Türklərin inanc tarixi: “uçmaq”, “tin”, “Tanrının oğlu”... – I YAZI

14:46 / 27.09.2019
Baxılıb: 2630

Yer üzündə ilkin insanın var oluşundan, cəmiyyətlərin, mədəniyyətlərin formalaşmasına qədər milyon illər keçib. İnsan düşüncəsi inkişaf etdikcə fərqli ərazilərə köç edib, yerləşib. Getdiyi yerlərə öz yaratdığı ənənələrini aparmaqla yanaşı, qonşu cəmiyyətlərin də mədəniyyətindən yararlanıb, bəzən isə ona uyğun olanları özününküləşdirib. İnanclar da insanlarla birgə yaranıb və zamanla ən müxtəlif dəyişikliklərə məruz qalıb. İnsanların gündəlik həyatından, məişətindən tutmuş, cəmiyyətdə tutduğu mövqeyə qədər, hər mərhələdə inancların böyük rolu olub.

Ümumiləşdirmə aparsaq, inancların iki səbəbdən formalaşdığını söyləyə bilərik:

- Sevgidən. Dünyanı dərk edən insan təbiəti, ətrafı, sonsuzluğu görür, bu gözəlliklər onu valeh edirdi. Nəhayətində hər şeyin fərqli və rəngarəng yaradılışı onda mütləq bütün bunları düzüb-qoşan, sistemləşdirən və idarə edən hansısa ilahi varlığın mövcudluğu düşüncəsini yaradırdı. İnsan görmədiyi, varlığını sübut etmək istəmədiyi bir qüvvənin varlığına özünü inandırır və bundan rahatlıq tapırdı. Bu gözlə görülən təbiət sehri erkən inancları yaratdı. 

- Qorxudan. Təbiətdə baş verən təbii hadisələr, vahiməli heyvanlar, fərqli görünüşlü varlıqlar insanda qorunmaq ehtiyacı yaradır və onu daha güclü bir varlığa sığınmağa vadar edirdi. Qarşısında gördüyü varlıqların ən alisinin insan olduğunu anlayırdı və baş verənlər qarşısında insandan güc ala bilməzdi. O, inanırdı ki, şər qüvvə kimi onlara göndərilən bəlaların qarşısında daha güclü bir qüvvə var. Beləliklə, insan qorunmaq üçün ona sığınırdı və özünü onun varlığına inandırırdı.

İnanc sözünün qəti tərifi yoxdur və nə olduğu haqqında fərqli fikirlər söylənilir. Qısa desək, inanc - gerçəyi olmayan təbii və ya fövqəltəbii bir qüvvəni sübutlamadan ona etimad etməkdir. İnanmaq istədiyinin doğru olduğuna özünü inandırmaqdır.

Beləliklə, əsrlər keçdi, inkişaf edən hər toplumun müxtəlif inancları formalaşdı. Türklərin də özünəməxsus inancları mövcud idi.

Mübahisəli və tam təsdiqini tapmamış araşdırmalara görə, türklərin 10 min illik tarixi var. İlkin inanc olan totemlərə inam daş dövründə yaranıb və bu dövrdən Göy Tanrıya inanca qədər böyük bir yol keçiblər. İslam dininin qəbul edilməsi və bütün türklər arasında yayılmasına qədər türk toplumunda fərqli dinlər mövcud olub. Çünki türk etnosu müxtəlif boylardan ibarət olmaqla yanaşı, müxtəlif regionlarda yerləşərək, həm qonşu xalqlara təsir etmiş, həm də onların müəyyən dəyərlərindən bəhrələnmişdi.

Türklərin ilk inancları

Totemizm. Totemlərə inam din deyil, baxışdan yaranan inanclardandır. İnsanlarla heyvanlar, bitkilər və ya təbii varlıqlar arasında qohumluq anlayışı üzərində qurulan inancdır. Bu, əsasən, insanın özünü dərk etdiyi və ilk təbiəti gördüyü, ilkin cəmiyyətlərin yarandığı dövrlərdə meydana gəlmiş inanclardır. Türklərin totemlərindən biri Qurd (Börü) başına sitayiş, onu ilahiləşdirmək idi. Bu haqda biz yazılı kitabələrdən məlumat almaqla yanaşı, qədim türk dastanlarında da rast gəlirik. “Oğuz xaqan dastanı”ında Oğuz xaqana yol göstərən, ona bələdçilik edən Bozqurd olmuş, onun sayəsində zəfər qazanılmışdır. “Ərgənəkon dastanı”nda türk igidlərə yol göstərən, daha bir “Köç” dastanında isə türklərə bələdçilik edən yenə də Bozqurd idi.

Hun və Göytürk kurqanlarından daşdan yonulmuş, tuncdan tökülmüş Bozqurd heykəlləri tapılmışdı ki, bu da onların həqiqətən qurd inancını isbatlayır. Bundan əlavə, qurd başı qədim çağ türk dövlətlərinin bayraqlarında da yer alırdı. Xalq xaqanı döyüşdən qarşılayarkən, ya da onun hüzuruna çıxarkən ilk olaraq qurd başlı bayrağa təzim edirdi. 1957-ci ildə monqol arxeoloq Doromcaqulu xaqan Moyon Çorun hazırlatdığı bir abidəni tapmışdır. Bu, insan övladlarına analıq edən, süd verən bir qurd heykəli idi.

Yer-su inancı

Orxon abidələrində torpaq, su, daş, dağ inancları “Yer-su” inancı adı ilə toplanıb. Çində “Adət və ənənələr tarixi” adlı çox qədim kitabə vardır ki, burada türklərin də inanclarından bəhs edilir. Kitabı tədqiq edən alimlər oradakı yazılarla Orxon abidələrindəki yazıların üst-üstə düşdüyünü bildirirlər. Həmin kitabda yazılır ki, qədim türklər insanın sarı torpaqdan yarandığına inanırdılar. Həmin bu inanca hazırda uyğur toplumu arasında rast gəlinir. Elə bizdə də, vəfat edən insanı məzara qoyarkən bir ovuc torpaq və bir qab su səpmək, uzaq yola gedən birinin arxasınca su atmaq qədim yer-su inancının təzahürüdür. Suyun səfərə gedən insanın yolunu aydınladacağına inanılır. Bu inanc hazırda da bir çox türk xalqlarının ənənəsinə çevrilib. Ayrıca, “Oğuznamə”də Oğuz Xaqanın Su tanrısının qızı ilə evlənməsindən dünyaya gələn qızına Dəniz adını verdiyi də keçir. Su hövzələrinin qorunması, təmiz saxlanılması qədim türklərdə ənənə idi. Suyu saxlamaq üçün Göl (köl) qazılardı. Göl müqəddəs yer sayılırdı və kədərli, qorxmuş insan öz dərdini suya danışmaqla rahatlıq tapardı. Suya olan sevgidən tanınmış, rəğbətli insanlara bu ad verilirdi. Məsələn, Qutluq Bilgə Köl (Göl) xaqan adı buna misaldır və Orxon abidələrində adın Göl adından gəldiyi yazılır.

Dağ inancı

Yer-su inancının ən önəmli nümunəsi dağlardır. Dağ insanlar üçün müqəddəs, göylərə daha yaxın, ulu sayılırdı və xaqanları dağa bənzədirdilər. İnsanlar şər qüvvələrdən qorunmaq üçün, yaxud bir çətinlik olardısa, dağa sığınardılar. Dağların onları qoruyacağına inanır və güvənərdilər. Müqəddəsləşdirilən dağlar arasında Orta və Şərqi Asiyadakı Qutdağ, çinlilərin Tien-Şan dedikləri Tanrı dağı, Uluq dağı və s. nümunələr var. Zamanla Azərbaycanda və Anadoluda da dağ inancları formalaşmışdır. Azərbaycanda Babadağ zirvəsi indi də ziyarət edilən məkanlardandır. Bir çobanın günahını bağışlanması üçün dağın zirvəsinə qalxaraq tanrıya yaxın olması, orada dua etməsi, rəvayətə görə qeyb olması və xalqın dağı müqəddəsləşdirməsi bu qədim inancın üzərinə inanc qatıb.

Ata inancı

Türk toplumunda ata evin böyüyü kimi daima hörmət, sayğı görüb və həmin ənənə bu günədək davam etməkdədir. Atalar, el ağsaqqalları münaqişələr zamanı barışçı rolunu alar, cəmiyyətə sevgi, müdriklik aşılayardılar. Hörmətli el atası vəfat edərkən onu hündür bir yerdə dəfn edir, xatirəsi əbədiləşdirir, məzarları el tərəfindən ziyarət olunurdu. İnsanlar inanırdılar ki, həyatda olduğu kimi, yeraltı dünyadan da atalar onların dualarını eşidər, kömək edərlər. Bu, daha çox Hun toplumunda yayılmışdı. Ata inancı türklərin köçləri zamanı da onlarla digər məmləkətlərə getmişdi. Məsələn, Azərbaycanda, Anadoluda böyük şəxsiyyətlər, el ağsaqqalları eyni hörmətlə yad edilir, bəzən isə ilahiləşdirilir. Bu şəxslərə indinin özündə də tanrının seçdiyi, daha çox işıqlı insan olduqlarına inanılmaqdadır. Hörmət əlaməti olaraq məzarları ətrafına güllər əkilər, abidələr tikilər. Dədə Qorqud (Korkut Ata) kultu da bu inancın dastanlaşmış ifadəsidir.

Şamanizm

Qədimdən bu günümüzə qədər bir çox xalqları özünə cəlb edən bir inancdır. Şamanizm ona görə din sayılmır ki, burada xalq tərəfindən hər hansı dini rituallara əməl edilmir, kütləvi ayinlər mövcud deyil, vacibatlar və günlük həyata təsiri yoxdur. Yalnız seçilmiş şamanlar vasitəsi ilə insanlar tanrı, yeraltı həyat (axirət) ilə “əlaqəyə girə” bilirlər. Hətta xəstə bir insanı şamanlar yaxşı ruhların duasını almaqla sağalda bildiklərini deyirlər. Şamanizm daş dövrü insanlarında da mövcud olub. Bu barədə Çin və Hind qaynaqlarından məlumat əldə etmək mümkündür. Çin mənbələrində şamanizmin əsasları Göy Tanrı, Günəş, Ay Ata, Su və Oddur. Şaman adının mənası, “ruhlarla əlaqəyə girən adam” deməkdir. Qədim altaylılar və sibirlilər ona “Kam” deyirdilər. Sanskritcə isə “buddist rahib” deməkdir. Şamanlar əvvəllər qadınlardan seçilirdilər və onlardan sonra gələn şaman da o soyun davamçısı olmalı idi. Son 500 ildə daha çox kişilər şaman olurlar. Bəzi tarixçilər şamanlara tərif verərkən onları müasir öncəgörücülərlə müqayisə edirlər. Şamanlar da sehr, görünməyən dünyanın adamları ilə əlaqələr, yüksək enerji sərf etdikdən sonra özündən getmə kimi bir özəlliyə sahibdirlər. Onlar inanırlar ki, yeraltının bəd ruhları yer üstündə yaşayan insanların bədəninə girərək, onları mənfi enerji ilə doldururlar və ətrafa ziyan vuracaq qədər təsir edirlər. Çinli alim Li Çin Şinq “Sincandakı dinlərin tarixi” əsərində şamanizmin təbiət qoynunda çox vaxt keçirən, köçəri xalqların dini olduğunu yazır. Günümüzdə də Tibet və Altayın bir hissəsində şamanizm qalmaqdadır və bu inanca sahiblənən insanlar yenidən çoxalmaqdadır. Qədim şamanizmdən nümunə olan müxtəlif adlar və adətlər bu gün də yaşamaqdadır. Məsələn, Ay Ata deyərək enerji aldıqları Aya bizim toplumda Ay Baba deyilir və onun çıxması, bədirlənməsi dövründə müxtəlif təbiət hadisələrinin olduğuna inanılır. Suların qabarıb-çəkilməsi, ilk Ay çıxan günlərdə müxtəlif xəstəliklərin baş qaldırması şamanizmdə Ayın insanlardan enerji alaraq böyüməsi anlamına gəlir. Şamanlara görə, təbiətdə var olan hər şeyin ruhu var. Ona görə də onların geyimlərində heyvan, quş və s. qalıntıları, istifadə etdikləri alətlərin təbiətdən seçilmiş əşyalar olduğunu görmək mümkündür.

Bu gün də şamanizmin adətləri türk xalqları arasında yayğındır. Nəzər muncuğu, dağdağan ağacı ilə gözlərdən keçən pis enerjini dəf etmək üçün istifadə edilir. 40 gün adəti, yeni doğulan uşaqların 40 gün sonra təmizlənməsi, insan öləndən sonra 40 gün ruhunun evdə dolaşması kimi inanclar, bir şərdən qorunmaq üçün qulaq çəkib üç dəfə taxtaya vurmaq, hadisələrdən, pis ruhlardan yan düşmək üçün əlini dəmirə vurmaq kimi adətlər günümüzə kimi gələn şamanist adətlərdir.

Göy Tanrı (Tenqri)

Tanrı bütün inanışların ən başında gələn, bütün tanrıların tanrısıdır. “Tan” sözündən alınıb, günəşin çıxdığı yer mənasını bildirir. Türklər günəşə sitayiş etməsələr də, bütün ibadətlərini dan (tan) yerinə çevrilərək edərdilər. Çin kitabələrinə görə, bu adı ilk Hunlar işlədiblər və tanrı - “Göyün oğlu” deməkdir. Qədim xalqlar günəş, ay və digər göy cisimlərini ilahiləşdirərkən türklər bütünlüklə göy üzünü simvollaşdırmış və bu əlçatmaz sonsuzluğa tanrının məkanı olaraq inanmışdılar. Göy Tanrı etiqadı buradan meydana çıxmış və haqqında Orxon abidələrində məlumatlar var. Bu abidələrində Türk bəyləri və xaqanları Türk millətinə etdiyi köməklər üçün Tanrıya minnətdarlıqlar ifadə ediblər. Kitabələrin bir çox yerlərində bəzən Tenqriyə “Türk Tenqrisi” olaraq xitab edilir. İnanca görə, Tanrı türk xalqının gələcəyini nizamlayan ən böyük varlıqdır. “Tenqri” sözü minilliklər əvvəldən Asiyada işlədilir. Buryatlar ona “Tengiri”, volqa türkləri “Təngerə”, Yakutlar “Tanqara”, Çuvaşlar “Tura deyirlər”. Tanrının yerdəki nümayəndəsi olaraq bilinən xaqanların da millətə xitabən etdiyi müraciətlərdə Tanrının varlığı, qüdrəti xüsusi xatırladılırdı. Burada Bilgə Xaqanın dilindən yazılmış və El üçün etdiyi müraciətdən bir parça qeyd etmək yerinə düşər:

“Mən Göyə bənzər Tanrı tərəfindən yaradılmış Bilgə Xaqan. Bu zamanda yaşadım və sözlərimi başdan sona kimi eşit! Türk – Oğuz bəyləri eşidin! Üstdə mavi göy çökmədikcə, altda yer yarılmadıqca, elin, türkün törənini kim poza bilər?”

Yaxud da Mengü Xaqanın Fransız kralına göndərdiyi məktubda “Əzəli və əbədi Tanrının əmri budur ki, göydə bir Tanrı vardır, yerdə isə onun xaqanı oğlu Çingiz Xan olacaqdır”. Çingiz Xanın möhüründə də “Göydə bir tanrı, yerdə bir xan” yazılırdı.

Türk xalqlarına görə, Göy Tanrı sonsuz qüdrət sahibi idi. Bütün təbiət, varlıqlar onun istəyi ilə yaradılmışdı. Göylərin mavisinə olan sevgi türklərin rənginə çevrilmişdi. Onlar bayraqlarını, bəzən geyindikləri ipəkləri də mavi edirdilər. Ötükəndə, Yeddi Su vilayətindəki yüksək dağa Tanrı Dağı adı verdilər. Dağın yuxarısındakı mavi buzlaqlar göylərlə ahəng təşkil edirdi. Türklər inanırdılar ki, igidlərin ruhu burada toplanır və Tanrı igidləri ziyarət edər.

Türklərdə axirət dünyası “yeraltı dünya” olaraq bilinməkdədir. Ölmək “uçmaq” adlanırdı və yer altı dünyaya uçan yaxşı və pis ruhlar yaşayırdılar. Ruha “tin” deyilirdi. Yaxşı tinlər yer üstü insanları görər və onlara dua edərdilər. Pis tinlər isə yer altında əbədiyyən qalırdılar. Əgər insanlara təsir edib, onları yoldan çıxarardılarsa, bu zaman şamanların təsiri ilə onlardan qurtulmaq mümkün idi.

***

Bu yazıda türklərin islamaqədərki inanclarından bəhs edildi. Millət çoxaldıqca yeni ərazilərə köçlər başlanıldı. Döyüşlər, qalibiyyət və məğlubiyyətlər onların həyatında yeni dəyişikliklərə səbəb oldu. İnanclar da dəyişildi. Yeni dini təlimlər, dinlər türk toplumundan da yan keçmədi. Necə oldu ki, türklər müqəddəs bildikləri inanclarından, dəyərlərindən uzaqlaşdılar? Bəzilərindən vaz keçib yeni dinlər qəbul etdilər? Bu təsir hansı amillərdən yarandı?

Yeni dinlərin hansı şəraitdə qəbulu və türklər arasında ayrılıqlara səbəb olan, əsrlərlə davam edən dini çəkişmələr haqqında növbəti yazımızda oxuyacaqsınız.(lent.az)

ARDI VAR...


Etiket:
Xəbərlər

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023

Mərhəmlik və mərhəmət nümunəsi

09.10.2023

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib

07.10.2023

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

05.10.2023
Bütün xəbərlər