MİSKİN ABDALIN KƏRAMƏTLƏRİ (MÖCÜZƏLƏRİ)

14:15 / 23.01.2020
Baxılıb: 5324

Miskin Abdal haqqında qısa məlumat:

MİSKİN ABDAL (Seyyid Hüseyn Məhəmməd oğlu) 1430-cu ildə Göyçə mahalının (Basarkeçər rayonunun) Zərgərli (Sarıyaqub) kəndində doğulmuş, 1535-ci ildə həmin kənddə vəfat etmişdir.

"Miskin" ve "Abdal" təxəllüsləri onun Sufizmdə qazandığı ən yüksək pillə, mərhələ və məqamları simvolizə edir, bu adlar ona Sufizmin ŞƏRİƏT, TƏRİQƏT, MƏRİFƏT mərhələlərini keçərək, sonuncu, ən yüksək "HƏQİQƏT" mərhələsinə, XIZIR məqamına qovuşduğu üçün "QIRXLAR - ABDALLAR PİRİ" tərəfindən Təsəvvüf ordenleri kimi verilmişdir. Miskin Abdala Allah tərəfindən metafizik güc, qüdrət, möcüzələr göstərmək qabiliyyəti - kəramətlər, fəzilət və hikmət verilmiş, sağlığında ikən Pir kimi ziyarət edilmiş, "Miskin Ocağı" kimi şöhrətlənmişdir. 1501-ci ildən Səfəvilər dövlətində müxtəlif yüksək vəzifələrdə xidmət etmiş, 1515-ci ildə ŞAH İSMAYIL XƏTAİNİN xüsusi Fərmanı ilə təltif edilmişdir.

Səfəvilər tarixinə həsr olunmuş ilk tarixi roman olan, Azərbaycanın xalq yazıçısı ƏZİZƏ xanım CƏFƏRZADƏNİN "BAKI 1501" əsərində (1981) Miskin Abdal sufi şair və ozan-aşıq kimi hörmətlə yad edilmiş və Şah İsmayılın Miskin Abdala olan xüsusi ehtiramı və rəğbəti, Səfəvilər sarayında MƏHƏMMƏD FÜZULİ ilə MİSKİN ABDALIN şərəfinə ayrıca şeir məclisinin keçirilməsi, Şah İsmayılın Miskin Abdalın adına, onun böyük kəramət sahibi olmasını təsdiq edən, habelə doğulduğu Zərgərli (Sarıyaqub) kəndinin nəsilbənəsil ona hədiyyə edilməsini nəzərdə tutan Fərman verməsi təsvir edilmişdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Nurəddin Ədiloğlunun Səfəvilər tarixinə həsr olunmuş "Taxt və tabut" tarixi romanında (2019) MİSKİN ABDAL ŞAH İSMAYIL XƏTAİNİN VƏZİRİ vəzifəsində əsərə daxil edilmişdir.

MİSKİN ABDAL Səfəvilərin böyük ideoloqu və görkəmli dövlət xadimi, diplomat, sərkərdə, Şah İsmayıl Xətainin sufi mürşidi, şeyx, təsəvvüf Piri, övliya, "Ricalül-Qeyb" - "Qeyb Ərəni", sufi şair, ozandan aşığa - aşiqə (Haqq aşiqinə - Haqq aşığına), qopuzdan saza keçidin banisi, "Baş Divani", "Osmanlı Divanisi", "Dərvişi", "Paşa köçdü", "Göyçə gözəlləməsi" və digər çoxsaylı saz havalarının (sufi musiqi bəstələrinin) müəllifi, böyük din və elm xadimi kimi adını tarixə qızıl hərflərlə yazdırmışdır.

Miskin Abdal ilk dəfə Təbrizli Sövdəgər Mahmudun ("Miskin Abdal və Şah İsmayıl" dastanında o, "İlan" Mahmud adlanır) qızı SƏNUBƏRLƏ evlənmiş, bir neçə ay sonra Sənubər vəfat etmişdir. Miskin Abdal yalnız 50 yaşından sonra ikinci dəfə İrəvanlı Tacir Ziyadın qızı HƏLİMƏ ilə evlənmişdir. Həlimə ilə evlilikdən Miskin Abdalın 4 övladı - ŞADMAN, ƏLİ, HƏSƏN adlı oğulları, MƏLEYKƏ adlı qızı olmuşdur. ƏLİ və HƏSƏN Dağıstan dağlarında həlak olmuş, MİSKİN ABDALIN şəcərəsini oğlu ŞADMAN və qızı MƏLEYKƏNİN nəsilləri davam etdirmişlər.

Miskin Abdalın kəramətləri:

Miskin Abdalın kəramətləri çox olmuşdur. Bu yazıda biz onun ən çox yayılmış kəramətlərindən bir neçəsi barədə söhbət açacağıq.

Bu tarixi əhvalat MİSKİN ABDAL və OĞLU ŞADMANLA bağlı bu günümüzədək gəlib çatmış, xalq arasında ən çox yayılmış mötəbər rəvayətdir və ilk dəfə "Ədəbiyyat və incəsənət" qəzetinin 30.11.1974-cü il tarixli sayında şair Məmməd Aslanın "Miskinlərin ən məğruru" adlı məqaləsində verilmişdir.

Həmin əhvalat "Miskin Abdal və Şah İsmayıl" dastanının da bir parçası olub, Miskin Abdal ilə bağlı sonrakı rəsmi nəşrlərdə də (kitablarda) yer almışdır.

Rəvayət belədir: Miskin Abdalın Göyçə mahalında Zərgərli (Sarıyaqub) kəndindəki evinin həyətinə qeybdən maral sürüsü gəlmişdir. Bir dəfə Miskin Abdalın oğlu ŞADMAN atasının Sarıyer yaylağındakı ilxısına, mal-qarasına basqın edən "Şahsevən" adlanan tayfadan olan bir neçə qulduru (bəzi mənbələrə görə 10 qulduru) öldürmüşdür.

Həmin gün şər qarışır, həmişə vaxtında sağına gələn marallar bu dəfə nədənsə sağına gəlmir. Handan-hana sürü həyətə gəlir. Abdalın arvadı Həlimə maralları sağıb, südü qazanda həyətdəki ocağın üstünə qoyur. Elə bu vaxt Həlimə alovun işığında qazandakı maral südünün qan kəsdiyini görür. Həlimə həyacanlanaraq tez bu haqda əri Miskin Abdala xəbər verir:

- Evin yıxılmasın, ay Abdal, marallardan qan sağılıb. Süd qan kəsdi.

Miskin Abdal Allahdan əta edilmiş kəramət sahibi, pir, övliya, «Ocaq» sahibi olduğundan, ocaqdakı süd qan kəsdiyindən oğlu ŞADMANIN haradasa qan saldığı, kiminsə qanını axıtdığı, adam öldürdüyü ona əyan olur və deyir:

- Yəqin ki, ŞADMAN adam öldürdü, Ocağıma qan saldı.

Gecənin bir aləmində Şadman evə gəlib çıxır. Həqiqətən də məlum olur ki, o, atasının ilxısına, mal-qarasına qənim kəsilmiş quldurların on nəfərini təkbaşına qılıncdan keçirmişdir.

Şadman, öyünərək, qürurla atasına:

- Ata, arxayın yat, bir nəfər qəlbinə dəymişdisə, əvəzində on adamın qanını axıtmışam, - deyir.

Bu xəbərdən Miskin Abdal bərk qəzəblənir, əlindəki əsası (çəliyi) burum-burum olur. (həmin əsa indi də «Miskin Ocağı»nda saxlanılır). O, əsasını qeyzlə yerə çırpır. Bu vaxt, rəvayətə görə, hətta, zəlzələ baş verir. Miskin Abdal hirslənərək yanar ocaqdan höyüş bir armud ağacının kösövünü - odun götürüb, Şadmana tərəf atır. Lakin Allah Şadmanı, günahı olmadığı üçün, yəni basqın edən quldurları zərərsizləşdirmək niyyəti ilə öldürdüyü üçün, atasının qəzəbindən qoruyur. Hamını heyrətə gətirən və neçə əsrlərdir dillər əzbəri olan bir möcüzə baş verir. Miskin Abdalın Şadmana tərəf atdığı yanmış kösöv - odun Şadmana çatmamış yerə sancılaraq, höyüş olduğundan, kök atıb, bitir və "Yanıq armud» ağacına çevrilir. Həmin ağac hər axşam sanki yanırmış kimi, özündən nur saçmış, yerli əhali tərəfindən müqəddəs yer kimi ziyarət edilmişdir.

Bu hadisədən sonra, sufi şeyxi, övliya Miskin Abdal oğlu Şadman adam öldürdüyü üçün, vəfatından əvvəl müqəddəs "Ocağı"nın – müqəddəs əşya və sənədlərinin əli insan qanına batmış oğlu Şadmanda deyil, saflıq və paklıq mücəssiməsi olan qızı Məleykədə (o da öz əmisi oğlu ilə evlənmişdir) qalmasını vəsiyyət edir. "Ədəbiyyat və incəsənət" qəzetinin 30.11.1974-cü il tarixli sayında şair Məmməd Aslanın "Miskinlərin ən məğruru" adlı məqaləsində və "Miskin Abdal və Şah İsmayıl" dastanında da "Ocağın" Miskin Abdal tərəfindən qız nəslinə vəsiyyət edilməsi barədə maraqlı məlumatlar verilmişdir.

Ustad sənətkar, Daşkəndli Aşıq Hacı Bayramov "Ocağ"ın Miskin Abdal tərəfindən oğlu Şadmana yox, qızı Məleykəyə verilməsi ilə bağlı ən çox yayılmış aşağıdakı əhvalatı danışmışdır.

