Xocalıda şərəfsiz hərb tarixini yazanlar - Qanlı polk (ARAŞDIRMA)

12:00 / 27.02.2019
Baxılıb: 2306

 

İlkin olaraq mən Qarabağda gedən savaşın ilk günlərindən Azərbaycan DİN tərkibində olaraq iştirak etdiyimdən, orada hökumət və komandanlıq böhranı zamanı düşmən tərəfindən şəhid edilən mülki əhali, güc strukturu və Azərbaycan Ordusunun hərbi qulluqçularının ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Sovetlər birliyinin süqutundan sonra, Qarabağ münaqişəsi zonasında yerləşən keçmiş SSRİ ordusunun bütün hərbi hissələri, münaqişədən öz xeyirləri üçün maksimum istifadə etməkdə idi. Arsenalda olan hərbi geyimdən tutmuş, silah-sursat və texnikaların satılması və sonradan bunu tərəflərin “talan edilib” kimi üzərinə yıxmaq, yeni hərbi hiylənin əsas hissəsi idi. Bu zaman hərbi hissə komandirləri, xidmət rəisləri həddindən artıq dövlətlənərək, hərbi göndəriş adı ilə öz yaşadıqları şəhərlərindəki ailələrinə və qohumlarına böyük həcmdə pul göndərməklə məşğul idilər. Belə hərbçilər sonradan özlərini hərbi anda sadiq kimi göstərsələr belə, onların səmimiyyəti şübhə altındadır. 

Bəzi münaqişə zonasında olan hərbi hissələr daha da irəli gedərək, öz şəxsi heyətindən olan hərbi mütəxəssisləri düşmən tərəfə böyük məbləğdə pul vəsaiti ilə “icarəyə” verməkdən də çəkinmirdilər. Məsələn, 1986-cı ildə Frunze hərbi akademiyasını qurtarmış və 295-ci diviziyada qulluq etmiş (Səlyan kazarmaları), 1988-1990-cı ilə qədər 366-cı Motoatıcı alayın komandiri olmuş Aleksandr Kolvanov öz müsahibəsində siyasətə qarışmadığını, özünün hərbi borcunu düzgün yerinə yetirdiyini desə belə, onun səmimiyyəti şübhə doğurur. Çünki məhz bu illərdə artıq erməni quldur birləşmələrində artıq avtomatik silah və sursatlar peyda olmuşdu. 

Relyefi incələsək bizə məlum olar ki, Ermənistan tərəfdən Qarabağa gələn yollar ümumən Azərbaycan güc strukturlarının nəzarətində olunub və Xankəndinə gələn bütün maşın və qatarlar ciddi yoxlanılaraq, onlarda olan hərbi təmayüllü məhsullar müsadirə olunub. Sual yaranır ki, bəs hansı yolla məhz erməni quldurlarında AKM-47 və AK-74 avtomatları vardı? Kolıvanov bu suallara cavab verməkdənsə, müxtəlif yollarla azərbaycanlıları və erməniləri barışdırmaq missiyasından danışır, bundan sonra isə 1990-cı ildə ərazini tərk edərək Lənkərana getdiyini bildirir.

Bütün bunlardan əlavə Kolıvanov illər keçməsinə baxmayaraq 366-cı alayın Xocalı soyqırımında iştirakından xəbərsiz olduğunu və bunun qeyri-mümkün oldmadığını, faktlar isə əksini deyir.

1985-ci ildə 4-cü ordunun 23-cü Brandenburq diviziyasının tərkibinə daxil olan 366-cı qvardiya motoatıcı alayı Gəncədən Xankəndinə köçürülüb. Alayda şəxsi heyətin sayı ştat üzrə 1800 civarında hesablanmışdı. Lakin 1992-ci ilin fevralında alayda 630 nəfər qalmışdı. Onlardan 129 nəfəri zabit, gizir olmaqla, 49 nəfəri erməni milliyyətindən olanlar idi. 

Hələ Xocalıya qədər 366-cı alayın ermənilərə texnika, artilleriya və silahla “yardım” etməsi faktları yetərincədir. Məsələn, Malıbəyli kəndi işğal olunana qədər bir neçə dəfə döyüş maşınları tərəfindən alayın parkından atəşə tutulmuşdu. Bunu ehtiyatda olan Azay Kərimov öz müsahibələrində dəfələrlə vurğulayıb. Alayın hərbçiləri Xankəndi ətrafında olan Azərbaycan kəndlərinin işğalında bilavasitə iştirak ediblər. Bütün bunlar radiorabitə vasitələri ilə danışıqların tutulması zamanı sübut olunmuş faktlardır və Zaqafqaziya Hərbi Dairəsinin komandanlığına məlum idi. Bu faktlar ciddiliklə qorunurdu. 

Alayın erməni hərbi qulluqçularından əlavə, başqa millətlərdən olan qulluqçuları da bilavasitə Xocalının işğalında iştirak ediblər. Xocalı döyüşlərində alayın hərbi qulluqçularından ölənlər də olub və bu faktlar saxta sənədlərlə örtbasdır edilib. 

Belə ki, Azərbaycan Respublikasının həmin vaxt Milli Təhlükəsizlik naziri olmuş İ.Hüseynovun Respublika prokuroru M.Babayevə ünvanladığı 17.03.1992 ci il tarixli 34537 saylı məktubunda deyilir: “Xocalıya qarşı hərbi əməliyyatlar zamanı 366-cı alayın 20-dən çox hərbi qulluqçusu şəhərin müdafiəçiləri tərəfindən öldürülüb. Onların meyitləri 366-cı alayın döyüş maşınları üçün olan 6-cı boksunda partladılaraq izi itirmək üçün məhv edilib. Onların adına arxa tarixlə məzuniyyət sənədləri tərtib olunub və hal-hazırda onlar fərari kimi qeydiyyatdan keçiriliblər”. 

Bundan əlavə Xocalıya hücum olacağı haqda başqa sənəd və sübutlar var ki, bu məlumat və sənədlərə Azərbaycanın o vaxtkı rəhbərliyi etinasız yanaşaraq, qeyri-ciddi yanaşıb. Belə ki, Ermənistan Respublikası Müdafiə nazirinin 1992-ci il fevralın 25-i saat 19:30-da verdiyi əmrinə görə, bütün Ermənistan və Dağlıq Qarabağ ərazisində olan hərbi birləşmələrə “1 saylı hazırlıq” əmri verilib. Bu əmri Azərbaycan xüsusi xidmət orqanları vaxtında hökumətə çatdırsa belə, heç bir təhlükəsizlik tədbirləri görülməyib və məlumat kağız üzərində qalıb. 

Alınan məlumatlardan biri də budur ki, 366-cı alayın bu kimi əməliyyatlara qatıldığını görən qərərgah rəisi buna etiraz edib və bir taborla alayı tərk edərək Ağdam istiqamətinə çıxmağa cəhd edib. Lakin onun bu fikri haqda alay komandiri Zarviqorova məlumat verilib və zabit həbs olunub.

Əməliyyatdan sonra bir sıra beynəlxalq təşkilatlar və ABŞ Dövlət Departamenti birmənalı olaraq bu qətliamı pislədi. Bu zaman ermənilər anladılar ki, Xocalı haqda bu məlumatlar onların beynəlxalq arenada “əziyyət çəkmiş millət” kimi imicinə ciddi zərbə vuracaq. Bu zaman onlar dünya ictimaiyyətinə “humanitar dəhliz” haqda yalan məlumat yeritməyə başladılar. Bu versiyanı ilk dəfə 1999-cu ildə erməni siyasətçisi Hayk Demoyan KİV-lərə sızdırmağa başladı. Əslində isə bütün istintaq qruplarının və Rusiyanın “Memorial” təşkilatının araşdırmalarında belə bir “koridorun” olmadığı haqda məlumat verilmişdi. 

Belə bir “dəhliz” 366-cı alayın hərbi mütəxəssiləri və erməni zabitləri tərəfindən əməliyyatdan öncə dəqiq düşünüldü və Xocalının şərq hissəsi xüsusi olaraq açıq saxlanıldı. Qorxu içində olan əhali məhz bu tərəfin nisbətən sakitliyindən istifadə edərək, bu yolla özlərini Ağdam istiqamətinə çatdırmağa çalışsa da, 12 dərəcəlik fevral şaxtasında Qarqar çayını keçən mülki əhalini çayın başqa tərəfi ilə izləyən erməni kəşfiyyatçıları bu yolda olan ən azı 3 pusquya onların hərəkəti barədə operativ məlumat verirdi. 

