Milli Ordu quruculuğunun ilk hərbi məktəbləri

12:12 / 16.10.2019
Baxılıb: 2504

1918-ci il mayın 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsində aşağıdakı sətirlər yer almışdı: "Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək və daxili düşmən qüvvələri zərərsizləşdirməkdən ötrü nizami orduya malik olmalı, özünün Silahlı Qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur".

Elə həmin gün Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə Xosrov bəy Sultanov təyin edilir. Xosrov bəy bu vəzifəni iyunun 11-dək daşıdı. Həmin il oktyabrın 6-dan dekabrın 26-na qədər hərbi işlər üzrə məsələləri İ.Ziyadxanov həll edirdi. Bu arada Nazirlər Kabineti hərbi nazirliyin yaradılması haqqında qərar qəbul edir. Müvəqqəti olaraq hərbi nazir vəzifəsinə Fətəli xan Xoyski təyin olunur. 1918-ci il dekabrın 26-da rus ordusunda xidmət etmiş, artilleriya general-leytenantı Səməd bəy Mehmandarov Azərbaycanın hərbi naziri, general-leytenant Əliağa Şıxlinski nazir müavini, general-leytenant Süleyman Sulkeviç isə Baş Qərargah rəisi təyin edilir.

General Şıxlinski ordu quruculuğunın və strukturunun planını hazırlamışdı. Ordu quruculuğu planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Həmin müddət ərzində üç polkdan ibarət iki piyada diviziyası, artilleriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi və dəmiryolu batalyonu təşkil edilməli idi. Odur ki, vaxt itirmədən hərbi məktəbin təşkil edilməsi qərara alınır.

1918-ci ilin mart ayında hərbi məktəb açılır.

Poruçik Cahangir bəy Zeynalbəy oğlu Nəsirbəyov məktəbə rəis təyin edilir. Bu, o vaxtlar idi ki, ölkədə vəziyyət gündən-günə gərginləşirdi, qırğınların sayı artır, hər an müharibə təhlükəsi gözlənilirdi. Azərbaycanın isə nə mütəşəkkil ordusu, nə də silah-sursatı var idi. Ona görə də ordu quruculuğu proqramının həyata keçirilməsində hökumət çətinlik çəkirdi. Çar Rusiyasının hərbi siyasətində bir çox xalqlarla bərabər azərbaycanlılara qarşı da qərəzli münasibət olmuşdu. Bəzi istisnaları çıxmaqla azərbaycanlılar hərbi məktəblərə qəbul edilmir, ordu sıralarına çağırılmır, yalnız hərbi vergi verirdilər. Bu səbəbdən də nə Azərbaycanın formalaşmış hərbi hissələri, təcrübəli zabitləri, nə də kifayət qədər silah-sursatı var idi. Yalnız Qafqaz atlı diviziyasının tərkibinə daxil olan azərbaycanlı atlı polku var idi. Ölkəmiz üçün belə bir ağır vaxtda rus və daşnak birləşmələri tam silahlanmış vəziyyətdə qapımızın astanasında dayanmışdı. Artıq mart soyqırımı da baş vermişdi.
Bu dəhşətli hadisədən sonra yeni yaradılan hərbi məktəbin Bakıdan Gəncəyə köçürülməsi qərara alınır. 1918-ci il aprelin 2-də Gəncə məktəbinin bazası əvvəlcə dəmiryol məktəbinə gətirilir. Bir müddət burada məktəb çox çətin şəraitdə fəaliyyət göstərir. Bu vaxt Azərbaycan Demokratik Respublikasının dəvətilə Nuru paşa 300 nəfərlik təlimatçı qrupla Gəncəyə gedir. Osmanlı hərbçilərindən Atif bəy bu hərbi məktəbin rəisi olur. Cahangir bəy isə Atif bəyin köməkçisi təyin edilir. Hərbi təhsil ocağı bundan sonra praporşiklər məktəbi adlanır.

Daşnak Şaumyanın başçılıq etdiyi rus-erməni birləşmələri ölkədə at oynadır, Gəncə istiqamətinə irəliləyirdi. Məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunu qırıb bütün Azərbaycanı işğal etmək idi. Hacıqabulda da vəziyyət getdikcə ağırlışırdı. Odur ki, Gəncə hərbi məktəbinin heyəti Hacıqabulun mühafizəsi üçün polkovnik Maqalovun rəhbərliyi altında silahlı dəstəyə cəlb edildi. Məktəbdə tədris müvəqqəti olaraq dayandırıldı.

Lakin sonralar Gəncədəki hərbi məktəb yenidən fəaliyyətə başladı. Qəbul norması 100 nəfər olsa da, orada oxumaq istəyən azərbaycanlıların sayı getdikcə artırdı. Yeni qaydaya əsasən, məktəbdə təhsil alanlar yunker adlanırdılar. Təlim prosesinə türk hərbi qüvvələrinin zabitləri cəlb olunmuşdu. Məktəbə yenə də polkovnik Atif bəy rəhbərlik edirdi.

1918-ci ilin oktyabrında Gəncə Hərbi Məktəbinin ilk buraxılışı oldu. Buraxılış mərasimində iştirak etmək üçün Nəsib bəy Yusifbəyov, Əliağa Şıxlınski, Qafqaz İslam Ordusunun qərargah rəisi Nazim bəy, Nuru paşanın atası Hacı Əhməd paşa və dövrün başqa görkəmli şəxsləri Gəncəyə toplaşırlar. Oktyabrın 27-də axşam gənc yunkerlər şəhər kənarındakı təlim meydanına yığışırlar. Burada onlar buraxılış imtahanı verəcəkdilər. Bu məqsədlə əvvəlcədən xəndəklər, səngərlər qazılmış, süni maneələr yaradılmışdı. Həmin gün səhər tezdən Bakıdan gələn qonaqlar, habelə Gəncə camaatı da təlim meydanına toplaşmışdılar. Fərəhli, həyəcanlı anlar idi. Azərbaycan Korpusunun komandiri Əliağa Şıxlinksi nizamla sıraya düzülmüş gənc yunkerləri salamladıqdan sonra buraxılış imtahanı başlayır. Proqram çox geniş idi. Yunkerlər 20-yə yaxın məsələ üzrə imtahan verirdilər. Günortadan sonra imtahan başa çatdı və müdavimlər sınaqdan çox uğurla çıxdılar. Həmin gün axşam Gəncə şəhər rəhbərliyi bu şərəfli tarixi gün münasibətilə ziyafət verdi.

1918-ci il dekabrın 1-də Gəncə Hərbi Məktəbinin statusu dəyişdirilir və yenidən praporşiklər məktəbi adlanır. Sonralar həmin məktəbin bazasında hərbiyyə məktəbi açılır, istehkamçılar məktəbi yaradılır. İstehkamçılar məktəbi əvvəlcə Gəncədə, sonra isə Hacıkənddə fəaliyyət göstərir. Bundan başqa, hərbi dəmiyolçular və hərbi feldşer hazırlayan məktəblər də təşkil olunur, hərbi zavodlar fəaliyyətə başlayır. Yeni yaradılan praporşiklər məktəbi bütün Azərbaycanı əhatə edir və orada tam təhsilli hərbi kadrlar yetişdirilir. Onların təhsili, təyinatı ilə hərbi nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarov şəxsən məşğul olur. Nazirin 22 mart 1919-cu ildə imzaladığı bir sənəddə deyilir: "Gəncə praporşiklər məktəbinin 50 nəfərdən çox məzununa əziz Novruz bayramı ərəfəsində praporşik rütbəsi verilsin, onlar xidmət üçün birinci Azərbaycan diviziyasına, üçüncü Gəncə süvari alayına, əlahiddə Zaqatala batalyonuna, birinci yüngül artilleriya diviziyasına və üçüncü ləzgi süvari alayına göndərilsinlər. Gəncə praporşiklər məktəbini əla bitirdiklərinə görə praporşik İsrafil ağa Şıxlinskiyə, Bahadır bəy Vəkilova, Musa ağa Şəmsəddinskiyə, Nəsim bəy Sultanova, Həmid Mustafayevə, Süleyman xan Sultanov-Əlsuluya bayram münasibətilə pul mükafatı verilsin".

