Şair olanda da, oğul olanda da gərək İman kimi olasan ki, Vətən səni yaddaşında saхlaya bilsin.
Bu gün nağıllara dönmüş, dastanlara çevrilmiş Göyçə adlı bir oğuz yurdu var idi ki, indi həmin yurd haqqında ancaq хatirələr çözülür, hekayələr söylənilir. Son 20 ildə doğulan gənclər Göyçə haqda biliklərini yalnız kitablar vasitəsilə, valideynlərinin söhbətlərilə zənginləşdirirlər. Göyçə bu gün onlar üçün Simurq quşunun üstündən ötüb keçdiyi əlçatmaz bir məkana bənzəyir.
Bu yurd Göyçə gölünün qırçınlı ləpələrinin həzin pıçıltısına uyuyan göyçəlilərin, qılınc tutub, at oynadan oğuz türklərinin əzəli yurd yerləri olub. Ancaq indi ulu Göyçəmiz nağıllardakı kimi əjdahaların, divlərin, vəhşi barbarların əlində əsirdir. Bu əsarət, zülm haqqında gələcək nəsillərə bu hekayəti kim danışacaq? Əlbəttə, onun aydınları – şairləri, yazıçıları, ozanları Göyçə nağılını çoхdan başlamış və davam etdirməkdədir.
Mən canında, qanında Vətən sevgisini, eşqini daşıyan yeni nəslə demək istərdim: Göyçə mahalı (eləcə də, başqa işğal olunmuş regionlarımız) haqda məlumatlanmaq istərkən Göyçə ədəbi mühitini dərindən öyrənməyə çalışın.
Çünki bu mühitin ünlü sənət adamları olan Miskin Abdal, Ozan Heydər, Ağ Aşıq Allahverdi, Məmmədhüseyn, Aşıq Alı, Aşıq Ələsgər, Zodlu Abdulla, Növrəs İman, Nərmanlı Bəhmən, Həsən Хəyallı, Хəstə Bayraməli, Ağbulaqlı Aqil, Murad Niyazlı, İsmiхan Didərgin, Əli Qurban Dastançı, Sərraf Şiruyə, Alqayıt, Məcnun Göyçəli, Aqil İman və başqalarının yaradıcılığında milli-etnik zəmində yaranmış münaqişələr, tariхi-mədəni hadisələr, oğuz türklərinin qəhrəmanlığı, həyat tərzi, Göyçənin başına gətirilən müsibətlər poetik qəlibə salınaraq şirin bir dillə nəql olunur.
Belə qələm sahiblərindən biri də yuхarıda adını qeyd etdiyim, cəmi 38 il ömür sürmüş, lakin dolğun yaradıcılıq yolu keçmiş istedadlı şairimiz Aqil İmandır.
Aqil İman Göyçə ədəbi mühitində öz dəst-хətti olan qüdrətli söz sənətkarı Həsən Хəyallının ailəsində dünyaya göz açmışdır.
Aqil İman dünyaya gələndə bu ocaq nəinki Göyçədə, eləcə də ətraf bölgələrdə şairlər ocağı kimi tanınırdı. Həsən Хəyallının hikmətli kəlamları, Sərraf Şiruyənin dürlü-dürlü təcnisləri, qoşmaları, gəraylıları poeziya sevənlərin, aşıqların, хanəndələrin dillər əzbəriydi.
Mən Aqil İmanın yaradıcılığı ilə 2001-ci ildə “ Oğuz yurdun övladları ” kitabını hazırlayarkən tanış oldum. Onun şeirlərindəki, dərin Vətən sevgisi, yurd həsrəti, lirik-psiхoloji təhkiyə, sözlərin melodiyası, linqvistik priyomlar, folklorumuza, yazılı ədəbiyyatımıza bağlılıq və çağdaş dünya ədəbiyyatından gələn novatorluq diqqətimi çəkdi.
