Bu günlərdə XIX əsr Göyçə aşıq məktəbinin görkəmli nümayəndələrindən el şairi, adı Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Alçalı Məhərrəm, Şişqayalı Şair Aydın, Hacı Əliş Ağa, Mirzə Bəylər, Şair Kazım və başqa görkəmli el sənəkarları ilə bir sırada çəkilən Daşkəndli şair, bir neçə saz havasının müəllifi qüdrətli söz ustası Məmmədhüseynin şeirləri “Elm və təhsil” nəşriyyatı tərəfindən nəfis tərtibatla “Nur çeşməsi” adlı kitabı işıq üzü görmüşdür. Kitabı toplayıb tərtib edən və “Ön soz”ün müəllifi Səyyad Şairov, redaktoru tədqiqatçı Araz Yaquboğludur.
Kitabda şairin 24 gəraylısı, 102 qoşması, 35 qoşma təcnisi, 7 cığalı təcnisi, 15 divani və 4 müxəmməsi – cəmi 189 şeiri, müasirləri Çoban və Axund Əsgərlə deyişmələri, şeirlərinə yazılmış nəzirələr, eləcə də ayrı ayrı vaxtlarda şairin həyat və yaradıcılığı haqqında dövrü mətbuatda işıq üzü görən materiallar öz əksini tapmış, “Nur çeşməsi”ndə yenidən işlənmiş və təkmilləşdirilmişdir.
Aydın məsələdir ki, XIX əsr Göyçə aşıq poeziyasının inkişafında intibah mərhələsi kimi götürülmüşdür. Lakin A.Fikrətqızının qeyd etdiyi kimi “tədqiqatçılar Aşıq Ələsgər fenomeninə və onunla bağlı sənətkarlara, məsələn, onun ustadı Aşıq Alıya, Alının müəllimi (?) ustadı Ağ Aşığa daha daha çox diqqət verdikləri üçün Ələsgərlə bir dövrdə yaşayıb-yaratmış... el şairlərinin yaradıcılığı diqqətdən kənarda qalmışdır.” Belə ki, Aşıq Ələsgər fenomeni Azərbaycan aşıq sənəti və poeziyasınin simvoluna çevrildiyi halda həmin dövrdə yaşayan, geniş xalq kütlələri tərəfindən hörmət və ehtiramla qarşılanan, sazı və sözü ilə yaddaşlara köçən, şeirləri dillər əzbərinə çevrilən çox sayda şair və aşıqlar, neçə-neçə el sənətkarları nəzərdən kənarda qalmışdır. Lakin folklorşünas Əhliman Axundov göstərir ki, “...Məmmədhüseyn özündən sonra gələn aşıqlara müəyyən dərəcədə təsir bağışlamışdır. Hətta aşıq şeirinin görkəmli nümayəndəsi olan Aşıq Ələsgərin üzərində də onun təsiri hiss olunur. Şair Məmmədüseyni bir söz ustadı kimi Ələsgər, Alı, Növrəs İman, Hüseyn Bozalqanlı kimi sənətkar aşıqlar çox qiymətləndirmişlər”. “Nur çeşməsi” Məmmədhüseynin əvvəllər nəşr olunmuş digər kitablarından bir çox fərqli cəhətləri ilə seçilir:
1) Bu kitabda əvvəlkilərdən fərqli olaraq şairin daha çox şeirləri verilmişdir;
2) Doğum və ölüm tarixlərinə aydınlıq gətirilməsi;
3) Şair Məmmədhüseyn haqqında folklorşünas alimlərin, şair və yazıçıların, müəllim və digər peşə sahiblərinin ayrı-ayrı illərdə dövrü mətbuatda nəşr etdirdikləri məqalə və yazılar;
4) Şairin indiyə qədər nəşr olunmamış əsərləri;
5) Haqqında yaradılmış iki dastan;
6) Bir neçə mübahisəli şeirinə aydınlıq gətirilməsi;
Mən sonuncu bənddə əks olunan məsələ ilə bağlı fikirlərimi oxucularla bölüşmək istərdim. Bu baxımdan tədqiqatçı Araz Yaquboğlunun “Dərdli Cavada cavab” məqaləsi daha çox maraq doğurur. Müəllif haqlı olaraq Məmmədhüseynin “Xəbər al deyim” şeirinin yanlış olaraq Qobustanlı Qaraya aid edilməsinə heç bir lüzum görmür. Faktlarla həmin şeirin məhz Şair Məmmədhüseynə aid olduğunu sübuta yetirir və yazır: “Hörmətli Dərdli Cavad və professor Seyfəddin Qəniyev. Xahiş edirəm ki, sizə təqdim etdiyim 1936 və 1943-cü ilə aid əlyazmaya qarşı siz də əlyazma təqdim edəsiniz. Təqdim etdiyim mənbələr qarşısında acizsinizsə, sözünüz yoxdursa... səhvinizi etiraf edib, haqq şairinin haqqını özünə qaytarmaq üçün yazılı şəkildə mətbuat vasitəsi oxuculara məlumat verərdiniz”. “Daşkəndli şair Məmmədhüseyn” adlı yazısında isə şairin ölüm tarixinin dəyişdirilməsinə çalışır. Onun 1884-cü ildə deyil, məhz 1880-ci ildə ilan çalması nəticəsində vəfat etdiyini söyləyir.
Sovetlər dönəmində şairin dini şeirlərinin bir çoxunun təhrif edilməsini, həmin şeirlərin əldə olan əsl variantı ilə müqayisəli şəkildə verilməsi də kitab tərtibçilərinin nəzərindən qaçmamışdır. M. Sadiq Sənan “Xəbər al deyim” şeirinin Aşıq Abbas Tufarqanlıya məxsusluğu haqqında fikir söyləyirsə, kitab tərtibçiləri həmin şeiri kitaba daxil etməklə sanki Məmmədhüseyn və Aşıq Abbas Tufarqanlı şeirlərinin dil və üslub xüsusiyyətlərini oxucu mühakiməsinə verir. Fikir söyləyərkən istinad nöqtəsi kimi H.İsmayılov, M.Qasımlı, M.Allahmanlı, şair, tarixçi İ.Əsədov, Ə.Axundov, İ.Ələsgər, Q.Namazov, S.Paşayev, H.Əlizadə, A.Fikrətqızı, N.Əhmədli və başqalarının şair haqqında dövrü mətbuatda və ayrı-ayrı kitablarda dərc olunmuş məqalələrindən yaradıcı şəkildə istifadə etməklə öz mülahizə və düşüncələrini əsaslandırmağa çalışırar.
“Nur çeşməsi” kitabının diqqətçəkən məziyyətlərindən biri də Şair Məmmədhüseynin portretinin əldə olunub üz qabığında nəşr olunub və sonda “Şair Məmmədhüseynin nəsil şəcərəsi” – Şairlilər haqqında geniş məlumat verilməsidir. İnanırıq ki, 368 səhifədən ibarət olan bu kitab Məmmədhüseynsevərlərə ən gözəl töhfə olacaq və onların stolüstü kitabına çevriləcəkdir.
Mütəllim HƏSƏNOV,
AJB-nin üzvü
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024