RAFİQ MƏHƏMMƏD OĞLU HÜSEYNZADƏ
Miskin Abdal ocağında, onun yeganə oğlu Şadmanın nəslində 500 il sonra, XX əsrdə yaşayıb-yaratmış şair, ixtisasca onkoloq-cərrah Rafiq Məhəmməd oğlu Hüseynzadənin zəngin ədəbi irsi toplanılaraq «Bu günümdən sabahıma xatirə» kitabı şəklində nəşr olunmuşdur.
Rafiq Hüseynzadənin ulu babası, əsl adı Hüseyn Məhəmməd oğlu olan böyük sufi övliyası Miskin Abdal (1430-1535) bəşəriyyətin beşiyi, tarixi Oğuz yurdu – Göyçə mahalının Zərgərli (Sarıyaqub) kəndində doğulmuş, orta əsrlər Azərbaycan ədəbiyyatının çox görkəmli nümayəndəsi olmaqla yanaşı, Səfəvilərin görkəmli dövlət xadimi, Qeyb Ərəni («Ricalül-qeyb»), Pir, Allahdan əta edilmiş möcüzələr, kəramətlər, fəzilətlər, müqəddəs «Ocaq» sahibi, Şah İsmayıl Xətainin mürşidi, dövrünün tanınmış diplomatı, sərkərdə, təsəvvüf mütəfəkkiri, böyük din və elm xadimi, sufi şair, qopuzdan saza, ozandan aşığa (Haqq aşiqinə) keçidin banisi, Haqq aşiqliyi (Haqq aşıqlığı) sənətinin əsasını qoymuş tarixi şəxsiyyət kimi də məşhurdur.
Bu ocağın tanınmış nümayəndələrindən olan həkim-şair Rafiq Hüseynzadə 1948-ci ilin fevral ayında Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Sarıyaqub (keçmiş Zərgərli) kəndində doğulmuşdur. Rafiq Hüseynzadə kiçik yaşlarından kənddə yoldaşlarından özünün fitri istedadı, parlaq zəkası ilə seçilmiş, elmə böyük həvəsi olmuşdur. 1955-1965-ci illərdə Sarıyaqub kənd orta məktəbində təhsil alaraq, oranı əla qiymətlərlə bitirib, elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olmuşdur. 1965-1971-ci illərdə orada ali təhsil almış, tələbəlik illərində, mənəvi dünyası, əxlaqı, davranışı, öz fitri istedadı, rəhbərlik, liderlik qabiliyyəti, təhsildə qazandığı böyük nailiyyətlərlə hamıdan seçilmiş, kollektivin sevimlisi olmuşdur.
Dəfələrlə İnstitut və fakültə rəhbərliyi tərəfindən təltif edilmiş, böyük qardaşı, tanınmış pedaqoq, jurnalist, şair, tədqiqatçı elm xadimi, folklorşünas Tofiq Hüseynzadə kimi, ulu babası Miskin Abdaldan keçən irsi və mənəvi-ruhi varislik əsasında, 1967-ci ildən şeir yaradıcılığına başlamışdır. Qısa müddətdə şeirləri ilə tələbə yoldaşları və İnstitut kollektivi, böyük oxucu kütləsi arasında şöhrət qazanmışdır. İnstitutda təşkil olunmuş «Çeşmə» ədəbiyyat dərnəyinin ən fəal üzvlərindən olmuş, şeirləri müsabiqələrdə birincilik qazanmış, Tibb İnstitutunun «Tibb kadrları uğrunda» qəzetində çoxsaylı şeirləri dərc edilmişdir.
Rafiq Hüseynzadə elmdə qazandığı nailiyyətlərlə yanaşı, ictimai fəallığı ilə də digər tələbə yoldaşlarından həmişə öndə olmuş, 6 il ali təhsil aldığı müddətdə qrup nümayəndəsi olmuş, 1971-ci ildə İnstitutu onkoloq-cərrah ixtisası ilə, əla qiymətlərlə başa vurmuşdur. 02.08.1972-ci il tarixdən Qazax rayon mərkəzi xəstəxanasında onkoloq-cərrah kimi fəaliyyətə başlamış, lakin qısa müddətdən, düz 4 aydan sonra – 1971-ci ilin dekabr ayının 2-də 23 yaşında onkoloji xəstəlikdən vəfat etmişdir. O subay olmuş, tale ona özündən sonra varislər bəxş etməmiş, yalnız mənəvi irsi olan, cənnət qoxulu şeirləri onu xatırlamaq üçün təsəlli olmuşdur. Atası Məhəmməd Paşa oğlu Hüseynov sevimli oğlu Rafiq Hüseynzadəni Gəncə şəhərində yerləşən «İmamzadə» qəbristanlığında dəfn etdirmişdir.
