Qızı Əhməd bəy Ağaoğlu haqqında

20:39 / 20.05.2019
Baxılıb: 3484

“Anam Sitarə xanım Qarabağın köklü ailələrindən Əbdürrəhman Vəzirovun qızı, atam Əhməd bəy yenə Qarabağ bəylərindən mülkədar Həsən Ağayevin oğludur. Anamın ailəsində çox zəngin və intellektual şəxslər olub. Atamın ailəsi böyük pambıq tarlalarının sahibi olub, ailənin başçısı və məşhur İslam alimi olan ən böyük qardaş Məhəmməd bəy hazırda lisey kimi istifadə olunan evlərində elmi toplantılar təşkil edib. İki tərəfin də ailəsi zamanına görə qabaqcıl dünyagörüşlü insanlar imiş”.

Əhməd bəy Ağaoğlunun qızı, Türkiyə hüquq tarixində adı ilklər arasında keçən Sürəyya Ağaoğlu “Bir ömür belə keçdi” adlı memuarında ailəsinin keçmişini belə xatırlayır.

Ağaoğlular ailəsi böyük bir tarixin canlı iştirakçısı olmaqla yanaşı, həm də bu tarixi yazan bir ailə kimi tanınır. Xüsusən, Səməd Ağaoğlunun siyasətdən çəkildikdən sonra yazdığı memuarlar dönəmi anlamaq, həm də bu ailənin yaşadıqları acıları, sevincləri bilmək baxımından önəmlidir.

S.Ağaoğlunun “Atamdan xatirələr”, “Atamın dostları”, “Strasburq xatirələri”, “Aşina üzlər”, “Dostum Menderes”, “Sovet Rusiya imperatorluğu” və digər memuarları həm Əhməd bəy Ağaoğlunu, həm də bu ailənin digər fərdlərinin nələr yaşadıqlarını əks etdirir.

S.Ağaoğlu ilə yanaşı ailənin digər fərdi Sürəyya Ağaoğlu da “Bir ömür belə keçdi”, “Səssiz gəmini gözləyərkən” adlı memuarında Bakıdan Türkiyəyə köçmələrindən tutmuş 1980-ci illərə qədər geniş bir dövrü kitabına sığışdırıb.

… “Uşaqlığımı, İstanbuldan Bakıya getməyimizi yuxu kimi xatırlayıram. Əmim Hüseyn bəy anamı, Humay bibimi, atamın bir qardaşı oğlunu və ən böyüyü altı yaşında olan məni, qardaşlarımı qatarla yola saldı. Qohumlar ağlayırdı. Anam və Humay bibim də. Yenə xəyal kimi Batumdan gəmiyə minməyimizi və mənə çox qələbəlik görünən Qalata limanına gəlişimizi və o qələbəlik içərisində atamın bizə əl salladığını görmüş oluram. 1910-cu il idi” – yazır Sürəyya Ağaoğlu.

Əhməd Ağaoğlu
Əhməd bəyin evlənməsi

Bu xatirələrdə Əhməd bəyin necə ailə qurması, ilk övladının dünyaya gəlməsi barədə maraqlı məlumatlar var. Belə ki, Əhməd bəy Ağaoğlu dönəmin adətlərinə qarşı çıxaraq elçiliyini özü edir:

“Anama aşiq olan atamın evlənmə təklifi onu “Firəng Əhməd” kimi görən nənəm tərəfindən rədd edilmişdi. Çox mühafizəkar bir qadın olan ana nənəm atam evin önündən keçərkən anamın balkona çıxmasına da dözə bilmirmiş. Bir müddət sonra Peterburqa gedən atam, orada dostu, anamın əmisi oğlu Fərrux bəy ilə danışarkən onun niyə evlənmirsən sualına “Mənim istədiyimi mənə vermirlər, mənə gəlmək istəyənləri isə mən bəyənmirəm” deyə cavab verir və sirrini Fərrux bəyə açır. Həmin vaxt artıq nənəm də vəfat etdiyi üçün Fərrux bəy “Mən sənə Sitarəni verdim” deyərək Qarabağa anamın atasına teleqraf göndərir. Atam o dövrdə adət olmadığı halda, nişanlısını ziyarət etməklə, ona hədiyyələr verməklə babamın və qonaqların təəccübünə səbəb olmuşdu. Beləcə, evləniblər”

Sürəyyanın yazdığına görə, qız uşaqlarını çox sevən Əhməd bəy xanımı Sitarə hamilə qaldığı vaxt böyük həyəcanla qız uşağı gözləyib, əgər qız olarsa, ona gözəl hədiyyələr alacağına söz verib: “Çətin doğuşla dünyaya gəldiyim üçün ilk olaraq anamı xilas etmək üçün heç kim mənimlə məşğul olmamış, təhlükə keçdikdən sonra ailə böyük sevincə qərq olmuşdu. Atam anama on iki böyük qızıl düymə, mənə də on iki kiçik qızıl düymə hədiyyə etmişdi. Atamın qız uşağı sevgisi o qədər dərin idi ki, ilk nəvəsinin də qız olmasını istəyirdi. Tezerin qızı Suna dünyaya gələndə atam bu arzusuna da çatdı. Məndən sonra qardaşlarım Tezer, Əbdürrəhman və Səməd Bakıda doğulublar”.

