Xankəndi

13:46 / 28.12.2018
Baxılıb: 5770

1991-ci il dekabrın 27-dən 28-nə keçən gecə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir

İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km aralıda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır. Hazırda erməni silahlı qüvvələrinin işğalındadır.

Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “ Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında ” dekret verdi. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunurdu. 1923-cü ilin sentyabrında şəhər Stepan Şaumyanın adı ilə " Stepanakert " adlandırıldı.

Xankəndi şəhəri şimaldan Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, cənubdan Şuşa, şərqdən Xocavənd, qərbdən Laçın, mərkəzdən isə Xocalı rayonları ilə həmsərhəddir.

Xankəndi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olduğu zamanlarda onun adı Stepanakert qoyulmuşdu.

Xankəndi, Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsinin ilk binası 

 

 

Şəhərin mərkəzində yerləşən "Qarabağ" mehmanxanası. 1988-ci ilin fevralında Azərbaycan KP MK-nın 2-ci katibi Konovalov və Məhəmməd Əsədovun Xankəndini təcili tərk etmələri ilə bağlı naməlun zəng məhz bu mehmanxanaya gəlmişdi

Xankəndi şəhərinin Mərkəzi Stadionu. Məlum hadisələrə qədər bu stadionda azarkeşlərin mübahisə və davaları tez-tez baş verib. Həmin dövrdə heyəti demək olar ki, bütövlükdə ermənilərdən ibarət olan Xankəndinin "Qarabağ" komandası Lənkəranın "Xəzər", Naxçıvanın "Araz" futbol klubları ilə görüşəndə bu stadionda yaranan milli zəmində olan mübahisələri bir çox hallarda polislər sakitləşdirib.

Xankəndi Pedaqoji İnstitutu. Hazırda bu binada Artsax Dövlət Universiteti fəaliyyət göstərir. 1988-ci ildə ermənilər Xankəndi şəhərində mitinq və nümayişlərə başlayanda əsas planlarından biri də, bu təhsil ocağında oxuyan azərbaycanlı tələbələri və çalışan müəllim-professor heyətini şəhərdən uzaqlaşdırmaq olub.

Bu abidə 1975-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 30 illiyi münasibətilə yaradılıb. Hazırda bu kompleksdə Qarabağ savaşında ölən qatil xislətli erməni döyüşçülər dəfn olunur.

Xankəndi şəhərinin Ağdam istiqamətindən girişi. Yerli sakinlər buranı "koltsevoy" adlandırıblar.

Maksim Qorki adına Xankəndi Dövlət Dram Teatrı. Hələ dünyanın düz vaxtlarında Bakı teatrları bu binada tamaşalar nümayiş etdirəndə şəhərin erməni sakinləri bu tamaşaları qısqanclıqla qarşılayıblar.

Şəhərin Kirov prospektində yerləşən 9 mərtəbəli yaşayış binası. Bu binanın birinci mərtəbəsində "Nağıl" univermağı fəaliyyət göstərib

Təbiətin bütün gözəlliklərini özündə cəmləşdirən Xankəndi şəhərinin bütün küçə və prospektləri yaşıllıqlar içində olub.

Şəhər poliklinikası və 366-cı alayın qarşısında yerləşən istirahət parkı

Xankəndi dəmiryolu vağzalı. 12 yanvar 1979-cu ildə Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyev stansiyanın açılışını edib.

80-ci illərin əvvəllərində tikilib istifadəyə verilmiş Siyasi Maarif evi

Köhnə Xankəndi, ilk çoxmənzilli yaşayış binaları

Xankəndinin mərkəzi poliklinikası

80-ci illərdə sürətlə tikilən yaşayış massivi, Engels küçəsi

2 saylı uşaq baxçası

Xankəndi asfalt zavodu

Xankəndinin kolxoz bazarı

Zamanında çox məşhur olan "Rossiya" kinoteatrı

Xankəndi Dövlət Bankı

Fotoları şəkilaltı sözlərlə əslən Xankəndi şəhərindən olan, Modern.az saytının əməkdaşı İlham Cəmiloğlu şərh edib.

Qafar Ağayev

Modern.az saytı


Etiket:
Xəbərlər

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib

16.10.2026

Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı

16.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq”

10.10.2026

Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub

05.10.2026

Elmin və şəxsiyyətin akademiki

24.09.2026

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

19.09.2026

Adın özü bir düşüncədir

19.09.2026

Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub

19.09.2026

Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir 

17.09.2026

Göyərən qəbir

09.09.2026

Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.

10.08.2026

DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?

10.08.2026

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025
Bütün xəbərlər