Azərbaycan şeirinin imperatoru

19:42 / 20.01.2020
Baxılıb: 3690

Azərbaycanda onun kimi ümumxalq məhəbbəti qazanmış az-az şairlər var. Bu gün yaşayan şairlər arasında Zəlimxan Yaqub qədər xalqın tanıdığı və şeirlərini əzbər bildiyi şair təsəvvür etmirəm. 

Zəlimxan Yaqubun yubley yaşı onu yaxından tanıyanlara, o cümlədən mənə də bu qəribə gəldi. Çünki Zəlimxan Yaqub o qədər səmimi bir insandır ki, onunla ünsiyyətdə olan hər bir insan onu özünün yaşıdı hesab edir. Bəlkə də bu, şair taleyidir. Tanrıdan kəramət alan şair həmişə gəncdir, hamının yaşıdıdır. Zəlimxan Yaqub da belələrindəndir. O, ədəbiyyata milli köklərdən gəldi, bu kökləri budaqlandırıb yaşadanlardan biri oldu. Bizim çox dərindən gələn bir ədəbiyyatımız var. Bu xalqın taleyi elə gətirib ki, yüz illər boyu burada iki ədəbiyyat qoşa addımlayıb – biri xalqın bağrından gələn və onun dilində yaranan ədəbiyyat, biri də qıraqdan gələn və saraylar tərəfindən dəstəklənən ədəbiyyat. Bizim dahi adlandırdığımızın çoxu sarayın dəstəklədiyi ədəbiyyatın nümayəndələridir. Amma onların istifadə etdiyi dil bu xalq tərəfindən qəbul olunmadı, nə Azərbaycanda, nə də başqa türk ölkələrində. Çünki tarix saraylarda yaransa da, onu yaşadan ac daxmalardır. Çox nəhənglər gəldi keçdi, amma bu xalq Əhməd Yəsəvi və Vəli Bektaşın, Yunus İmrənin, Qaracoğlanın, Xətainin, Qurbaninin, Dadaloğlunun, Vaqifin, Vidadinin dilində danışdı və yazıb-yaratdı. Dünya adlı düzəndə türklərin qurduğu çox səltənətlər bərqərar oldu, neçə dinlər gəlib keçdi, neçə mədəniyyətlə uğraşdıq, yüz illər boyu dil işğalına məruz qaldıq, amma türk dili yaşadı. Çünki onu yaşadan qırılmaz bir şəcərə var, bu şəcərə min illər boyu bu dili yaşada-yaşada bu günə gətirib çıxarıb. Bu şəcərəyə xalq arasında ozanlar deyiblər. Saray intellektualları, aparıcı mədəniyyətlərin dilində danışanlar və yazanlar onlara yuxarıdan aşağı baxıblar, türk dilini qara camaatın dili hesab ediblər və yekunda onlar tarixin yaddaş arxivinə, türkün dilində yazanlar isə xalqın yaddaşına köçdülər. Biz bu gün dünya səhnəsində varıqsa, bu dili, bu mədəniyyəti yaşadanlara borcluyuq. Onlar qırılmaz bir şəcərədir, əsrlər boyu yol gəlir. Zəlimxan Yaqub da onlardan biridir. O, bu xalqın içindən doğulan bir şairdir. Borçalıda, Böyük Çöl ərazisində doğulub. Qədimdə bu əraziyə Qara Yazı deyirdilər. Çöl, türk etnosunun ruhunu yaşadan təbii bir arxivdir. Və türk ruhunun nəğməkarları həmişə bu arxivlə bağlı olublar. Bizim bu gün də, keçmişdə də guya ki, intellektual hesab olunan ədiblərimiz mövcud olub. Onlar çox kitablar oxuyub, çox şeylər yazıblar, amma xalq intuitiv olaraq onları qəbul etməyib. Çünki onların təlqin etmək istədiyi əcnəbi ruh bu xalqa yabançıdır. Əsrlər boyu hələ ki, heç kim nə qılıncla, nə qələmlə türk xalqının ruhunu fəth edə bilməyib. Bu ruhun öz fatehləri var... Zəlimxan Yaqub bu ruhun fatehlərindəndir. Çünki onun şeiri xalqın ruhunun dilində danışır...

Şəhər dünyasıdı, gündə meydana

ağıllısı çıxır, dəlisi çıxır.

Hərənin bir cürə nəfəskəsəni,

Hərənin bir cürə zəlisi çıxır.

Hamı bu şəhərə dipdiri gəlir,

Hamının şəhərdən ölüsü çıxır.