Qacar şahının hədiyyə etdiyi üzük

Sürəyya atasının Fransadakı tələbəlik həyatı ilə bağlı da maraqlı məqamlara toxunur. Yazır ki, Əhməd bəy Parisdə “College de France”-də tanınmış yazıçı və tarixçi Renanın tələbəsi olarkən Renan onu çox bəyənib və “Sən dünya miqyasında alim ola biləcək səviyyədə bir insansan, məmləkətinə getmə, Şərq səni yeyər” deyib: “Atam isə “Şərqin də oxumuş insana ehtiyacı var; Sizdən öyrəndiklərimi məmləkətimdəki vətəndaşlarıma da öyrədəcəyəm” cavabını verib. Renan atamı dövrün tanınmış yazıçılarından Madame Adama təqdim edib, “Revue des Deux Mondes” jurnalında yazılarını çap etdirib, “Şiə məzhəbinin mənşəyi” adlı bir tədqiqat hazırlatdıraraq atamı L.Curzon-un da qatıldığı Londonda toplanan seminara göndərib. İran şahı bu araşdırmaya görə atama, bu gün də ailənin uğur üzüyü saydığımız firuzə bir üzük hədiyyə edib. Atam o illərdə Zərdüştü müəllimi Darmistradt ilə birlikdə farscadan tərcümə edib və müəllimi bunu kitabında qeyd edib. Bu işləri ilə yanaşı atam, Əhməd Rza bəy, göz həkimi Əsəd paşa, Dr.Nazim bəy kimi jön türklərlə də tanış olub. Əhməd Rza bəylə Lüksemburq bağında saatlarla Türkiyə və türk dünyası haqqında müzakirə aparıblar. Bütün bu təsirlərlə Qarabağa “Firəng Əhməd” olaraq dönən atam ətrafına özünü, öyrəndiklərini tanıtmağa çalışıb”.

Əhməd bəy Ağaoğlu və xanımı Sitarə Ağaoğlu


S.Ağaoğlu yazır ki, 1908-ci il Hürriyyət ixtilalından sonra Əhməd bəy Fransada tanış olduğu İttihadçılara qatılmaq məqsədilə əsir bir Türk diyarından Türkiyəyə gedir: “Sonra anama Türkiyədə qalmağa qərar verdiyini, məmləkətindən, ailəsindən ayrılmaq istəməzsə, Azərbaycanda qala biləcəyini, amma Humay bibim ilə bizlərin əmimlə İstanbula gəlməyimizi istədiyini yazır. İllər sonra atamın sənədlərini qaydaya salarkən, anamın atamın bu məktubuna cavabını tapdım. Çox şirin və qəti bir ifadə ilə “Sən haradasansa, mən oradayam, uşaqları da gətirirəm” deyə yazmış. Anam ömrü boyu atamın yanında oldu, onun siyasi həyatına dəstək oldu. Nehrunun həbsxanada yazdığı və mənə də verdiyi “Hindistanı kəşf” kitabını oxuyarkən onun güclü xanımını anama oxşatmışdım”.

Atatürkün yemək masasında

Xatirələrində Sürəyya atasının sərt olduğunu yazır. Səməd Ağaoğlu da Əhməd bəyin bu təbiəti barədə bir neçə məqamda yazıb. S.Ağaoğlunun yazdığına görə, bir dəfə Atatürk onu, bacısı Tezeri və valideynlərini evinə yeməyə dəvət edir. Yemək vaxtı qarson boşqabı Atatürkün önünə qoymaq istəyərkən Atatürk Sürəyyaya uzadır, o isə boşqabı alıb önünə qoyur. Daha sonra Atatürk digər boşqabı Tezerə uzadarkən etiket qaydalarını bilən bu bacı boşqabı alıb yenidən Atatürkə uzadır. Bu hal Əhməd bəyi qəzəbləndirir: “Getməzdən öncə Lətifə xanım “Evdə atandan çəkəcəyin var, sənə çox hirsləndi” deyərək güldü. Anamla, atam əsəbləşmək üçün evə çatmağı gözləmədilər. Atatürkün bizi evə aparmaq üçün verdiyi avtomobilə minər-minməz atam: “Hüquq fakultəsini bitirmisən, amma adam olmamısan. Dünyanın ən böyük adamlarından biri sənə servis edir, sən də alırsan”.

Əhməd bəylə Atatürkün münasibətləri enişli-yoxuşlu idi. “Sərbəst firqə” məsələsində aldığı yara, yaşlı vaxtında çap etmək istədiyi qəzetin qapadılması onu çox üzsə də, Əhməd bəy Atatürkə qarşı hər zaman böyük hörmətlə yanaşmışdı.

