“Keşikçidağ” monastır kompleksi ərazisində yerləşən mağaralarda insanlar Neolit dövründə və hələ daha əvvəl – 6-7 min il qabaq məskən salıblar. Təbii ki, bu mağaralar həmişə müxtəlif ehtiyaclar üçün istifadə edilib və bu baxımdan orta əsrlərdə onlardan dini məqsədlə hücrə kimi istifadə olunmasında təəccüblü heç nə yoxdur.
Goyce.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun baş elmi əməkdaşı, “Qafqazda Azərbaycan və erməni məsələsi” monoqrafiyasının müəllifi Rizvan Hüseynov deyib.
Bununla belə, o bildirib ki, “Keşikçidağ”da monaxlar üçün bütün hücrələrin Gürcüstan Pravoslav kilsəsinə aidiyyəti yoxdur:
“Qeyd etmək lazımdır ki, birincisi, orada vaizlik etmiş David Qareci gürcü deyil, suriyalı olub. O, Suriyadan gəlib və özünü Serafim kilsəsinin nümayəndəsi kimi təqdim edib. Həmçinin xristian cərəyanının nestorian təriqətinin təmsilçisi olub. Bu təriqət regionumuzda çox geniş yayılımışdı. Yəni həmin dövr xristianlığın işığını daşıyanlar gürcülər deyildilər və müvafiq olaraq, Gürcüstan tarixinə, mədəniyyətinə və kilsə tarixinə aid olmayıblar. Qareci gürcü dilindən deyil, Azərbaycan dilindən tərcümədə “monax”, “yolçu” anlamına gəlir. Yəni monax Qareci – Qaraca”.
R.Hüseynov deyib ki, həmin suriyalı monaxlar, o cümlədən gürcülər üçün xristianlığı gətiriblər:
“Hazırda həmin mağaraların bir qismi pravoslav gürcü məbədlərinə və monastırlarına çevrilib. Lakin onların əksər qismi yaxın dövrdə tikilib. Alban kilsəsi ləğv edildikdən və çar Rusiyası gəldikdən sonra, yəni son 200 ildə gürcü monaxlar mağaraların böyük hissəsini hücrəyə çeviriblər. Həmin dövrdə, eyni zamanda, gürcü kilsələrinin kütləvi şəkildə tikintisi həyata keçirilib və burada monaxlar dəfn edilib. Lakin hazırda bütün bunlar erkən orta əsrlər gürcü irsi kimi təqdim edilir”.
Alim diqqətə çatdırıb ki, bütün monastır kompleksi XIX-XX əsrlərdə tikilib və orta əsrlər dövrünə heç bir aidiyyəti yoxdur.
Onun sözlərinə görə, monastır kompeksinə baş çəkən turistlərə, dindarlara və məktəblilərə guya Səfəvi şahı Abbasın başçılıq etdiyi vandal türklər tərəfindən dağıdılan Gürcüstanın qədim xristian irsindən bəhs edirlər:
“Tədiqaqtçı Abbas İslamov və digər azərbaycanlı alimlər arxeoloji və landşaft-coğrafi məlumatların təhlilini apararaq sübut ediblər ki, ovçuluqla və ev heyvanları saxlamaqla məşğul olan ulu əcdadlarımız xristian dini yaranmazdan əvvəl bu mağaralarda bir neçə minillik ərzində məskən salıblar. Bundan başqa, burada türk ənənələrinə aid olan və tarixi eramızdan əvvəl ikinci minilliyə gedib çıxan kurqan məzarlıqları aşkarlanıb. Bu da həmin vaxt orada müasir azərbaycanlıların bilavasitə əcdadı sayılan oğuz türklərinin yaşadığını sübut edir”.
Qılman İmanın yeni kitabı nəşr olundu
10.08.2026DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?
10.08.2026“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025