Elmi ədəbiyyatda qəbul olunduğu və yuxarıda şərh etdiyimiz kimi, dini-ürfani aspektdə "Abdal", əsasən, ərəb dilində, "bədəl", "bədil" sözlərinin cəmindən yaranmış, "qarşılıq, əvəz, birinin yerinə keçən; bir şeyin yerini tutan" deməkdir, yaxud " abd" - "Allahın qulu" mənalarını verir, türk dillərində "abdallar", fars dilində "abdalan" şəklində cəm halda işlədilmişdir.
Hazırda " Abdal" təsəvvüf doktrinası aspektində, ərəb, fars və türk dillərində, həmin mənada müxtəlif səviyyələrdə, əsasən 3 ümumiləşmə səviyyəsində - mərhələsində qəbul edilir ki, onların ilahi-kamillik dərəcələrinə görə vahid tamın hissələri olması nəzərə alınmaqla, sadəcə, şərti olaraq bir-birindən fərqləndirmək lazım gəlir.
I səviyyədə - Abdal (ilahi " qeyb" biliyinə və gücünə malik) - ilahi mistik səviyyədə - Allahın dünyanı Abdalların vasitəsilə idarə etməsi, dünyanın nizamını onların vasitəsilə qoruması, onları digər yaradılmışlardan (insanlardan, mələklərdən, cinlərdən və sair) fərqli olaraq, Allahın icazə verdiyi həddə "Qeyb elmi"ni bilmələri, "Quran"da "Əshabi-Kəhf" surəsindəki Musa peyğəmbərə "ledün" elmi öyrədən, Allahın özünün də onun kim olduğunu açıqlamadığı, yəni "qeyb" saxladığı bənə ("Quran" təfsirçiləri Məhəmməd Peyğəmbərin hədislərinə istinadən onun Xızr olmasını ehtimal edirlər) kimi (Abdalani-Xızır); həmin səlahiyyətlərini yerinə yetirmələri üçün yüksək mistik, metafizik, kosmoloji enerjiyə malik olmaları və qeyb aləminin ərənləri olmaları ("Ricalül-qeyb" olmaları,) Qeyb Ərənləri kimi iyerarxiya təşkil etmələri, iyerarxiyanın zirvəsində Məhəmməd Peyğəmbərin ruhu - "Qütb Abdalı", ondan aşağıda iki yardımçısı - "Abdalları", ondan aşağıda isə digər dərəcə və adlarla başqa Abdalların olması; onların hər birinin özünə məxsus vəzifələrinin olması, hər birinin 1 iqlimi - göyü (səmanı) - birlikdə 7 göyü (iqlimi) idarə etmələri və sair yüksək dini-mistik idarəetmə mükəlləfiyyətlərinin olması; bu baxımdan, müxtəlif mənbələrdə dəyişik rəqəmlərlə Abdalların "Müqəddəs 3-lər, 7-lər, 40-lar, 70-lər, 80-lər, 100-lər, 300-lər (313-lər) və sair kimi" qəbul edilən, lakin əski mətnlərdə, əsasən "40 müqəddəs övliya" - "Qırxlar - piri" kimi mövcud olması; həmin konsepsiyaya görə, Qeyb ərənlərindən biri vəfat etdikdə, Allahın onun yerinə digərini əvəz olaraq keçirməsi, yəni "bədəl", "bədil" - "əvəz" olmaları; əski ədəbiyyatda onların eyni vaxtda iki yerdə görünə bilmələri, odda yanmamaları, suyun üzəri ilə yerimələri, ən ağır xəstəlikləri müalicə etmələri, bəlaları aradan qaldırmaları və sair yüksək "qeyb" qabiliyyətlərinin olması; Allahdan nə istəsələr, Allahın onların diləyini yerinə yetirməsi ( bu kəramətlər ulu babam Miskin Abdalda da olmuşdur ki, bu haqda sonrakı bölmədə ətraflı danışılacaqdır);
Altay, Orta Asiya, Şimali Qafqaz və Dağıstan xalqlarında İslama qədərki dövrdə mövcud olmuş "allahlar panteonu"nda Abdalın "Ov allahının adı, dağ heyvanlarının hamisi", İslamda sonrakı dövrdə isə həmin xalqlarda "mistik, metafizik qüvvəyə malik Mübarək şəxs, böyük möcüzələr sahibi, Pir" (yəni daha çox mifik obraz, eyni zamanda real şəxsiyyətin sintezi) kimi anlaşılması da bu aspektdə öyrənilməlidir;
II səviyyədə - Abdal (təriqət müqəddəsi, piri, övliyası, ocağı) - təsəvvüf (sufi) cərəyanı, doktrinası səviyyəsində - "özlərini tamamilə Allaha həsr etmiş, "şəriət, təriqət, mərifət mərhələlərini keçərək, Həqiqət mərhələsinə - Allaha qovuşmuş, "fənafillah" olmuş, "Allahda ərimiş", buna görə də Allahdan ona ilahi güc və "ledün elmi" - ilahi biliklər nəsib olmuş, müxtəlif dərəcələrdə möcüzələr göstərməyə qadir, yəni adi insanlardan üstün metafizik-mistik qüvvəyə malik (eyni vaxtda iki yerdə görünə bilmələri, odda yanmamaları, bəlaları aradan qaldırmaları və sair, ümumiyyətlə, Allahdan nə istəsələr olması) müqəddəs övliya, pir, ocaq sahibi, mürşid kimi.
Bu baxımdan, Abdallar "Ricalül-qeyb" - Abdallıq doktrinasının təzahür formaları, istiqamətləri, Abdallıq kökü üzərində pöhrə vermiş budaqları olan "Səfəviyyə", "Bəktaşilik", "Mövləvilik", "Ələviyyə", "Xəlvətiyyə" və sair təsəvvüf - sufi cərəyanlarının mürşidləri (ustad müəllim) kimi çıxış etmişlər. Onlar "Ricalül-qeyb" - "Qırxlar piri" tərəfindən ən yüksək sayılan Abdal - sufilik "orden"nə layiq görülmüş, həmin dərəcə ilə təltif edilmiş, əsl adlarından əlavə "Abdal" adını da daşıyan və həmin adla tarixə düşmüş, həmim adla ilahi məzmunda şeirlər yazmış, Allaha qovuşmaqda sufi musiqisini - saz havalarını vasitə kimi istifadə etmişlər. Bu səviyyədə də Abdallar 1-ci səviyyədə açıqladığımız "Ricalül-qeyb" Abdalları, "müqəddəsləri" kimi mövcud olmaqla, "Ricalül-qeyb"in kənar anlayış olmayıb, fərqli mahiyyət kəsb etməyib, elə "Ricalül-qeyb"in təzahürləri kimi çıxış edirlər;
III səviyyədə - Abdal (tək şəxs deyil, icma, qrup, zümrə kimi) - bu səviyyədə Abdallar "Ricalül-qeyb"ə məxsus aləmin şərtlərinə uyğun yol ilə gedən, öz halal əməkləri, yolçuluqları, zəhmətləri ilə yaşayaraq, özlərini Allaha həsr etmiş, daim Allahı zikr edən, insanları İslama, müsəlmanları yaxşı işlər görməyə, pis işlər görməkdən çəkinməyə dəvət edən, qrup halında özlərini "Abdallar" adlandıran icmalardır. Həmin səviyyədə Abdallar, həm də və daha çox , qədim Ağ Hun türk tayfası kimi də xarakterizə olunur və bu səviyyədə hər iki anlayış - həm tayfa adı kimi Türklüyü bildirən əlamət, həm də bütün həyatını Allaha həsr etmiş icmalar kimi müqəddəs şəxsiyyətlər əlaməti, demək olar ki, bir-biri ilə qarışdığından, vahid vücud təşkil etdiyindən onları ayırd etmək, aralarında hansısa sərhəd müəyyən etmək mümkün deyildir. Bu icmaların içərisində, müxtəlif peşə sahibləri olmaqla yanaşı, Haqq aşiqləri qismində aşıqlıq edən, Abdal təxəllüsü ilə şeirlər yazan, Abdal musiqisi (bu musiqi hazırda Anadolda geniş yayılmışdır, "Abdal" musiqi növü, "Abdal" musiqi qrupları və sair) ilə məşğul olan müxtəlif "Abdal" qrupları təşkil edən, mümkün qədər böyük kütlədən ayrı, qrup halında kənar yerlərdə - "Abdal", "Abdallar" və ya başqa adlarla adlanan ayrıca kəndlərdə, böyük şəhərlərdə də əsasən, ayrı-ayrı məhəllələrdə cəm halda yaşayan, özlərini Allaha ibadətə həsr edən, Abdal təkəllərinə gedib, Abdallıq ənənələrini qoruyub, saxlayan zümrə kimi tanınırlar.
Bu zümrə, əsasən, tarixdə mövcud olmuş övliya Abdalların qohumları və ya nəsil törəmələri kimi babalarının yolunu davam etdirən icmalar kimi qəbul edilir.
Göründüyü kimi, bu bölgü şərti olmaqla hər üç səviyyədə Abdalların, əslində vahid başlanğıcdan güc, qüdrət, ilham almaları, eyni yolun yolçuları olmaları, sadəcə, hər birinə verilən "ilahi güc, qüdrət, möcüzə və vahid " iyerarxiyada" tutduqları mövqe, səviyyə, dərəcə baxımından fərqlənirlər.
Tofiq Hüseynzadə - "Miskin Abdal - Qeyb Ərəni, Təsəvvüf Piri" kitabından
Goyce.az
Qılman İmanın yeni kitabı nəşr olundu
10.08.2026DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?
10.08.2026“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025