Hər şey ondan başladı ki, mayın 25-də bir neçə qələm adamı ilə birlikdə ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə xalqın şairi Ramiz Rövşən “xalq şairi” adına gec də olsa layiq görüldü. Bu fəxri adı alanlar arasında Musa Yaqubun və Ramiz Rövşənin oxucuları xüsusi sevinir, bu fəxri adı ədəbiyyatın, poeziyanın növbəti qələbəsi kimi qeyd edirdilər.
Ramiz Rövşənin sadiq oxucularından, tanınmış iş adamı, yazıçı dostum Rüstəm Dastanoğlu neçə vaxt idi ki, xalqın şairi ilə görüşümüzü planlasa da, şairin ağırtaxtalılığından vaxt uzanır, ya da başqa vacib bir iş çıxırdı. Hər dəfə bu “günahı” qismətin boynuna yükləyib, zamanı gözləyirdik. O zaman gəlib yetişdi; Ramiz Rövşən xalq şairi oldu. Çoxlarının, xüsusən Ramiz Rövşən poeziyasının pərvanələrinin səbrsizliklə gözlədiyi xəbəri oxuyanda Ramiz Rövşənlə şəxsi münasibətim olmadığından, şairin dostu kimi Rüstəm Dastanoğlunu zəng edib təbrik elədim. Bu sevinci dostlarla birlikdə bölüşmək üçün Ramiz Rövşənlə görüş ideyası da Rüstəm Dastanoğlundan gəldi. Rüstəm müəllimin irəli sürdüyü təşəbbüsü həmişəki kimi ilk öncə əziz dostumuz Vaqif Namazov dəstəkləyib, təşkilatı işləri öz üzərinə götürdü. Ramiz müəllim də görüşün vaxtının iyun ayının 11-ə təyin olunmasına razılaşdı. Beləcə, Novxanıda dəniz kənarında Turan eli İstirahət Mərkəzində Ramizsevərlər bir araya gəldilər.
Görüş yerinə Ramiz Rövşəndən az sonra çatsam da, dünya şöhrətli akademik Rafiq Əliyev, görkəmli rejissor Ramiz Həsənoğlu, Xalq artisti Xamis Muradov, yazıçı Yaşar, Orxan Fikrətoğlu, Rüstəm Dastanoğlu, Vaqif Namazov, Elçin Musaoğlu, Nail-İmran Qurbanovlar və başqa tanımadığım bir neçə adam şairi dövrəyə alıb, həsbi-hal olurdular. Həmişəki kimi ustad yenə şux görünürdü. Amma şeytanın ayağını sındırıb ad alan şairin, nədənsə, bu dəfə öz ayağından gileylənirdi. Bu görüşün alınması üçün xüsusi fəallıq göstərən Vaqif Namazovun diqqətini hiss edən Ramiz Rövşən Vaqif müəllimin qoluna girərək ağır-ağır addımlarla çay süfrəsinə yön alır, köhnə tanışlarla çay süfrəsi ətrafında dünya ədəbiyyatından, Azərbaycan poeziyasından maraqlı söhbətlər edir, gahdan da Elçin Musaoğlunun, Orxan Fikrətoğlunun fikirlərinə özünəməxsus münasibət bildirirdi. Yeri gəlmişkən deyim ki, Ramiz Rövşənlə həmsöhbət olmağın xüsusi bir gözəlliyi var. Belə ki, O qarşısındakı müsahibini bəlağətli söhbətinin təsirinə salıb sehirləyə bilir. Təkcə savadlı, intellektual və istedadlı olmağına görə deyil bu, həm də qəlbindəki səmimiyyətinə, üzündəki işığa görədi. Böyük şairə diqqətlə qulaq asmağa çalışsam da, əyləşdiyimiz masada adamların çoxluğundan, görüşə təzə gələn tanışlarla tez-tez ayağa qalxıb görüşdüyümdən şairin söhbətlərini tam dinləyə bilmirəm. Yadımda o qaldı ki, şair Bibiliyanı -18, Quranı isə 28 yaşında Moskvada təhsil aldığı illərdə oxuduğunu bildirir, Vaqif Səmədoğlu yaradıcılığındakı perqmetlərdən söhbət açıb mərhum şair dostundan sitatlar gətirdi. Bu arada Təbrizdən gəlmiş qonağımız, “Dalğa” qurpunun rəhbəri Çingiz Mehtipur Amerkada yaşayan qardaşı İlhamla Ramiz Rövşəni tanış edib, şairin İranda fars dilində çap olunmuş kitabını şairin özünə təqdim edir.
Vaxtın uzandığını, Ramiz Rövşənin söhbətlərinin quzunu qurda verəcəyindən ehtiyatlanıb Rüstəm Dastanoğlu aparıcı üçün ayrılmış mikrofonu götürüb qonaqları salamlayır, görüşün hamı tərəfindən arzulandığını, xalq şairini fəxri ad alması münasibəti ilə təbrik edib, 30 il əvvəl Ramiz Rövşən haqqında yazdığı yazı ilə məclisə keçid alır. Yazını aramla dinləyən şair, razılığını üzündəki təbəssümlə bildirir. Rüstəm müəllimin aparıcılığı ilə başlayan görüşdə ilk söz Ramiz Rövşənin qardaşı, yazıçı-tərcüməçi Yaşara verilir.
Ramiz Rövşən yaradıcılığına xüsusi diqqət ayırdığı üçün Rüstəm Dastanoğluna təşəkkür edən yazıçı Yaşar, iş adamlarının bu cür nəcib işlərə dəstək olmağını ədəbiyyatın, poeziyanın təntənəsi kimi qəbul etdiyini bildirir.
Daha sonra söz alan istedadlı tele-jurnalist, yazıçı Orxan Fikrətoğlu Ramiz Rövşəni böyük şair, dəyərli ziyalı və ilk baş redaktoru kimi əhatəli xarakterizə edib, özünəməxsus yumoru ilə həmişə işə vaxtında gəlməməyi şairdən öyrəndiyini dilə gətirir. Zarafatqarışıq bu həqiqətlə Orxan Fikrətoğlu məclis əhlini Ramiz Rövşənin görünməyən bir tərəfi ilə tanış edir.
Məclisin şirin yerində dostumuz Ehtiram İlham Ramiz Rövşən şeirinin havasına hamının diqqətini özünə yönəldir. Ard-arda dayanmadan 5-6 şeir deyir. Ehtiram İlhamın çıxışından ilhamlanan məhşur jurnalist, qiraətçi Kamil Məhərrəmoğlu öz bəlağətli çıxışı ilə bərabər Ramiz Rövşən poeziyasına da yer ayırır.
Tanınmış tele-jurnalist Qorxmaz Tofiqoğlunun ifasında “Qara paltarlı qadın” şeiri hiss olunurdu ki, Rafiq Əliyevin duyğularını yenə əsir alıb. Qorxmazın çıxışından sonra söz alan görkəmli akademik “Qara paltarlı qadın” şeirinin Ramiz Rövşən yaradıcılığının kulminasiya nöqtəsi olduğunu dilə gətirir. Akademik bu fikirinin Ramiz Rövşən tərəfindən ilk əvvəllər qəbul etmədiyini bildirsə də, sonra şairin özü akademik dostuna zəng edərək “Qara paltarlı qadın”ı Türkiyə parlamentində bir qurp qadının xorla oxuduqlarını və dostunun bu fikrinə təslim olduğunu bildirir.
Görüşdə şairin öz dilindən şeirlərini eşitmək istəyən oxucularının istəyini nəzərə alan Ramiz Rövşən - Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Əli Kərim poeziyası haqqında yüksək fikir bildirdikdən sonra, öz əzəmətli poetik səsi ilə şeirlərinə meydan verir.
Şairi gurultu ilə alqışılayan tədbir iştirakçıları şairə öz suallarını ünvanlayırlar.
Xalq şairi yaradıcılığa orta məktəb illərindən başladığını, hətta 1957-ci ildə Azərbaycan Dövlət Televiziyasında Xalq artisti Ramiz Əzizbəylinin aparıcısı olduğu verlişdə şeir dediyini, orta məktəbdə "Ramiz Əliyev" imzası ilə məhşur uşaq şairi olduğunu bildirir.
Görüşün axırına yaxın şairin 30 illik dostu Qulu Məhərrəmli özünü yetirir. Bir az nəfəsini dərib məclis əhli ilə tanış olandan sonra Ramiz Rövşən haqqında o da öz yekdil fikirlərini geniş şəkildə bölüşür.
Tədbirin sonunda söz alan xalq şairi tədbirin təşəbbüskarı Rüstəm Dastanoğluna, görüşdə iştirak edənlərə öz təşəkkürünü bildirib, oxucuları ilə şəkil çəkdirməyə start verir. Beləcə, ustad Ramiz Rövşən yazdığı şeirlərin əks-sədasını ona məhəbbətlə qaytaran oxucularının müşayəti ilə öz odasına tələsir...
Qılman İman
Azərbaycan Cumhuriyyəti uğrunda canını fəda etmiş şahzadə - Feyzulla Mirzə Qacar
07.12.2019Nərimanlı kökənli idmançı respublika çempionatında qalib oldu
07.12.2019Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "NƏSİMİ-650" adlı layihə çərçivəsində növbəti tədbir Şamaxıda keçirildi.
07.12.2019Eşq bir sirdir...
06.12.2019Vəzir Orucovun atası İsgəndər Həmidovu silləynən vurdu... - Asim Qasımov
04.12.2019Xəzərin “udduğu” neftçilər - Dəhşətli hadisədən 4 il keçdi
04.12.2019Kişilik simvolu və Cahandar ağa
04.12.2019Almaniya ordusunun qorxusu – Hitler türkiyəli generallarla niyə görüşmüşdü... (FOTOLAR)
03.12.2019Ermənilərin köçürülməsinə qarşı Naxçıvanda Keçili üsyanı
02.12.2019Rus çarları ermənilərə niyə nifrət edirdilər?
30.11.2019MƏRHƏMƏTƏ ATILAN GÜLLƏ
29.11.2019Yaratdığı təriqətlə 900 insanın bir gündə intihar etməsinə səbəb olan Cim Cons – Qatil, yoxsa kahin? - FOTO
28.11.2019Dərbənddə doğuldu, Bakıda dəfn edildi – teleqüllənin təşəbbüskarı olan general Rəsulbəyovun həyat yolu
27.11.2019“XƏZİNƏ” Milli Mükafatı sahiblərinə təqdim edilib – FOTOLAR
27.11.2019Dünya Gənc Türk Yazarlar Birliyi şeir müsabiqəsi keçirib
27.11.2019SSRİ-nin birinci xanımı olan bakılı qızın intiharı – General Qusevin işvəkar arvadının baiskarlığı
26.11.2019"Erməni soyqırımı" yoxdur deyən fransız yazar: "Bir azərbaycanlı ilə görüşdüm, hönkür-hönkür ağlayırdı" - FOTOLAR,VİDEO
26.11.2019Unutqanlıq, yaxud tarixi unutqanlığın ibrət dərsi - BİRİNCİ YAZI
25.11.2019Azərbaycanlı jurnalist Şuşadan yazdı...
25.11.2019Qorki və Stalin münasibətləri haqqında çoxlarının bilmədiyi faktlar
24.11.2019NƏRİMANLI KƏNDİNİN ŞƏHİD KÜNBƏZİ
22.11.2019Cəsədi döyüş meydanında qalan 19 yaşlı şəhid - Milli Qəhrəman Mehman Sayadov
22.11.2019Rəsulzadə Türkiyədən niyə getdi?
21.11.2019Qarakənd faciəsinin gizli məqamları: Əslində nə baş vermişdi? - Şahidlər danışır
20.11.2019ABŞ-ı 1 trilyon ziyana salan azərbaycanlı general - 25 İLLİK SİRR
20.11.2019Bu gün həyatdan nakam getmiş şair Zərdüşt Şəfinin doğum günüdür
19.11.2019Sufilik və Hürufilik
19.11.2019Tarixçi Həcər haqqında iddiaları alt-üst etdi: “Onun erməniyə ərə getməsi...”
18.11.2019ELNUR İRƏVANLI- şeirlər
17.11.2019Milli Dirçəliş Günü
17.11.2019Atam getmişdi ki, Səməd Vurğunu Göyçəyə - Aşıq Ələsgərin qəbrini ziyarət etməyə gətirsin - Əhliman Əmiraslanov
16.11.2019Himnimiz necə tapıldı?
15.11.2019Mustafa Kamal Atatürk Britaniya kəşfiyyatının hesabatlarında: onun haqqında nə deyilirdi?
14.11.2019Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut
12.11.2019Albanların xiristanlığı qəbul etməsi
07.11.2019Yarımçıq qalmış sevgi və ya sovetlərin üç körpə qıza etdikləri sitəm...
07.11.2019Ailəsindən küsən, tənha yaşayıb tənha ölən Xalq artisti
06.11.2019Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar
06.11.2019Klounların təzim etdiyi, xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz...
05.11.2019"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
04.11.2019Xruşşov dövrünün Qarabağ şəhidi - FOTOLAR
04.11.2019Dronqo kimdir?
01.11.2019O, Xalq yazıçısı adından çox nökər olmağına sevinmişdi – Maraqlı faktlar
01.11.2019Bir taleyin oyununda iki böyük türk – ARAŞDIRMA
31.10.2019Xaricdə yüksək vəzifə tutan azərbaycanlılar - SİYAHI
30.10.2019“Mən türkəm, bu qədər” - Nobel mükafatçısının HƏYAT HEKAYƏTİ
30.10.2019İnterneti rədd etmək mümkündürmü? - Umberto Eko yazır...
29.10.2019Rus dili
29.10.2019Üzünə Bəxtiyar Vahabzadənin tüpürdüyü general: – “Özümü xoşbəxt hesab edirəm ki, bu adama əl qaldırmadım”
28.10.2019Amerikalı ravvin erməniləri ifşa etdi
28.10.2019