Sıfırı dünyaya tanıdan alim: XARƏZMİ

14:55 / 08.01.2020
Baxılıb: 4272

VIII-XVI əsrlərdə yaşamış İslam alimlərinin əsərləri latın dilinə tərcümə olunandan sonra Avropada müraciət edilən qaynaq əsərlər olmuşdur. Avropalı alimlər bu əsərlərdən faydalanaraq dünya elminə yeni töhfələr vermişlər. Bunun nəticəsində Avropada “intibah dövrü” yaşanmış, elm və texnologiya sürətli inkişaf yoluna çıxmışdır. Avropanın bu uğurunun təməlində yatan əsas faktor VIII-XVI əsrlərdə İslam dünyasında yetişmiş alimlərin, onların ortaya qoyduğu əsərlərin və fəaliyyət göstərən elm müəssisələrinin əldə etdikləri nailiyyətlərin bir miras kimi Avropaya yetişməsi oldu. Belə alimlərdən biri də Xarəzmidir.

Xarəzmi miladi 780-cı ildə (hicri 164) Özbəkistanın Xivə bölgəsindəki Xarəzm şəhərində dünyaya gəlmiş, 850-ci ildə (hicri 236) 70 yaşında Bağdadda vəfat etmişdir. Xarəzmi Türk şəhəri olan Xarəzmdən elm öyrənmək üçün ayrılmış və dövrün elm mərkəzi olan Bağdada gəlmişdir. Burada İslam alimlərindən dərs almış, dövrünün tanınmış ziyalısı kimi yetişmişdir. Həyatının ilk dövrünə dair mənbələrdə çox bilgi olmasa da, məlum olan bir gerçək var ki, gənçlik dövrünü Bağdadda elm öyrənməklə keçirmişdir. Abbasi dövləti tərəfindən onun çalışmaları dəstəklənmiş və o, dövrün ən yaxşı alimlərinin cəmləndiyi Beytul-Hikmədə öz yerini tutmuşdur. Eyni zamanda o, Bağdadda saray kitabxanasında idarəçi olmuşdur.
Latın mənbələrində onun adına Alkarismi, Algoritmi, Algorismi və ya Algorism kimi rast gəlinir. Əsl adı Əbu Cəfər Muhamməd ibn Musa əl-Xarəzmidir. Xarəzmi Bağdatda yaşamış və Abbasi xəlifəsi Məmunun dövründə (813-833) tərcümə və yüksək səviyyəli elmi araşdırmaların aparıldığı “Beytul-Hikmə”nin rəhbəri olub. Xarəzminin günümüzə gəlib çatan əsərləri məhz bu dövrdə qələmə alınmış və xəlifə Məmuna təqdim edilmişdir.
Abbasilər dövründə yaşayan Xarəzmi, cəbr və alqoritmi (hər hansı məsələnin həlli üçün qəti müəyyən olunmuş qaydalar üzrə ardıcıl tətbiq edilən əməliyyatlar sistemi) kəşf edən, sıfır rəqəmini ilk dəfə açıqlayan, insanlıq tarixinin ən önəmli riyaziyyatçılarından biridir. Xarəzminin demək olar ki, bütün əsərləri latın dilinə tərcümə edilmiş və qərb ölkələrində əsrlər boyunca istifadə edilmişdir. Bu böyük düha sadəcə riyaziyyatla maraqlanmamış, astronomiya və coğrafiya sahələrində ortaya qoyduğu prinsiplər bu gün də öz qüvvəsini saxlamaqdadır.
Xarəzmi dövrün Abbasi xəlifəsi Məmundan (813-833) elmi çalışmaları üçün böyük yardım və dəstək almışdır. Bu böyük alim ona şöhrət gətirən elmi çalışmalarını Bağdadda xəlifənin himayəsi altında fəaliyyət göstərən elm mərkəzlərində qələmə almışdır. Onu da vurğulayaq ki, Xarəzmi o vaxta qədərki qədim mədəniyyətlərin riyaziyyat, asrtonomiya və.s sahələrə aid kitablarını tədqiq etmişdir.
1983-cü ildə keçmiş SSSR-də Xarəzminin anadan olmasının 1200 illik yubileyi münasibətilə görə poçt markası buraxılmışdır. Qeyd edək ki, məlum olduğu üzrə Xarəzminin dünyaya gəldiyi Xarəzm bölgəsi keçmiş SSSR-nin ərazisində idi.

Xarəzminin yaşadığı dövrü elm tarixi baxımından araşdıranda bir sıra maraqlı məqamlarla qarşılaşırıq. Belə ki, dünyada bu günə qədər müxtəlif mədəniyyətlərdə meydana gəlmiş beş intibah (rönessans) mərhələsi vardır. Bunlar biri, bəlkə də ən önəmlisi İslam aləmində, xüsusilə Bağdadda başlayan rönessans hərəkatıdır. Bu da xəlifə Məmun və Xarəzminin yaşadığı dövrə təsadüf edir. Bağdaddakı bu İslam rönessansında ən mühüm rollardan birinin Xarəzmiyə aid olduğunu tərəddüdsüz söyləmək olar.
Xarəzminin riyaziyyatdakı ən böyük xidmətlərindən biri, əsərlərində həm “sıfır”ı həm də digər rəqəmləri işlətmiş olmasıdır. Avropalıların “Ərəb rəqəmləri” dediyi bu rəqəmlərə müsəlmanlar “Hind rəqəmləri” adını vermişdilər.
İslam coğrafiyasının genişlənməsi ilə əlaqədar müsəlmanlar Ellinizm, İran, Hind və digər mədəniyyətlərlə tanış olmuş, nəticədə isə müsəlman alim və idarəçilərində bu mədəniyyətlərə qarşı geniş bir maraq oyanmışdı. Həmçinin bu fərqli mədəniyyətlər arasında bir sıra mübahisəli məsələlər də ortaya çıxırdı. Müsəlmanlar öz inanc və düşüncələrini tutarlı bir şəkildə müdafiə etmək, İslamın üstünlüyünü göstərmək üçün bu mədəniyyətləri dərindən öyrənməli idilər. Eyni zamanda torpaqların fəthi əsl fəth deyildi. Bundan daha mühüm məsələ qəlblərin və zehinlərin fəthi olacaqdı. Bu kimi səbəblərə görə qədim dünyanın bilinən elmi və fəlsəfi əsərlərinin Ərəb dilinə tərcüməsi qaçılmaz idi.
Xəlifə Məmunun Bağdadda qurduğu və təkmilləşdirdiyi Beytul-Hikmə bir tərcümə və araşdırma mərkəzi olmaqla yanaşı, eyni zamanda bir rəsədxana və kiabxana funksiyasını da icra edirdi. Bu dövrdə fəlsəfə, həndəsə, musiqi və tibb sahələrində yazılan əsərləri əldə etmək üçün ogünkü Bizans dövlətinin mərkəzi olan Konstantinapola (İstanbul) elmi heyətlər göndərilmiş və gətirilən kitablar ərəb dilinə tərcümə edilmişdir. Aralarında Sabit ibn Kurrə, Ət-Təbəri, Al-Usturlabi, Farabi, Fərqani, Harani, Xarəzmi kimi dövrün böyük alimləri bir tərəfdən tərcümə fəaliyyətləri, digər tərəfdən isə müəllifi olduğu əsərlərlə dünya elminə öz töhfələrini vermişlər.

Bağdad şəhərinin əsasını qoymuş Abbasi xəlifələri yunan əlyazmalarının tərcüməsi sahəsində görülən işlərə himayədarlıq edirdilər. Bunun nəticəsində cəmi bir neçə onillik ərzində Qalen, Aristotel, Evklid, Ptolomey, Arximed, Apolloniy və digərləri daxil olmaqla antik mütəfəkkirlərin əsas elmi əsərləri ərəb dilinə tərcümə olunmuşdur. Bu tərcümə işi həm müsəlman, həm də xristian və atəşpərəst alimlər tərəfindən həyata keçirilirdi.

Təhsilli-təhsilsiz hər kəsin həyatına daxil olmuş sıfır sayı maraqlı bir tarixə sahibdir. Bu gün saylar sistemindəki yerini almış olan sıfır, bu yerini “qoruyub saxlamaq” üçün bir sıra proseslərdən keşməli olmuşdur. Sıfır digər rəqəmlərdən çox sonralar kəşf olunmuşdur. Əslində romalılar sıfırla heç vaxt tanış olmayıblar. Babillilər də heç vaxt bu rəqəmdən istifadə etməyəblər. Tək başına heç bir şey ifadə etməyən, ancaq digər rəqəmlərə böyüklük qazandıran bu qəribə rəqəmin potensialını ilk dəfə hindlilər kəşf ediblər.
Miladi 632-ci ildə hindli alim Brahmaguptanın astronomiya ilə bağlı “Siddhanta” adlı əsərində ilk dəfə sıfır rəqəmi ilə hesablama əməliyyatı göstərilmişdir. Beləcə sıfırın bu gün istifadə edilən şəkildə varlığı ilk dəfə Hindistanda ortaya çıxmışdır.
Bir mənada sıfıra “həyat” və şəkil verən Xarəzminin hind rəqəmlərindən bəhs edən və günümüzə sadəcə latın dilindəki tərcüməsi gəlib çatan kitabında belə deyilir: “Səkkizi digər səkkizdən çıxanda geriyə heç nə qalmır. Yerin boş qalmaması üçün bir dairəcik qoy!” Xarəzminin haqqında danışdığımız “Kitab əl-muxtəsər fil-hisab” adlı bu əsəri bir çox cəhətdən  riyaziyyat tarixində mühüm rola sahibdir. Bunlardan birincisi avropalıların toplama və çıxmaya aid nümunələrə ilk dəfə bu əsərdə rast gəlmələridir. İkincisi isə avropalılar rəqəmlərin təkliklər sinfindən başlayaraq sağdan sola yazıldığını da ilk dəfə bu əsərdən öyrənmişlər.
Bu gün həyatımızda sıfır olmasaydı, nə edərdik? Fiziki, kimya, mühəndislik, tibb və s. kimi birbaşa və dolayısı ilə riyaziyyatdan istifadə edən humanitar və ictimai elmlərin inkişafı sıfırsız necə olardı? Elmin bütün sahələrində doğru və düzgün təriflər verib doğru nəticələr əldə etmək sıfırsız mümkün olardımı?
Xarəzminin 830-cu ildə qələmə aldığı bu əsərinin ilk əlyazma nüsxələrindən biri kolleksiyaçı bir şəxs tərəfindən qorunaraq, sonradan Vyana Saray Kitabxanasına verilərək günümüzə yetişməsəydi və eləcə də digər bir nüsxəsi Almaniyanın Heilderberg Saləm Manastırında tapılmasaydı, bizlər bu gün Xarəzminin çalışmaları haqqında hər hansı bilgi sahibi olmazdıq. Haqqında danışdığımız ikinci tərcümə işində mətnin sürətini köçürən xəttat sıfır rəqəmi ilə bağlı Xarəzminin bu sözlərini nəql edir: “Bütün rəqəmlər birdən, bir isə sıfırdan çıxmışdır. Sıfırda böyük bir məbədin gizli olduğunu bilmək lazımdır. O (Allah) nə başlanğıcı, nə də sonu olan sıfır ilə simvolizə edilir. O (Allah) sıfır kimi nə çoxalır, nə də azalır. Ona axan nə də Ondan qopan bir çay vardır. Sıfır bütün sayları on qat çoxaltdığı kimi, O (Allah) da on qat deyil, minlərcə qat çoxaldır. Hətta, daha doğrusu, O hər şeyi heçlikdən yaradır, himayə edər və istiqamət verər”. Qeyd edək ki, sıfırın varlığını ilk dəfə hindlilər hiss etmiş və rəqəmləri yazarkən sıfır yerinə boşluq buraxmışlar, çünki onlarda sıfırın şəkli yox idi. Bu vəziyyət praktiki olaraq o qədər də əlverişli deyildi. Tarixdə bu rəqəmə simvol verən, şəxsiyyət vəsiqəsi qazandıran və əsərində; “9 rəqəm və bu yeni simvol ilə bütün əməliyyatları etmək mümküddür” deyən, daha doğrusu, onu kəşf edən alim Xarəzmidir. Sıfırı digər rəqəmlərə əlavə edərək onluq sistemi tamamlayan də yenə Xarəzmidir. Beləcə hindlilərin “sunya” dediyi sıfır, İslam elm dünyasında içi boş mənasına gələn “əs-sıfır” ilə həqiqi kimliyinə qovuşmuş və Avropa səyahətinə başlamışdır.

Xarəzminin ilk dəfə təqdim etdiyi həm cəbr əməliyyatları, teorem və sübutları, həm də ondan əvvəl bu sahədə bilinən məsələləri əsərlərində bir araya gətirməsi Avropanın riyaziyyata açılan qapısı olmuşdur. Hətta bəzi avropalı tarixçilər qeyd edirlər ki, “Avropada rönessansın öncülləri, iddia edildiyi kimi, Yunan mədəniyyəti deyil, Xarəzmi və onun ardıcıllarının vasitəsilə (Ömər Xəyyam, Əbul-Vəfa, Qiyasəddin Cəmşid kimi) şərqdən öyrənilən və tətbiq edilən elmi nailiyyətlər olmuşdur”.
Səkkiz əsr əvvəl “sıfır” Hindistandan İslam ölkələrinə, müsəlmanların əliylə də Avropaya ayaq açdı. O gün avropalılar Roma rəqəmlərindən istifadə edirdilər. Əslində roma rəqəmləri ilə nə riyaziyyat, nə də həndəsə ilə məşğul olmaq mümkün idi. Məhz müsəlmanlar Avropanı “sıfır”la tanış elədilər və sıfır rəqəmlər sisteminə daxil olan kimi digər kimi sanki digər rəqəmlərə yeni həyat gəldi. Ümumi olaraq Avropa alimləri müsəlmanlardan aldıqları elmi miras barədə nankor davransalar da, “sıfır” məsələsində və riyaziyyat elmindəki yeni prinsiplər qarşısında müsəlmanların zəhmətini təqdirlə qarşılamışlar. Sıfır olmasaydı, heç bir ciddi məsələ həll olunmaz və fəzanı fəth etmək mümkün olmazdı. Bəxş edilən sadəcə bir sıfır idi, ancaq bunun nəticəsi çox böyük və çox mühüm idi.
Riyaziyyatın elmlər içində oynadığı rola və daşıdığı qiymətə baxanda Xarəzminin bu sahədəki çalışmalarının və nailiyyətlərinin nə qədər əhəmiyyətli olduğu başa düşülür. Riyaziyyat elmi Cənab Allahın müxtəlif hikmət və intizam içərisində yaratdığı kainatdakı qanun və həssas müvazinəti anlayıb başa düşməyə yardımcı olur. Belə bir elmin bir müsəlman elm adamı tərəfindən sağlam əsaslar üzərində inkişaf etdirilməsi, böyük bir iftixar və elmi çalışmalar üçün güclü bir təşviq qaynağı ola bilər.
Bugünkü dünyada riyaziyyat elmi olmasa, demək olar ki, insanın əli-qolu bağlanar, heç bir iş görə bilməz. Elə indicə siz bu yazını oxuyanda önünüzdəki komputerin içində milyonlarca riyazi əməliyyat böyük bir sürətlə icra edilməkdə və nəticələri sizə görüntü və səs olaraq verilməkdədir. Yolda gəzərkən gördüyünüz binaların, maşın və yolların hamısı riyaziyyat və mühəndisliyin köməyi ilə ərsəyə gəlmişdir. Demək olar ki, gündəlik həyatımızın hər mərhələsində biz riyaziyyatla iç-içə yaşayırıq.
1-dən 9-a qədər olan say sisteminin və sıfır sayının Avropada işlədilməsi Xarəzminin əsərinin Avropa dillərinə tərcümə edilməsindən sonra başlamışdır. Bu tarixə qədər Avropada Roma rəqəmləri adlanan say sistemi istifadə edilirdi. Ancaq bu say sistemi ilə riyaziyyat elminin inkişaf etməsi çox çətin idi. Bu çətinliyin haradan qaynaqlandığını daha yaxşı başa düşmək üçün Roma rəqəmlərinə nəzər salmaq yerinə düşər...
Roma rəqəmləri bunlardır: I (1), II (2), III (3), IV (4), V (5), VI (6), VII (7), VIII (8), IX (9), X (10), XX (20), XXX (30), XL (40), L (50), LX (60), LXX (70), LXXX (80), C (100), D (500), M (1000). İndi isə aradakı fərqi görmək üçün gəlin 1888 sayını Roma rəqəmləri ilə yazaq... Bu zaman ortaya belə bir şey çıxacaq: MDCCCLXXXVIII. Bu sistemə görə vurma əməliyyatı etməyə çalışsaq, görəsən işin içindən çıxa bilərikmi?
Mövzuya davam edəcəyik...(Yeniavaz.com)

Nazim Musatafayev


Etiket:
Xəbərlər

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024
Bütün xəbərlər