Xalq Cümhuriyyəti əsgərlərin döyüş hazırlığının yüksəldilməsi ilə yanaşı onların müvafiq tibbi hazırlığına da xüsusi diqqət yetirirdi. Bu məqsədlə 1918-ci il noyabrın 15-də ümumi qərargahın tərkibində hərbi-tibbi idarə fəaliyyətə başlayır. Bakıda, Gəncədə və Xankəndidə hərbi xəstəxanalar təşkil edilir. Qoşun hissələrində tibbi xidmətin yaxşılaşdırılması üçün hərbi nazirin 1919-cu il 22 yanvar tarixli əmri ilə bütün hərbi hissələrin nəzdində iki aylıq sanitar kursları yaradılır. Hərbi feldşer məktəbinə ilkin hərbi hazırlıq keçmiş əsgərlər, həmçinin hərbi xidmətə yararlı sayılan 30 yaşınadək gənclər qəbul edilirdi. Dərslər Azərbaycan dilində aparılırdı. Səməd bəy Mehmandarov Milli Ordu quruculuğunda milliliyə, ana dilinin qorunub saxlanmasına xüsusi diqqət yetirirdi. Onun bir əmrində göstərilir ki, orduda danışıq və dəftərxana işi Azərbaycan dilində aparılmalıdır. Əmrdə deyilir: "Sırada, eləcə də sıradan kənarda olarkən əsgərlər ana dilində salamlaşmalı, görüşərkən "salam" deyilməli, cavabı "əleyküm salam" olmalıdır. Bütün zabitlərə əmr edirəm, təltif zamanı əsgərlərə deyilməlidir: "Mərhəba", əsgər cavab verməlidir "Çox sağ ol".

Müstəqil dövlətçiliyin təhlükəsizliyini qorumaq üçün hökumət ordu quruculuğuna mümkün olan qədər vəsait ayırırdı. 1919-cu ildə müdafiə xərclərinə ayrılan vəsait ümumi büdcənin 27,7 faizini təşkil edirdi.

Daxili və xarici düşmənlərin təzyiqi ilə yaranmış gərgin vəziyyətlə əlaqədar hökumət 1918-ci il 19 iyun tarixli qərarı ilə ölkədə hərbi vəziyyət elan etdi. Hərbi dövr üçün qanunların tətbiqi haqqında qərar qəbul edildi. Həmin qərara əsasən mövcud mürəkkəb hərbi-siyasi şəraitlə əlaqədar hakimiyyətə silahlı müqavimət, strateji obyektlərdə oğurluq, soyğunçuluq, milli hisslərin təhqiri, əhalinin müxtəlif təbəqələrinin bir-birinə qarşı qızışdıran yalan məlumatların və şayiələrin yayılması, qadınlara qarşı təcavüz əməlləri və digər qanunazidd hallar müharibə dövrünün qanunlarına əsasən mühakimə edilməli idi.

1918-ci il dekabrın 5-də Azərbaycan Xalq Cümhuriyyətinin qərarına əsasən Gəncə Dairə Məhkəməsi nəzdində hərbi məhkəmə yaradılır. Ümumiyyətlə, qısa dövr ərzində Gəncədə ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsi və qanunçuluğun qorunması üçün zəruri sayılan bütün strukturlar təşkil olunmuşdu. Dövrün mövcud çətinliklərinə baxmayaraq, Nuru paşanın və başqa türk zabitlərinin köməyilə Azərbaycanda sayı təqribən 40 minə çatan Milli Ordu yaradıldı.

Bu ordu ölkənin ən ağır dövründə Azərbaycan torpaqlarını daxili və xarici düşmənlərdən qoruyub saxladı. Çox təəssüf ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu haqqında qısaca söhbət açdığımız hərbi məktəblərin də fəaliyyətinə son qoyuldu.(karabakhmedia.az)

Rəsmiyyə RZALI


Etiket:
Xəbərlər

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023

Mərhəmlik və mərhəmət nümunəsi

09.10.2023

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib

07.10.2023

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

05.10.2023
Bütün xəbərlər