Birinci qrup əhali Qarqar çayını keçərək o biri sahilə çıxan kimi sıx pulemyot və avtomat atəşi altına düşdü. Sağ qalaraq pərakəndə şəkildə ətrafa səpələnmiş əhalini isə xüsusi bu iş üçün ayrılmış erməni dəstələri əsir götürdülər. Bundan sonra əhali erməni kəndi olan Kətik kəndinin yaxınlığında pusquya düşdü. Çox insan həlak oldu və ya əsir götürüldü. Bu pusqudan salamat çıxanlar isə birbaşa Naxçıvanik tərəfə qaçmağa başladılar. 

Ermənilər Xocalıya hücumdan bir neçə saat öncə, Naxçıvanikin Azərbaycan qüvvələri tərəfindən götürüldüyü haqda yalan şaiyə buraxmışdılar. Kənddə Azərbaycan qüvvələrinin olduğunu düşünən əhali var gücü ilə Naxçıvanikə tərəf qaçmağa başladı. Əsgəran şossesinə çatan zaman artıq hava açılmış və meşədən açıq əraziyə çıxmış insanlar Naxçıvanik yaxınlığında dəqiq nişanla avtomat və pulemyotlardan atəşə tutularaq öldürüldülər. 

Üstəlik Gülablı və Şelli tərəfdə də erməni qruplarının pusqusunda böyük sayda insanlar atəşlə məhv edilmiş və bir neçəsi əsir alınaraq müxtəlif istiqamətlərə aparılmışdı. Məhz 366-cı alayın qərargahında hazırlanmış, erməni quldurlarının və alayın hərbçilərinin həyata keçirtdiyi planlı “humanitar koridoru” bundan ibarət olub.

Ümumiyyətlə, 366-cı alay münaqişənin əvvəlindən ermənipərəst mövqedə olub. 1992-ci ilin yanvar ayında Bakı Baş Polis idarəsinin bir sıra əməkdaşı ilə Şuşanın Kosalar kəndində ermənilərə qarşı qurulmuş postlarda xidmət apararkən məhz 366-cı alaya böyük sayda Mi-8 helikopterlərinin gəldiyini hər gün müşahidə edirdik. Bu helikopterləri digər Mi-24 tipli helikopterlər qoruyurdu. Sual olunur ki, hərbi əməliyyatlarda iştirak etməyən alaya bu helikopterlərlə nə daşınır və alaydan geriyə hansı yüklər aparılır?

Bilavasitə helikopterlərin enişi zamanı onların daha ağır olduğu və qayıdan zaman yüngül olduğu gözə çarpırdı. Hələ yanvar ayında 366-cı alayın PDM-1-ləri vasitəsi ilə Canhəsən kəndi istiqamətinə 4 hücum cəhdi oldu. Bu zaman PDM-lərin rus alayına məxsusluğunu gövdələrindəki xüsusi nişanlardan ayırd edə bilirdik. Təkcə tank əleyhinə qazmalar, beton bloklar və postlarda olan bizlərin sıx atəşi onların kəndə daxil olmasının qarşısını alırdı.

Bu zaman isə 2A28 tipli qüllə toplarından kəndə parakəndə atəş açırdılar ki, nişangahda da mütləq mülki əhalinin evləri olurdu. Bu atəşlər zamanı bir neçə ev yanaraq sıradan çıxdı. Lakin Azərbaycan tərəfinin bütün bu faktları 366-cı alayın rəhbərliyi tərəfindən hər zaman qətiyyətlə rədd olunur və alayın milli zəmində münaqişələrdə ortaq nöqtə tutduğu bəhanə gətirilirdi. Lakin hər axşam bu hadisələr təkrar olunur, blokadada qalan Xocalı tərəfə gecələr reydlər edilir, şəhərin ətrafında yerləşən evlər, tikililər atəş zamanı yandırılırdı. Mülki əhaliyə edilən zülmü götürə bilməyən 366-cı alayın bir neçə əsgəri Azərbaycan tərəfə keçdikləri zaman, alayda böyük pullar müqabilində ermənilərə texnika və silahlar verildiyi haqda məlumatlar verdilər. 

