Şəxsən mən valideyni yanında olmayan bir gənci, valideyni olan bir gəncdən daha çox üstün tuturam. - Orxan Mahmudov

19:00 / 27.01.2020
Baxılıb: 3074

Orxan Mahmudov - İxtisası psixologiyadır. Hazırda karyera psixoloqu olaraq fəaliyyət göstərir və bu istiqamətdə 800-dən çox fərdi konsultasiyalar həyata keçirmişdir. İki ildən çox təlim təcrübəsi (300-dən çox praktiki təlim təcrübəsi) vardır. Təlim auditoriyası on min nəfərdən çoxdur. Ölkəmizdə insan mühəndisliyinin inkişafına çalışır. Bu istiqamətdə xüsusi individual dərslərlə iyrimidən çox gəncin yetişməsinə dəstək olmuşdur. On beşdən çox layihə həyata keçirmişdir. NLP masterdir. Yüzdən çox psixologiya və ümumi insan inkişafına aid kurs və təlimlər almışdır. Eyni zamanda gənc sahibkar olaraq fəaliyyət göstərir. Hazırda At-Geotech şirkətində Təlim və İnkişaf mütəxəssisi olaraq fəaliyyətini davam etdirir.

Orxan, karyera qurmaq üçün mənim atacağım ilk addım necə olmalıdır?

- İki istiqamət var: Biri var karyera, bir də var biznes. Hər ikisinin içində iş var. Bunun üçün mütləq təcrübə olmalıdır  və öyrənməlisiz. Əslində, biz buna həyatla iş həyatının balansılaşdırması deyirik. Adətən bizə uşaqlıqdan belə bir şey öyrədirlər. Bir tip ailələr uşaqlarını belə görür. Ali təhsil alacaq, karyera quracaq. Bir başqa tipdə ailələr var ki, oğlan böyüsün, mütləq ailə qursun, qızsa, böyüyüb mütləq ərə getməlidir. Amma balanslaşdırmağı bacaran adam həm karyerasını, həm də ailə həyatını qurur, həm də dostlarına  zaman ayıra bilir. Əslində, İnsan mühəndisliyinin işi balanslaşdırmanı təmin etməkdir. Bunu balanslaşdıran demək olar yoxdur. Mən hal-hazırda insan mühəndisliyini inkişaf elətdirirəm. Özümü karyera psixoloqu kimi təqdim edirəm. Çünki İnsan mühəndisliyi tam anlaşılmır.

Özünüzü niyə məcbur edirsiz?

- Çünki karyera psixoloqu deyəndə anlaşılır.  Amma insan mühəndisliyi deyəndə anlaşılmır. Karyera psixoloqu sırf karyerayla bağlıdır. İnsan mühəndisliyi isə ümumidir. Bizim cəmiyyətdə məhz insan mühəndisliyinə ehtiyac var ki, inkişaf eləsin. Mən mütəxəssis deyiləm. Çünki mənim yaşım azdır, böyük təcrübəyə ehtiyac var. Amma bu sahədə mütəxəssislər çox olmalıdır ki, həmin o dediyim balanslaşdırma düzgün getsin. Çünki uğur bir harmoniyadır.

Çox forumlar, təlimlər keçirilir. Bunlar nə üçün lazımdır? Gənclərə hansı tərəfdən xeyri var?

-Bunlar gənclər üçün çox yaxşıdır. Amma ümumi olaraq yaxşıdır. Məsələn, biz Avropa,  Dünya təcrübəsinə baxsaq, yəni karyera tərəfinin bizə axın olaraq gəlməsini, onlarda invidual inkişaf  üzərində qurulubdur. Mən bunu iki istiqamətdə götürərdim. Şərq və Qərb cəmiyyəti. Qərb cəmiyyətində inkişaf fərdi model üzərində qurulub. Şərqdə isə ailə modeli üzərində qurulur.

Misal üçün.

