Dünyanın əlindən tutan sənətkar...

13:35 / 17.11.2018
Baxılıb: 3034

Aşıq Fətullanın səsinin ötkəmliyi, şaqraq qaqqıltısı, saz çalmaq məharəti, əsl ustadlarsayaq sazı sinəsinə müstəkəm edərək çırtıqları ilə qara sazın sinəsinə od salması böyük bir simfoniyanı xatırladar, ən susqun qəlbləri belə fəth edirdi.

Qopuzdan üzü bəri ozan-aşıqlıq sənəti xalq ədəbiyyatını, onun mədəni-ictimai dəyərlərini zamanların arxasından dartıb bu günə qədər gətirib çıxarmışdır. Hələ eramızın V əsrindən Attila dövründə saraylarda təşkil edilən şənliklərdə, toplantılarda bahadırların şücaətini tərənnüm etmək, onları tanıtmaq üçün aşıqlıq sənətinin misilsiz xidmətləri olmuşdur. Həmçinin xaqanların, sərkərdələrin, ordusunun döyüş bacarığının artırılmasında, döyüşlərdə zəfər çalmış igidlərin, sərkərdələrin şəninə tərif deyilməsində bu sənətinin mənəvi-psixoloji təsiri olduqca böyükdür. Bülbül avazlı aşıqların yanıqlı ifasının təsirindən çoxları ötənləri- itinləri xatırlayıb əllərini üzünə dayayıb xəlvət-xəlvət ağlayar, bəzən də Koroğlu nərəli aşıqların şaqraq zənguləsindən vəcdə gəlib bığıburma igidlər kimi cavanların köhlən atın belinə qalxıb, böyük coşqu ilə ənginliklərə uzanan göy yaylaqlarda cıdıra çıxdığı məqamlar da az olmayıb.

Aşıq-ozan sənətinin, sazın-sözün hikmətinin qorunmasında Göyçə mahalı öz əhli-əyalı ilə azman sənətkarlar yetirə-yetirə “ söz sənət beşiyi ” statusunu almışdır. Göyçə laylası, Göyçə gözəlliyi, Göyçə havası ilə 1941-ci il də qədim Nərimanlı kəndində Baleyoğlu Əbdüləzim kişinin ocağında dünyaya gələn Fətulla Əliyev kiçik yaşlarından meylini Aşıq Alı, Dədə Ələsgər dünyasına salmış, ömrünü könüllü olaraq ozan sənətinə bağlamışdır. 10-12 yaşlarında Fətulla Əliyev böyük ustad-yarpızlı aşıq İmanın yanında şəyirdlik edir, ondan bu sənətin sirlərini öyrənməyə başlayır. Fətullaya yeniyetməlik dövründə ustad iki il dərs verir. Ustad İman Fətullanın atası Əbdüləzim kişiyə “ bunun böyük gələcəyi var! ” deyərək, barəsində müsbət fikir bildirir. Bu rəy gənc Fətullanın aşıq sənətinə marağının artmasına xüsusi bir stimul verir.  Sonra Fətulla Əliyevin 4-5 il Göyçə mahalında mənsəbi bilinməyən Ələsgər bulağının hər damlasını dadmış Aşıq Talıb Ələsgər oğlunun möhtəşəm ustadlığı sayəsində ikinci şəyirdlik dövrü başlayır. Aşıq Talıb böyük ustadlardan mənimsədiyi sənətin sonsuz sirlərini Fətullah Əliyevə təlqin və tədris edir. Möcüzələrlə dolu Aşıq Ələsgər ocağının sirli-sehirli dünyası tezliklə gənc Fətullanı ofsunlayır. Talıb dədənin ustadlığının sirlərini mənimsədikdən bir qədər sonra Aşıq Alının sənət şəçərəsinin əl çatmaz davamçılarından qannılı Aşıq Mehtinin (Aşıq Mehti - Aşıq Alının şəyirdi Aşıq Qulunun şəyirdi olmuşdur.) yanında 2 il şəyirdlik edir. Təsadüfi deyil ki, ustadlar ustadı- həm Aşıq Alı sənətinin yetirmələri, həm də haqq vergili Dədə Ələsgərin yetirmələri sənətdə güvəndikləri üçün estafeti Fətulla Əliyevə arxayınlıqla təhvil veriblər. Aşıq sənətində Şeyx Alı, Dədə Ələsgər kimi iki dühanın, iki əlçatmaz zirvənin, çağlayan bulağın gözündən içmək hər sənətkara nəsib olan xoşbəxtlik deyil, amma, Fətulla Əliyev kimi bir tanrı sevimlisinə, saz pərvanəsinə qismət olmuşdur. Artıq girli, sanballı sənətkar titulu qazanmış Fətulla Əliyev gecəli-gündüzlü öz üzərində işləyərək sənətin sonsuz ənginliklərinə baş vura-vura elin-obanın toy nişan məclislərinin aşığına-ağsaqqalına çevirilir. Göyçə mahalında öz ustadları ilə seçilən, saza-sözə həssas bir obada - Nərimanlı kəndində Kalvayı Bağır oğlu Kələ Məhəmmədin nəvəsinin sünnətinə Baley oğlu Əbdüləzim ocağında böyümüş Fətullanı ali dərəcəli sənətkar-aşıq kimi məclisə dəvət edirlər. Onun ilk böyük məclis meydanı da bu toydan başlayır. Aşıq Fətulla bu məclisdə elə bir iz qoyur ki, sənətinin işığı, səsinin Allah vergisi olması, onun daha böyük məclislərin aparıcısına çevrilməsinə başlanğıc olur. Sonra Sarıyaqub kəndində Xıdır Quliyevin 500-600 nəfərlik oğul toyunun aşıqlığını məhz Aşıq Fətullaya həvalə edirlər. O, Göyçənin sənət məktəbinin imtahanlarından məqbul qiymətlə çıxmış istedadlı, sözünü deyən sənətkarı kimi qısa bir zaman ərzində şöhrəti uzaqlara yayılan nüfuzlu bir sənət sahibinə çevrilir. Bununla əlaqədar olaraq nərimanlı şair Şahmalı Əliyev(Kürdoğlu) sənət ucalığını qazanmış Fətullaya belə bir şeir ithaf edir:

Aşıqlıqda yoxdu qədir- qiymətin,

Bunu bilir el, başına dolanım.

Dodağından dürrü gövhər süzülür,

Kəlmələri ləl başına dolanım.

 

Məclislərin ziynətisən, Fətullah,

Koroğlunun qeyrətisən, Fətullah,

Göyçəlinin şöhrətisən, Fətullah,

Bilmirsənsə bil, başına dolanım.

 

O zəngülən könülləri məst edir,

Çırtıqların telli sazı səslədir.

Şahmalı da həsrətindən xəstədir,

Bir deyə ki, çal başına dolanım.

Bəli, Aşıq Fətullanın zənguləsi onun oxuduğu məclislərin məkanından uzaqlarda da insanı şövqləndirə biləcək qədər aydın və təmiz eşidilirdi. Hər il yazağzı Çalmalıdan Yurd yerinə qədər əsən xəffif dağ küləkləri Fətullanın bənövşə ətirli səsinin sehrinə qoşulub insanların ruhuna sığal çəkər, varlığını təravətləndiridi. Aşıq Fətullanın səsinin ötkəmliyi, şaqraq qaqqıltısı, saz çalmaq məharəti, əsl ustadlarsayaq sazı sinəsinə müstəkəm edərək çırtıqları ilə qara sazın sinəsinə od salması böyük bir simfoniyanı xatırladar, ən susqun qəlbləri belə fəth edirdi. Ana balasına söykənən kimi başını qara sazın sinəsinə qoyaraq şirin –şirin oxuduğu el havaları, xoruzluqda (beçə pərdədə) vurduğu zəngulələr bütün duyğuları əsir alar, dinləyicisini özündən asılı vəziyyətə salardı. Ustadın şaqraq zənguləsinin fonunda başı ərşə dəyən Göyçə dağlarının vüqarı və əzəməti bir boyda yuxarı qalxar, ana təbiət də yenidən cana gələrdi. Aşıq Fətulla getdiyi məclislərdə mütləq çağrılmamış qonaqlar çoxalardı; onun səsinin sehrindən, dastan söyləməsindən, qaravəlli danışmasından mənəvi bir rahatlıq tapan saz-söz xiridarları Fətullanın növbəti məclislərini harada olacağını soraqlayar, daim diqqət mərkəzində saxlayardı. Allahın Fətullaya bəxş etdiyi uca boy, uzun qol, səlist nitq, bənzərsiz səs aşıqlıq sənətinin möhtəşəmliyini artıran bir vasitə kim cəmləşibdir onun vücudunda. Bunları görən, duyan Əli Qurban Dastançı sənətinin parlaqlığı ilə nüfuz sahibi olan Aşıq Fətullanı bir zamanlar belə vəsf edirdi:

Alışmışam yenə sazın odundan,

Kül olunca qoyun yanım, dəyməyin.

Fətullanın zənguləsi beşikdir,

Yırğalasın, yırğalanım dəyməyin.

 

Deyin çalsın, aşıq niyə ləngidi?

Darıxmışam, lap nəfəsinm təngidi.

“Koroğlu”du, “Dilqəmi”di ,”Cəngi”di,

Ruh rəvanım, cismi- canım dəyməyin.

 

Məhəbbətdi Göyçə, Göyçə boyunca,

Əli məstdir, bura ayaq qoyunca.

Qoyun əmim ləblərindən doyunca,

Siz olasız mənim canım, dəyməyin.

Aşıq Fətullanın 1978-ci ldə televiziyada “ Aşıqlar ” verilişində oxuduğu “ Gözəlləmə ”, ” Qəhrəmanı ” havasından sonra demək olar ki, bütün Göyçə mahalında , Qərbi Azərbaycanda, Naxçıvanda, Gürcüstanda məhşurlaşdı. Səsinin-sənətinin sorağı uzaqlara yayıldıqca Fətulla sənətinin coğrafiyası genişləndi. Öz sənətində mötəbərliyi, şəriəti, mərifəti, fəziləti, elmi, təbliği yaşadan klassik azman sənətkarlar kimi özünəməxsus bir yol yaratdı – Fətulla yolu! Bu gün onlarla gənc aşıq Fətullanın hava-havacatını mənimsəyərək ustadın sənət məktəbini layiqincə təmsil edirlər.

Göyçə mahalında bizim şad-xürrəm yaşadığımız zamanlarda televiziyda efirə gedən ” Aşıqlar ” verilişi başlamağa az qalmış "ortalıq"da (kəndin camaat yığılan hissəsi) heç kim qalmazdı. Hamı tez evinə çəkilərdi ki, gedib Fətullanın səsinə qulaq assın. Səhər isə Aşıq Fətullanın bənzərsiz sənətkarlığının qəlblərə qoyuduğu iz, pozitiv şəkildə özünü göstərərdi. Səsinin cazibəsindən ona qulaq asan hər kəs enerjili, qürurlu görsənirdi. Ustadlardan görüb-götürdüyü klassik ənəni yaşadan mahir bir sənətkar kimi Fətulla hər ifasında, hərəkətində sənətin içərisindəki köklü ağsaqqallıq, böyüklük-kiçiklik, ismət nümunələri tərənnüm edər, ləngərli kişilərin zəhmini, qürurunu çatdırardı dinləyicilərə. Sənətini məclislərdə xalqın istəyinə qovuşdura bilən mahir ustad kimi hər bir şeirin məğzini, yaranma məqsədini, müəllifin əsəri yaratmaq istəyini zəruri edən səbəbləri gözəl təhlil edib, dastanları təfsilatı ilə söyləməsi ona yeni-yeni dinləyicilər qazandırar, sənətinin pərvanələrini başına yığardı.

