I Dünya müharibəsi bitdikdən sonra 1918-ci ilin sonlarından savaşın nəticələrinin müzakirələrinə başlandı. Bu məqsədlə Parisdə Versal Sülh Konfransı çağırıldı, ABŞ, İngiltərə, Fransa, İtaliya və Yaponiya bu tarixi konfransın başlıca təşkilatçıları oldu. Konfransın əsas məqsədi qalib Antanta dövlətləri ilə məğlub Almaniya-Osmanlı bloku arasında saziş bağlamaq, eləcə də parçalanmış Rusiya imperiyasının gələcəyi ilə bağlı qərar verməkdi. XX əsrin siyasi xəritəsinin müəyyənləşdiriləcəyi bu tədbirdə Güney Qafqazda müstəqilliklərini elan etmiş üç ölkə mütləq şəkildə iştirak etmək, mövcudluqlarını tanıtmaq istəyirdi.
6 oktyabr 1918-ci il.
Azərbaycan hökuməti İstanbuldakı yeni təyin etdiyi xariciyyə naziri Ə.b.Topçubaşova teleqrafla tapşırdı ki, Avropa paytaxtlarına yola düşərək Azərbaycanın müstəqilliyini elan etməkdən ötrü ləngimədən orada bir heyət təşkil etsin. Ancaq tezliklə anlaşıldı ki, ən önəmli hədəf müstəqilliyin tanıdılmasıdır. Məclisi-Məbusan hökumətlə birgə keçirdiyi iclasda Parisə göndəriləcək Heyəti-Mürəxxəsənin (tam səlahiyyətli nümayəndə heyətinin) tərkibini müəyyənləşdirdi. Baş nazirin verdiyi etimadnaməyə görə, Heyətin Versal Sülh Konfransında Azərbaycan Cümhuriyyətini təmsil etmək, eləcə də dövlət adından hər cür siyasi, iqtisadi, maliyyə müqavilələri imzalamaq səlahiyyəti vardı. Heyət sədr müavini Məhəmmədhəsən Hacınskinin başçılığı altında Batuma, oradan da Gürcüstan və Şimali Qafqaz nümayəndələri ilə birgə İstanbula yola düşdü.
Bu ərəfədə Topçubaşov İstanbulda olarkən yabançı dövlətlərin təmsilçiləri ilə görüşürdü. O, yabançı ölkə təmsilçilərinə təqdim etmək üçün osmanlıca, fransızca və rusca bir Memorandum hazırlayaraq fransızcasını həmin təmsilçilərə və Osmanlı Xariciyyə Nəzarətinə təqdim etmiş, bir çox nüsxəsini poçtla Paris, Stokholm, London və Nyu-Yorka göndərmişdi. Əlimərdan bəy İstanbulda Osmanlı sultanı VI Mehmet, Amerika diplomatik nümayəndəsi mister Heyk, Hollandiya nümayəndəsi Van Der Does de Villebua və bir çox başqaları ilə maraqlı görüşlər keçirmiş və onların hamısını incəliklə qeydə almışdı. Bakıdan gedən Heyət 20 yanvarda İstanbula çatdı. Ayın 22-də Topçubaşovun sədrliyi ilə onun ilk iclası keçirildi. Burada Heyətin tərkibi genişləndirildi – Əli bəy Hüseynzadə və V.Marçevski əməkdaş, Səfvət bəy Məlikov-Zərdabi və Əliəkbər bəy Topçubaşov katib, Ə.Qafarov fransız dili, Q.Qafarova ingilis dili, H.Məmmədov fransız və türk dilləri tərcüməçisi, Rəşid bəy Topçubaşov isə sədrin şəxsi katibi olaraq heyətə qatıldılar.
Birinci iclasda siyasi və milli, iqtisadi-kommersiya, təbliğat və məlumat məsələləri ilə məşğul olacaq üç bölmə də yaradıldı və üzvlər arasında dəqiq iş bölgüsü aparıldı.
1919-cu il yanvarın 18-də Parisin Versal sarayında Sülh Konfransı öz işinə başladı. Fransanın Baş naziri Jorj Klemanso Konfransın prezidenti seçildi. Azərbaycan Heyəti Fransadakı ermənilərin törətdiyi təxribatlar üzündən Parisə vizanı çox gec, aprelin 15-də ala bildilər. Ermənilər nümayəndə heyətinin üzvü Əhməd bəy Ağayevi ittihadçıların lideri, Osmanlı Məclisi-Məbusanında və mətbuatında ittihadçıların fəal nümayəndəsi və qızğın təbliğatçısı, Müttəfiq dövlətlərin əleyhdarı kimi qələmə verdikləri üçün onun və bəzi üzvlərin Parisə yolu bağlandı. (Az sonra ingilislər Ağayevi həbs edərək Malta adasına sürgünə göndərdilər).
