Aşıq sənəti tariximiz qədər qədim və zəngindir. Bu sənətin bəstəkarların yaradıcılığına da böyük təsiri olmuşdu. İlk dəfə aşıq musiqisinin xüsusiyyətlərindən bəstəkar Üzeyir Hacıbəyov "Koroğlu” operasında istifadə etmişdir.Müasir musiqinin texniki vasitələri ilə aşıq musiqisinin xüsusiyyətlərini birləşdirən digər bəstəkar Qara Qarayev üçüncü simfoniyasının ikinci hissəsində onların vəhdətini yaratmışdır.
Aşıq sənəti Azərbaycanda hələ qədimdən formalaşmağa başlamışdır. Aşıq yaradıcılığında xüsusilə xalqa həsr edilən şeirlər olduqca çoxdur. Belə şeirlər insanlarda vətənə məhəbbət hissini gücləndirir, milli mənlik şüurunun inkişafına xidmət edir.Mərdlik, cəsarət, vətənpərvərlik hissləri ilə zəngin olan aşıq yaradıcılığında yazılan əksər şeirlər orta məktəblərdə tədris olunur. Şeirlər gənc nəslin yaddaşına həkk olunur, onlara psixoloji cəhətdən müsbət təsir edərək, yeniyetmə və gənclərin vətənpərvər ruhda böyüməsinə zəmin yaradır.Aşıqlar hər zaman xalqın sevimlisi olublar. Onlara qədim dövrlərdə və orta əsrlərdə "ozan”, "varsaq”, "dədə” deyirdilər. Aşıq sənəti tariximiz qədər qədim və zəngindir. Bu sənətin bəstəkarların yaradıcılığına da böyük təsiri olmuşdu. İlk dəfə aşıq musiqisinin xüsusiyyətlərindən bəstəkar Üzeyir Hacıbəyov "Koroğlu” operasında istifadə etmişdir.Müasir musiqinin texniki vasitələri ilə aşıq musiqisinin xüsusiyyətlərini birləşdirən digər bəstəkar Qara Qarayev üçüncü simfoniyasının ikinci hissəsində onların vəhdətini yaratmışdır. Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növləri də aşıqların sevimli şeir formalarıdır. Müasir və olduqca istedadlı aşıqlardan olan aşıq Altayla görüsüb aşıq yaradıcılığı barədə söhbət etdik. Altay söhbətimiz zamanı bunları dedi:"Aşıq sənəti olduqca qədimdir. Klassik aşıq havalarından bayatı, gəraylı, qoşma, təcnis və başqaları poetikformalara əsaslanır. "Kərəmi”, "Əfşarı”, "Kürdü”, "Dilqəmi”, "Yanıq Kərəmi” kimi aşıq havalarının ayrı-ayrıvariantları mövcuddur.Tanınmış aşıqlardan Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Valeh, Aşıq Dilqəm, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli və başqaları aşıq sənətinin klassikləri hesab olunurlar. Onların yaradıcılığında vətənpərvərlik, el-obaya, torpağa olan bağlılıq öz əksini tapıb. "Xalq sevgisindən, gözəllikdən ilham alan aşıqlar öz sənətini müasir aşıqlarımıza miras qoyub gediblər. Sevilən aşıqlardan Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq İslam, Aşıq Şəmşir, Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Hüseyn Cavan, Aşıq Kamandar, İmran Həsənov, Mikayıl Azaflı, Əkbər Cəfərov və başqalarının adını çəkmək olar”. Qeyd edək ki, aşıq sənəti Azərbaycanın Qazax, Tovuz, Şamaxı rayonlarında, həmçinin Göyçə və Borçalıda xüsusilə vüsət tapıb. Aşıq havaları arasında "Aran gözəlləməsi”, "Ayaq şəşəngi”, "Azaflı dübeyti”, "Baş divani”, "Baş dübeyti”, "Baş sarıtel”, "Bəhməni”, "Bəhri divani”, "Cəlili”, "Cəngi Koroğlu”, "Dilqəmi”, "Döymə Kərəmi”, "Gözəlləmə”, "İrəvan çuxuru”, "Qarabağ qaytarması”, "Qaraçı”, "Yanıq Kərəmi”, "Naxçıvani”dillər əzbəridir. Qədim aşıq sənəti Azərbaycan xalqının bədii təfəkkürünün parlaq və zəngin məhsuludur. Ədəbiyyat və incəsənət xəzinəmizin qiymətli incilərindən olan aşıq sənəti öz mahiyyəti, etibarı ilə həmişə xalq həyatına yaxın olmuş, xalqın gündəlik mübarizəsi və mənəviyyatı ilə vəhdət təşkil etmişdir. Həmişə xalqla qırılmaz əlaqədə olan aşıq yaradıcılığı həyatın və zəmanənin tələblərinə uyğun inkişaf edərək müxtəlif mərhələlərdən keçmiş, parlayıb çiçəklənmişdir. Aşıq sənətinin yüksəlişi və intibah mərhələləri bir qayda olaraq böyük, ustad aşıqların və qüdrətli xalq dastanlarının yaranması ilə bağlı olmuşdur. Sevindirici haldır ki, aşıqların içində Azərbaycan və dünya ədəbiyyatının klassik simaları ilə yanaşı duran şəxsiyyətlər də vardır. Əlbəttdə ki, bu barədə danışanda Abbas Tufarqanlını, Aşıq Əlini və xüsusən Aşıq Ələsgəri xatırlayırıq. Ələsgər poeziyası xalq ruhunun, milli düşüncə və təfəkkürümüzün parlaq ifadəsidir. Şeirləri dillər əzbəri olan, o taylı-bu taylı Azərbaycanda, ümumən türk dünyasında sevilən bu qüdrətli ustadın ədəbi irsinə dövlət səviyyəsində həmişə diqqət göstərilib. 2004-cü il dekabr ayının 20-də Heydər Əliyev adına Sarayda ustad sənətkarın anadan olmasının 180 illiyinə həsr olunmuş təntənəli yubiley keçirilib. Aşıq yaradıcılığı öz dərinliyi, rəngarəngliyi ilə sevilən, seçilən, sənətdir.Bu sənətə vurğunluq isə qədim tariximizə, adət ənənələrimizə olan vurğunluq deməkdir. Tanınmış alim Nizami Cədərovun aşıq sənəti ilə bağlı fikirləri isə belədir: "Aşıq sənəti başqa sahələrlə müqayisədə sənətkarlıq baxımından xüsusi tarixi missiya daşıyan bir sənətdir. Əvvəla, ona görə ki, aşıq sənəti, istər yazılı ədəbiyyat, istər digər bədii-estetik yaradıcılıq sahələri olsun, onlardan daha çox öz tarixi ilə bizi Türk dünyasına bağlayır. Yəni qaynaqları, mənbələri çox qədimdir və çox aydındır. Heç bir mərhələdə biz aşıq sənətinin dayandığını, dövri səciyyə daşıdığını görməmişik. Bu sənət çox qədimdir və hesab edirəm ki, bu, çox mühüm, əhəmiyyətli hadisədir. Bu gün biz aşıq sənətindən danışanda, ümumiyyətlə, aşığı təsəvvür edəndə istər-istəməz yadımıza tarix gəlir. Bizim elə şairlərimiz var ki, onun təfəkküründə nəinki qədim türk dövrü poeziyasının, heç orta əsrlər poeziyasının da yaddaşı yoxdur. Aşıq sənətində vətənpətvərlik, dostluq, məhəbbət xüsusi yer tutur. Bu isə aşıqların nə qədər vətənpərvər olduqlarını göstərir. Bu gün belə şerlərin deyilməsi, eşidilməsi gənc nəslin vətənpərvər böyüməsində və onların milli mənlik şüurunun formalaşmasında mühüm rol aynayır”. Qeyd edək ki, aşıq yaradıcılığında vətənpərvərlik, mərdlik, dostluq, igidlik, məğrurluq haqqında da çox deyilib. Bu mövzularda yazılan, dillərdə əzbərə çevrilən sətirlər nəsildə-nəsilə keçərək insanların yaddaşında həkk olunub. Ən əsası odur ki, sazın sehrinə düşən, insan qəlbini dilə gətirən belə səmimi sözlər milli ruhumuzu formalaşdırır. Belə şeirlər insanda vətənə məhəbbət hisslərini artırır, mərdlik, qəhrəmanlıq duyğuları yaradır. Gənc nəslin milli ruhda tərbiyəsində, vətənpərvərlik hisslərinin formalaşmasında aşıq yaradıcılığının, xüsusilə vətənə, millətə, qəhrəmanlığa həsr olunan şeirlərin böyük rolu var. Aşıqlar qürbətdə sevdiyi peşəsindən, sazından uzaq düşəndə, qəlbi vətən həsrətilə yananda da saza sığınmış, dərdini sazla bölüşmüsdür. Elə Aşıq Alı kimi:
Könül tələb edir, ürək atlanır,
Gəşt eylə dünyanı, gəz vətənimdə.
Zəhmət çəkən bu dərdlərə qatlanır,
Coşur ürəyimdə söz vətənimdə.
Ümumiyyətlə, aşıq sənəti əsirlərlə cilalanıb təkmilləşən zəngin ən-ənəyə malikdir. Əsrlər keçdikcə nəsildən-nəsilə ötürülərək bu günümüzə gəlib çıxan aşıq sənəti xalqın ruhunu, zövqünü oxşayır, dövrün ictimai siyasi həyatını özündə əks etdirir. Məhz xalqın tükənməz sənət xəzinəsinin keşiyində duran, onu yeni incilərlə zinətləndirənlər içərisində ən fəxri yeri aşıqlar tutur.Zaman keçdikcə aşıq sənətinin məzmunu, mövzu dairəsi dəyişməklə bərabər onun bədii ifadə vasitələri, forması da dəyişmiş, kamilləşmiş, yeni boyalarla, yeni rənglərlə zənginləşmişdir. Aşıq sənətinin, aşıq poeziyasının qədim kökləri şifahi xalq ədəbiyyatına və xalq yaradıcılığına gedib çıxır. Onun rüşeymlərinə bayatılarda, xalq havalarında rast gəlirik. Şübhəsizdir ki, bayatılar, müdrik xalq məsəlləri, nağıllar bir-iki adam tərəfindən yox, yüzlərlə, minlərlə adamın iştirakı ilə yaranmışdır. Təbii ki, şeir, musiqi və rəqs formalarının bəsitlikdən mürəkkəbliyə, kamilliyə doğru inkişafı insanın hissiyyatının, duyğularının, fikrinin, anlayışlarının dəyişməsi, inkişaf etməsi, zənginləşməsi ilə bağlıdır. Bu mənada aşıq yaradıcılığı çox qədim tarixə malikdir.Müasir aşıqlardan olan və el arasında çox sevilən Aşıq Kamandan da öz yaradıcılığında vətənə, yurda olan məhəbbətini, vətəninə,Azərbaycanımıza olan sevgisini dilə gətirib...
Sənə can demişəm, Azərbaycanım!
Dinim-imanımsan dinlər içində.
Harda dara düşsəm, qaynayar qanım,
Ünüm sənə çatar ünlər içində.
Müasir dövrümüzdən fərqli olaraq, qədimdə aşıqlar tək-tək və ya sazandalarla birlikdə səfərə çıxır, şəhər və kəndləri dolaşır, toylarda, el şənliklərində iştirak edirdilər. Aşıqların repertuarına məhəbbət mövzusunda çoxlu şeirlər daxil idi. Bunlar həm əsəri ifa edən aşığın özünə, həm də digər aşıqlara məxsus ola bilərdi. Aşıqların çıxışının əsas hissəsi epik rəvayətlərin, qəhrəmanlıq və məhəbbət dastanlarının söylənilməsindən ibarət idi.Qəhrəmanlıq ruhunda olan "Misri” havası çox vaxt aşıqların deyişməsi zamanı ifa olunurdu və konkret mövzu ilə bağlı durdu. İki, üç, bəzən də dörd aşığın iştirakı ilə keçirilən belə yarışlar hər bir aşığın yaradıcılığında mühüm hadisə olurdu. Bu yarışlar zamanı şeirlər bədahətən deyilirdi. Aşıqlardan biri müəyyən mövzuda bir bənd deyirdi.İkinci bəndi deyən rəqib aşıq nəinki mövzuya riayət etməli, həm də şeirin ölçüsünü, qafiyəsini gözləməli idi. Yarışı daha da mürəkkəbləşdirmək üçün aşıqlar bir-birinə söyləyirdilər. Şeirin ölçüsünü pozan və ya tapmacaya cavab verə bilməyən aşıq uduzmuş sayılır və ənənəyə görə, sazını qalib aşığa təhvil verməli olurdu. Belə yarışlarda aşığın nəinki mürəkkəb tapmaca demək bacarığı, həm də onun cavabını tez vermək ustalığı yüksək qiymətləndirilirdi. Qeyd edək ki, aşıq yaradıcılığına aid kitablar da çox yazılıb. Belə kitablardan biri də Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Tariyel Məmmədovun son zamanlar yazdığı aşıq yaradıcılığından bəhs edən kitabdır. Müəllifin aşıq sənətinin samballı tədqiqində, aşıq musiqi irsinin yaşaması və təbliğində böyük xidməti vardır. O, elmi-pedaqoji