Zəlimxan Yaqubla Türkiyəyə, Elazığ vilayətində “Xəzər şeir bayramı”na getmişdik. Mən orada onun oxuduğu şeirlərə xalqın reaksiyasını gördüm, bu münasibət şeirə xalq sevgisinin münasibəti idi. Söhbət minlərlə adamın göstərdiyi münasibətdən gedir, indiki dövrdə çox az adam şeirlə kütlənin qəlbini fəth etməklə qürrələnə bilər. Amma Zəlimxan Yaqub bunu bacarır. Allah ona şair təbi də verib, fenomenal yaddaş da, natiqlik qabiliyyəti də. Çünki, onun missiyası var, o, türkün ruhunu, türkün dilini yaşadanlardandır. Türkyədəki tədbirlərdən birində görkəmli şairimiz Çingiz Əlioğlu onu “Azərbaycan şeirinin imperatoru” kimi təqdim etdi. Bunu sıradan bir adam yox, çağdaş Azərbaycan şeirinin böyük nümayəndələrindən biri dedi. İndiki zamanda belə hərəkətlərlə çox az rastlaşmaq olur. Şəxsi personaları içində çabalayan əksər “böyük” ədiblərimiz onlardan sonra ədəbiyyatın öldüyünü bəyan edirlər. İçi böyük olmayan heç vaxt böyük şeylər yaza bilməz. Və başqasını da etiraf etmək üçün gərək özün böyük olasan. Çingiz Əlioğlu Zəlimxan Yaqubu təqdim edəndə Türkiyə auditoriyasına göstərdi ki, Azərbaycanda böyük ədəbiyyat da var, böyük kişilər də. Zəlimxan Yaqub da bu böyük ədəbiyyatı yaradan böyük kişilərdən biridir. Azərbaycanda onun kimi ümumxalq məhəbbəti qazanmış az-az şairlər var. Bu gün yaşayan şairlər arasında Zəlimxan Yaqub qədər xalqın tanıdığı və şeirlərini əzbər bildiyi şair təsəvvür etmirəm. 2002-ci ildə, mənim təşkil etdiyim bir tədbirdə, daha doğrusu, aşıq Hüseyn Bozalqanlının şərəfinə keçirilən “Ozan şöləni”ndə Tovuzdan gələn bir müəllimə Zəlimxan Yaqubun Hüseyn Bozalqanlı haqqında poemasını əzbərdən dedi. O, Zəlimxan Yaqubla tanış deyildi və tədbirə də təsadüfən gəlmişdi. Sadəcə o, bu poemanı əzbərdən bilirdi və bununla bu gün çox az şair qürrələnə bilər. Azərbaycanın istənilən yerində, istənilən tədbirdə belə bir hadisə baş verə bilər. Zəlimxan şeirini bilənlər minlərlədir. Bizim xalq belədir, özününkü bildiyini sevir, sevdiyini yaşadır. Sevgini isə gərək qazanasan. Özünü sevdirmək üçün öncə gərək özün başqasını sevməyi bacarasan. Sevməyi bacarmaq üçünsə, gərək o sevgi sənin içində olsun. İçi böyük şevgi ilə dolu olanlardır böyük əsərlər yaradanlar. Zəlimxan Yaqubun içində çağlayan enerjini hiss eləmək üçün onun şeirlərini oxumaq kifayətdir. Onun əsərlərinin miqyasının genişliyi, panoramlılığı, şəxsiyyət və istedadın bir-birini tamamlamasından irəli gəlir. Səxavət və ürəyigenişlik böyük kişilərə xas xüsusiyyətdir. İndi Səməd Vurğun xüsusiyyətlərinə malik ədiblərimiz azdır. İstedadlı adamlara arxa durmaq dəbdən düşüb. Yaşlı nəsildən olan əksər ədiblərimiz gənc nəslin yüksəlişində mənsub olduqları Sovet ədəbiyyatının ölümünü görürlər. Mən yazılarımın birində bunu “prokrust siyasəti” adlandırmışam. Bu siyasətin məğzi ondan ibarətdir ki, boyu onların boyundan hündür ola biləcək hər bir ədibin başı kəsilməlidir. Ən yaxşı halda onlar ədəbiyyat adlı xanımın qısırlaşdığını və Azərbaycanda istedadların daha doğulmadığını bəyan edirlər. Sovet quruluşu öldüsə, demək ədəbiyyat da öldü.... Əlbəttə, bu cılız adamların münasibətidi. Öz böyüklüyünü hiss edən sənətkar qısqanc ola bilməz. Zəlimxan Yaqub kimi. O, Səməd Vurğun səxavəti ilə bacardığı qədər yeni nəslə arxa durmağa çalışır, onlar barədə mətbuatda söz deyir. Çünki o, çox qədimdən gələn bir şəcərənin həlqəsidir və milli ruhun daşıyıcısı olaraq yaxşı bilir ki, bu şəcərə zənciri heç vaxt qiyamət gününəcən qırılmayacaq. Bizim böyük filosofumuz professor Səlahəddin Xəlilov Azərbaycan torpağının istedadlarla zəngin olduğunu, lakin onları əhatə edən mühitin istedadlarının parlamasına imkan vermədiyini deyir. Təəssüf ki, bu yaşadığımız zamanın reallığıdır. Amma Zəlimxan Yaqub bu reallığın içində parlaya bildi. Çünki ona mane ola biləcək mühit inandığı həqiqətlərlə müqayisədə çox zəifdi. İçində Tanrı eşqi yaşadan adam Tanrı hökmündədir, Tanrı verən hökmü isə bəşər hökmü pozammaz. Zəlimxan Yaqub 

ozanlar məclisindən qırxlar məclisinə doğru gedən bir yol gəldi, bu yolda şəriət də var, təriqət də, həqiqər də, mərifət də. Və bu yolun sahibi ona böyük ilham verdi. O, bir gənclik təravəti ilə “Peyğəmbər”, “Yunus İmrə” kimi dastanlar yazdı. Bu il bizim “Ulu Çinar” jurnalında dərc olunan “Sürgün” poeması isə ədəbi ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirildi. Hətta Anar kimi ağsaqqal və böyük yazıçımız yeni il gecəsində istirahətini bu dastan haqqında məqalə yazmağa qurban verdi. Böyük şairin yazdığı böyük əsərin cazibəsindən çıxmaq çətindir. Son illərdə yazdığı digər poemaları kimi, sürgün dastanı da türk epos təfəkküründən qaynaqlanır, hətta o formaca da xalq dastanlarına yaxındır, həm nəsrlə, həm də nəzmlə yazılıb. Şairin 60 yaş ərəfəsində yazdığı bu əsər də göstərdi ki, ilahidən gələn ilham odu heç zaman sönmür. ...

Allah sənə ömür versin, Azərbaycanın Zəlimxanı, türklüyün Zəlimxanı və şeirimizin xaqanı! Yaz, yarat və yaratmaq üçün yaşa!

Elxan ZAL QARAXANLI

 

 


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər