İndiki Vardenis şəhərindən 13 kilometr şimal-şərqdə, Zod və Böyük Qaraqoyunlu kəndləri arasında, Hüsən çayın (Dərə) şimalında, dəniz səviyyəsindən 2085 metr yüksəklikdə yerləşən bu kəndin adına rəsmi mənbələrdə ilk dəfə 1828-ci ildə, Göyçədə erməni-rus hərbi birləşmələri tərəfindən dağıdılmış 108 kənddən 67-sinin İ.Şopen tərəfindən tərtib edilmiş siyahısında rast gəlinir.
Amma Azərbaycan aşıq sənətinin zirvəsi sayılan Aşıq Ələsgərin məhz bu kənddə 1821-ci ildə anadan olması, alban memarlığı üslubunda inşa edilmiş V-VI əsrlərə aid məbədin qalıqlarının bu kəndin ərazisində XX əsrə qədər qalması kimi təkzibolunmaz faktlar onun tarixinin daha qədim olmasına dəlalət edən məqamlardır. XX əsrin 60-cı illərində bu kənddə təsərrüfat məqsədi ilə aparılan qazıntılar zamanı sırf təsadüfdən eyni şaquli xətt üzrə dörd qəbrin üzə çıxması, ən dərin qatdakı qəbirdə skeletlə yanaşı ilk tunc dövrünə aid olan xəncər və digər sursatların aşkarlanması bu ərazidə məskunlaşma tarixinin eramızdan əvvəlki III-II minilliklərə təsadüf etməsi barədə qənaətlərə tam mənada əsas verir. 1555-ci ilə aid rəsmi sənədlərdə isə Ağkilsə kəndi Səfəvi-Azərbaycan dövlətinin Qarabağ (Gəncə) bəylərbəyliyinə daxil olan Göyçə kındlərindən biri kimi təsniflənir.
1578-ci ildə osmanlılar səfəviləri yenərək Göyçənin şərq sahillərinə nəzarət imkanı əldə etdikdən sonra tətbiq olunmuş yeni strukturlaşmaya əsasən Ağkilsə İrəvan əyalətinin Ordubad qəzasının Zar nahiyəsinin inzibati ərazisinə daxil edilmişdi ki, bu reallıq da 1590-cı il tarixli " İrəvan əyalətinin müfəssəl dəftəri" nin 327-ci səhifəsində təsbitlənmişdir. 1595-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri" ndə isə Zar nahiyəsindəki Göyçə yellidərəsi və Ağkilsə kəndlərinin timar qismində, yəni dövlətin səlahiyətli nümayəndəsinin məsrəflərini qarşılayan vergi ödəyicisi qismində İshaq Məlik oğlu, Bəkir İshaq oğlu və Abdal Cəbrayıl oğlu adlı şəxslərin mülkiyyətinə verilməsi barədə qeydlər aparılıb.
1723-cü ildə, Göyçə ikinci dəfə bütünlüklə osmanlıların nəzarətinə keçdikdən sonra tətbiq edilən yeni struktur bölgüsündən sonra Ağkilsə İrəvan əyalətinin Zarzəmin nahiyyəsinin inzibati ərazisinə daxil olan kəndlərdən biri kimi təsniflənirdi. 1728-ci ildə tərtib edilmiş və Şah Əhməd Mehmet xan oğlu tərəfindən tuğralanaraq təsdiqlənmiş "İrəvan əyalətinin icmal dəftəri" nin 118-ci səhifəsindəki qeydlərdən isə bəlli olur ki, 1723-cü ildə osmanlıların gəlişindən sonra əhali Ağkilsəni tərk edibmiş və kənd sahibsiz yurd yerləri sırasında Sultanın mülkiyyətinə verilibmiş. Bəs osmanlıların birinci gəlişində yerindən tərpənməyən bir obanın, osmanlıların ikinci gəlişində tərk edilməsi nə ilə bağlı ola bilərdi?
Məxəzələrdə bu sualın da aydın cavabı var.
XVIII əsr müəllifi Simon İrəvanlının qeydlərində Ağkilsə qədim alban mədəniyyətinin izlərini yaşadan, eyni zamanda sufi təliminin osmanlılar tərəfindən süngi ilə qarşılanması reallığının doğura biləcəyi narahatlıqlarda axtarmaq gərəkdir. Amma bununla belə Ağkilsənin əzəli sahiblərinin osmanlıların geri çəkilməsindən dərhal sonra öz yurdlarına qayıtmaları da tarixi reallıqdır və bu fakt da İrəvan xanlığının müfəssəl dəftərlərində təsbit olunub.
1826-1829-cu illərdə baş vermiş İran-Rusiya, Rusiya-Türkiyə müharibələrinin gedişində kənd yerlə-yeksan edilsə də, qısa müddətdən sonra yenidən bərpa olunmuşdur. Z.Korkadyanın verdiyi rəsmi məlumatlara görə, bu obada 1876-cı ildə 321, 1897-ci ildə 389, 1914-cü ildə 515 nəfər oğuz türkü yaşamışdır. 1918-ci ildə Tiflisdə əldə olunmuş razılığa əsasən Göyçənin şərq sahilindəki bütün kəndlər kimi Ağkilsə də Azərbaycan Demokratik Cümhuriyyətinin Cavanşir qəzasının inzibati ərazisinə daxil idi. Amma Andronikin quldur qoşununun Göyçədə 1919-cu ilin 13-20 aprelində törətdiyi qırğınlar zamanı kənd dağıdılmış, əhalisinin bir qismi Daşkəsən, bir qismi isə Kəlbəcər ərazisində məskunlaşmışdır.
1922-ci ildə artıq deyure Ermənistan SSR-in tərkinə qatılmış kəndə dönənlərin sayı cəmi 108 nəfər, yəni 1914-cü ildəki əhalinin 20 faizi həddində olmuşdur. 1931-ci ilin rəsmi məlumatlarına görə, Ağkilsədə yaşayan oğuz türklərinin sayı 307 nəfər olmuşdur. Ermınistan SSR Xalq Komissarları Soveti Mərkəzi İcraiyyə Komitəsinin 3 mart 1935-ci il tarixli qərarı ilə Ağkilsə toponimi "Azad" sözü ilə əvəzlənmişdir.
1948-1953-cü illərdə Ermənistandan türklərinin dövlət səviyyəsində deportasiyasının ağır zərbəsi Ağkilsədən də yan keçmədi. 1959-cu ildə kənd sakinlərinin sayı cəmi 276 nəfər idi. 1988-ci il qətliamları zamanı kəndin 569 sakini öz yurdundan zorla qovulmuşdur. Ağkilsəlilərin böyük əksəriyyəti Daşkəsən rayonunun Bayan kəndində, qalanları isə əsasən Gəncədə, Xanlarda, Bakıda, Moskvada məskunlaşmışlar.
Salman VİLAYƏTOĞLU
Təqdim etdi: İlqar İSMAYIL
Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025