Nəhayət, Heyəti-Mürəxxəsə aprelin 22-də İstanbuldan Parisə doğru yol aldı, mayın 7-də Parisə çatdı və buraya yetişincə fəal işə başladı. 1919-cu il mayın 28-də – Azərbaycan Cümhuriyyəti istiqlalının birinci ildönümü günü Heyət Konfransın əsas lideri, “Vilson prinsipləri”nin müəllifi olan ABŞ prezidenti Vudro Vilson’la görüşdü.
Topçubaşov ABŞ prezidentinə öz hökuməti adından bunları bəyan etdi: “Sizi əmin edirik ki, müstəqil yaşamaq üçün bizdə hər şey vardır... Biz Azərbaycan üçün yalnız öz parlamentimizi və öz hökumətimizi tanıyırıq və tanıyacağıq”.
Ancaq Vilson Amerikanın dünyanın kiçik hissələrə bölünməsini istəmədiyini, Azərbaycan məsələsinin “rus məsələsi”ndən əvvəl həll edilə bilməyəcəyini söylədi.
Vahid Rusiyadan çarın borclarını daha asanlıqla ala biləcəklərini düşünən qalib Müttəfiqlər onun parçalanmasında maraqlı olmadıqlarına görə Güney Qafqaz məsələsinə biganə yanaşırdılar, ancaq Rusiyada qüvvələr tarazlığının dəyişməsindən sonra maraqlar fərqli məcraya yönəldi. Müttəfiqlərin dəstəklədiyi general Denikinin ard-arda məğlubiyyəti, bolşeviklərin gerçək gücə çevrilməsi qarşısında Güney Qafqaz dövlətlərinə münasibət yetərincə dəyişdi. Böyük Britaniyanın baş naziri Lloyd Corc 1919-cu ilin 17 noyabrında İngiltərə Parlamentinin İcma Palatasındakı çıxışında iki dəfə Azərbaycan və Gürcüstanın adını çəkdi.
Müttəfiqlər başa düşürdülər ki, bolşeviklərin Qafqazda qalib gəlməsi bolşevizmin İran, Türkiyə və Orta Asiyaya yayılması deməkdir.
Böyük Britaniyanın təşəbbüsü ilə 1920-ci il yanvarın 10-da Versal Ali Şurasının sessiyasında bildirildi ki, Güney Qafqazda üç mühüm hadisə baş verir.
Birincisi, bolşevik Rusiyasının qoşunları cənub istiqamətində hərəkət edir; ikincisi, geri çəkilən Denikin ordusu bu respublikalara soxula bilər, üçüncüsü, kamalçılar Rusiya ilə razılıq əsasında bu respublikalara müdaxilə edə bilər, buna görə də Azərbaycan və Gürcüstan de-fakto tanınmalıdır.
Yanvarın 11-də Ali Şura İngiltərənin xarici işlər naziri Lord Kerzonun təklifi ilə bu məzmunda bir qərar qəbul etdi:
“Müttəfiq və birlik ölkələri Аzərbaycan və Gürcüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyır”.
Beləliklə, Azərbaycanın müstəqilliyi 11 yanvar 1920-ci ildə Paris Sülh Konfransında de-fakto tanındı.
Yanvarın 15-də Fransa Xarici İşlər Nazirliyinin Baş katibi Jül Kambon Ali Şura üzvlərinin və Müttəfiq ölkələrin Azərbaycanın de-fakto tanıması barədə Paris Sülh Konfransının rəsmi qərarını Ə.b.Topçubaşova təqdim etdi.
Bundan bir gün öncə – yanvarın 14-də isə Azərbaycan Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli Azərbaycan vətəndaşlarına müraciət edərək tanınma haqqında məlumat vermiş, bu münasibətlə 14 yanvar ölkədə qeyri-iş günü elan edilmişdi.
9 fevral 1920-ci ildə Məclisi-Məbusan Azərbaycanın istiqlalının tanınması münasibətilə əhaliyə verilən güzəştlər haqqında qanun qəbul etdi. Qanun bu əlamətdar hadisə şərəfinə, cinayət törətmiş və vergi ödəməli bəzi şəxslər kateqoriyasının durumunun yaxşılaşdığını təsbit edirdi. Belə ki, qanunun çıxarıldığı günədək dövləti cinayət törətmiş şəxslər (casusluqla Vətənə xəyanət edənlərdən başqa), milli düşmənçilik zəminində cinayət işləmiş, ona tapşırılmış xidməti əmlakı mənimsəmiş və xərcləmiş, ancaq verdiyi zərəri tam ödəmiş... bütün şəxslər cəzadan azad edilir.
Başqa kateqoriyadan olan şəxslərin də cəzası yüngülləşdirildi. Qanunda başqa bir çox güzəştlər də nəzərdə tutulmuşdu.
Müəllif: Dilqəm Əhməd
teleqraf.com
Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025