Bu əhvalat da Miskin Abdalın oğlu Şadmanın nəslinin tanınmış nümayəndəsi, jurnalist, şair-publisist, folklorşünas tədqiqatçı Tofiq Hüseynzadənin "Səfəvilərin böyük övliyası Miskin Abdal" kitabında (2005) Aşıq Hacı Bayramova istinadən verilmiş, həmçinin, "Miskin Abdal və Şah İsmayıl" dastanının bir parçası kimi bütün rəsmi nəşrlərdə yer almışdır.

Həmin tarixi rəvayət belədir: 1535-ci ildə Miskin Abdal ölüm ayağında olarkən oğlu Şadmanı çağırıb deyir:

– Oğul, günahın olsa da, olmasa da adam öldürüb, qan tökübsən. Buna görə müqəddəs "Ocağ"ımın sənə qalmasını məsləhət bilmirəm. Məndən sonra ”Ocağ”ımı ata payı kimi qızıma - Məleykəyə ver.

Şadman atasının məsləhəti ilə razılaşır. Miskin Abdalın vəfatından sonra oğlu Şadman atasının vəsiyyətinə əməl edir. "Ocağ"ı bacısı Məleykəyə verir. Lakin unutduğundan atasının burum əsası evdə qalır, digər əşya və sənədləri isə verir.

Bu zaman qeybani bir hadisə - möcüzə baş verir. Ər evində olan bacısı Məleykə səhər yuxudan durub, görür ki, ’’Ocaq” yerində yoxdur. Başı alovlu atası evinə - qardaşı Şadmangilə gəlir, əhvalatı ona danışır. Şadman evdə əvvəl "Ocağ"ın saxlanıldığı yerə gedib baxır ki, "Ocaq" əvvəlki yerindədir. Onlar bu işə mat-məəttəl qalırlar. Allaha təvəkkül edirlər. Şadman "Ocağ"ı yenidən bacısına verir. Lakin həmin gecənin səhəri Məleykə yenə də bu hadisə ilə üzləşir. Yenə də ata evinə gedib, "Ocağı" Şadmangildən gətirir.

Bu hal bir neçə dəfə təkrar olunur. Axırda Məleykə ağlayıb, deyir:

- Ay qardaş, axı, mən nə günah iş görmüşəm ki, atamın ”Ocağ”ı bizdə dayanmır?

Qardaşı Şadman ona ürək-dirək verib, ”Ocağ”ı yenə də bacısına qaytarır. Həmin gecə Allahın bu möcüzəsinin sirri açılır. Şadman həmin gecə yatıb, yuxusunda atasını görür. Atası yuxusunda Şadmana deyir:

- Oğul, evdəki burum çəliyimi də ”Ocağ”a qoy. "Ocaq" bir daha geri qayıtmayacaq.

Şadman anlayır ki, atasının burum-burum çəliyi yadından çıxıb, evdə qalıb. Şadman unudub evdə saxladığı atasının burum əsasını - çəliyini də "Ocağ"a qoyub bacısına verir. O vaxtdan "Ocaq" bacısı Məleykəgilin evində qalır, bir daha oradan yox olmur.

Bu hadisədən sonra Zərgərli (Sarıyaqub) kəndində Miskin Abdalın adı ilə iki tayfa: “Şadmanlı” – oğul və ’’Ocaqlı” – qız tayfaları yaranır.

Miskin Abdalın «Ocağ»ın qız nəslində qalmasına dair vəsiyyətinə nəsilbənəsil əməl olunmuş və həmin əşya və sənədlər onun qız nəslinin nümayəndələri tərəfindən qorunub saxlanılmışdır. Hazırda da "Miskin Ocağı" Goranboy rayonunun Qaradağlı kəndində saxlanılır və qədirbilən xalqımız tərəfindən ziyarət edilir.

Həmin əhvalatlar Sarıyaqub və digər kəndlərin, Göyçə və ətraf mahalların əhalisinin uşaqdan-böyüyə hamısının dilinin əzbəri olmuşdur. Qərbi Azərbaycanın indiki Qarakilsə (Quqark) rayonunun Mollaqışlaq, Haydarlı və Hollavar kəndləri, Axta (Razdan) rayonunun Miskin (Axundov) kəndi və Gədəbəy rayonunun Miskinli obasının (bu oba «Miskin» adlanan kəndi və digər 10 kəndi əhatə edir) əhalisi arasında da «Yanıq armud» ağacı və yuxarıda göstərilən digər tarixi rəvayətlər, möcüzələrlə bağlı maraqlı əhvalatlar indi də yaşayır.

"Şadmanlı" nəslinin tanınmış nümayəndəsi TOFİQ HÜSEYNZADƏ həmin tarixi əhvalatları 2005-ci ildə yazdığı "ŞADMAN" poemasında qüdrətlə nəzmə çəkmişdir.

Goyce.az


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər