Qərbi Azərbaycan (Ermənistan) kolanıları

15:00 / 24.04.2019
Baxılıb: 3938

Araşdırmalar göstərir ki, kolanı türkləri əski türk yurdu olan Qərbi Azərbaycanda – Ermənistanda miladdan yüz illər öncə də yaşamışlar. Bu bölgənin tarixini araşdıran bəzi alimlərimiz hələ bizim eradan yüz illər əvvəl burada Kol (Kul) tayfalarının yaşadığını qeyd edir.

Orta yüzilliklərə aid sənədlərdə qərbi Azərbaycanda Kolanı adlı yurd yerlərinin və kolanı el böyüklərinin (Şahverdi bəy Kolanlı, Emin bəy Kolanlı və sair) adları çəkilir. Son dövrlərə qədər Ermənistan ərazisində bir neçə Kolanı adlı yer və yaşayış məntəqəsi olub.

Onlardan bəzilərini xatırlayaq: Aralıq Kolanlı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu ərazisində kənd olub. Rayon mərkəzindən 6 km cənub-qərbdə, Alagöz dağının qərb tərəfində yerləşirdi. Erməni mənbələrində kəndin adı həm Aralıq, həm də Aralıq Kolanlı formalarında qeyd edilib. Kənddə 1831-ci ildə 284 nəfər, 1873 - cü ildə 676 nəfər, 1904 - cü ildə 768 nəfər, 1919 - cu ildə 1118 nəfər azərbaycanlı olub. Araşdırmaçı alim İbrahim Bayramovun “Qərbi Azərbaycanın türk mənşəli toponimləri” (Bakı – 2002) adlı əsərində yazdığına görə “1919 - cu ilin sonunda kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşamışdır”.

1978-ci ildə kəndin adı Ermənistan hökuməti tərəfindən dəyişdirilərək Qriboyedov adı qoyulmuşdur. Kolagirən – Ermənistanda Yeni Bayazid ərazisində olub. Erməni qaynaqlarında kəndin adı Kolaqran şəklində yazılıb. Kəndin adının ilkin variantının Kolanı qırılan olduğu ehtimal edilir. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Kolanıqırılan (Kölagirən, Kolaqran) kəndinə ilk ermənilər köçürülməyə başlanmışdır. 1905-1906-cıillərdə erməni-türk (azərbaycanlı) münaqişəsi zamanı kənddə yaşayan türklərə qarşı qırğınlar törədilmiş, daha sonra türklər kənddən deportasiya edilmişdir. 1935-ci ildə kəndin adı dəyişdirilərək Dzovinar qoyulmuşdur.

Kolanlı – Ermənistanda Eçmiədzin qəzasında, Zəngibasar (Masis) rayonu ərazisində kənd olub. Kəndin digər adı “Kolanlı Aralıq” olub. 1948-1949-cu ildə bu kəndin əhalisi zorla deportasiya edilərək, kənd ümumiyyətlə ləğv edilir. Kolanlı – Bu kənd Ermənistanda Vedi (Ararat) rayonunda olub. Erməni sənədlərində bu kəndin adı bəzən Kolani kimi də qeyd edilib. Bu kəndin əhalisi də 1948-1949 –cu ildə deportasiya edilmiş və kənd yaşayış yeri kimi tarixdən silinmişdir. Şor kolanlı - Zəngibasar (Masis) rayonunnun ərazisində, Araz çayının sahilində olub. 1918-ci ildə kəndin əhalisi deportasiya edilmişdir. Deportasiya zamanı xeyli sayda insan həyatını itirir. Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərinin bir qismi əzəli torpaqlarına geri dönür. Lakin bu dönüş də uzun çəkmir. 1988-ci ildə Şor kolanlı əhalisinin türkləri öz dədə-baba torpaqlarından yenidən deportasiya edilir. Bunlardan başqa Ermənistanın Hamamlı (Spitak) rayonunda Goran adlı bir kənd olub. Güman ki, bu kəndin də əsası kolanı türkləri tərəfindən qoyulmuşdur. Goran tayfası Kolanı türk soyunun qollarından (tirələrindən) biridir.

Namiq Hacıheydərli “Əski türk soylarından biri – kolanılar” kitabından


Etiket:
Xəbərlər

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025
Bütün xəbərlər