilik və bacarığını tətbiq etmək üçün daha geniş meydan axtarırdı. Ona görə də arzularının arxasınca Bakıya gəlir, xeyirxah insanların və özünün şəxsi bacarığı sayəsində 2 №-li Avtoparkda direktor müavini vəzifəsinə təyin olunur. Gənc olmasına baxmayaraq az vaxt içərisində bacarıqlı bir kadr kimi kollektivin hörmətini qazanır. İşgüzarlığı onu pillə-pillə yuxarıya qaldırır və parkın işçi heyyəti yekdilliklə onu parkın direktoru vəzifəsinə seçirlər. Hansı ki, həmin vaxtlar Bakıda nəqliyyat sahəsində hərcmərclik hökm sürürdü. Azərbaycan Respublikasının Nəqliyyat naziri, nazirliyin kollegiya iclasında məsələni müzakirə edərək, bu böyük və məsuliyyətli işi Rəşid İbrahimova tapşırır və onu Şəhərlərarası Avtobus Parkının direktoru təyin edir. Az vaxt içərisində Rəşid İbrahimov yeni metodlardan istifadə edərək nəqliyyatda mövcud olan hərcmərcliyi nəinki aradan qaldırmağa nail olur, eyni zamanda nəqliyyat sahəsini qabaqcıl bir sahəyə çevirir. Xalqa xidmət etmək Rəşid İbrahimovun həyat devizi olmuşdur. Ermənistanda yaşayan əhalinin Azərbaycana, o cümlədən Bakıya gəlib-getməsini asanlaşdırmaq məqsədiylə Rəşid İbrahimovun şəxsi təşəbbüsü ilə Bakı - Kirovakan, Bakı- Basarkeçər marşrutları açılır. Əlbətdə bu, elə-belə iş deyildi. Bunun üçün iki Respublikanın nəqliyyat rəhbərləri arasında razlığa nail olmaq və bir sıra başqa məsələləri yoluna qoymaq lazım idi. Bütün bunların ağırlığı Rəşid müəllimin üzərinə düşürdü. Digər tərəfdən də Ermənistanda bu işə ardıcıl mane olmağa çalışan ermənipərəst qüvvələr var idi. Hətta, Bakı- Basarkeçər marşurutunun açılışı günü ermənilər Bakıdan gələn avtobusu daşa basmış, sürücüləri təhqir və təhdid etmişdilər. Rəşid İbrahimovla səbrlə, təmkinlə və tədricən bu işləri yoluna qoymuş və marşrutun normal işləməsinə nail olmuşdur. Deyilənlərə görə, Bakı-Basakeçər marşrutu işə düşən günü, Rəşidin sevincdən gözləri yaşarmışdır. Lakin ədalət naminə deməliyik ki, bu marşrutların təşkilində və açılmasında görkəmli dövlət xadimi, göyçəlilərin ağsaqqalı Yunis Rzayevin də böyük əməyi olmuşdur. 1988-ci ildə Azərbaycanlılar ata-baba yurdları Ermənistandan qovularkən Rəşid İbrahimov onların çıxarılmasında və yerbəyər edilməsində əsl vətənpərvərlik göstərmişdir. Qaçqınların avtobus və digər nəqliyyatla təmin olunmasında, işsizlərin işlə, evsizlərin evlə təmin olunmasında xüsusi fədakarlıq göstərmiş, onların prablemlərini yerində həll etmişdir. Məlum olduğu kimi, 1989-cu ildə Qarabağ hadisələri ilə əlaqədar Bakının Azadlıq meydanında izdihamlı mitinqlər keçirilirdi. O zamanlar Azərbaycana rəhbərlik edən Ə.Vəzirov mitinqin bir qrup təşkilatçılarını, o cümlədən Rəşid İbrahimovu həbs etdirir. İl yarım həbsdə qaldıqdan sonra, həqiqət öz yerini tutur, Rəşid İbrahimov həbsdən azad edilir, yenidən Bakı şəhər Baş Nəqliyyat İdarəsinə rəis təyin olunur. Rəşid İbrahimov da Azərbaycanın başqa qabaqcıl ziyalıları kimi xalqın nicat yolunu Heydər Əliyevin hakimiyyətə gəlməsində gördüyü üçün bu yolda dayanmadan fədəkarlıq göstərirdi. Sadə bir həyat tərzi keçirən Rəşid İbrahimov böyük ürəyə sahib xeyriyyəçi, kütləni arxasınca apara bilən həm də nüfuzlu ictimai xadim idi. Bilavasitə onun təşəbbüsü ilə yaradılmış “ Ağrıdağ ” xeyriyyə cəmiyyəti Azərbaycanda sosial partlayışın və müharibənin qarşısının alınmasında xeyli işlər görmüşdür. Rəşid İbrahimovun xalqa, vətənə xidmət etmək arzuları çox olsa da, təəssüf ki, vaxtsız ölüm onun kəpənək qanadları qədər zərif arzularının həyata keçməsinə mane oldu. Bakı şəhəri Nərimanaov rayonuna icra başçısı kimi məsuliyyətli bir vəzifəyə təyin olunduğu bir məqamda ölüm onun başını üstünü kabus kimi kəsdirdi. 1995-ci yayında dostlarının, doğmlarının çiynində göz yaşları ilə son mənzilə yola salındı. Tale Rəşid İbrahimova Azərbaycan xalqına istədiyi qədər xidmət göstərməyə ömür verməsə də, ancaq onun təmiz əməlləri, xeyirxah işləri, yüz illər boyunca qəlblərdə yaşadacaq. Ruhun şad, məkanın cənnət olsun, əbədiyaşar Rəşid müəllim!
Bəhrəm Avılov
Ermənilərin çeçenlərə tarixi zərbəsi: Urartu oğurluğu
20.02.2019Zəki İslamın şeirləri
19.02.2019 19.02.2019Fəlsəfə - Aşiq buddistlər
19.02.2019YAXIN NƏŞR TARİXİNİN TƏDQİQİ “BOZ OĞUZ” nəşriyyatı – LEYLA ABASOVAnın təqdimatında
18.02.2019“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi
18.02.2019Məcnun Göyçəlinin şeirləri
16.02.2019Türkün ari-slavyan sivilizasiyası qarşısındakı rolu
16.02.2019Avropalı alimlərdən ŞOK ARAŞDIRMA: Qafqaz xalqları Amerika və Avropa ilə qohumdur
15.02.2019HƏRBİ HƏKİMLİYİN KAMİL ZİRVƏSİ
14.02.2019Balaca İsmayılın böyük istedadı
13.02.2019Azərbaycan türklərinin Qızılbaşlar imperiyası fars dövlətinə necə çevrildi? –"REGNUM"UN ARAŞDIRMASI
12.02.2019İstedadlar sorağında - Rəşid Bərgüşadlı
12.02.2019Eynulla Sadıqın şeirləri
11.02.2019Adı dillər əzbəri olan, oğlunu vaxtsız itirən Ağ Aşıq Allahverdi
11.02.2019 11.02.2019Qədim Azərbaycan şəhəri olan İrəvanın əhalisi
11.02.2019Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün – FOTOLAR
09.02.20191988-1989-cu illər deportasiyası
09.02.2019“Kitabi-Dədə Qorqud” dastanlarında və Azərbaycan dilinin Krasnoselsk şivələrində bəzi leksik paralellər
08.02.2019Şükriyyə: Bədənini murdarlayıb namusunu zabitlərdən qoruyan qadın...- ARAŞDIRMA
08.02.2019Tarixin iki türk sərkərdəsi — Çingiz xan və Əmir Teymurun fərqləri
07.02.2019Ermənilərin qorxulu kabusu: Təkbaşına hücum…
07.02.2019İstedadlar sorağında - İlahə İmanova
06.02.2019Ardanış haqqında tarixi oçerk
06.02.2019Görməsə də, əli ilə atasının məzarına toxunurdu — Hacı Zeynalabdinin qızına 6 il baxmış şəxsdən açıqlamalar - FOTOLAR
06.02.2019Əli Məhərrəmovun şeirləri
05.02.2019Göyçə nisgili, Göyçə dərdi
05.02.2019Mübarəksən, cənab Leytenant
03.02.2019İsmixan Didərginin şeirləri
02.02.2019Nəvai yaradıcılığında Nəsimi obrazı VƏ YA ÖZBƏK ƏDƏBİYYATI SƏHİFƏLƏRİNDƏ NƏSİMİ İZLƏRİ
02.02.2019ISSIQ YAZISI
01.02.2019Şeyx Şamil
01.02.2019Rüstəm Dastanoğlu: " Göyçənin özü böyük bir akademiya idi. Aşıq Ələsgər də o akademiyanın ən parlaq məzunu oldu." 1-ci hissə
31.01.2019Rəsulzadədən sitatlar
31.01.2019Yusif Bayramov əzəməti
30.01.2019Ermənistanın ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır
30.01.2019Əmir Teymurun lənətinə uğrayan Stalinin qorxusu və çaşqınlığı…
29.01.2019USTA ABDULLANIN ƏXLAQİ-DİDAKTİK ŞEİRLƏRİ
29.01.2019Fəlsəfə - Bertrand Rassell
29.01.2019DİL FAKTLARININ DAXİLİ MƏZMUNU VƏ BƏDİİ HƏQİQƏT
28.01.2019İstedadlar sorağında - Qafar Şövqi
28.01.2019Xəyanəti unutmayan və bağışlamayan KQB-nin qisası – Kəşfiyyat sirləri
28.01.2019Düşmənin qorxulu röyası
26.01.2019Unudulmaz izlər - Firudin bəy Köçərli
26.01.2019Bakını və Türkiyəni gizli dinləyən kəşfiyyatçı qadının sensasion hekayəsi
25.01.2019Unudulmaz izlər - Hacı Zeynalabdin Tağıyev.
25.01.2019Tarixdə baş vermiş qəribə müharibələr
25.01.2019Səyyarə Məmmədlinin şeirləri
24.01.2019Ağa Məhəmməd Şah Qacar haqqında bilmədiklərimiz...
24.01.2019