Göyçə gölünün pıçıltıları

20:30 / 04.04.2019
Baxılıb: 5262

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalı işıq üzü görüb."Multikulturalizm" jurnalının 2018-ci ili üçün nəşr olunan 4-cü sayında göyçəli yazarların şeirləri, nəsr əsərləri işıq üzü görmüşdür.

Goyce.az Qılman İmanın "Multikulturalizm" jurnalında əsərləri nəşr olunan yazarlar haqqında yazdığı "ön söz"ü təqdim edir.

Sözləri özlərindən öndə olduğundan seçilmiş adamları  həmişə sözündən tanımışıq.

Çünki onların sözü tək KİŞİ SÖZÜ yox, həm də ŞAİR SÖZÜ olub. Tanrısal ovqatda sözə poetik libas geyindirib, sözü şeirləşdiriblər. Sonra bu şeirlər tanrıdan gəlmiş vəhy kimi el-el, oba-oba poeziya vurğunlarının dilində ağ göyərçin qanadlı müjdə xəbərinə çevrilib. O müjdə xəbərlərinin çox yayıldığı sazlı-sözlü bir məkanımız varıydı – Göyçə mahalı!  ”Varıydı” ona görə deyirəm ki, 30 ildi bizdən ayrıdı o torpaq. Burada oğuz türkləri Göyçə gölünün qırçınlı ləpələrinin həzin pıçıltılarının ritmi üstündə üzü Tanrıya türkülər oxuyar, ozanların yeddi telli sazının avazında qoşmalar qoşar, nəğmələr bəstələyərdilər.

Bu nəğmələrin, qoşquların  avazında sehrlənənlər elin şad günlərində ozan kimi öz xeyir-duasını  verər, sazıyla çalıb-çağırar, ya da şair olub görüb-götürdüklərini, eşidib-bildiklərini misra sığalına gətirər, el adamına, söz adamına çevrilərdilər.

Bu tanrısal mühitdə Şah İsmayıl Xətainin vəziri böyük sufi şair Miskin Abdal doğulacaqdı. Miskin Abdalın bərəkətli poeziyası dildən-dilə,  eldən-elə yayılaraq öz müridlərini  başına toplayacaq, sinəsi sözlə dolu hələ neçə türk oğluna ilham verəcək, mürşidlik edəcəkdi. Miskin Abdalın sözlə saldığı körpünün üstündən sazıyla birgə Ağ Aşıq keçəcəkdir. O Ağ Aşıq ki, dualı ağzı ilə 40 gün, 40 gecə dastan danışarmış. Beləcə, Göyçənin sazlı-sözlü ədəbi mühiti formalaşacaq, ozan aşıq şeirinə Aşıq Alı kimi, Aşıq Ələsgər kimi qüdrətli saz-söz ustadları, 6 dil bilən cahanşümul ziyalı Mirzə Bəyləri, məhşur “ Molla Nəsrəddin”çi Hacı Əliş ağanı  bəxş edəcəkdi. Sonralar nəsildən-nəsilə ötürülərək bu məktəbin sələfləri yetişəcəkdi.

Belə bir mühitdə ilham payı ilə birgə doğulanların dili qafiyəli, sözü  də özünəməxsus olardı. Bu adamlara özlərindən xəbərsiz el “şair” adı verərdi. Bu şair adının papağı altında xalq sevgisi, el məhəbbəti pərvazlanar, onlara xüsusi hörmət qoyulardı.

Burada əsərləri nəşr olunan,  ötən əsrin 60-70-ci illərində yaradıcılığa başlamış  İsmixan Didərgin, Zəki İslam, Alqayıt Xəlilov, Sərraf Şiruyə, Eldar İsmayıl, Məcnun Göyçəli, Aqil İman, Sərdar Kərimli ədəbi mühitdən öncə elin-obanın şair kimi dəyərləndirdiyi qüdrətli söz sənətkarları, elin daxili istəklərini öz yaradıcılıqlarında ehtiva edə bilən tanınmış el şairləridir.

Bu qələm adamları Sovet əxlaqı ilə tərbiyələnsələr də, sovetizmin gətirdiyi bəlaları erkən anladıqlarından bunu öz yaradıcılıqlarında açıq-aşkar yazar, xalqı ayıq olmağa səsləyərdilər. Bəzən onları mərkəzi mətbuatda ayələt yazarıdı deyib burunlayar,  çapına qadağa qoyardılar. Ancaq yasaq olunduqca əsərlərinin çapına qadağa qoyulduqca,  onların şöhrəti artar, şeirləri el yaddaşına yazılardı.

Orasını da deyim ki, bu şairlərin yaradıcılığının əsas leytmotvini xalq müdrikliyindən gələn didaqtik ricətlərlə hörülmüş ustadnamələr, lirik-pisxoloji qoşmalar, gəraylılar, dilimizdəki  sözlərin cinas imkanlarını mükəmməl göstərən  təcnislər təşkil edərdi.

80-90 cı illərdə ustadların izi ilə fərqli bir manerada yaradacılığa başlayan Rəşid Göyçənin, Səyyarə Məmmədlinin, Füzuli Sabiroğlunun, Əli Məhərrəmovun poeziyasındakı modernist gedişlər, Rüstəm Dastanoğlunun, Şəfa Vəlinin hekayələrindəki axıcı təhkiyə, sturuktur zənginliyi Göyçə ədəbi məktəbinin nümayəndələrinin daim inkişafda olduğunu bir daha təsdiqləyir.

Qılman İman


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər