Zaur Zakir oğlu Ələkbərov Xocalısoyqırımının canlı şahidlərindəndir. Faciə onun yeniyetməlik dövrünə təsadüf edib. O, 13 yaşında ən yaxın ailə üzvlərindən 71 nəfərini itirib. Gözlərinin qarşısında bibiləri və övladları qətlə yetirilib. Zaur Ələkbərovun “Report”a müsahibəsini təqdim edirik.
- Xocalı soyqırımı xatirələrinizdə necə qalıb?
- Mən 1979-cu ildə Xocalı şəhərində anadan olmuşam. Ermənilərlə münaqişə başlayandan, demək olar ki, hər gün atəş səsləri eşidirdik. Ermənilər rusların da köməyi ilə “Alazan” və “Kristal” raketləri ilə kəndi atəşə tuturdular. Şəhəri xocalılardan ibarət özünümüdafiə batalyonu qoruyurdu. Onların əlində də ağır silahlar yox idi. Xocalı hər tərəfdən mühasirəyə alınmış vəziyyətdə idi. Şuşaya gedən vertolyot vurulduqdan sonra isə Azərbaycanla əlaqəmiz tamamilə kəsilmişdi. Nəticədə buğdanı qaynadıb yemək məcburiyyətində qalırdıq. Uzun müddətdir ki, heç kəs öz evində yaşamırdı, daha etibarlı olan zirzəmilərdə gecələyirdilər. Qonşularımız və qohumlarımız da evimizin zirzəmisi böyük və etibarlı olduğundan bizə yığılmışdılar. Gecə saat 22:00-23:00 aralığında atəş səsləri daha da artmağa başladı. Bizə mərkəzdəki məktəbin zirzəmisinə tərəf getməyi və oranın daha etibarlı olduğunu bildirdilər. Biz qohum-qonşularımızla birlikdə evin zirzəmisindən çıxıb məktəbə tərəf qaçmağa başladıq. Anam balaca qardaşımı qucağına götürüb, mən də atamın əlindən tutub qaçırdıq. Həmin əraziyə çatanda insanlar Kətik dağı deyilən istiqamətə doğru üz tutduqlarını gördük. Hər tərəf qar idi. Buradan Ağdama doğru getməyə çalışırdıq. Beləcə atəş səsləri altında qarlı hava şəraitində dağa dırmaşaraq hərəkət edirdik. Bizdən əvvəl gedən qonşularımızın bəziləri isə ermənilər tərəfindən əsir alındığından onların fəryad səslərini eşidirdik. Dağın lap təpəsində çevrilib geriyə baxdım. Şəhər od içində yanırdı. Onların içində bizim evimiz də var idi. Bir də həmin yanan şəhərə qayıtmayacağımızı haradan biləydik.
- Yəqin həmin ağrılı günlər gözünüzün önündən heç zaman getməz...
Sanki meyitlər qarın üzərinə səpələnmişdi. Uşaq olduğumdan indiki kimi fərqinə varmamışdım. Amma qıpqırmızı rəngə boyanmış ağ qar gözlərimin önündən hələ də getmir. Həmin günü anam ayağından yaralandı. Dəsmalı ilə ayağını bağlayıb yenə axsaya-axsaya yola davam etməyə başladı. İnsanlar qrup halında gedirdilər. Hər qrupda 2-3 nəfər özünümüdafiə batalyonunun döyüşçülərindən də var idi. Onların əksəriyyəti yenidən qayıdıb insanları çıxarmağa çalışırdılar. Arada atışma səsləri də gəlirdi. Ermənilərin irəlidə gedən qrupları əsir götürdüyünü eşitdik. Səsimizi eşitməmələri üçün sakitcə ağacların arasında gözləməyə başladıq. Səhərə yaxın yenidən Ağdama tərəf hərəkət etdik. Biz də əsir düşə bilərdik. Əsir düşməməyimizin səbəbi Ağdam istiqamətindən ermənilərin başlarını qatan hücum olmuşdu. Kiçik qardaşlarım çox qorxurdu. Mən qorxsam da, özümü cilovlayıb onlara ürək-dirək verirdim. Ən azından, böyük qardaş olduğumu unutmamışdım.

- Soyqırım qurbanları arasında ailə üzvlərinizdən varmı?
- Ailə üzvlərimizdən babam, nənəm, bibilərim və onların uşaqları olmaqla, ən yaxınlarımızdan, ümumilikdə, 71 nəfər şəhid oldu. Ümumiyyətlə, Xocalıda şəhid olanların əksəriyyəti qohum idilər.
- Xocalı faciəsinin ildönümündə hansı hissləri yaşayırsınız?
- İtki tək əlamətdar məqamlarda deyil, həmişə duyulan bir hissdir. Faciənin ildönümünün digər günlərdən fərqi bu günlərdə ziyarətimizə gələnlərin, təsəlli verənlərin sayının çox olmasındadır. Bu həm dostlar, yaxınlar, həm də dövlət rəsmiləri tərəfindən bizə göstərilən qayğının nəticəsidir.

- Yaxınlarınız arasında əsir və itkin düşən olubmu?
- Əlbəttə var. Əsirlikdən azad olunan qohumlarım var. Bəzi yaxınlarımızın taleyindən isə indiyədək heç bir xəbər yoxdur.
- Doğulduğunuz yerdən didərgin düşmək nə qədər ağrılı bir hissdir?
Bunu ifadə etməkdə çətinlik çəkəcəyəm. Çünki hisslərimi sözə çevirməyə gücüm çatmır. Həyatda nə qədər uğur qazansan belə sənin uşaqlığının keçdiyi yerlərə əlin çatmırsa, qazandığın uğurlar birtərəflidir.
- Faciədən qurtulduğunuza görə kimə borclusunuz?
- Ümumiyyətlə, hər şeyə görə Allaha borcluyam. Xocalı faciəsindən xilas olmağımızda Ağdam döyüşçülərinin və Xocalı özünümüdafiə batalyonunun böyük rolu olub.
- Hazırda nə iş məşğulsunuz?
- Biz Xocalı faciəsindən sağ çıxandan sonra Cəlilabad rayonunun indiki Göytəpə şəhərində yerləşdik. Orta məktəbi də burada bitirdim. Hazırda Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoruyam. Şəhərin fəxri sakiniyəm. Prezident İlham Əliyevin imzaladığı sərəncamla “İlin müəllimi” adına layiq görülmüşəm.
- Siz artıq 13 yaşınızdan Göytəpədə yaşayırsınız. Torpaqlarımız işğaldan azad olunarsa, Xocalıya qayıtmaq istəyərsiniz?
- Aprel döyüşlərindən sonra bizdə torpağımıza qayıdacağımıza inam yaranıb. Düzdür, Göytəpə şəhəri mənim ikinci vətənimdir. Mən burada məktəbi bitirmişəm. Heç bir zaman buranı unutmaram. Ancaq öz doğma vətənimə qayıtmaq üçün hər şeyimi qurban verərdim.


Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025