Aşıq Bəhmən Göyçəli haqqında

19:13 / 30.11.2017
Baxılıb: 2296

Əziz dostlar! İstedadlı tədqiqatçı dostumuz Araz Yaquboğlunun bizlərə təqdim etdiyi Azərbaycan radiosunun “El havası” verilişinin növbəti buraxılışına, Göyçə ədəbi məktəbinin el tərəfindən sevilən, lakin bu günə qədər müəyyən səbəblərdən lazımi, ona layiq səviyyədə təbliğ olunmayan görkəmli nümayəndəsi şair Bəhmən Göyçəli haqda verilişə böyük maraqla qulaq asdım. Verilişi, həmişə olduğu kimi, özünəməxsus səmimiyyət və maraqla Savalan Talıblı aparır. Verilişin qonağı, Şair Bəhmən yaradıcılığını sevən və onu yaxşı bilən (bunu verilişin axarı göstərir) tədqiqatçı şair, əslən Göyçəli olan hörmətli Qılman İmandır. Verilişdən məlum olur ki, 1901-ci ildə Göyçə mahalının Nərimanlı kəndində (keçmiş Huseynquluağalı) dünyaya göz açmış (öz “Vücudnamə”sində yazdığı kimi) Şair Bəhmən dövrünün mütərəqqi insanlarından olan babası Kalvayı (Kərbəlayi) Qaranın doğma kəndində tikdirdiyi mədrəsədə (yeri gəlmişkən, Dədə Ələsgər nəslinin ən istedadlı nümayəndəsi Növrəs İman və Daşkəndli şair Həsən Xəyallı da - Qılman İmanın babası - bu mədrəsədə təhsil alıblar) dini təhsil almış, fars və ərəb dillərini öyrənmiş, klassik ədəbiyyatımızı - Nizamini, Füzulini, Hafizi və b. dərindən bilən bir şəxsiyyət olmuşdur. Dinimizi, Qurani Kərimi dərindən bilməyi onun şeirlərinə də güclü təsir göstərmiş və Sovet önəmində onun yaradıcılığının təbliğinə mane olan ən əsas səbəb olmuşdur. Buna baxmayaraq, şairin şeirləri aşıqların dilinin əzbəri olmuş, daima məclislərdə, toy-düyünlərdə səsləndirilmişdir. Buna görə də, kitab şəklində çap olunmamağına baxmayaraq, Şair Bəhmən ədəbi irsinin böyük bir qismi dildən-dilə keçərək bu günə gəlib çatmışdır. Güclü dini biliyə malik olduğundan el arasında Molla Bəhmən kimi çağrılan Şair Bəhmən şeir yazmaqla bərabər 22 yaşından aşıqlıqla da məşğul olmuş, Göyçənin tanınmış aşıqları - Aşıq Talıb, Aşıq Ağayar, Həsən Xəyallı, Aşıq Əsədlə dostluq etmiş onlarla eyni məclislərdə iştirak etmişdir. Güclü təfəkkürə, dərin dini biliyə malik olmağı ona Xəstə Qasımın, Aşıq Alının, Dədə Ələsgərin, Növrəs İmanın qıfılbəndlərini açmağa imkan vermişdir.Dövrünün ustad aşıqları olmuş Aşıq İslam Yusifov, Həsən Xəyallı, Daşqın Məzahir və başqalarıyla Aşıq Bəhmənin deyişmələri olub. Şəxsi görüşləri olmuş görkəmli yazarlarımız Səməd Vurğun, Məmməd Rahim, Osman Sarıvəlli, Əli Vəliyev, Süleyman Rəhimov Şair Bəhmən yaradıcılığını yüksək qiymətləndirmişlər.Aşıq şerinin bütün formalarından istifadə etmiş Şair Bəhmənin yaradıcılığından verilişdə istifadə olunmuş bir neçə şeir nümunəsi gətirmək istərdim:“BİR ÜZÜM-ÜZÜM” rədifli təcnisPayızda yetişən meyvə içində,Dəhanda ləzzətdi bir üzüm, üzüm.Bəslənir bir boyda bəstə biçimdə,İstədim bu bağdan bir üzüm, üzüm.Könlümün xanəsi, bağı nə dərdi,Bağban, naşı yolçu bağdan nə dərdi?Sevgi çatsa sevgisinə nə dərdi,Dəymədi canana bir üzüm, üzüm.Bəhmənə açılan bağlı dərindi,Kamil bağban, meyvə dəydi, dər, indi.Eşqin bəhrin mən gəzmişəm dərindi,Qəvvasıyam indi bir üzüm, üzüm.“GÖZLƏRİN” qoşmasıQafıl bir ox atdı bağrım başına,Süzülüb baxanda ala gözlərin.Baxcağın canımı üzüb apardı,Olubdu başıma bəla gözlərin.Pünhan, yan qıyğacı dönüb baxanda,Yüz min nəzakətlə kirpik çaxanda,Müjgan oxun sinəm üstə çaxanda,Az qaldı canımı ala gözlərin.Bəhmənəm, olmuşam mən sənə mayıl,Gözlərin ağlımı eylədi zayıl,Hər nəki buyursan olaram qayil,Salıb məni min xəyala gözlərin.“GETDİ” gəraylısıDünya, sən nə beyvafasan,Qoydun belə adət getdi.Bu yolda karvan əylənməz,Gələnlər nabələd getdi.Kimi olar, kimi ölər,Kimi ağlar, kimi gülər,Kimi bilər, kimi bilməz,Kimi aşkar, xəlvət getdi.Dünyanın işi qolaydı,Kimi dərviş, kimi baydı,Kimi gəldi günün saydı,Kimi çəkdi ləzzət getdi.Dillərdə söylənən adı,Söhbəti dil-dəhandadı,Cəmi aşıqlar ustadı,Heyif, aşıq Əsəd getdi.Yatıbsan, yoxsa oyaqsan?Gələnə, gedənə baxsan,Bəhmən, sən də bir qonaqsan,Eyləsən də xiffət, getdi.Verilişdən mənə çox xoş təsir bağışlayan bir faktı – hörmətli həkim Abbas Bağırın Şair Bəhmən nəslinə mənsub olması məlumatını da – öyrəndim.Son vaxtlar ayrı-ayrı xeyirxah insanların təşəbbüsü ilə Şair Bəhmənin iki kitabının çapdan çıxmasına baxmayaraq, onun şerlərinin bir çoxu, hələ də əlyazmaları şəklində yatıb qalmaqdadır. Onların işıq üzü görməsi, bu qiymətsiz xəzinənin onun xalqına çatdırılması müraciəti ilə şairin doğma və yaxınlarına, “sandıq”larında şairin şerləri uyuyan ayrı-arı insanlara üz tuturuq. Maraqlı bir veriliş hazırladıqları üçün, ümumiyyətlə, belə bir xeyirxah işlərinə görə verilişin rejissoru Tahir Salmanova, aparıcısı Savalan Talıblıya öz adımdan və dinləyicilər adından minnətdarlıq etmək istərdim. Xüsusilə, bu günə qədər mənə (ola bilsin bir çox başqa dinləyicilərə də) məlum olmayan bir çox dəyərli məlumatları verilişdən əldə etməyimə görə ədəbi irsimizə həssaslıqla münasbət göstərən və onu dərindən bilən tədqiqatçı, istedadlı şair hörmətli Qılman İmana öz dərin təşəkkürümü bildirir, yeni yaradıcılıq uğurları arzulayıram!Verilişin yaradıcılarına bir dinləyici kimi gələcək verilişlərinə yeganə tövsiyəm var: bu səpgili verilişlərin (aşıq yaradıcılığı ilə bağlı) musiqi müşayiətində aşıq havalarından daha çox istifadə olunması onları daha da şirinləşdirər, mənalandırar! Bu maraqlı verilişə hamınızın qulaq asmağınızı ürəkdən məsləhət bilərdim.Professor Ələddin Allahverdiyev

Etiket:
Xəbərlər

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023
Bütün xəbərlər