- Misal üçün, hansısa bir gənc uğur qazanır, deyirlər, filankəsin oğlu, qızı uğur qazandı. Qərbdə isə uğurunu məhz sənin adınla bağlayırlar. Mənim əsas məqsədim nədir? Mənim individual məqsədim nədir? Lider yetişdirmək. Arxasınca yüzlərcə, minlərcə insanı aparan lider yox, öz istəklərinə, arzusuna, qərarına sahib olan lider yetişdirməyə çalışıram. İndividual dərslərimdə, təlimlərdə gənclərə bunu aşılayıram. Bu o demək deyil bu adam hər şeyi düz edir. Qoy səhv də eləsin. Amma səhvinə də, düzünə də sahib çıxmağı bacarsın. Bir uğur qazananda deyirlər ki, filankəsin oğludur, o mənim dostumdur. Amma uğursuzluğumuz olanda "salam-əleyküm" də eləmək istəmirlər. Biz belə yanaşırıq. Amma həqiqi olan fərd uğurunu da, uğuruzluğunu da sahiblənməyi bacaran insandır. Son trendlərə bu məsələyə bariz nümunədir

Enerjilərini nəyə uyub boş yerə sərf edirlər?

- Kütləyə uyurlar. Amma lider olan kəs öz enerjisini kütləyə yox, ancaq özünə sərf edər. Bizə bütün bunlara baş çıxara biləcək, normal dəyərlərə sahib olacaq bir fərd lazımdır. O fərd yetişdirilməlidir. Bu fərdin şərq ailəsinin içində yetişməsi bir az çətin məsələdir. Bizdə oğlanlar bir az sərbəstdir. Qız uşaqları bir az məcbur qalır. Şəhərə, şəhərətrafına baxsaq, burda vəziyyət düzəlib. Amma ucqarlarda vəziyyət bir az bərbaddır. İnşallah, zamanla ucqar kəndlərdə də vəziyyət düzələr. Forumların, tədbirlərin keçirilməsi normaldır. Deməli, tələbat var. Ümumiyyətlə, təlim düşüncənin inkişafına xidmət edir. Tutaq ki, mənim liderlik haqda məlumata  ehtiyacım var və gəlirəm təlimə. Təlimdə müxtəlif insanlar olur, onların müxtəlif fikirləri olur. Və təlimçinin fikirləri məndə müəyyən bir düşüncə formalaşdırır. İstər karyera inkişafı, istərsə də ümumi inkişafda fərd üçün individual inkişaf etməsi daha effektivli olmalıdır. Çünki  daxili xüsusiyyətləriniz, keçmişiniz, istedadınız, müsbətləriniz, mənfiləriniz, hamısı spesifikdir. Otuz nəfərlik auditoriyada  iki saat ərzində mümkün deyil hamısını inkişaf elətdirək. Sadəcə, hansısa mövzuda bilgili ola bilər.

Hər təlimçinin sözə başlamamışdan əvvəl dinləyicilərlə şərtləri olur. Sizin şərtləriniz nədir?

- Mən təlimlərimdə həmişə ilk şərtimi deyirəm. “Məcbur insanlar gəlməsin, istəyən insanlar gəlsin”. Dediklərim yüz nəfərdən beşinin inkişafına müsbət təsir göstərirsə, bu, mənim uğurum və qazancımdır. Yüz nəfərin yetişdirilməsinə təsir etməkdənsə, bir nəfər yetişdirərəm, yüz nəfərə təsir edər. Mənim fəlsəfəm, məqsədim bundan ibarətdir. Çünki bu daha çox effekt verir.

Görünür tələbat da çoxdur.

- Belə deyək, ortada min aktiv gənc var. Siz onları formalaşdırıb ön sıralara göndərəcəksiniz. Ortada bir sual yaranır. Bəs qalanları?

Həqiqi inkişafa meyilli olan gənc necə olur?

- Həqiqətən inkişaf eləmək istəyən gənc özünü hər yerdə göstərməyi bacarmalıdır. Sosial şəbəkədən tutmuş istənilən yerdə özünü yaxşı mənada aktiv aparmalıdır. Məqsədi sertifikat almaq olmamalıdır.  Mənim təlimimə  gələnlərin sayı on mini keçib. Biz bu qədər gənclərə yararlı olsaq, partlayş eləyərik. Səhv olan odur ki, çoxları düşünür ki, təlimlə inkişaf olur. Təlimlə inkişaf olmur. Mən özüm hal-hazırda böyük şirkətlərin birində Təlim İnkişaf meneceri olaraq çalışıram. Əsl işim, əməkdaşların inkişafı və onların karyera inkişaflarına stimul olacaq perspektivlərini müəyyən etmək. Ehtiyac olan mövzularda təlimlər keçirik

Fərdi inkişaf sahəsində nələrə ehtiyac var?

- İlk növbədə birliyə, daha sonra bu sahə də mütəxəssislərin sayının artamasına. Bizim əsas işimiz həqiqətən inkişaf elətdirməkdən ibarət olmalıdır. Tutaq ki, mənim təlimimə potensiallı bir gənc gəlib və aktivdir. Mənim bir sözümdən təsirlənir, gedib həyatını dəyişməyə qərar verir. Mən deyə bilmərəm ki, o adamı mən dəyişmişəm. Onsuzda adam inkişafa meyillidir, sadəcə, istiqamət vermək lazımdır. Bizim inkişafımız, uğurumuzun miqyası onunla ölçüləcək ki, biz küçədə qalmış bir gənci yetişdirəcəyik. Sözün əsl mənasında inkişafa meyilli olmayan gənci yetişdirəcəyik. Hal-hazırda aktiv olan gənclər var ki, onlar təlimi məndən sonra tanıyıblar. Yenə də deyə bilmərəm onları mən yetişdirmişəm. Bu sahəylə məşğul olan insanlar çox azdır. Səmimi olmaq lazımdırsa, ciddi işlər getmir. Daha doğrusu, sistemli iş getmir. Biz, yəni bütün təlimçilər gücü bir araya qoymalıyıq, bir etalon formalaşmalıdır. Ya da ki, fərd olaraq bizim uğurumuzun miqyası yetişdirdiyimiz gənclərlə olacaq. O gənclərlə olacaq ki, hazır bişmiş gənc yox, təcrübəsiz biri olsun. O bizim qapımızı döyməsin, biz onun qapısını döyək ki, səni həqiqətən inkişaf elətdirmək istəyirik. Yoxsa təcrübəli gənci istiqamətləndirməyə nə var ki? Sən olmasan da bu adam gec-tez uğura doğru addımlarını atacaq.

Orxan, düşünmürsünüz ki, həmkarlarınız sizinlə razılaşmaya bilər? Etirafınız səmimi oldu.

- Mən kimisə qıcıqlandırmaq üçün demədim. Həqiqət nədirsə, odur. Mənim üçün reallıq lazımdır. O ki qaldı karyera inkişafına. Gənclərin karyera inkişafı bizdən asılı olmamalıdır. Burda iki qrup gənc var. Bir qrup gənc öz “daxili mentorlarını inkişaf elətdirməyi bacarırlar. Digər qrup gənclərin isə hər hansı bələdçiyə ehtiyacı var”.

Bizdə gənclərin çoxu liderliyə meyillidir. Söhbət əsasında məlum olur ki, ancaq idarə eləmək istəyirlər. Axı, lider olmaq üçün öncə işçi olmaq lazımdır. Hansısa müəsisəni idarə eləmək asan məsələ deyil. Bu barədə gəncləri necə istiqamətləndirirsiniz?

- Müəyyən formalaşmış trendlər var ki, insanların beyninə hopub. Amma yanlışdır. Bunun əsasında psixoloji mexanizimlər dayanır. Yaxşı danışmaqla iş bitən deyil, hər şeydən əvvəl sənin toplumla normal ünsüyyətin olmalıdır. Əslində, karyeraya natiqlik ciddi təsir göstərən amillərdən biridir. Amma elə insanlar var ki, adam mükəmməl işlər görür, ancaq danışa bilmir. Və o adam hər hansısa  uğurlu ideyalar verə bilər. Hamını biznesə məcbur edə bilmərik.

Onda insanların çoxu niyə xoşbəxt olmağı bacarmır? Problemin kökü nədədir?

- Sualın bir sadə cavabı var. Əsas problem - biz kopyalayırıq. Düşünmədən kopyalayırıq.  Misal üçün, kimsə biznes qurubdur. Mən düşünmürəm ki, o adam biznesi necə qurub, biznesi qurmaq üçün nə qədər pulu olub. Bəlkə heç pulu olmayıb, sıfırdan başlayıb? Mən də düşünmədən o adam kimi biznes qurmaq istəyirəm və beləliklə düşünmədən kopyalamış oluram.

Orxan bəy, uğurlu insanların motivasiya üçün yazdığı bir sıra kitablar var. Və o kitabların çoxunda oxşar cümlə var. “Biz hər şeyi sıfırdan başladıq”. O kitabları oxuyan istənilən gənc istər-istəməz düşünür ki, mənim o insandan nəyim əksikdir. Mən də öz biznesimi sıfırdan başlayıb qura bilərəm. Nəticə, uğurusuz və məyusluq olur.

- Dediyiniz o kitabların çoxusu qərb cəmiyyətinə uyğundur. Bəyaq qərblə şərqi müqayisə elədim. Qərblə şərq arasında hələki fərqlər var. Qərbdə biri cəhd edib on min qazanırsa, biz min qazanacağıq. Şərt və şəraitlər dəyişkəndir. Məsələn, qərbdə atasız uşağın sosial cəhətdən problemi həll oluna bilər, dövlət də sığortalayacaq. Amma mənəvi tərəfdən həmişə atasına ehtiyacı olacaq. Şərqdə isə, götürək öz cəmiyyətimizi, vəziyyət tamam başqadır. Şəxsən mən valideyni yanında olmayan bir gənci, valideyni olan bir gəncdən daha çox üstün tuturam. Bilirsiz niyə? Çünki o adam daha çox düşünür. Əgər qohum-əqraba dayaq durmursa, onlar çətin şəraitdə nələrəsə nail olurlar. Strateji düşüncədir, sistemli düşüncədir, belə gənclərdə daha çox hiss olunur.

Liderliyin özü nədir?

- Liderlik əslində özünü idarə etməkdir. Şərt o demək deyil ki, gedib kimisə və ya kimlərisə idarə edib, lider olduğunu sübut edəsən. Təəssüflər olsun, bizdə bunu çoxları bu cür başa düşür. Mən Azərbaycanı heç vaxt Avropayla müqayisə eləmirəm. Bizim Avropaya çatmağımıza hələ var. Amma gənclərimiz davamlı özlərinə yatırım edərək özlərini inkişaf etdirsələr, çox yaxşı irəliləyişlər ola bilər. Bizdə bəhanələr də çoxdur. Bir gənc kitab almaq istəyir, yetərincə pulu yoxdur. Evdə oxuduğu hansısa kitabı satıb, istədiyi digər kitabı ala bilər. Yəni, bəhanələrdən çox, variantlar həmişə var.

Üç-dörd dil öyrənən savadlı gənclərimiz var ki, dediyiniz variantlardan istifadə edib, uğur qazanmaq üçün uğursuzluqlar yaşayıblar, amma karyera qura bilmirlər. Sizcə, səbəb nədir?

- Ona görə karyera qura bilmir ki, sistemli yanaşmır. Deyirsiz üç-dörd dil bilir. Bu da mübahisəli məsələdir. İki gənci gəlin müqayisə edək. Biri ingilis dilini bilir, danışır. Digəri isə ingilis dilində ancaq çox söz öyrənib, danışa bilmir. Amma dili mükəmməl bilən adam bir dəfə kitab üzü açıb oxumur. Ancaq digəri oxumağa çalışır. İkinci gənc birinci gəncdən bilik əldə etmək və entuiazm baxımından üstündür.

