Aristotelin dostluq fəlsəfəsi niyə bu gün də aktualdır?

12:00 / 23.06.2019
Baxılıb: 2918

Aristotel əksəriyyət tərəfindən Qərb filosofları arasında ən möhtəşəm və məhsuldarlarından biri sayılır. Onun nə qədər yazdığını demək mümkünsüz olsa da, əsərlərinin müasir dövrümüzə göstərdiyi təsir miqyassızdır. Astronomiyadan tutmuş fizikaya, etika və iqtisadiyyata qədər hər bir sahə onun düşüncəsindən təsirlənib. 2000 il ərzində o, tarixdə ən çox oxunan və sitat gətirilən mütəfəkkir olaraq qalır.

Aristotelin təsiri indi bir çox sahələrdə özünü göstərsə də, onun ən sabit müşahidələrindən biri dostluq üzərində idi. O, dostluğu həyatdakı doğruçu sevinclərdən biri kimi görürdü və deyirdi ki, mənalı yaşanılan həyatda mütləq həqiqi, davamlı dostluq da öz yerini tutmalıdır:

“Yoxsulluq, həmçinin digər talesizliklərdə insanlar dostluğu yeganə sığınacaq kimi görürlər. Və dostluq gəncləri səhv yola düşməkdən çəkindirir, yaşlıların da zəifliklərindən qaynaqlanan məhdud hərəkət imkanlarını və qayğıya ehtiyac duyduqlarını nəzərə alanda, dostluq onlar üçün də vacibdir; dostluq həmçinin ilk növbədə xeyirxah əməllər törədənlərə kömək edir, belə ki, "iki nəfər birlikdə" daha yaxşı düşünə və hərəkət edə bilər”.

Təsadüfi dostluqlar

Aristotel bilərəkdən qurulandan daha çox təsadüfən qurulan iki cür dostluğu fərqləndirirdi. Biz adətən dərk etmədən bu iki növ dostluğu qurmuş oluruq.

Birinci dostluq faydaya əsaslanır. Bu münasibətdə iki tərəf də bağlılıq üçün çalışmır. Əksinə, onlar bu münasibətdə bir-birlərinin qaynaqlarından istifadə etmək niyyətində olurlar. Bu münasibət müvəqqəti olur: faydalanma bitən kimi münasibət də bitir. Aristotel faydaya əsaslanan münasibətin yaşlı insanlar arasında daha yayğın olduğunu müşahidə etmişdi.

Məsələn, biznes, yaxud iş münasibətlərini götürək. Sən birlikdə keçən vaxtdan həzz ala bilərsən, amma vəziyyət dəyişən kimi sizin bağlılığınızın təbiəti də dəyişir.

Aristotelin ikinci növ dostluğu həzzə əsaslanırdı. Onun aşkarladığı bu növ dostluq gənclər arasında daha çox yayğındır. Məktəb dostlarınızı, yaxud birlikdə idmana getdiyiniz insanları xatırlayın. Bu münasibətlər müəyyən vaxt, yaxud müəyyən məşğuliyyət ərzində hiss edilən emosiyalara əsaslanır.

Bunlar adətən bizim həyatımızda ən qısa çəkən dostluqlardır. Və nə qədər ki, hər iki tərəf qarşılıqlı maraq yoluyla nəsə zahiri bir şeydən həzz alır, bu normaldır. Lakin bu dostluq hər iki şəxsdən birinin zövqləri və seçimləri dəyişəndə, qaçılmaz olaraq bitir. Bir çox gənclər xoşladıqları şeylərin müxtəlif mərhələlərindən keçirlər. Əksərən yol boyunca onların dostları da dəyişir.

Əksər dostluqlar bu iki təsadüfi kateqoriyaya düşür və Aristotel onları mütləq bəd bir şey kimi görməsə də, deyirdi ki, məhrum olduqları dərinlik onları keyfiyyətdən məhrum edir. Təsadüfi dostluqlara malik olmaq yaxşı, hətta labüddür – amma məsələ budur ki, dostluqda bundan daha artığı var.

Yaxşının Dostluğu
 

Aristotelin ən sonuncu dostluq forması belə görünür, seçimdə ən yaxşısıdır. Bu növ dostluq fayda və ya həzzdənsə, insanın əziz tutduğu fəzilətlərin qarşılıqlı qiymətləndirilməsinə əsaslanır. Bu cür dostluqda insanların özləri və təmsil etdikləri dəyərlər həyatda onlara stimul verir.

“Fəzilətə əsaslanan dostluq vaxt və etibar tələb edir. Onlar qarşılıqlı inkişafdan asılıdırlar”

Bu münasibət qısa deyil, uzun müddət ərzində sınaqdan çıxır və belə münasibəti qurmaq üçün bir qayda olaraq, hər iki şəxs bazis dərəcəsində xeyirxahlığa malik olmalıdırlar.

Empatiyadan və başqalarına qayğı göstərməkdən məhrum insanlar nadir hallarda bu cür münasibətlər qura bilərlər, çünki onların seçimi əsasən həzzə və yaxud faydaya əsaslanır. Ümumiyyətlə isə, fəzilətli dostluğun qurulması üçün vaxt və etibar tələb olunur. Onlar qarşılıqlı inkişafdan asılıdırlar.

Biz böyük ehtimalla, bir insanla bu münasibətə yalnız o mərhələdə daxil oluruq ki, onu ən pis vaxtlarından tanıyırıq və böyüməsinə şahid oluruq – yaxud onunla birgə çətinliklərdən keçirik.

Dərinlikləri və məhrəmliklərindən savayı, bu münasibətlərin gözəlliyi həm də odur ki, ona hər iki şəxsin verdiyi mükafatlar da daxildir. Yəni, bu münasibətlərdə fayda və həzz də olur. Sən bir insana ehtiram göstərəndə və qayğısına qalanda, onunla vaxt keçirdiyinə görə sevinc duyursan. Əgər o, münasibətə zəmanət verəcək qədər yaxşı bir insandırsa, ortada fayda da olur. O, sənin mənəvi və emosional sağlamlığının yaxşılaşmasına kömək edir.

Bu münasibət vaxt və niyyət tələb edir, amma o, çiçəkləyəndə, etibar, heyranlıq və əhd-peyman çiçəkləri də açır. Belə münasibətlər özləriylə birlikdə həyatın verə biləcəyi şirin sevincləri gətirirlər.

Aristotelin Mirası
 

Ölümündən 2000 ildən çox keçsə də, Aristotelin əsərlərini oxumaqda böyük fayda var. Onun yazdıqlarının heç də hamısı bu gün aktual deyil, həmçinin onun bir çox ehtimallarına qarşı çıxmaq olar. Bununla belə o, bizə dünyanı empirik yolla sınamağı öyrədib və o bir çox mütəfəkkir və filosofları gündəlik həyatımızda özünü göstərən münasibətlər də daxil olmaqla, etik məsələlərin rolu və dəyərini nəzərdən keçirməyə həvəsləndirib.

“Həyat dayaz münasibətlər üçün çox qısadır”

Filosof həzzə və faydaya əsaslanan təsadüfi dostluqda bir dəyər görsə də, hiss edirdi ki, müvəqqətiliyi onun potensialını məhdudlaşdırır. Belə münasibətlər dərinlik və möhkəm özüldən məhrumdurlar.

Bunun əksinə, o, şəxsiyyətin, həmçinin yaxşılığın və niyyətin qarşılıqlı qiymətləndirilməsinə əsaslanan fəzilətli dostluqların kultivasiyasını irəli sürürdü. O bilirdi ki, bu dostluqlar ancaq zamanla güclənə bilərlər və əgər onlar çiçəklənsələr, bir ömürlük davam edə bilərlər.

Vaxtımızı birlikdə keçirdiyimiz və yaşadığımız insanlar necədirsə, biz də eləyik. Yaxınlarımız olan kəslərlə qurduğumuz bağlar birbaşa bizim həyatımızın keyfiyyətini müəyyənləşdirir. Həyat dayaz münasibətlər üçün çox qısadır.

Zat Rana (bilge.az)


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər