Böyük Nərimanlılar silsiləsindən - Şair Şahmalı Əliyev  Bəlkə qala sözüm, dünya.  

20:49 / 09.08.2019
Baxılıb: 5226

Səsi min illiklərin o tayından gələn Azərbaycan xalq ədəbiyyatının ən geniş qollarından birini də Göyçə folkloru, mədəniyyəti və poeziyası təşkil edir. 

Milli folklor gələnəklərindən bəhrələnərək  Göyçə mahalında yaşayıb-yaratmış saz-söz ustadları diqqətə və təqdirə layiq sənət əsərləri yaratmışlar ki, o sənət əsərləri bu gün də öz aktuallığını qoruyaraq müəlliflərinə rəğbət qazandırmaqdadır. Nəhəng sənət bahadırları Miskin Abdalın, Ağ Aşığın, Aşıq Alının, şair Məmmədhüseynin yaradıcılığı ilə rövnəqlənən Göyçə saz-söz məktəbi Aşıq Ələsgər imzası ilə yeni bir zirvəyə yüksəlmiş oldu.

Aşıq Ələsgər Azərbaycan aşıq poeziyasında yeni bir mərhələ yaratmaqla, tarixdə təkrarolunmaz bir sənətkar, övliya kimi özünün və Göyçənin adını əbədiləşdirdi. Haqq vergili ilhamı, poeziyası ilə aşiqlikdən mürşidlik mərtəbəsinə ucaldı.

Ozan-aşıq sənətinə, saza, sözə mehr-məhəbbətdən söhbət gedəndə ilk yada düşən yurdlarımızdan biri, bəlkə də birincisi Ulu Göyçə mahalı olur. Çünki bu yurdun insanları tanrının cilvələndirdiyi bir torpaqda sazın-sözün laylasılya uyuyar, Haqqa bayatı, qoşma misalı poetik duaları ilə tapınardılar. O haqqa tapınan, üzü tanrıya oxunan qoşqular da çox çəkməzdi ki, ağız-ağız dillərdə gəzib dolaşardı.

Ozan-aşıq sənəti tarixinə görə qədim, həcminə görə geniş, əhatəsinə görə çoxşaxəli olmasının əsas səbəbi rişəsini bilavasitə xalqın bədii təfəkküründən almasındadır. Ona görə də əsrlərlə boylaşan zaman ölçüsündə xalqa yol yoldaşlığı edərək hər zamanın ahəngi ilə culğalaşmış, təkmilləşə-təkmilləşə gəlib bu günümüzə yetişmişdir. 

Keçən əsrin 60-cı illərin əvvəllərindən Göyçədə adı bəlli İsmixan Didərgin, Sərraf Şiruyə, Alqayıt Xəlilov, Zəki İslam kimi görkəmli el şairlərinin xalq arasında səsi eşidilməyə başlayanda, bir səs də Nərimanlı obasından o səslərə qoşulmuşdu. Bu səs el müdriki, sinədəftər, şair Şahmalı Əliyevin səsiydi. 

Şair Şahmalı Əliyev elin hörmət etidiyi, sayıb-seçdiyi sənət, söz ustadlarından biri olaraq, öz mənəvi və yaradıcılıq dünyasının potensialını sənət sinkretizmi ilə bəzəyən bir sənətkar idi ki, bu gün də onun haqqında onu tanıyanlar xatirələrini bölüşür, mehr-məhəbbətlə yada salırlar.

Ünversal istedada malik yaradıcılıq qabiliyyyəti təkcə şeir yazmaqla məhdudlaşmırdı. O, mahir saz ifaçısı kimi musiqi ilə dastançılığı  yumoristik mövzuları özünəməxsus təhkiyə ilə danışıb şirinləşdirdirdiyindən, həm də bir dastançı təhkiyə ustası kimi də yaddaşlarda qalmışdır. 