1963-cü ildə - SSRİ dönəmində ermənilər türkün böyüklüyünə nə qədər qısqanclıqla yanaşsalar da, sənətdə ilk qədəmlərini atan gənc Fətullanın əzəmətli səsinə, sənətinə kölgə sala bilmədilər. Ermənistan Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmağa məcburən də olsa layiq görüldü. Çexoslovakiyaya SSRİ-dən laureat kimi festivala göndərildi. Onun aşıqlığına valeh olan Bəhmən Vətənoğlu Fətullah Göyçəlinin ustadlığının fəzlini belə qələmə almışdır:

Ay Fətullah, sən Kərəmi çalanda,

Kərəm düşdü, Əsli düşdü yadıma.

Sinən üstə telli sazı alanda,

Ələsgərlər nəsli düşdü yadıma.

 

Gör nə gözəl obadasan, eldəsən,

Şirin- şirin dodaqlarda, dildəsən.

“Sarıtel”i oxuyanda zildəsən,

Bülbüllərin fəsli düşdü yadıma.

 

Sən deyəndə Ələsgərin qoşmasın,

Bu Bəhmənin qəlbi necə coşmasın?

Sənətkarı duymuyanlar çaşmasın,

Sənətkarlar əsli düşdü yadıma.

1981-ci ildə Aşıq Alının 150 illik yubleyində Ümummilli Lider Heydər Əliyev onu şəxsən qəbul edərək, Göyçədə yaşayan oğuz türklərinin güzaranı ilə maraqlanmışdır. Göyçə mahalının söz-sənət yurdu olmasını xüsusi vurğulayaraq, din içərisində dinimizi, dil içərisində dilimizi, irsimizi, sənətimizi, folklorumuzu möhkəm qorumağın vacibliyini bildirmişdir. Eyni zamanda: -” Sən mikrofonsuz da sarayı doldura bilirsən! ” demişdir. Daha sonra iki dəfə Aşıq Fətullanı qəbul etmiş və onun sənətinə hörmətlə yanaşmağın təqdirəlayiq olduğunu bildirmişdir. 2016-cı ilin iyul ayında Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “ Əməkdar Mədəniyyət İşçisi ” adına layiq görülüb. Hazırda Gəncə şəhərində ömrünün ustadlıq dövrünü cavanlıq enerjisi ilə yaşayan Aşıq Fətulla yenə də əvvəlki şövqlə yaradıcılığını davam etdirir, yeni sənətə gəlmiş gənc aşıqlara ozan sənətinin sirlərini aşılamaqdadı...Hörmətli şairimiz Eldar İsmayıl Aşıq Fətullanın bu yaşdakı çıxışını görüb qürur hissi ilə belə bir şer yazmışdır:

Elə bildim qocalıbsan, a qardaş,

Sən mətləbi andıranda ayıldım.

“Bu sənətin şahı mənəm”- deyənə,

Bu sənəti dandıranda ayıldım.

 

Bir azmanın çiçəklənən eşqini,

Nəzmə çəkdim diləklənən eşqini,

Ustad aşıq, şimşəklənən eşqini,

Nadanlara qandıranda ayıldım.

 

Ötüb keçdi Göyçə yurdun dəmləri,

Əldən verdik o ilahi çəmləri.

Dərd əlində sızıldayan simləri,

Tufan qopub, sındıranda ayıldım.

 

Bal bələndi nəğmələnən dilinə,

Əl çatmadı, ün yetmədi zilinə.

Meydan keçdi nər oğlunun əlinə,

Maya keçib gen duranda ayıldım.

 

Kimdə gördüm mən bu eşqi, həvəsi?

Bu səs deyil, bil, tanrının töhfəsi.

Fətullanın od püskürən nəfəsi,

Mən Eldarı yandıranda ayıldım.

 

Tibb üzrə fəlsəfə doktoru - Hacı Abbas Əli oğlu Baqırov

 

 


Etiket: Aşıq Fətulla
Xəbərlər

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024
Bütün xəbərlər