Belə ki:

1) Azərbaycan yaşayış məntəqələri tərəfə atılan 1 top atəşinin qiyməti - 1300 rubl;
2) Zirehli transportyorun (ZTR-BTR) bir gecəlik icarəsi - 5000 rubl;
3) 6 döyüş qrupu olan və PDM-lərdə hərəkət edən qüvvənin 1 döyüş əməliyyatı - 1 milyon 500 min rubl;
4) Kiçik rütbəli zabitlərin təlimi – 4 min rubl idi.

1992-ci il fevralın 9-da alay komandiri Zarviqorovun razılığı ilə 366-cı alayda “Klikun erməni cəbhəsi” adlı bölük yaradıldı ki, bunun da heyətinin əksər hissəsi Livanın, ABŞ-ın, Kanadanın, İranın, İsveçrənin və Hollandiyanın erməni icmaları tərəfindən göndərilmiş ermənilərdən ibarət idi. Bölük komandiri Xaçik Vartanyan seçildi. Fevralın 17-də isə alayın tərkibində yaradılan bu bölüyə “Şuşanik” adlı snayper qrupu da qatılır ki, onların da tərkibində Livandan gəlmiş qadın-muzdlular olub. Bütün bu hazırlıqlar Şuşa yolunda böyük maneə kimi duran və şəhəri mühafizə edən kiçik milis və 12 avtomatı olan 30 əsgərlik qüvvənin əzmi nəticəsində qorunan şəhərin amansızcasına məhv edilməsi üçün aparılırdı və bu hazırlıqda 366-cı alayla birlikdə 622-ci əlahiddə kimya mübarizəsi taborunun da hərbi qulluqçuları və texnikası iştirak edib. Xocalı soyqırımının icrası 366-cı alayın 2-ci motoatıcı taborunun komandiri Seyran Ohanyan tərəfindən işlənərək həyata keçirilmişdi.

Beləliklə, Xocalıda mülki əhalinin qətliamı ilə birlikdə 366-cı alay və Qarabağda dislokasiya olunmuş SSRİ hərbi hissələri ermənilərə aşağıdakı sayda texnika və silah ərməğan etdi:

366-cı alay:

Tank -13 ədəd;
122 ədəd PDM və ZTR;
16 ədəd 100 mm-dən böyük çaplı artilleriya sistemi.

SSRİ Daxili Qoşunlarının 81-ci əməliyyat alayı:

10 ədəd ZTR;
967 ədəd atıcılıq silahı.

Hadrutda yerləşən 42-ci sərhəd dəstəsi:

10 ədəd ZTR;
500 atıcılıq silahı.

622-ci əlahiddə kimya müdafiəsi taboru (39828 saylı HH)

RPO (Reaktiv Piyada Odsaçanı) “Şmel”;
Kəşfiyyar döyüş maşını (BRM-1K);
Atıcılıq silahları.

Xocalının işğalından sonra 366-cı alayın münaqişə zonasından çıxarılması qərarı ilə Gəncədə yerləşən 104-cü hava desantları diviziyasının 328 və 345-ci Hava Desantları Alayları həyəcan siqnalı ilə qaldırılaraq əraziyə yeridilsə belə, ermənilərlə münaqişə nəticəsində hərbçilər arasında və texnikalarda itkilər qeydə alındı. 1 ədəd Mi-24 helikopteri bu döyüşlər zamanı itirildi. Bu zaman alayın 22 zabiti daxil olmaqla 180 hərbi qulluqçusu ermənilər tərəfə keçərək Xankəndində qaldılar.

1992-ci il martın 10-da 366 saylı qvardiya motoatıcı alayı Gürcüstanın Vaziani şəhərində öz şərəfsiz tarixinə alayın ləğvi ilə qovuşdu. Azərbaycan Hərbi cinayətlərdə iştirak etmiş aşağıdakı hərbi qulluqçular barəsində beynəlxalq axtariş elan edilib: 

Zarviqorov Yuri Yuryeviç – 366-cı alayın komandiri;
Çitçyan Valeri İsaakoviç – 366-cı alayın 1-ci taborunun qərargah rəisi;
Ayryan Vaçaqan Qriqoryeviç – 366-cı alayın kəşfiyyat rəisi;
Akopyan Movses Qrantoviç – 366-cı alayın 1-ci taborunun 2-ci bölüyünün komandiri;
Abramyan Poqos Qarnuşeviç - Xankəndindəki 11 alayın komandiri; 
Kisebekyan Qriqori Akopoviç – 366-cı alayın rabitə rəisi;
Arutyunyan Slavik Vadimoviç – 366-cı alayın 5-ci bölüyünün komandiri;
İşxanyan Andrey Artyuşeviç – 366-cı alayın 1-ci bölüyünün təminat tağımının komandiri;
Beqlaryan Sergey Yurikoviç – 366-cı alayın 2-ci taburunun taqım komandiri;
Aryutunyan Kamo Rafaeloviç – 366-cı alayın təmir bölüyünün taqım komandiri;
Danilyan Armen Borikoviç – 366-cı alayın təmir bölüyünün taqım komandiri;
Qarmaş Viktor Anatolyeviç – 366-cı alayın zabiti;
Smaqin Aleksandr Vladimiroviç – 366-cı alayın zabiti;
Balyazin Oleq Viktoroviç – 366-cı alayın zabiti;
Beqlaryan Armen Volodieviç – 366-cı alayın texniki;
Ayrapetyan Aleksandr Aleksandroviç – 366-cı alayın çavuş;
Mirzoyan Vaçik Qrantoviç – 366-cı alayın 2-ci bölüyünün baş çavuşu;
Ayrapetyan Vaçik Qurgenoviç – 366-cı alayın 3-cü bölüyünün starşinası;
Abramyan Armo Aramoviç - Xankəndi Daxili İşlər Şöbəsinin rəisi;
Qukasyan Mavrik Araratoviç - Əsgəran rayon Daxili İşlər Şöbəsinin rəisi;
Ağacanyan Karlen Levonoviç - Əsgəran rayon Daxili İşlər Şöbəsinin sabiq rəisi;
Barseqyan Şagen Semenoviç - Əsgəran rayon Daxili İşlər Şöbəsinin rəis müavini;
Petrosyan Karo Vanieviç - Əsgəran rayon Yanğından Mühafizə Şöbəsinin rəisi;
Koçaryan Serjik Sumbatoviç - Xankəndi şəhər həbsxanasının rəisi;
Ayriyan Samvel Samurkaeviç - Əskəran rayon Daxili İşlər Şöbəsinin inspektoru;
Qriqoryan Edik Emirvaroviç - Əsgəran rayon Daxili İşlər Şöbəsinin əməkdaşı;
Qriqoryan Ararat Rantikoviç - Əsgəran rayon Daxili İşlər Şöbəsinin əməkdaşı;
Akopyan Oleq Nikolaeviç - Həsənabat sovxozunun əməkdaşı;
Tumasyan Seyran Aprakoviç - Xasq kəndinin sürücüsü;
Babayan Georgiy Qinikoviç - Həsənabad kənd sovxozunun sürücüsü;
Qriqoryan Valerik Sergeeeviç - Həsənabad kənd sovxozunun əməkdaşı;
Balasanyan Vitali Mixayloviç - DQMV xalq cəbhəsinin sədri;
Mirzoyan Maksim Mixayloviç - 2718 saylı Xankəndi avtobazasının müdürü;
Bbabyan Bahadur Qiniqoroviç - sabiq Xocalı sakini;
Manqasaryan Artik Qurgenoviç - Daşbulaq kəndinin sabiq sakini;
Kəhramanyan Hamlet Asrieviç - Daşbulaq kəndinin sabiq sakini;
Qriqoryan Canpolad Xanlaroviç - Sabiq Xocalı sakini;
İşxanyan Yura Qriqoryeviç - Əsgəran rayonunda yeməkxana direktoru.

Hərbi ekspert Abuzər Əbilov 
Ordu.az


Etiket:
Xəbərlər

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023

Mərhəmlik və mərhəmət nümunəsi

09.10.2023

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib

07.10.2023

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

05.10.2023
Bütün xəbərlər