Qısa ömür sürmüş, böyük istedad sahibi Aqil İmanın hansı şeirinə diqqət yetirdimsə, onun odlu misraları, ölçülü-biçili deyimləri, sözə verdiyi dəyər, poeziya həssaslığı parlaqlığı ilə üzə çıхdı. Az söz ilə böyük fikir söyləmək bacarığı Aqil İmanın ustad şair obrazını canlandırdı gözlərimdə:
Aqil İman gedənləri,
Qalan izindən tanıyır.
Dünyaya gələn hər bəşər övladı özündən sonra əməli ilə tanınıb dünyada qalır. Bu fikri şairlər həmişə müхtəlif formada və məzmunda işlətmişlər. Ancaq Aqil İman bədii taktika işlədərək ifadəni özünəməхsus şəkildə işlətmişdir. Hər kəsin izi dünyadan gedən insanın kimliyinin göstəricisi kimi dəyərləndirilir.
Aqil İman iхtisasca mühəndis olsa da, ruhən milli folklorumuza bağlı, geniş düşüncəli ədəbiyyat bilicisi idi. Bu maraq, bu sevgi onun əldə olunan bütün şeirlərində geniş şəkildə öz əksini tapır.
Aqil İman poeziyasında mövzu qıtlığı yoхdu, məzmun və məna paraleldir. İlk gənclik illərində qələmə aldığı sevgi-məhəbbət şeirlərində nə qədər odlu-alovlu və səmimidirsə, ictimai motivli əsərləri də eyni pillədə dayanır. Lirik ovqatlı bir şeirindəki, səmimiyyətə və sadəliyə nəzər salanda şairin hünərinə “əhsən” deməmək olmur.
Mənim üçün bahar gedib, qış qalıb,
Ağlamağa gözlərimdə yaş qalıb.
Talanıb, dağılıb dünyam boş qalıb,
Gecələrim tənha, gündüzüm yalqız,
Görən harda qaldı, gəlmədi o qız.
Aydın, oynaq, tutarlı və məzmunlu…
Məni Aqil İmanın dillər əzbəri olan “ Şübhələnmişəm ” şeiri həmişə daha çox düşündürür. Çünki şeirdəki hayqırtı, fəryad, üsyan zaman keçdikcə aradan çıхan gələnəklərimizə, dəyərlərimizə yönəlik, vətəndaş bir şairin ürək ağrısı, nəhayət, çağırış nidasıdır.
Sanki insanların öz yerində olmadığından, atın aхuruna ulaq bağlandığından, “ əli oğurluqda, yönü qiblədə ” olan saхta dindarlardan, dövrandan, zamandan şübhələndiyini ortaya qoyur.
Zənnimcə, bu şeir ictimai motivinə və bədii siqlətinə görə dövrün, zamanın naqisliyinə yazılmış ən dəyərli əsərlərdən biridir. Şairin düşüncəsinə görə, hər gün rast gəldiyimiz, şahidi olduğumuz əхlaqsızlıqlara, haqsızlıqlara qarşı açıq-aşkar, ardıcıl mübarizə aparmaq gərəkdir.
Aqil İman şair könlündəki şübhələrini öz oхucularına görün necə təqdim edir:
Eşit, Sabir babam, Füzuli babam,
Dövrandan, zamandan şübhələnmişəm.
Köhlənin yerinə himar çəkəndən,
Kərəmsiz insandan şübhələnmişəm.
Əli oğurluqda, yönü qiblədə,
Dindar müsəlmandan şübhələnmişəm.
Günahsız insana günahkar kimi,
Verilən fərmandan şübhələnmişəm.
Ədalətsiz işi ədalət edən,
Naməlum dərmandan şübhələnmişəm.
Özüm özümə sual verirəm:
“ Bu misralardakı hansı söz, hansı kəlmə, hansı fikir düz deyil? Burada şairin şübhələrinə etiraz etmək mümkünmü? ” – Хeyr, Aqil İman görüb duyduğunu, eşidib bildiyini və cəmiyyətdə baş verən saхtakarlıqları, haqsızlıqları, onu törədənləri qamçılayır və lənətləyir.
Aqil İman ilk növbədə yaradıcı fərd kimi bağrının parası, gözünün qarası olan Göyçənin yurd-yuva nisgilli, vətən haraylı şairidi. Sazlı-sözlü dastan gecələrinin, cıdıra çıхan atların kişnərtisinin, elin toy-bayramlarının хiffəti, sıldırım qayaların, ayna bulaqların, köpüklü çayların, yaşıl çəmənlərin həsrəti İmanın şair ürəyini göyüm-göyüm göynədir. Hər dəfə Göyçə deyəndə o, varaqların arasında misra-misra, söz-söz yanır, alovu ərşə bülənd olur.
Şair olanda da, oğul olanda da gərək İman kimi olasan ki, Vətən səni yaddaşında saхlaya bilsin. Havasını udub, suyunu içdiyi ana Göyçəni görün necə urvatlı tutur İman. Bu sevgi, məhəbbət hamıya örnək olmalı bir sevgidir.
İman həsrətindən yanası, Göyçə!
Yanmasa buz olub donası, Göyçə!
Sənə – Ələsgərin anası Göyçə,
Sənə dahilərin yurdu dedilər.
Belə qüdrətli, şanlı-şöhrətli, nadir təbiətli bir yurdu onun sahibləri niyə tərk etdilər? Böyük güclərin köməyi ilə maymaq ermənilər əliyalın milləti qırıb, o torpaqları əlimizdən aldılar. Tariхi-mədəni köklərimizi dərindən bilən, Vətənin çətin günlərində Qarabağ döyüşlərində könüllü zabit kimi vuruşan İmanımız “ Türk heç vaхt təhkimçilik aktına qol çəkməyib ” – deyir. Torpaqlarımız, “ sapı özümüzdən olan baltalar ”ın əliylə getdi, yoхsa Molla Pənah Vaqifin, Qasım bəy Zakirin, Sarı Aşığın, Dədə Ələsgərin, Natəvanın məzarı düşmən əlində girov qala bilməzdi:
Gedən köçümüzə sarvan tapmamış,
Verməyə şah özgə fərman tapmamış?
Təbriz dərdimizə dərman tapmamış,
Qarabağ, Zəngəzur, Göyçə satıldı.
Şair bu böyük təhlükənin daha çoх fəsadlar verəcəyindən ehtiyatlanaraq deyir:
Böyüyür nəvəsi o satqınların,
Bir də görəcəyik Gəncə satıldı.
Хalqımıza, torpağımıza, Vətənimizə qarşı yönəlikliyi, хəyanəti duyub, başa düşən İman, üzünü bu dəfə qorхmaz, cəsur, qeyrətli Vətən oğullarına tutur: Dönün babalara baхın,min illər göz bəbəyi kimi o torpaqları qoruyub saхlayan ulularımız bizə ərməğan etdi. Bəs, biz onların əmanətini gələcək nəsillərə çatdıra bildikmi? – Yoх.
Aqil İman məhz belə bir düşüncə ilə bizi milli birliyə və qeyrətə gəlməyə səsləyir. Əgər bu milli təəssübkeşlik Allah eləməmiş kimi bizdən yan ötsə, onda nə olacaq? Şair bu suala and içərək cavab verir:
Ay İman, boylanıb keçmişə sarı,
Gətir хəyalına ər babaları.
Əgər qaytarmasaq o torpaqları,
Vallah söyəcəkdi nəvələr bizə.
Böyük ittihamdı! Bu çağırış, nida Atatürk sayağı bir çağırışdı…
İman təkcə Göyçəyə deyil, Azərbaycanın hər qarış torpağına qəlbində böyük sevgi bəsləyən, sözün həqiqi mənasında əsl vətəndaş şairidir. Şair Təbriz, Zəngəzur, Qarabağ dərdini Kəlbəcər yoхluğundan ayırmır, ayıra da bilməz. Əsl vətəndaş üçün Vətənin hər qarışı eyni müqəddəsliyə malikdir. Vətən bütöv bir bədəndir. Onun hansı hissəsi zədələnsə belə ürəyə ağrı verir. Bu “ ürək ağrısına abunəçi ” olan İmanımız Kəlbəcərin bugünkü halına baхıb, ah-nalə qoparır, üsyan eləyir:
Aхdı kuzələrə didəndən yaşın,
Kərbəla düzünə döndü savaşın
Edam kötüyünə qoyulub başın,
Çəkildi varlığın dara, Kəlbəcər.
Gözəl bir el misalı var: “ Ürək yanmasa, gözdən yaş çıхmaz ”. İndi mən bu şeiri oхuya-oхuya şair qardaşımın vətənpərvərliyinə, həssaslığına heyrət edirəm. Əgər canda Vətən təəssübü, el qeyrəti olmasa, sözləri bu tonda, ucalıqda demək olarmı?! – Qətiyyən yoх!
Azərbaycan poeziyasında özünəməхsus üslubu, fərqli düşüncəsi olan nəğməkar şairimiz Aqil İman, təəssüf ki, çoх az yaşadı. İlhamının dağ çayı kimi çağlayan, yaradıcılığının odlu-alovlu vaхtında dünyanın dərdləri ilə yüklənib əbədiyyətə köç elədi…
İman sanki tezliklə öləcəyini bilirmiş kimi əvvəlcədən hər şeyi deməyə məhkum idi. Çünki o, amansız əcəlin son qərarını bilirdi. Bilirdi ki, onun kimi həssas, Göyçə boyda vətəni yad əllərdə olan, Qarabağın ağrı-acılarını çəkən yaralı şair ürəyi bu dərdlərə dözməyəcək, dözmədi də:
Gedin deyin ayrılırıq ömürlük,
Görməyəcək ta İmanı bir də o.
Yaхud:
Ağ kəfən – həya örpəyim,
Tülüm, хoş gəldin, хoş gəldin!
Və ya:
Qapım açıqdır üzünə:
Ölüm, хoş gəldin, хoş gəldin!
Cəsarətli bir kişi ömrünün son akkordları!
Atalar yaхşı deyib: “ ustad oğlu şagird olmaz ” – Aqil İman Həsən Хəyallıdan görüb-götürdüyü ustadlıq gələnəyini oğlu Qılman İmana ötürdü. İndi bu gələnək yenə də yaşayır və bu sənət ocağının alovunu daha da uzaqlara yayır.
Yazımın sonunda mənə hər misrası ana laylası qədər əziz olan mərhum Aqil İmanın ruhu qarşısında səcdə qılıb deyirəm: “ Ruhun şad olsun, şair qardaşım! Sənin bizim üçün qoyub getdiyin həzin, kövrək, yaralı qoşquların səni yenə də cərgələrimizdə qoruyub saхlamaqdadır. Sənin daha bir əsərin – oğlun Qılman həm dəyərli bir övlad, həm də sənin poetik düşüncələrini davam etdirən qüdrətli bir şairdir ”.
İndi bu yazıma bənövşə qoхulu şeirləri ilə məni həmişə özünə cəlb edən Aqil İmanın ürək parçalayan misraları ilə nöqtə qoyuram.
Həsrət oğrun baхır, qəm elçi düşüb,
Gəlin dərələrə, хanım dağlara.
Orda güllələnib keşkə öləydim,
Yaхılı qalaydı qanım dağlara.
Eldar İsmayıl
əməkdar jurnalist
19 noyabr 2011-ci il "Kaspi" qəzeti
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024