O, sağlığında əlyazma şəklində olan şeirlərini: «Nakam eşqin fəryadı», «Bir qəlbin fəryadı», «Məktublardan parçalar», «Xatirələr», «Bu günümdən sabahıma xatirə» adlandırdığı dəftərlərində toplamışdır.
Şeirlərini «Rafiq Hüseynov», «Rafiq Məmmədoğlu», «Məmmədoğlu Rafiq», yaxud da qısaca «R.Hüseynov», «M.Rafiq» imzaları ilə qələmə almış, həmin adlarla da qəzetlərdə nəşr olunmuşdur. Rafiq Hüseynzadənin zəngin şeriyyət xəzinəsinə daxil olan, vaxtilə dərc olunmuş və əlyazma şəklində qorunub saxlanılan şeirləri toplanılaraq «Bu günümdən sabahıma xatirə» adlı kitab şəklində nəşr olunmuşdur.
Rafiq Hüseynzadənin şeirləri müxtəlif janrlardadır. Onun daxili sevgi dünyasının zənginliyi, qaynarlığı, coşqunluğu hansısa janr, ölçü qəliblərinə sığmır, aşıb-daşır, bu hərarət və coşqunluq onun şeirlərinin formasına da yansımışdır. O, ədəbi janrın, əsasən, sərbəst şeir, həmçinin, qoşma, gəraylı, qəzəl və digər formalarında çox gözəl nəzm incilərini yaratmışdır.
Onun şeir xəzinəsi son dərəcə ülvi, saf sevgi hisslərinin təcəlləsi olmaqla ayrıca bir şeyriyyət dünyasıdır. Rafiq Hüseynzadənin bütün şeirlərinin ilkin mayasını, məzmununu, qayəsini və mənasını, əsasən pak sevgi təşkil edir. Eyni zamanda, şair şeirlərində digər məsələlərə də toxunmuş, mənəviyyatında yaşatdığı, ruhuna hopmuş vətənpərvərlik, milliyyətçilik, millətinə, xalqına, onun adət-ənənlərinə, milli mənliyinə, milli məfkurə daşıyıcıları olmuş böyük ədiblərə, öz hüquqları uğrunda mübarizə aparan «zənci qızına», ictimai problemlərə də şeirlər həsr etmiş, öz irsinə, ulularına, böyüklərinə, babasına, nənəsinə, atasına, anasına, qardaşına məhəbbət, habelə peşəsinə olan sevgisi, həkimlik peşəsinin şərəfi və məsuliyyəti mövzularını da nəzmə çəkmiş, ürəyindən baş qaldıran ilhamını şeirlərinə köçürmüşdür.
Bu gün də Rafiq Hüseynzadənin əziz xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayır. Onun «Nişan üzüyü» adlı şeirində dediyi kimi:
«Gedirəm, köçübdür ömrümün yazı,
Çəməndən xəbərsiz bir gül solacaq.
Bir nakam məhəbbət, bir neçə yazı,
Məndən bu dünyaya miras qalacaq».
– «özündən sonra bü dünyaya qalacaq yazıları», şeirləri onun ruhunu, duyğu və hissələrini, böyük Sevgi dünyasını, mənəvi aləmini bu günkü dünyamızda yaşadan tək yadigarlarıdır.
Rafiq Hüseynzadə özündən sonra çox dəyərli irs – son dərəcə ətirli bir cənnət guşəsini xatırladan şeir boxçası qoyub getmiş həmişə gənc və həmişə yaşar ziyalılarımızdandır. O, çox qısa ömür sürməklə, cismani olaraq bu dünyamızda olmasa da, özündən sonra qoyub getdiyi şeirləri – ədəbi yaradıcılığında, xalqımızın, onu sevənlərin qəlbində bu gün də yaşayır və əbədi yaşayacaqdır. Həkim-şair saf, pak məhəbbətlə döyünən ürəyi ilə, təmiz duyğuları və əməlləri ilə də Allah qatında əbədiyyətə qovuşmuş, öz yüksək məqamını qazanmışdır.
Bu kitabın nəşri, mərhum Rafiq Hüseynzadənin mənəvi irsinin bu günkü və gələcək nəsillərə çatdırılması ilə, İmam Əlinin dediyi kimi, özündən sonra «əsər qoyması» ilə bu dünyamızda da əbədi yaşayacağına, daim sevilə-sevilə oxunacağına inanırıq.
Qədir ASLAN
(əməkdar jurnalist)
Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024