Daxili potensialının zəngin olmasına rəğmən, aşıqlıq sənətinə zəruri bir amil kimi yanaşdığından, el arasında həm də ozan sənətinin peşəkar daşıyıcısı kimi tanınmışdır. Şair Şahmalı saz çalıb oxumağı ilə bərabər dastançılıqda bəhs etdiyi hadisələri daramatikləşdirməyi, daha da maraqlı tərzdə təqdim etməyi ustalıqla bacarıdığından, onun dilindən eşidilən dastanlar, nağıllar, hadisələr uzun illər yaddaşlardan silinməz, məqamı düşəndə yenidən xatırlanardı. Bu hal nəzəri baxımdan çox mühüm bir işdir ki, bütün imkanlarını ortaya qoyaraq çoxşaxəli istedadı sayəsində el-oba tərəfindən izzət sahibi olan sənətkar kimi şöhrət qazanmışdır. Məcmuəli söhbətlər, ibrətamiz mənalar müəllifi kimi ad çıxardan Şahmalı Əliyevdən öz dövrü üçün  vacib və mühüm olan bütün informasiyaları almaq mümkünüydü. Çünki əvvəlki dönəmlərdə telekommunikasiya, qəzet, jurnal, mətbuat, digər informasiya ötürücüləri olmadığından, insanlar ən maraqlı məlumatları ancaq çox gəzib, çox eşidən, çox bilən el sənətkarlarının dilindən, ozan aşıq sənətinin daşıycılarının vasitəsiylə alardılar.

Ümumiyyətlə sinkretiklik Göyçə mahalında yaşamış insanların mənəvi-psixoloji , bədii estetik zövqünə uyğun olan bir cəhətdir. Sənət sinkretizminin hər bir bəsit şaxəsində Şahmalı Əliyev özünəməxsus manevrlər edərək, sadə  tərzlər içərisində sənətini və şəxsiyyətini sevdirməyə müvəffəq ola bilmişdir. Adi dəyərləri zinətləndirərək poetik istedadı ilə peşəkarlığı sayəsində sənət mücəssiməsi yaratmışdır.

Təmiz adla hər diyarı gəz, dolan,

Qəvvas olsan, dəryaları üz dolan,

Şahmalı, sən el içində düz dolan,

Hörmətin ucalsın, nə qədər olsun.

Xalq müdrikliyinə söykənən şair bu bir bənd şeirində öz həyatının məziyyətini olduğu kimi ifadə etmişdir. Dünya malında gözü olmayan şair Şahmalı üçün zəngin həyat tərzi önəmli deyildi. O, yaşam hədəfini dediyi bu misra içərisindəki standarta uyğun şəkildə formalaşdırmışdı.

Şair Şahmalı Əliyev sələfi olan böyük ustadların külli sayda deyimlərini, söhbətlərini köksündə daşıması, geniş biliyə, xalq yaradıcılığına, klassik ədəbiyyata, xalq müdrikliyinə dərindən bələdçiliyi hər misrasında günəş işığı kimi aydınca görünür. Vaxt ilə yazdığı

Pərvanə şamına dolanar hər gün,

Nə murada çatar, nə qılar tərgin.

misralarında klassik ədəbiyyatdan gələn əsintilər, və bir də təffəkürə yerləşməyəcək qədər böyük fəlsəfi mənalar gizlənir. Burada şairin sufi dünyagörüşü və onun təsəvürlərinin izi, həm ilahi sevgi, ədalət sevgisi, nübuvvət sevgisi, imamət sevgisi, valideyn sevgisi, övlad sevgisi, aşiqlik, yara vurğunluq, eşqin dəryasında ümmanlara qərq olmaqlıq, ilahi gözəlliyə vurğunluğun ifadəsi yer almışdır ki, onu inəcələsək iki misranın iki kitab qədər təfsiri yaranar.

Yaradıcı-ifaçı sənətkar kimi şair Şahmalının söz dünyasında hikmət xəmirindən mayalanmış bəsitliklər, təzadlar, qayğılar, nisgillər, gileylər, yumorlarla dolu olan kifayət qədər nümunələr tapmaq olar ki, bunlar hamısı mərhum şairin keçməkeşli həyat bioqrafiyası, zərif ürəyinin döyüntüləridir. 

Yaddaşlarda yaşayan qoşmaları, gəraylıları şifahi şəkildə nəsildən-nəsilə ötürülərək, bu günümüzə qədər gəlib çatmışdırsa, bu da şair Şahmalının istedadının, elin ona olan məhəbbətinin göstəricisidir. Şahmalı Əliyev yaradıcılığındakı həqiqət mövqeyi, zamanın eybəcərlikləri Sovet qlavlitinin dəmir məngəsindən keçmədiyindən, təəssüf ki zamanın da çap olunmadı. Ancaq qədir bilən ellərimiz, poeziyasevərlər şair Şahmalını yaddaşlarda yaşadır, yeri düşəndə şeirlərindən zərbiməsəl kimi istifadə edirlər.

Gücünü Göyçə kimi müqəddəs bir torpaqdan, dərsini ustadlardan alan Şahmalı Əliyev sənətin  dərinliklərinə baş bura-vura el arasında "şair Şahmalı" statusunu, möhtəbərliyini qazanmışdır. Dildə əzbər misralarının birində qeyd edir ki:

 Adım şair qaldı, sən öl!

Tarixən belə olub ki, əlinə saz götürüb ustadlıq həddinə çatmış hər bir aşığın keçdiyi məktəb yolunda onlarla ustadların qoyduğu izlərin nümunələri aşkar edilir. Bu izlərin mənbəyini və mənsəbini yaradıcılığında yaşadıb, əxz etdirmək yalnız İlahi vergi sayəsində mümkün olan işdir ki, bu da şair Şahmalıya Tanrının bir töhvəsi olaraq onun bütün varlığını şöhrətləndirmişdir. O, külli miqdarda şeirlər, poemalar, rəvayətlər, dastanlar, nağıllar, xatirələr, atalar sözləri bilirdi ki, o biliyi, hazırcavablığı məzhəkə meydanında onu yekun söz sahibi kimi təqdim etmək xarakterinə malik bir söz ustadı kimi formalaşdırmışdı.

Şahmalı Əliyevdə sənət improvizasiyası da var idi. Bədahətən şeir deyə bilir, qaralamsı olmayan ardıcıl şeirlər yazırdı. Bəzən heç yerdə çalıb, oxunmayan , ürəkləri fəth etmək, könüllərə ruhi qida vermək gücündə olan saz havaları da ifa edirdi. Onun zəngin poetik təfəkkürü ilə, yaradıcı aşıqlığı vahid bir nöqtədə birləşmişdi.

Şair Şahmalı şeirləri ibtidasından intəhasınadək məzmun və mündəricat etibarilə özünəməxsusluğu, öz üslubuyla  seçilir.

Onun işıq üzü görən "Bəlkə qala sözüm, dünya" adlı bu kitabında yığcam yazılar təsbit olunmuş, dəqiqləşdirilmələr aparılaraq əsərləri orjinal variantda çap edilmişdir.

Elin nəzərindən salma özünü,

Kişisənsə, düzgün danış sözünü.

And içmə yalandan, tutar gözünü,

Binəlik yatarsan, oyanmazsan, ha!

Misrasında şairin əqidəsi, amalı, məsləki ibrətamiz tərzdə ifadə olunmaqla yanaşı, indiki dövrdə çətin anlaşılan sözələrə də meydan verilmişdir. Məsələn, buradakı "binəlik" sözü şirin Göyçə şivəsinin, isti Göyçə leksikonunun linqivistik bir nümunəsidir. Bu sözlər arxaikləşmiş sözlərə aid oluna bilər, çünki, yeni nəsil bu ifadəni ümumiyyətlə işlətmir. Zamanın tələbi ilə o sözlər dilimiz də işlənməsə də, Şahmalı Əliyev poeziyasında yaşayır. Şairin əsərlərində bu cür ifadələrə bir neçə şeirlərində rast gəlinir. Bəlkə də poeziyanın dilimizə ən böyük xidməti də elə budur!

Təəssüf ki, yüzlərlə qoşamalar, gəraylılar, təcnislər müəllifi olan Şahmalı Əliyevin xeyli sayda əsərləri müəmmalı şəkildə "it-bata" tuş gəlmişdir. Özünün yaradıcılıq diapozonunun ölçüsü kitabdakı əsərlərindən bir neçə dəfə çox geniş meydanı əhatə etməsinə baxmayaraq, əldə olunan əsərləri kitabda təsbit etməyin məqbul sayılması qənaətinə gəlinmişdir.

 

Hacı Abbas Əli oğlu Bağırov

Həkim-provizor

Tibb üzrə fəlsəfə doktoru

Qələbə Tibb Mərkəzinin direktoru


Etiket:
Xəbərlər

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023
Bütün xəbərlər