BÖYÜK İNSAN HAQQINDA KİÇİK XATİRƏ!

12:47 / 16.11.2018
Baxılıb: 2948

( 1918- 20-ci illər Azərbaycan Demokratik Cumhuriyyətinin qurucusu və yaradıcısı olan M. Ə. Rəsulzadə ilə bağlı sənədli publisist tarixi oçerk). Məqalə İsmayıl Hüseynoğlu tərəfindən öz əmisi oğlu Mehdi oğlu İslamın dilindən qələmə alınmışdır. Bir neçə söz özüm haqqında, Mən Mehdi oğlu İslam 1912- ci ildə qədim türk oğuz torpağının Göyçə mahalında, Hacı Qərib kəndində ( Sadanaxaç sonralar Güney) dünyaya göz açmışam. 8-9 yaşımdan başlayaraq kənddəki Axund Əli Əşrəfin yeni tipli məktəbinə getmiş, həm də təsərrüfat işlərində atama köməklik etmişəm. Nəhayət 1934- cü ildə kəndə ilk traktor gələndə onun sükanı arxasına keçmişəm. Elə həmin vaxtdan başlayaraq 1942- ci ilin yanvarına qədər, yəni Sovet Ordusu sıralarına çağrılanadək fasiləsiz qaydada kənd kolxozunda mexanizator işləmişəm. Orduda da hamı kimi mən də iki aylıq “təlimdən”sonra Xarkov şəhəri yaxınlığında düşmənlə vuruşmada iştirak etmişəm. Ağır yaralandıqdan sonra əsir düşmüşəm. Nəhayət müalicədən sonra Belarusiyanın Priluk şəhərindəki alman əsir düşərgəsinə gətirilmişəm. Burada sovet əsirləri ilə çox sərt rəftar edir, cüzi qida verməklə üzülənə qədər ağır və işgəncəli işlərdə işlədirdilər. Bir neçə min adamın yerləşdiyi bu lagerdə hifzi- səhhət deyilən şey yox idi. Hər gün işə çıxarılanlardan meyitləri toplayıb “dəfn etmək üçün” əsirlərin özlərindən ibarət xüsusi dəstə ayrılırdı. Xülasə, bu məşəqqətli düşərgədə hər bir əsrin günləri “sanılıydı”. Bu tövrlə 1943-cü ilin avqustuna kimi keçindik. Sonra nə baş verəcəyini bilməsək də sezirdik ki, təxminən bir həftə ərzində çox sürətlə düşərgəni təmir etdilər, hamamlar işə düşdü, paltarlarımızı və yataq ləvazimatlarımızı dəyişdirib təzələdilər. Bunlarala yanaşı təəccüb doğuran hal orasıydı ki, düşərgədəki başqa millətlərdən olan əsirləri hara isə aparır, başqa düşərgələrdən müsəlmanları bura gətirirdilər. Bizə münasibət də dəyişmişdi. Qabaqlar olan sərt rəftardan əsər- əlamət qalmamışdı, yeməyimiz isə düşərgə gözətçiləri olan alman əsgərlərinin normalarına tam uyğun qaydada verilirdi, iş saatı isə xeyli azaldılmışdı, bazar günlərindən əlavə həftənin cümə günləri də istirahət günləri elan edilmişdi. Tibbi xidmət də əsaslı qaydada yaxşılaşdırılmışdı. Demək olar ki, düşərgə sakinlərinin hamısı asta- asta da olsa ətə- qana gəlirdi. Bir cümə günü düşərgə rəisi Haputman yığıncaq keçirdi. Elan etdi ki, Azərbaycanın böyük rəhbəri Məhəmməd Əmin Rəsulzadə iki ay bundan qabaq fürerin yanında olub və fürerin göstərişi sayəsində Böyük Almaniyada olan bütün müsəlman əsirləri başqa əsirlərdən seçilib və xüsusi imtiyaz verilib. İndi Məhəmməd Əmin bütün düşərgələrdə olur və əsirlərlə görüşlər keçirir. Gələn cümə günü isə bizim düşərgəyə sizlə görüşməyə gələcəkdir. Sevincimizin həddi- hüdudu yox idi. Xüsusilə Lənkərandan olan əsgər yoldaşımız- tarix müəllimi Yusifin (soydaını unutmuşam) izahatından sonra bu böyük insan haqqında çox şey öyrənmişdik. Nəhayət, intizarlı günlər bir- birini əvəz etdi, növbəti cümə günü saat 10 radələrində tezdən bir neçə yüksək rütbəli alman zabitinin müşayətilə o böyük insan- Məhəmməd Əmin düşərgəyə gəldi. Heç vaxt unutmadığım bu görüş hamıya həm zahirən, həm də daxilən əsl bir bayram təsiri bağışladı. Tünd xaki rəngli kostyum və ağ köynək geyinmiş dolu bədənli bu adam yaşından xeyli cavan və qıvraq görünsə də, gözəl və girdə olan əsmər bənizli simasına, xüsusilə gözlərinə çökmüş bir mükəddərliyi ani qayda da sezmək olurdu. O, sakit və aramla danışır, danışdıqca da söhbətinin şirinliyi hər birimizin qəlbinə hakim kəsilirdi. Elə bil ki, biz bu adamı çoxdan tanıyırdıq. Xüsusilə, alman dövlət rəhbərliyi ilə olan danışıqlaını dönə- dönə vurğuladı ki, darıxmayın, qəribsəməyin, dözümlü olun, hər şey yaxşı olacaqdır. Yoldaşlarımızdan kövrələnlər çox idi. Onlara müraciətlə dedi ki, Sizlərdən hər biriniz 2-3 ildir ki, Vətəndən, ev- eşiyinizdən ayrılıbsınız. Bəs mən necə edim ki, artıq 25 ilə yaxındır ki, qürbətdə yaşayıram. Sonra o, düşərgənin bir neçə yerində namaz qılmaq üçün ibadət otaqları hazırlanması haqqında göstəriş verdi, içərimizdə molla olub- olmadığını soruşdu. Yoldaşlarımız Qaryagindən (indiki Füzuli rayonu) Qasım adında birisini nişan verdilər. Qasımla kiçik bir söhbətdən sonra onun Berlində təşkil edilmiş iki aylıq “təkmilləşdirmə” kursuna göndərilməsini məsləhət etdi. Bundan sonra mədəni tədbirlərin keçirilməsi üçün “özfəaliyyəti” qaydaya saldı, çalıb- oxuyanları, oynayanları nəzərdən keçirdi; şeir həvəskarlarına xüsusi diqqət yetirdi. Mən də öz növbəmdə Vaqifin “Ey məlk xuylu, tuba boylu yar...”mətləli isə başlanan müxəmməsini dedim, sonra məndən soruşdu ki,

Kür qırağının əcəb seyrangahı var,

Yaşılbaş sonası hayıf ki, yoxdur....

Qoşmasını bilirsənmi? Mən məmuniyyətlə qoşmanı ifa etdim, şeirin son bəndini oxuyanda onun gözlərini yüngülcə yaşarmış gördüm. Keçirdiyi xiffət və qəhər onu boğsa da, özünü tez ələ aldı. Bir çox əsir fəalların adını yazdığı kiçik bloknotunu çıxartdı və mənə” adın, familyan necədir ?” deyə müraciət etdi. “Mehdi oğlu İslam”- deyə mən qısaca cavab verdim, o “bəs familyan?” -deyə soruşdu. Mən çiynimi çəkdim, dedim ki, bizim bölgədə- Göyçədə hamını ad və ata adı ilə çağırırlar və belə də yazırlar. O, əlini yüngülcə çiynimə çəkdi; “Hə, Göyçə! Qərqud Dədənin adlandırdığı “ Göyçək” sözündəndir, doğurdan da çox füsünkar yerlərdir”- dedi. Sonra Murov dağ yaylağından atla Zoda (Göyçədə kənd adıdır- İ. Hüseynoğlu) getdiyindən, şair Hacı Əliş Ağanın qonağı olduğundan söhbət açdı. Dərin təəssüfünü bildirdi ki, Aşıq Ələsgər Tiflisə getdiyinə görə onunla görüşə bilməyib və Hacı Əliş ağanın Cənabı Əlinin şəninə həsr etdiyi bir şeirini əzbər dedi. Təəssüf ki, şeirin ancaq iki misrası yadımda qalıbdır;

Yüz il ibadət eyləsə də ,

Hacı girməz cənnətə,

Olmasa, Səndən əlində bir ixtiyar Əli!

Düşərgənin bütün sakinləri bu qısa vaxtda Məhəmməd Əminlə sanki qaynayıb-qarışmışdı. Xüsusilə bu böyük insanın naharı və şam yeməyini bizimlə birlikdə etməsi hamıda tükənməz bir heyranlıq əmələ gətirmişdi. Yeməkxanadakı alman dəqiqliyi də diqqəti cəlb edirdi. Buzdən soruşdu ki, avqust ayindan bəri bu yemək norması həmişəmi belə verilir?! Biz bir ağızdan bunu təsdiq etdik. Sonralar başa düşdük ki, bizimlə birgə yeməkxanaya getməsi öz əsir həmvətənlərinə olan məhəbbəti, həm də alman rəhbərliyinin vədini yoxlamaq imiş. Məhəmməd Əminin gördüyü tədbirlər, mən deyərdim ki, minlərlə, on minlərlə azərbaycanlı əsiri ölümün pəncəsindən və ömürlük şikəst olmaq təhlükəsindən birdəfəlik xilas etdi. Bəziləri belə səhv mülahizə yürüdürlər ki, guya bu güzəşt və imtiyaz müsəlman əsirlərdən ibarət xüsusi legionun təşkil edilməsilə əlaqədar imiş. Yox, bu Məhəmməd Əminin bir şəxsiyyət, diplomat kimi hədsiz nüfuza malik olmasının nəticəsi idi. Heç də təsadüfi deyildir ki, beynəlxalq aləmdə və cəbhədə hadisələrin inkişafını düzgün başa düşən və gələcəyi görmək qüdrətinə malik olan bu böyük İNSAN öz millətinə xətər dəyməsin deyə, alman rəhbərliyinə azərbaycanlılardan ibarət təşkil edilmiş legionun döyüşlərdə iştirak etməyəcəyi haqqında öz qətiyyətli sözünü demişdi. Məhz buna görə də o, 1944-ci ilin sonlarına doğru Almaniyadan mühacirət etməyə məcbur edilmişdi. İndi həmin illərdə, o böyük insanla görüşlərim də arxada qalıb. Lakin on, bəlkədə yüz minlərlə azərbaycanlı əsirlərin biri kimi mən də o böyük insanın sayəsində sağ qalmağımı heç vaxt unutmuram və həmişə də onun ruhuna dua oxuyuram. Gün o gün olsun ki, onun qəbrini ziyarət edim.

İsmayıl Hüseynoğlu.

SSRİ Jurnalistlər İttifaqının üzvü.


Etiket:
Xəbərlər

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025
Bütün xəbərlər