Bəzi şirkətlər işçi götürəndə  ingilis və rus dilini tələb edir. Baxırsan ki, işdə o dillərin heç birindən istifadə olunmur. Onda bu şərtlər nəyə lazımdır?

- Düzdür, elə şirkətlər var. İşçilər öz aralarında rus dilində danışırlar.  Şirkət o şərtləri adamın öz inkişafı üçün istəyir. Xarici dilləri bilən adam şirkətdə üstünlüyə sahib olacaq. Şəxs özünü inkişaf elətdirirsə, bu işdə də özünü göstərəcək. İkincisi, adam özünə sual verməlidir. Mən dörd il təhsil aldığım müddətdə nə etdim? Hamımız yaxşı bilirik, təhsilimiz o qədər də effektli deyil. Hamısı mənasız dərs sistemidir, konkret heç nə öyrədilmir, çoxunda təcrübə yoxdur. Əsas təcrübə və nəticə olmalıdır. Adam üç il işləyirsə, eyni işi hər gün görüb fərqli heç nə eləmirsə, biz deyə bilmərik, onun təcrübəsi var. Fərqli-fərqli işlər təklif eləyən gənclər də özlərinə əziyyət verən insanlardır. Komfortluqla nəysə əldə eləmək mümkün deyil. Dünyada elə bir mexanizm yoxdur ki, sizi bir yerdən götürüb başqa yerə qoysun. Bütün sualların cavabı insanın özündədir. Davamlı və sistemli inkişaf lazımdı.

Bəs, Orxan üçün uğurun açarı nədir?

- Mənim üçün uğurun açarı odur ki, başqalarının etmədiyini etdiyindən artıq eləməlisən. Əgər başqalarının etdiyini edib, fərqli nəysə yaradacaqsansa, ona da sahib çıxmağı bacaracaqsan. Və ölkəndə uğur qazanmaq üçün isə bəzi dəyərlər var, hörmət eləməyi bacarmalısan. Demirəm mənasız adətləri mütləq eləməlisən, yox, dəyərləri dəyərləndirməli bacarmalısan. Bizi biz eləyən bizim dəyərlərimizdir. Dəyərlərdən sonra məqsədlərimiz, sonra missiyamız gəlir.

Aydın məsələdir, dəyərlərlə adət-ənənələri çoxu səhv salır. Siz dəyərlər deyəndə, nəyi nəzərdə tutursuz?

- Dəyərlər həyati strukturumuzdur. Dəyərlərimiz bizi biz edəndir. Bu mənim öz şəxsi fikirlərimdir. Mənim həyati dəyərlərim öyrənmək, inkişaf etmək və hər bir Azərbaycan insanına faydalı olmaqdır. Dəyər hər kəsin Spesifik özünə aid bir şeydir. Kimdə ailə ola bilər, kimdə karyera, kimdə sevgi.

Orxan, fikir vermişəm, bizdə gənclərin çoxu avtoritetlərin həyatına həsəd aparırlar. Elə bilirlər, o həyat daha yaxşıdır. Olubmu, o cür davranan gəncin düşüncələrini kökündən dəyişəsiz, inkişafa meyilli edəsiz?

- Olub. Bir şey də var ki, biz insanları yenə də olduğu kimi qəbul eləməliyik. Bizim səhvimiz insanları bir-birindən müqayisə eləməkdir. İnsanları fərqlilikləriylə qəbul edə bilmirik. Bir insan ola bilər ki, lotu kimi danışsın, bu o demək deyil o cür həyat tərzi yaşayır. Addımlarını ona görə atırsa, heç kim qarışa bilməz. Təbii ki, hər işdə həddini və yerini bilən insan uğurlu olacaq. 

Söhbətləşdi:Şəfaqət Cavanşir

Goyce.az


Etiket:
Xəbərlər

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023
Bütün xəbərlər