Sidqi Abbasov da sonunu deyil, Vətəninin taleyini düşünüb, onun müdafiəsinə qalxaraq şəhidlik zirvəsinə ucalıb
XX əsrin əvvəllərində - 1918-ci ilin mayında Şərqdə ilk demokratik cümhuriyyət Azərbaycanda qurulsa da, bu müsəlman respublikasının müstəqilliyi cəmi 23 ay çəkdi. Sovet hakimiyyətinin qurulması, daha doğrusu, 1920-ci ilin 28 aprelində bolşevik rusların Azərbaycanı işğalı etməsi Demokratik Respublikanın süqutu ilə nəticələndi. Düz 70 il sonra – 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan yenidən tarixin qanlı sınaqları ilə üz-üzə qaldı. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığı, ərazilərimizin işğalı, dinc əhalinin erməni yaraqlıları tərəfindən qətlə yetirilməsi, digər tərəfdən də o dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün yarıtmaz daxili və xarici siyasəti, vəzifə davası, vətəndaş müharibəsi yenidən ölkəmizin müstəqilliyinin itirilməsi təhlükəsini yaratmışdı. Belə bir dövrdə xalq ümidini ulu öndər Heydər Əliyevə bağladı, onun dövlət idarəçiliyini ələ almasını istədi, dünya şöhrətli siyasətçini Naxçıvandan Bakıya dəvət etdi. 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Ermənistan işğalçılarına qarşı mübarizədə Azərbaycanın hərbi-iqtisadi və insan qüvvələrinin səfərbər edilməsinə böyük ehtiyac olduğunu görərək, noyabrın 2-də televiziya və radio ilə xalqa müraciət etdi.
Öndərinin çağırışına səs verdi
Azərbaycanın minlərlə mərd oğul-qızları ulu öndərin bu müraciətinə cavab verərək, könüllü əsgər olmaq istəyi ilə Milli Orduya qoşuldular, silaha sarılıb Vətənin müdafiəsinə qalxdılar, cəbhədəki hərbçilərimizə dəstək oldular. Həmin dövrdə ümummilli lider Heydər Əliyevin xalqa müraciətinə öz qərarı ilə cavab verən, Vətəninin üzləşdiyi bəlaya biganə qalmayan qəhrəman oğullardan biri də Sidqi Səməndər oğlu Abbasovdur. O, 4 may 1969-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalında – Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1986-cı ildə Nərimanlı kənd orta məktəbini bitirərək hərbi xidmətə yollanıb. Rusiyanın Arxangelsk vilayətindəki hərbi hissədə snayper – kəskin nişançı kimi iki il əsgəri vəzifəsini yerinə yetirib. S.Abbasov əsgərlikdə olduğu illərdə Ermənistan siyasi rəhbərliyi azərbaycanlılara qarşı deportasiya siyasəti yürütməyə başlayıb. Yüz minlərlə soydaşımız kimi onun valideynləri və bacı-qardaşları da öz doğma el-obasını, ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. Sidqinin ailə üzvləri əvvəl Bakı şəhərində, sonra isə Abşeron rayonunun Mehdiabad qəsəbəsində məskunlaşmalı olublar. Doğulub boya-başa çatdığı kənddən əsgərliyə yola salınan S.Abbasov 1988-ci ilin sonunda xidmətini başa vuraraq birbaşa Mehdiabad qəsəbəsinə gəlib. Bir müddət sonra Bakı Metropolitenində işə düzəlib, qaçqınçılıqla üzləşən, həyatlarını təkrar sıfırdan başlayan, ev-eşik qurmağa çalışan ailəsinə çalışmaqla dəstək olmağa başlayıb.
Bakı Metropolitenindən cəbhəyə uzanan yol
Bir qədər əvvəl qeyd edildiyi kimi, 1993-cü ildə ulu öndər Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət edəndən sonra çoxları kimi S.Abbasov da cəbhəyə yollanmaq qərarına gəlib. Bakı Metropoliteninin o zamankı rəhbərliyinə istəyini, məqsədini çatdırıb. Metropolitenin rəisi də Sidqinin istəyini nəzərə alıb və könüllülərdən ibarət dəstə yaradanda onu da bura cəlb edib. Qısa müddət hərbi hazırlıqdan sonra o, cəbhəyə yola salınıb. Bir çox döyüşlərdə iştirak edib, yaşayış məntəqələrimizin yağı düşməndən azad edilməsində qəhrəmanlıq və şücaət göstərib. S.Abbasov 1994-cü il yanvar ayının 5-də Füzuli rayonunun Kürdmahmudlu kəndinin erməni qəsbkarlarından təmizlənməsi əməliyyatı zamanı düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb. Ölümündən 4 gün sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən oğul-qızlarımızın uyuduğu müqəddəs Şəhidlər Xiyabanında dəfn edilib.
Heç kimlə məsləhətləşmədən Milli Orduya yazılıb
Şəhidin qardaşı Vərqa Abbasov Sidqi barədə danışarkən bildirir ki, rəhmətlik cəsarətinə, qorxmazlığına, yoldaşlığa sədaqətinə, mərdliyinə, vətənpərvərliyinə görə digərlərindən hər zaman seçilib. Zəhmətə qatlaşmağı bacaran Sidqinin əlindən hər iş gəlib. Elə qohum-əqrəbası, dost-tanışları da bu xüsusiyyətlərinə görə hər zaman onun hörmətini saxlayıb, çox istəyiblər: "Sidqi əsgərliyə gedəndən bir il sonra Ermənistanda vəziyyət getdikcə daha da pisləşdi. SSRİ rəhbəri Mixail Qorbaçovdan dəstək alan Ermənistan rəhbərliyi azərbaycanlıları yaşadıqları el-obadan didərgin saldılar. Qaçqınçılıq həyatı bizlərə doğulub böyüdüyümüz kəndimizin, ev-eşiyimizin, sevdiklərimizin itkisini yaşatdı. Sidqi əsgərlikdən qayıdanda başımıza gətirilən müsibətlərə görə çox narahatçılıq keçirirdi. Dağlıq Qarabağ və ətraf rayonlara ermənilərin silahlı basqınlar etməsi, torpaqlarımızı işğal etməsi onun narahatlığını daha da artırırdı. Həmin vaxt atam Səməndər və anam Qənirə, eləcə də mən, digər bacı-qardaşlarım Sidqinin bu narahatlığını başa düşürdük. Amma ailəmizin vəziyyəti çətin olduğundan hər birimiz bu çətinliyi aşmaq üçün çalışmaq məcburiyyətində idik. Sidqi də bu vəziyyəti görür, bizə dəstək olurdu. Amma onun gec-tez cəbhəyə yollanacağını hamımız bilirdik. Elə belə də oldu. Heç kimlə məsləhətləşmədən, heç kimə xəbər etmədən işlədiyi yerdən Milli Orduya yazılmışdı”.
Şəhid qardaşının sözlərinə görə, Sidqi atdığı addımı ailədə bildirəndə heç kim onu qınamasa da, bu qəfil hərəkətindən hamı çaşqın vəziyyətə düşüb: "Atama üzünü tutub dedi ki, hər bir evdən heç olmasa bir nəfər cəbhəyə yollanmalı, düşmənə sinə gərməlidir. Qardaşlarım ailəlidir, vəziyyət də çətin. Ailə-uşağı da dolandırmaq lazımdır. Mən subay oğlanam, gedirəm cəbhəyə, inşallah sağ-salamat qayıdaram sevinərsiniz. Amma onun şadlığına sevinmək ailəmizə qismət olmadı. Sidqi haqq dünyasına qovuşdu, şəhid adı qazandı”.
Vətən sağ olsun, bir daha belə müsibətlər yaşanmasın!
V.Abbasov deyir ki, qardaşının çalışdığı Metropoliten kollektivində olduğu kimi cəbhədə də döyüş yoldaşları və komandanlıq Sidqidən hər zaman razılıq ediblər: "Döyüşlər zamanı komandanlıq dəfələrlə Sidqiyə xəbərdarlıq edib ki, çox irəliyə atılır, özünü ölüm təhlükəsi ilə üz-üzə qoyursan, belə olmaz. O isə cavabında bildirib ki, indiyə qədər həyatlarını qurban verən döyüşçülərdən heç nəyim artıq deyil. Necə ki həyatda dəliqanlı idi, eləcə də orduda belə olub. Sidqinin şəhid olması valideynlərimi və onu sevən hər kəsi sarsıtdı. Çünki biz onun sağ-salamat qayıdışını, toyunu arzulayırdıq. Bir gənc kimi sevib-seçən, ailə, ev-eşik quran vaxtları idi. Bu səbəbdən atam və anamı Sidqinin yoxluğu daha çox üzdü, günbəgün qocaltdı onları. Məhz oğul dərdi onların hər ikisinin daha tez dünyalarını dəyişmələrinə səbəb oldu. Yəqin ki, indi hər üçünün ruhu qovuşub. Allah haqq dünyasına qovuşan bütün insanlara, ən əsas da Vətən yolunda canından keçən oğul-qızlarımıza rəhmət eləsin. Yazılan yazını pozmaq bizim əlimizdə deyil. O üzdən də təki Vətən sağ olsun, insanlarımız bir daha belə müsibətlərlə rastlaşmasın. İnşallah Azərbaycanın işğal olunan rayonları geri qaytarılar, uğrunda həyatlarından keçənlərin də ruhları şad olar”.
Qisas qiyamətə qalmadı
Son olaraq qeyd edək ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqa müraciətindən, Sidqi kimi qəhrəman oğulların bu çağırışa səs verməsindən sonra Azərbaycan ordusunda ciddi hərbi-təşkilati tədbirlər həyata keçirilib, işğalçılara qarşı mübarizədə dönüş yaratmaq mümkün olub. Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırılıb. Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də - Sidqi Abbasovun şəhid olduğu gün Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizlənib. Beləliklə də cəbhə yoldaşları Sidqinin və digər şəhidlərimizin qisasını alıb. Azərbaycanın müharibənin gedişində bu cür dönüş yaratması, işğal olunmuş Vətən torpaqlarını azad etmək sahəsində əldə etdiyi hərbi nailiyyətlər Ermənistanı, eləcə də bu işğalçı dövləti müdafiə edən qüvvələri ciddi təşvişə salıb.
Rufik İSMAYILOV
06 fevral 2016-cı il "Kaspi" qəzeti
Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025