XIX əsrin əvvələrində erməni - rus hərbi birləşmələrinin səyi ilə yer üzündən silinmiş və ermənilərin çirkin niyyəti ucbatından adı Göyçə kəndlərinin siyahısından çıxarılmış qədim türk obalarından biri də Adaqaladır.
İndiki Sevan şəhərindən təxminən 7-8 km şimal-şərqdə, Göyçə gölünə yarmada şəklində daxil olan ərazidə yerləşən bu kənd haqqında ilk rəsmi məlumatlar Səfəvi – Azərbaycan dövlətinə aid məxəzlərdə verilir. Həmin tarixi sənədlərdən bəlli olur ki, Adaqala 1555-ci ildən etibarən bir inzibati vahid kimi Çuxur-Səd bəylərbəyliyinin idarəçiliyində olub.
1723-ci ildə səfəvilərlə döyüşlərdə qalib gələrək Göyçə hövzəsinə tam nəzarət imkanı qazanmış osmanlıların tətbiq etdiyi inzibati bölgüyə əsasən Adaqala İrəvan əyalətinin Dərəçiçək nahiyəsinin inzibati idarəçiliyində olmuşdur. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”nin 11-ci səhifəsində kəndin adı “Adağələk” şəklində qeyd olunub və onun birbaşa sultan xəzinəsinə ödənilən illik vergisinin 3.000 ağça həcmində olduğu göstərilib. Göyçənin söz yaddaşında qalan məlumatlara görə isə, bu kənddə əsasən türkəçarəçilər, şamanlar yaşayıblar.
1826-1829-cu illər Rusya-İran, Rusya-Türkiyə müharibələri zamanı kənd yerlə-yeksan edilib, bərpasına imkan verilməyib, ərazisi isə rusların istəyi ilə yaradılmış erməni vilayətinin Nor-Bayazit qəzasının tərkibinə daxil edilib. 1930- cu ilin sentyabr ayında sovet hakimiyyətinin apardığı rayonlaşdırma bölgüsü zamanı Adaqalanın coğrafi mövqeyi Sevan rayonunun ərazisi kimi təsbitlənib. 1988-ci il deportasiyasına qədər bu kəndin yerində yeni bir yaşayış məskəni salınmamışdı, ərazidə təxminən 35-40 ocağın xərabələrinin izi və sonradan Qiriqoriyan kilsəsi kimi restavrasiya edilmiş, erməni tarixçilərinin özlərinin eramızdan əvvəlki XVII-XVI əsrlərə aid etdiyi məbəd qalırdı. Bu maddi subutlar həmin ərazidəki kəndin azı 4000 illik tarixinə şəhadət versə də, erməni tarixçiləri Göyçədə Adaqala adlı kəndin olmadığına israrlıdırlar.
Amma fakt odu ki, akademik B.Piotrovskinin aşkarladığı 2750 illik tarixi olan Kələqıran kitabəsində Göyçədəki 23 qalanın adı çəkilir və o sırada birinci ad məhz “Adahuni” kimi təqdim edilir. Ermənilər isə bu faktı diqqətdən yayındırmaq üçün İ.Şopenin 1829-1831- ci illərdə tərtib etdiyi siyahılara istinad edir, Göyçə mahalının dağıdılmış və erməni vilayətinin tərkibinə qatılmış kəndlərin sırasında Adaqala adının qeyd olunmadığı faktını önə çəkirlər. Həqiqətən də kollec assesoru İ. Şopen özünün keçirdiyi kameral siyahıyaalmanın nəticələrinə əsasən Göyçə mahalına dair tərtib etdiyi siyahılarda Adaqalanın adını qeyd etməyib.
Amma siyahılar bütünlüklə öyrənildikdə burada da düşünülmüş erməni bicliyinin izləri aşkar görünür. Belə ki, o siyahılarda Göyçənin bir sıra kəndləri-Çubuxlu, Ördəkli, Ağapənahlı, Alparus, o cümlədən Adaqala da Dərəçiçək mahalının kəndləri kimi təsniflənirlər. Halbuki, Dərəçiçək mahalının coğrafi tutumu, adından da göründüyü kimi, özündə Göyçə gölünün yerləşdiyi yüksəkliyi və sahil boyu düzülmüş kəndlərin yerləşdiyi yamacları yox, Göyçə gölü hövzəsinin şimal-qərbindən, yəni Pəmbək və Göyəm sıra dağlarının arasından başlayaraq Mərmərə çayı boyunca cənub-qərbə doğru uzanan dərəni əhatə edir. Göyçə kəndlərinin XIX əsrin əvvələrindəki ermənilərə məxsus təsnifatında mahalların ərazilərinin bu cür qarışdırılması fitnəkarlıqdan və sonrakı mərhələlərdə tarixi təhriflər üçün zəmin hazırlamaqdan savayı bir şey deyildir.
Məsələn:Adaqalanın tarixi ilə maraqlandıqda erməni alimləri Göyçə mahalının kəndlərinin siyahılarına istinadən belə bir kəndin olmadığını “subuta yetirirlər”. Dərəçiçəkdən söhbət düşəndə isə kəndin xərabələrinin bu mahalın ərazisində olmadığı faktını əsas tutaraq İ. Şopenin yanlışlığa yol verdiyini, yaxud da kəndin “ölü kənd”lərdən biri olduğunu isbatlamağa cəhd göstərirlər. Əslində isə İ. Şopen yanılmayıb, o ermənilərin yanıltmaclarını, tarixi təhrif etmək üçün apardıqları hazırlıq proqramını, heç ozü də fərqinə varmadan olduğu kimi faktlaşdırıb. Bunun belə olduğunu görmək üçünsə uzağa getməyə, xüsusi tədqiqatlar aparmağa ehtiyac yoxdur; İ.Şopenin məlum siyahılarına baxmaq kifayətdir.
O siyahılarda Göyçənin dağıdılmış 171 kəndindən cəmi 67-si barədə məlumat yer alıb ki, bunlardan da 40-ı sadəcə “adı unudulmuş ölü kəndlər” kimi təsniflənib. Bu nə deməkdir? O deməkdir ki, İ.Şopen bir tədqiqatçı kimi faktları təsbitləyərək, erməniləri dağıdılmış bir kənd barədə məlumat vermək məcburiyyətində qoyub. Ermənilər isə gerçək niyyətlərini - XIX əsrin əvvələrində zəbt etdikləri torpaqların tarixi barədə sonradan qondarma sənədlər tərtib etmək niyyətlərini təbii ki, ondan gizlədiblər. Odur ki, dağıdılmış kəndlərin hansının barəsində İ. Şopenin özü məlumat toplaya bilməyibsə, ermənilər də o haqda ya susublar, ya da mahalların ərazilərini bilərəkdən qarışdıraraq, qraf Paskeviç-İrəvanskinin xüsusi tapşırığını yerinə yetirən bu kollec assesorunu, onun vasitəsi ilə də həm dünyanı, həm də tarixin özünü çaşdırmağa cəhd ediblər. Bu cür gedişlər son nəticə etibarı ilə həm də törədilmiş cinayətlərin miqyasını azaltmaq niyyəti güdüb. Belə ki, biri var bir mahalda viran qoyulmuş 108 kəndin siyahısı təqdim olunsun; biri də var o kəndlərdən 5-i başqa mahala aid edilsin, 36-sı ümumiyyətlə xatırlanmasın, 40-ı isə əvvəldən dağılmış (hətta o qədər əvvəl ki, kəndin adını belə yaddaşlardan silinməsinə kifayət etmiş olsun) kəndlər kimi təsniflənsin və cəmi 27 dağıdılmış kəndin adı çıxsın ortaya. Fərq və niyyət göz qabağındadır. Bütün bu tarixi reallıqların təhlilindən ortaya çıxan məntiqi nəticə odur ki, XIX əsrin əvvələrində erməni-rus hərbi birləşmələrinin səyi ilə yer üzündən silinmiş və ermənilərin çirkin niyyəti ucbatından adı Göyçə kəndlərinin siyahısından çıxarılmış qədim türk obalarından biri də Adaqaladır. İndi həmin ərazidə Eçmiədzin kilsəsinin xüsusi rejimli qapalı məktəbi yerləşir ki, həmin məktəbdə də Böyük Ermənistan ideyası uğrunda ölümə hazır olan fanat kamikadze - keşişlər hazırlanır.
Salman VİLAYƏTOĞLU
Təqdim etdi: İlqar İSMAYIL
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024