Alqayıt Xəlilovun şeirləri

18:58 / 09.01.2020
Baxılıb: 29608

Bir ovuc torpağa, bir büküm ağa,
Ümidim, pənahım yenə Göyçədir.

Qalıb yadımda

Nə müddətdir ayrılmışam Vətəndən,
Ana yurdun odu qalıb yadımda.
Tütək səsi, ağ sürülər, göy çəmən -
O günlərdən budur, qalıb yadimda.

Vurulmuşdum qıy səsinə qartalın,
Əsiriydim, hər yamacın, hər yalın.
Ağ lavaşın, kərə yağın, şan balın,
Qovurmanın dadı qalıb yadımda.

Alqayıdam, dərdim, qəmim bilinib,
Bağrım başı şan-şan olub, dəlinib.
Hər nə varsa, хəyalımdan silinib,
Bir o elin adı qalıb yadımda.

 

            XXX

Bir ana laylası, bir sənin laylan

Getdin, qayıtmadın, bu necə haldı?
Getdin, sevgimizin ömrü azaldı.
Getdin, ürəyimdə həsrətin qaldı,
Təbibdən, loğmandan betərmiş, inan,
Bir ana laylası, bir sənin laylan.

Endi qürublara günəşim erkən,
Aylı gecələrdə yox oldu kölgən.
Ruhuma qanaddı, fikrimə yelkən,
Bir tütək, bir nəğmə, bir tar, bir kaman,
Bir ana laylası, bir sənin laylan.

Eşqin bir ümmandı, kükrəyən çaydır,
Sənsiz sevincim də nalədir, vaydır.
Mənə təbiətin verdiyi paydır,
Ötür qulağımda hey zaman-zaman,
Bir ana laylası, bir sənin laylan.

Alqayıdam, yaman sarsıtdı məni,
Gözümdə dağların dumanı, çəni.
Nə qədər axtardım, aradım səni,
Oldu varlığıma nur saçıb yanan:
Bir ana laylası, bir sənin laylan.
                               1986-cı il Gəncə

         XXX

 Dəyməsin

Qızıl da, gümüş də gəldi-gedərdi,
Ulu xilqət qoy canıma dəyməsin.
Özü hifz eləsin şərdən, bəladan,
Şöhrətimə, ad-sanıma dəyməsin.

Nə ölüm dəhşətdir, nə də varsızlıq,
Ötəridir bəhrəsizlik, barsızlıq.
Xudpəsəndlik, qeyrətsizlik, arsızlıq,
Təkcə mənim ünvanıma dəyməsin.

Alqayıdam, nə altunam, nə zərəm,
Ləl yerinə həqiqəti gəzərəm.
Ürəyimi parçalasa, dözərəm,
Böhtan əli vicdanıma dəyməsin.

           XXX

Məndə qalıbdı

O dağları gözlərimə çəkmişəm,
Çəmənləri, düzü məndə qalıbdı.
İnciməsin nilufərim, bənövşəm,
Deyilməmiş sözü məndə qalıbdı.

Quzeylərə qar gəlmədi, gecikdi,
Baxçamıza bar gəlmədi, gecikdi,
Görüşümə yar gəlmədi, gecikdi,
Çiçəklərin yüzü məndə qalıbdı.

Kür taleyim, qəm atını minsə də,
İncimərəm dönük çıxsa, dönsə də.
Ana yurdun ocaqları sönsə də,
Odu məndə, közü məndə qalıbdı.

Xalqa inam gətirmişəm o yurdda,
Ömrü başa yetirmişəm o yurdda,
İlk eşqimi itirmişəm o yurdda,
Bir gözəlin gözü məndə qalıbdı.

Alqayıtam, vətən imiş gərəyim,
Namusum, qeyrətim, duzum, çörəyim.
Zirvələnib, dağa dönüb ürəyim,
O dağların özü məndə qalıbdı.

              XXX

Yenə Göyçədir

Dünya cənnət olsa başdan-ayağa,
Mənim qibləgahım yenə Göyçədir.
İmanım, məzhəbim, əqidəm, dinim,
Qızıl barigahım yenə Göyçədir.

Ana laylasında odur birincim,
Amalım, əqidəm, qəmim, sevincim.
Alınan sərvətim, satılan incim,
Xırd olan mətahım yenə Göyçədir.

Əksilsə başımdan dumanı, çəni,
Üfüqsüz sanaram ana Vətəni.
Bir ovuc torpağı kor etsə məni,
Demərəm, günahım yenə Göyçədir.

Həm gənclik qürurum, həm tale püşküm,
Ürəyi bədəndən ayırmaz heç kim.
Sivri daşlarında qalan ilk eşqim,
O ülvi siyahım yenə Göyçədir.

Nə müddətdi aranlıyam, dağlıyam,
Buz donduran nəfəsinə bağlıyam.
Mən onun övladı, onun oğluyam,
Axır səcdəgahım yenə Göyçədir.

Qürbət eldə bənzər olsam bir dağa,
Alqayıtam, istəmərəm, yox, qağa.
Bir ovuc torpağa, bir büküm ağa,
Ümidim, pənahım yenə Göyçədir.

        XXX


 Bir də o günlərim qayıda geri,

Bir də o günlərim qayıda geri,
Düzülə sürfəmə, ağ lavaş gələ.
Kalapır suyuna sarımsaq döyəm,
Kabab arxacınca, yağlı aş gələ.

Satlığa qoyublar əqli, məsləki,
Vicdan sükutdadır, susub hələ ki!
Doğma yuvasına kim istərdi ki,
Qonaq ürəyində min təlaş gələ?

Varlılar çobandır, kasıblar qoyun,
Mələyən deyilik, soydurun, soyun.
"Azadlıq" deyilən min cürə oyun-
Demədik, bu həyat ayaq-baş gələ.

Qanunlar dəyişdi, nökər oldu şah,
Mindir məmləkətdə, miliyondur günah.
İcazə vermədin, qoymadın, Allah,
Xanım süfrəsinə qaravaş gələ.

Nə vaxtdan yaranıb, görün bu əda:
Sərkədəsiz qoşun tez gedər bada!
İdrak davasında neyləyər gəda,
Kim görüb ocaqdan quru yaş gələ?

İran sərhədinə keçdi varımız,
Bir az qeyrətimiz, bir az arımız.
Mis-qalay daşıyır arvadlarımız
Əri yol gözləyir, arvad kaş gələ.

Diplomat, jurnalist getmir xaricə,
İnsan ləyaqəti alınmır vecə.
Hay--küylü otellər, qaranlıq gecə,
Qorxuram, qayıda döl faraş gələ!

Səngərdə yaralı, girov qalan var,
Qızılla, gümüşlə cibi dolan var,
Əsgər meyidindən rüşvət alan var,
Qorxun ki, göylərdən yağa, daş gələ!

Vətənim yaralı, elim mükəddər,
Bəxtim səksəkəli, dövranım hədər.
Alqayıdam, inanmazdım bu qədər,
Axa gözlərimdən qanlı yaş gələ .
                                        1992-ci il,

 


Etiket:
Xəbərlər

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025
Bütün xəbərlər