Mənim üçün Qubadlı haqqında yazmaq çox çətindir. Ancaq mənim uşaqlığım keçən o ellər, obalar haqqında yazmağı özümə borc bilirəm. O gözəl, səfalı yerlər yaddan çıxmasa da, daima fikirlərim, xəyallarım oralarda dolaşır. Əcdadlarımızın əzəl beşiyi, son məzarı olan Qubadlımda!
Böyük Allah bizdən heç nə əsirgəməyib, amma başımızın bəlası da az olmayıb. Bir əsrdə iki dəfə süfrəmizin qırıntıları ilə dolanan nankor ermənilər buranın əhalisini qaçqın salıb, ev-eşiyini talan edib, yandırıb...
Nahaq qan isə yerdə qalmaz, deyib babalar...
Bəli, Qubadlı rayonunun tarixi çox qədimdir. Bu yurd özünün folklorunu da, daş əsərlərini də, musiqisini də, abidələrini də bir tarix kimi yaşatmışdır. Bir əsrdə iki dəfə ermənilərin hücumuna məruz qalan Qubadlının həsrətini çəkməmək olmur. Torpağımıza göz dikən xain ermənilər 1993-cü ildə ildə torpaqlarımızı işğal edirdilər. Torpaq uğrunda çox igidlər qurban verdik, ailələr başsız, uşaqlar yetim qaldı. Ancaq Qubadlı həsrəti heç vaxt yaddan çıxmadı, sinəmizi göyüm-göyüm göynətdi...
Allah həsrətimizi əlimizdən alsın!
Qubadlı rayonunun təbiəti olduqca füsunkardır. Palıd bu meşənin varı, vələs dövləti, alması, armudu, fındığı, üzümü, əzgili, zoğal sərvəti, çayları, buz bulaqları şan-şöhrəti, xınalı kəklikləri, turacları, göyərçinləri, qaranquşlları gözəlliyidir...
Təbiət bütün gözəlliyini bu yerlərə bəxş etmişdir. Əgər bir gün tale səni Qubadlıya gətirsə, sən bu gözəllik qarşısında heyrətə gələcəksən, sehirlənəcəksən.
Mən o yerlər haqqında da danışmaq istərdim. O yerlərdə hər daşın, hər dərənin, hər bulağın belə adları vardı.
Məsələn, mənim doğulub boya-başa çatdığım və kiçik bir ərazisi olan İşıqlı kəndinə məxsus yer adlarına fikir verək:
Bu kəndin adı Şıx Şərif adlı bir şəxslə, bir ocaqla bağlıdır. Şıx Şərif babanın ocağı bu kənddə olmuşdur. Bu ocaq adlandırılan yer XX əsrin əvvəllərindən adamların şəfa tapdığı bir ocaq olmuşdur. Hasara alınmış bu yer yüzlərlə insanın ziyarət yeri olmuşdur. Sonralar bu Şıx Şərif ocağı illər keçdikcə adını dəyişərək Şıxlı, sonradan İşıxlı şəklində deyiliş almışdı. Hal-hazırda İşıqlı deyilir. Bu kənd Həkəri çayının sol sahilində yerləşir.
Və biz bu kənddən səyahətə başlayırıq. Kənddən qalxırıq Dəflər düzünə, keçirik Uzun düzə, sonra Daşlı güneyə, ordan Narcax bulağına, soyuq sulu bu bulaqdan içib, səfərimizi davam edirik. Gəlib çatırıq bu kəndin ilkin salındığı yerə - İşıqlı bulağından içirik, qoca çınarın kölgəsində dincəlirik.
Həsrətli çinar! Yaşı neçə yüz il olduğu bilinməyən bu çinar, görən öz sakinlərini gözləyirmi?
Biz get-gedə yüksəkliklərə qalxmalıyıq. İndi gedəcəyimiz yerlər əhalinin əkin biçin yerləri, camaata çox fayda verən meşəliklərdir. Çinarın kölgəsində dincimizi alıb, İbadan yoxuşu deyilən yerdən Damlamaç yurduna gedirik. Yerin adı damla-aç olub. Təbiətə uyğun addır. Bir gündə neçə dəfə yağar-açar, məhsulunu yığıb-yığışdırmaq olmaz. Nəhayət babamın – Qara kişinin saqqızları deyilən yerə gəlirik (saqqız ağacdır). Rəhmətlik babam orada çox ağaclar əkdirmişdi. Çox füsunkar gözəlliyə malik bu meşəlik, cərgə ilə düzülmüş ağaclara baxdıqca adam fərəhlənir. Ordan keçirik Zoğallı düzə və burdan Kiçik Həkəri deyilən çaya heyran-heyran baxırıq. Sonra istiqamətimizi sola dəyişirik, Boyaqlıya gəlirik. Çinarlının saf suyundan içib, Cirəngi deyilən yurd yerinə baş çəkirik. Kim bilir, bu yerlərdə neçə-neçə igidlərin izi qalıb.
Cirəngi meşəsi! Çinarlar! Bu yerlərin adını təəssüflə çəkirik. Ona görə ki, neçə-neçə gəncin burada yeyib içməyi, bir-birlərinə xatirələr danışmağı və sonda adlarını bu çinara həkk etmələri bəllidir.
Yadımdadır, hər il may ayında müəllimlərimiz tələbələriylə buraya, təhsillərini başa vurduqlarına görə dincəlməyə gələrdilər. Hərə adını bir ağaca yazardı, hətta sevdikləri qızın adını da!
Bunlar hamısı xatirələrdə qalıb. İndi oranın həsrətini çəksək də, məkanımız bu gözəl diyarın başqa səmti olub.
Hələ bu söylədiklərim azdır. Kaş baharın gözəl çağlarında dağlara qalxıb, meşələrdə doyunca gəzəsən. Al-əlvan xalıya bənzəyən o yaylaqlardan kəklikotu, qantəpər yığıb, sonra laləli çəməndə oturub xəyala dalıb bulaq başında dincələsən. Ancaq Xarı bülbüllə qarşılaşasan, heç təəccüblənmə, çiçəklər arasında onu da görəcəksən.
Oradan üzü yuxarı baxanda uca qayalıq görünür – Qızıl-daş deyirlər buraya.
O tərəfdə Palıdlı dərə, bu tərəfdə İncirli bulağı, bir də adına oxşayan – Göbələkli deyilən yer görünür. Hələ burada bir yer də var. Kəlbətin deyilən bu yerin adı da çox maraqlıdır. İki dərənin başı birləşib kəlbətin şəklində olduğuna görə bura Kəlbətin adı verilmişdir.
Bu yerlərin adını saymaqla qurtarmaz. Istəyirəm gəlib çıxam Qara quzeyin başına və oradan enəm İşıqlı kəndinə. Axı o yerlər üçün çox darıxmışam. Yuxularımda, xəyallarımda o yerləri gəzsəm də, o yerlərə qovuşmaq istərdim.
Qismət olsun! Allah qovuşdursun!
Bu mənim doğma Qubadlımın zərrəsindən zərrə idi.
Sağlıq olsun, görüşərik, ey niskilini ürəyimdə gəzdirdiyim, həsrətinə bələndiyim doğma obam, gözəl yurdum, isti yuvam Qubadlım!!!
Vəfa Xanlarqızı
İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025