Basarkeçər kəndindən 15 km. şimal-qərbdə, dəniz səviyyəsindən 2059 metr hündürlükdə yerləşən bu kəndin cənubundakı məzarlıqda 1988-ci ilə qədər toxunulmamış qalan X-XII əsrə aid məzarlıq sənduqələrinin qalıqları bu obanın azı 1200-1500 illik tarixinə şəhadət verən maddi sübutdur. Erməni mənbələrində isə kəndin adna ilk dəfə yeni yaradılmış erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə mahalında o zaman yaşayış üçün yararlı sayılan 59 kəndin İ. Şopen tərəfindən tərtib olunmuş siyahısında rast gəlinir.

1831-ci ilə dair sənədlərdə bu kəndin 251 nəfər türk əhalisinin olduğu göstərilir. Sonrakı 90 il ərzində kənd sürətlə inkişaf etmiş və rəsmi statiistikaya görə kənd əhalisinin sayı 1873-cii ildə 593, 1886-cı ildə 905, 1897-ci ildə 1132, 1916-cı ildə 1232 nəfər olmuş dur.
1919-cu il qətliamları zamanı mahalın ən iri yaşayış məntəqəlrindən biri kimi Şişqaya xüsusi diqqətdə olmuş, ermənilər əsas qüvvələrini bu kəndə yönəltmişlər. Aprelin 13-dən 18-nə qədər davam edən döyüşlər zamanı Kor Tanrıverdinin başçılıq etdiyi özünümüdafiə qüvvələrinin müqavimətini qıra bilməyəcəklərini yəqin edən ermənilər hiyləyə əl atmışlar.

Rusların vasitəçiliyi ilə danışıq aparmaq barədə razılığa gəlinmiş, kəndin ağsaqqalları və əsas döyüş qüvvələri məscidə yığıldıqdan sonra erməni-rus hərbi birləşməsi qəflətən hücuma keçmiş və məscidi yandırmışlar.
Həyatını qurtarmaq istəyənlər və köməyə gələnlər gülləbaran edildikdən sonra kənd məhlə-məhlə talan edilmiş, qaçmağa imkan tapmayanlar ya qətlə yetirilmiş, ya da ermənilərin əlinə keçməmək üçün özlərini öldürmüşlər. Sağ qalanlar Şahdağ silsiləsindən keçərək Gəncə qəzasının beşinci sahəsinə və Cavanşir qəzasının dağlıq zolağına səpələnmişlər.
Şişqayanın 1919-cu il aprelin 19-da yaşadığı faciənin miqyasın təsəvvür etmək üçün, 1922-ci ildə doğma ocağa dönənlər barədə rəsmi statistikaya baxmaq kifayətdir: cəmi 461 nəfər, yəni kəndin 1916-cı ildəki əhalisinin üçdən biri. Amma bu faciə belə şişqayalıların vətən sevgisini zərrəcə azaltmadı və onlar doğma yurdu qısa müddətdə abadlaşdırmağa müvəffəq oldular.
1926-cı ildə kənd əhalisinin sayı 612, 1931-ci ildə isə artıq 863 nəfər idi. 1979-cu il siyahıyaalınmasının nəticələrinə görə Şişqayada yaşayan türklərin sayı 3800 nəfər idi və kənd o zaman üçün artıq nəinki mahalın, ümumən respublikanın ən abad yaşayış məntəqələrindən biri kimi səciyyələndirilirdi. Kənddə mədəniyyət evi, məişət xidməti mərkəzi, bir neçə sənaye malları və ərzaq mağazası, xəstəxana, poliklinika, əczaxana, avtomat telefon stansiyası və idman klubu fəaliyyət göstərirdi.
1988-ci ildə Ermənistan hökumətinin rəsmi Moskvanın dəstəyi ilə həyata keçirldiyi qətliamlar zamanı Şişqaya 6 şəhid vermiş 1933-cü il tə vəllüdlü İbrahimov Əziz Cabbar oğlu, 1935-ci il təvəllüdlü Əliyev Mehralı İbrahim oğlu, 46 yaşlı Züleyxa Əsədova, 1942-ci il təvəllüdlü Zeynalov İlyas Əmirxan oğlu, 24 yaşlı Əliyev Yunis Tahir oğlu və 15 yaşlı Əliyev Şahin Qabil oğlu həlak olmuşlar.
Kəndin sağ qalan əhalisi isə doğma yurdu yenidən tərk etməyə məcbur olmuş və Şişqaya kolxozunun bütün varidatı, o cümlədən əhalinin əmlakı Ermənistan dövləti səviyyəsində mənimsənilmişdir. Ermənistan Respublikası parlamentinin 9 aprel 1991- ci il tarixli qərarı ilə Şişqaya toponimi “Qukariç” sözü ilə əvəzlənmişdir.




-1685024833.jpg)
Tədqiqatçı-jurnalist: Salman VİLAYƏTOĞLU.
Təqdim etdi: İlqar İSMAYIL
Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025