yaradıcılığını bu qədim və zəngin xalq sənətinin araşdırılmasına, aşıq havalarının toplanılmasına, ustadların irsinin öyrənilməsinə, aşıq musiqisinin nəzəri xüsusiyyətlərinin təhlilinə, aşıq sənətinin tarixi və nəzəriyyəsinin tədrisinə həsr etmişdir. Görkəmli alimin bu çətin və şərəfli işdə əldə etdiyi nailiyyətlərdən biri də müxtəlif aşıq mühitlərinə və nəsillərinə məxsus ustad aşıqların ifasından ənənəvi havaları nota yazmasıdır.Belə kitablar aşıq musiqisi barədə məlumatların geniş oxucu kütləsinə yayılmasında böyük rol oynayır, insanlarda bu qədim musiqiyə maraq oyadır. Bu isə oxucularda aşıq yaradıcılığına olan marağı artırır, aşıq yaradıcılığında geniş yer alan vətənpərvərlik mövzusunun insanlar tərəfindən öyrənilməsini təmin edir. Aşıq musiqisini təbliğ edən kitab, jurlal və proqramlar gənc nəslin milli ruhda böyüməsinə müsbət təsir edir, onlarda vətənpərəvərliyin inkişaf etməsinə öz töhfəsini verir.Qeyd edək ki, son illər aşıq sənətinə dövlət səviyyəsində diqqət və qayğının artması, Xalq şairi Zəlimxan Yaqubun Azərbaycan Aşıqlar Birliyinə sədr seçilməsi (2008) bu sahədə mühüm dönüş yaranmasına səbəb olub. Dövlət başçımız İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın bu sənətə qayğısının nəticəsidir ki, aşıq sənəti xalqımızın milli-mənəvi sərvəti kimi 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Bu gün sazımızın səsi dünyanın ən mötəbər salonlarından gəlir. Aşıqlarımız dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq folklor festivallarında iştirak edir və vətənə mükafatçı kimi dönürlər. Azərbaycan Aşıqlar Birliyi bir sıra uğurlu layihələrə imza atıb. 2010-cu ildə isə ilk dəfə olaraq ölkəmizdə Beynəlxalq Aşıq Festivalı keçirildi. Bundan başqa ustad aşıqlarımızın yubileylərinin, xatirə gecələrinin keçirilməsi, onların irsinin toplanması və barələrində xatirə kitablarının nəşr olunması ənənəyə çevrilib.Bu gün bizim dövlətimiz aşıq sənətinin inkişafına böyük maraq göstərir və xüsusi qanunların qəbul olunması, onun dünya miqyasında təbliği üçün hüquqi prinsiplərin, sənədlərin işlənib hazırlanmasına çalışır və onu dünyanın böyük mədəni sərvətlərinin bir hadisəsi kimi təqdim eləyir ki, bu da bizim dövlətimizin milli mövqe ifadə eləməsini göstərir. Aşıq sənətinə olan qayğı, diqqət , bu sənətin dünya miqyasında təbliğ olunması həm də qədim tariximizi təbliğ etmək deməkdir. Bu baxımdan aşıqlarımızın üzərinə şərəfli və məsuliyyətli iş düşür.Onu da qeyd edək ki, aşıq şeirinin gözəlliyi və şirinliyi onun məhz sadəliyi və orijinallığındadır. Əlbəttə, təksazın müşayiəti ilə sadə və konkret quruluşlu adi bir mahnını oxuyub yüksək melodik fon yaratmaq o qədər də asan iş deyil. Bunun üçün sənətkarda qeyri-adi improvizasiya bacarığı, yüksək vokal və instrumental ifaçılıq texnikası olmalıdır. Odur ki, aşıq olmaq, bu sənətlə məşğul olmaq heç də asan deyil. Xoşbəxt xalqıq ki, qədim tarixə və mədəniyyətə sahibik. Bu mədəniyyəti, tarixi öyrənmək gənc nəslin milli mənlik şuurunu formalaşdırır və onların vətənpərvər böyüməsinə xidmət edir.
Jalə Rzabəyli - olimpnews.az
Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025