Sürəyya Ağaoğlu Atatürkün ölüm xəbərini eşitdikdən sonra evə gedərkən atasının ağladığını görür: “Evdə anamın ölümündəki kimi bir matəm havası vardı. Atam yazı masasının üzərində dayanaraq hönkür-hönkür ağlayırdı: “O, böyük bir vulkan idi, bəzən alov fışqırırdı – mənə də fışqırırdı – amma gözəl bir alovdu””.

Atatürk ölən kimi onu sevməyənlər fürsət gözləyərək onun əleyhinə yazı yazmağa başlayırlar. Bu vaxt Əhməd bəy bir məqaləsində yazır: “Napoleon öldükdən sonra heç bir fransız onun əleyhinə yazı yazmağı ağlına gətirməmişdi”.

Dağ başında buz axtarışı

Sərt xarakterə malik olan Əhməd bəy övladları üçün həddindən artıq qayğıkeş idi. Buna görədir ki, onların hamısının yüksək təhsil almasına çalışmış, qərbləşən Türkiyədə çağdaş insan olmaları üçün çalışmışdı. Sürəyya qardaşı Səmədin xəstələnməsi ilə bağlı maraqlı bir hadisəni nəql edir. Belə ki, bir dəfə Səməd xəstələnir və ağzından qan gəlir. Həkimlər diaqnoz qoya bilmədikləri üçün ailə təşvişə düşür. Məsləhət bilinir ki, başına buz qoyulsun: “O dövrdə isə buz bir lüks idi. Atam dəli kimi atına atladı və ətrafdakı dağlara gedərək buz və qar yığdı, çuvala doldurub gətirdi. Evin baxçasında bir çuxur qazdı, buzları ora basdırdı. Lazım gəldikdə oradan götürürdük. Atam uşaqlarına belə düşkün idi”.

Əhməd bəyin ölümü

1939-cu ilin 19 may. Əhməd bəy xəstə yatağında yatır. Dostları, həkimlər başının üstündədir. Həkim olan qızı Gültəkin ona nar suyu gətirir. Əhməd bəy üzünü həkimlərə tutur: “İnsan hər zaman şampan içməz, qızımın hazırladığı bu məhlul hamısından gözəldir”.

Daha sonra övladlarının bibi kimi bildiyi Humayla yalnız qalmaq istəyir: “Mən ölürəm, sənə çox zəhmət verdim, hirsləndiyim zamanlar da oldu, haqqını halal et. Bu dəxildə 250 lirə var, məqalələrimin puludur. Cənazəmdə o pulu xərcləyin. Səni uşaqlara, uşaqları da sənə əmanət edirəm”.

Daha sonra üşüdüyünü deyir, iynə vurmaq istəyirlər, icazə vermir: “Artıq bu makina pərçim tutmaz”.

Qızı Tezer ağlayır. Üzünü ona çevirir: “Ağlama qızım, insan şüurlu bir makinadır, o da bir gün duracaq, əlbəttə. Mənə söz verin, heç bir güc sizi bir-birinizdən ayırmayacaq. Heç bir zaman doğrunu söyləməkdən çəkinməyin, doğruya doğru, əyriyə əyri deyin. Bibinizə, uşaqlarına yaxşı baxın”.

Sonra üzünü Sürəyyaya çevirir: “Söz ver, ağlamayacaqsan. Mənim vücudum sizlərlə, ruhum anam, atam, Sitarə ilə…Qarşımdadırlar… Onlarla bərabərəm” deyə fısıldayır…

… Əhməd bəyin və övladlarının arxivi Türkiyədə “Qadın əsərləri kitabxanası”ndadır. O kitabxanada bu ailəyə aid çoxlu fotolar, sənədlər, bəlgələr var. Xüsusən də, Əhməd bəyin qocalıq dönəminə aid xeyli fotolar var. Təəssüf ki, bir neçə tədqiqatçıdan başqa o arxivə yolu düşən yoxdur…

Eləcə də, Əhməd bəyin özünün və övladlarının əsərlərinin çox hissəsi hələ də Azərbaycan dilinə çevrilməyib. Halbuki, Əhməd bəyin deyimi ilə desək, insan şüurlu bir makina olsa da, bir gün dursa da, onun irsi hər zaman onu yaşadacaq. İnsan o zaman həqiqətən ölür ki, arxasında buraxmağa heç nəyi olmur.

Ağaoğlular ailəsi isə arxalarında böyük, zəngin bir irs buraxıb. Bizlər isə hələ də bu irsdən yetəri qədər məlumatlı deyilik.

Dilqəm Əhməd

“Ədəbiyyat” qəzeti

05.12.2015


Etiket:
Xəbərlər

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023

Mərhəmlik və mərhəmət nümunəsi

09.10.2023

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib

07.10.2023

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

05.10.2023
Bütün xəbərlər