Tarix xəbər verir ki, Makedoniyalı Aleksandr m.ö.331-cı ildə Qavqamel yaxınlığında III Daraya (m.ö.336-330) qəti qələbə çaldı və Persepolu atəşə verərək, Maday imperiyasının Pers-Əhəməni sülaləsinin (m.ö.550-330) səltənətinə son qoydu.
Bundan sonra yunanlı fateh qarşısıalınmaz ildırım sürətilə Orta Asiyaya yürüşə başladı. O,Turan çöllərinin dərinliklərinə doğru istiqamət alanda burada ayrı-ayrı adlar altında məskən salmış saysız qohum türk tayfaları vahid hərbi ittifaqda birləşərək istilaçı yunan ordusunun qarşısını kəsdilər və düşmənin üzünü Hindistan torpaqlarına doğru istiqamət almağa məcbur etdilər.
Makedoniyalı Aleksandr “Böyük Şərq” yürüşündən m.ö. 324-cü ilin mart ayında Hindistandan Babilə qayıtdı. Böyük fateh “Maday imperiyası”nın indiki Orta Asiyanın cənubundan başlayaraq, Ön Asiyanı və Ön Qafqazı əhatə edən coğrafiyanı “Böyük Maday” və “Kiçik Maday” adı ilə iki nəhəng inzibati bölgəyə ayırdı.
“Böyük Maday” coğrafiyasında fatehin yavəri, görkəmli sərkərdə Selevkin şərəfinə 300 illik “yunan Selevk” imperiyasının əsası qoyuldu.
Makedoniyalı Aleksandr Yekbatandan başlayaraq, tarixi yürüşdə onunla çiyin-çiyinə Maday-Alban ordusunun komandanı kimi sədaqətlə iştirak etmiş cəsur döyüşçü, müdrik dövlət adamı babamız Atarpatı m.ö. IV əsrin 20-ci ilinin sonunda “Kiçik Maday”a hökmdar təyin etdi və onun sülaləsinə “çarlıq” titulu verdi. Sonralar ölkə babamız çar Atarpatın şərəfinə “Atarpaten” adıyla Azərbaycan türklərinin ən qədim dövr tarixində qan yaddaşına çevrilmiş oldu.
Yunanlı fateh m.ö.323-cü ilin baharında ağır xəstəlikdən Babildə vəfat etdi.
Mövzumuzla əlaqədar qeyd edək ki, “Böyük Maday”ın – Selevk-yunan imperiyasının Şərq əraziləri Orta Asiyanın cənubunda Kırkan (indiki Xəzər) dənizinin sahillərində yerləşmiş Part ölkəsindən başlayaraq, əhalisi türklər olan qonşu Ariaini (“Arilərin ölkəsi”), Soqdia, Baktiriya ölkələrini əhatə edirdi. Yunan hersoqu Andraqorasın iqamətgahı Part ölkəsində yerləşirdi. Hersoqluğun şimal qonşuluğunda Kırkan dənizinin ləpədöyənindən Oksa (Ceyhun, indiki Amu-Dərya) çayının sahillərində hüdudlanan geniş Turan çöllərində ayrı-ayrı adlarda (Strabon) saysız türk tayfaları yaşayırdılar. Bu tayfalardan biri də Maday imperiyasının banisi Dayekun mənsub olduğu hərbiləşmiş Day tayfaları idi. Daylar tarixin bir çağında yaxın qohumları olan Barani eli ilə birlikdə Böyük Köçlə Ön Asiyadan gəlib, Orta Asiyada qohum tayfaların arasında məskunlaşmışlar. Haqqında söhbət gedəcək Başbuğ Arsak da Dayların nəsil budağı olan Parn tayfaları arasından çıxmışdı. Siyasi məqsədlə nəsillərimizə unutdurulmuş təkzibedilməz bu tarixi həqiqət bir daha sübut edir ki, ümumtürk epoxasının ayrı-ayrı yüzilliklərində Maday və Part imperiyasının əsasını qoymuş Başbuğlar vahid qüdrətli hərbçi türk tayfa ittifaqının ən yaxın qohum qollarına mənsub görkəmli sərkərdələr olmuşdular.
Babalarının hərbi döyüş ənənələri üzərində öz həyat tərzini yaşayan Parn tayfa ittifaqının yeni nəsil Başbuğu Arsakın komandanlığı altında m.ö. 250-ci ildə Oksa çayının sahillərindən, başqa sözlə, azad Turan çöllərindən qarşısıalınmaz güclü axınla qədim türk torpağı olan Part ölkəsində yerləşən Selevk-yunan satraplığına hücum etdi.
Arsak ağır döyüşdə yunan hersoqu Andraqorası öldürdü və onun ordusunu qılıncdan keçirdi, ata-baba ölkəsinə sahib oldu. Bundan sonra Arsak Part hersoqluğuna tabe olan Selevki satraplıqlarını – Ariaini, Soqdia, Baktiriya, habelə Hırkan (Alban, Kaspi, Xəzər) dənizinin cənub-şərq sahillərində yerləşən Hırkan ölkəsini işğaldan azad etdi. Bununla da ümumtürk tarixinin 475 illik (m.ö.250, m.s.225-ci illər) qədim Parn Türk tayfa ittifaqının səltənət tarixinin əsası qoyuldu. Ümumtürk tarixinin bu dövrü onun banisi Başbuğ Arsakın şərəfinə dünya tarixində “Arsaklılar”, yaxud qədim yunanların “Parfiya” adlandırdıqları “Part” ölkə adı ilə qeydə alındı.
Alman tarixçisi Ö.Mommsen öz üçcildlik monumental əsərində Arsaklı çar sülaləsi haqqında danışarkən onların mənsub olduqları Parn tayfalarının indiki Xəzər dənizinin cənub-şərq sahillərində yaşadıqlarından və onların Turan soyundan olduqlarından bəhs edərkən yazır: “Onlar Turan Arsaklılar hakimiyyəti yaratdılar, lakin yüz ildən sonra tanındılar.”
M.ö.160-139-cu illərdə Arsaklı çarı olmuş I Mitradat (“Avesta”da şimşək-ildırım tanrısı Mitranın şərəfinə. Başqa xalqların ədəbiyyatında “Mitridat”) Baktiriya və Sind (Hind) boylarından başlayaraq, qarşısıalınmaz sürətlə Bağdad torpaqları istiqamətində irəliləyir, saysız mahal, şəhər və ölkələri işğal edir. O, m.ö.140-cı ildə Selevki çarı II Demetri Nikatoru açıq döyüşdə məğlubiyyətə uğradır və onun Dəclə çayı sahilində yerləşən mərkəzi şəhəri Selevkiyanı, bununla da bütün Mesopotamiyanı Part imperiyasının siyasi-inzibati ərazisinə daxil edir. I Mitradat Kiçik Asiyada Kapadokiya və Frat (Fərat) çayınadək olan əraziləri də yunan-Selevki işğalından azad edir. Yunan işğalçılarının əlində şimali Suriya və Kilikiya qalır. I Mitradat bununla da Part imperiyasının hüdudlarını Orta Şərqə və Anadolu torpaqlarına doğru genişləndirmiş olur.
Qədim türk tarixinin görkəmli mütəxəssis alimi Zvelin Klenqel – Brandt da m.ö.140-cı illərdə baş vermiş tarixi hadisələr barədə yazır: “Bizim eranın 140-cı ilində parfiyalılar (partlılar.- Ə.T.) indiki İrandan Mesopotamiyaya hücum edib, Babili işğal etdilər. Onlar dağıdılmış nəhəng binaların yerində Ktezifont mərkəzi şəhərini saldılar, Babil çarlarının saraylarını yerlə-yeksan etdilər.”
Görkəmli alim X. Treydler yazır ki, bundan sonra Mesopotamiya 300 ildən artıq Arsaklı çarlarının hökmranlığı altında qaldı. Onların mərkəzi iqamətgahı indiki Bağdadın yaxınlığında Ktesifon (ərəblər bu şəhərə “Mədain” dedilər. Mədain sasanilərin dövründə perslərin mərkəzi şəhəri olmuşdur) şəhərində yerləşirdi.
Qədim Şərq tarixinin araşdırıcısı Filip Qyuiz Arsaklıların Ön Asiya tarixini araşdırarkən yazır: “Parfiyalılar (partlılar.- Ə.T.) II Mitradatın (m.ö.123-88) dövründə birinci dəfə Armeniyaya (Arme-Mtsibin) hücum etdi və öz hakimiyyətini Fratın (Fəratın) yuxarı hissəsinədək genişləndirdi.”
Mövzumuza aydınlıq gətirmək üçün Filip Qyuizin fikrinə tarixi kontekstdən yanaşaq.
Mötəbər mənbələrdən məlumdur ki, Krım yarımadasından dəniz yolu ilə Anadolu torpaqlarına gəlmiş Tavr türk tayfalarının adını yaşadan Tavr dağ silsiləsinin (erməni tarixçiləri bura süni olaraq, “Armeniya” dağ silsiləsi deyirlər) hündür zirvəsində yerləşən assuriya yazılarında “Şupria” adı ilə qeydə alınmış kiçik bir ölkə Biaini çarı Ursun (m.ö.605-585) tərəfindən işğal edildi. Şuprianın yerləşdiyi coğrafiyaya işarə olaraq, biainilər onu öz dillərinə uyğun olan “Arme”, yəni “Hündür ölkə” adı ilə tarixə nişan verdilər. Ölkənin Azərbaycan türklərinin Anamayasında iştirak etmiş qədim yerli əhalisi olan Mar tayfaları tarixin bir çağında Urmiya gölü ətrafından gəlib, bu dağın əlçatmaz zirvəsində məskunlaşmışdılar. Bu ölkəni “Armeniya” adlandıran Filip Qyuiz heç də təsadüfi deyildir ki, “Armeniya” sözünün qarşısında “Arme-Mtsibin” toponimlərini qeyd edir. Müəllif bununla da rusdilli ədəbiyyatda işlədilən “Armeniya” anlamının erməni tarixçilərinin saxta iddiaları ilə heç bir əlaqəsi olmadığını, onun mənşəyinin Mar əhalisinin “Arme” ölkə adı ilə əlaqəli olduğunu tarixi aydınlıqla aşkara qoymuş olur. Qeyd edək ki, “Arme” toponimi ayrı-ayrı xalqların ədəbiyyatında müxtəlif şəkillərdə, formalarda işlədilmişdir. Bu barədə ayrı-ayrı kitablarımda geniş araşdırmalar aparılmışdı.
Mötəbər mənbələrdən məlumdur ki, Selevk-yunan çarı III Antioxun (m.ö.223-187) dövründə “Suriya çarlığı”nın tərkibində canişinlik olmuş Arme yunan “strateqi” (“komandanı”) Artaksi (Strabon) tərəfindən idarə edilirdi. M.ö.190-cı ildə III Antiox romalılar tərəfindən məğlub edildikdən sonra tarixi şəraitdən müdrikcəsinə istifadə edən Artaksi (m.ö.188-145) Arme canişinliyini m.ö.188-ci ildə müstəqil çarlıq elan etdi. O, iqamətgahını Filip Qyuizin işarə etdiyi Mtsibin şəhərində yerləşdirdi. Kilsə anonim keşiş M.Xorenatsi də “Arme çarlığı”nın banisi Artaksiyə (Strabon) “Atarpaten əsilzadəsi Mar Artaşes”- deyəndə, Artaksinin haylarla (ermənilərlə) heç bir əlaqəsi olmadığını, onun Atarpaten hökmdarı Atarpatın çar sülaləsi ilə ilişikli Mar tayfa əhalisinə mənsubiyyətini etiraf edir. Strabon yazır ki,Artaksi “kiçik Arme ölkəsini qonşu torpaqları hesabına genişləndirmişdi.”
Mötəbər mənbələrdən məlumdur ki, Artaksi Anadolu torpaqlarından başlayaraq, Ön Qafqaz Oğuz Albaniyasının torpaqlarını işğal etmiş, “kiçik çarlığın” hüdudlarını Alban dənizinədək genişləndirmişdi. Bu hadisədən sonra Mar sərkərdəsi Artaksi Oğuz Albaniyasının cənubdan Dərəşamdan Alban dənizinə, şimaldan Pont dənizindən (Qara dəniz) Dərbənd torpaqlarını əhatə edən geniş coğrafiyanı altı inzibati əraziyə (Strabon) bölmüşdür. O, bununla ümumtürk tarixinin 200 (m.ö.188-m.s.10-Fəxrəddin Kırzıoğlu) illik Artaksilər (bəzi erməni tarixçilərində “Artaşesidlər”) epoxasının əsasını qoymuşdur. Bu tarixi həqiqət sübut edir ki, “Arme çarlığı”nın banisi Artaksi də, onun varisi Artavast və nəvəsi Tiqran da erməni kilsəsində anonim keşiş M.Xorenatsinin adına üç türk dövlətinin (Biaini, Arme, Part) mifoloji və filoloji ədəbiyyatı əsasında tərtib edlmiş “Armeniya tarixi”ndə “erməniləşdirilmişdir”. Bu tarixi fakt bir daha sübut edir ki, erməni tarixçilərinin əsrlərdən bəri siyasi məqsədlə uydurduqları, lakin bəşər tarixinin tanımadığı nə “Armeniya”, nə “Kiçik Armeniya”, nə də “Böyük Armeniya” adında mifik “armyan” “dövlətləri” olmuşdur. Ermənilərin də Azərbaycan türklərinin Anamayasında iştirak etmiş nə Mar tayfaları ilə, nə də Başbuğ Artaksi (M.Xorenatsidə “Mar Artaşes”) ilə heç bir soy-kök əlaqələri yoxdur. Araşdırmamızın mahiyyəti ilə bağlı onu da xatırladaq ki, Arsaklıların yürüşünədək tarixin bu çağında hər hansı mənbədə Oğuz Albaniyasının ərazisində nə “Qarabağ”, nə də “Arsak” adında toponimlər qeydə alınmamışdır.
ARDI VAR…
Professor Əjdər Tağıoğlu, “Turan Araşdırma Mərkəzi” -nin sədri.
Sənətin seçdiyi adam – şəhid Həmdəm Ağayev
21.01.202120 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi
20.01.2021Yüz il əvvəlin məqaləsi – Məşhur Azərbaycan marşı
15.01.2021Vətən müharibəsinin xanım şəhidi Arəstənin büstü hazırlandı
12.01.2021MN 2841 şəhid haqda məlumatları açıqladı - Yeni siyahı
12.01.2021SƏYYAD VƏLİOĞLUNUN ÇAP OLUNMAYAN ŞEİRLƏRİ
10.01.2021Yurd hekayəsi
09.01.20213 aydır ki, ailəsi Aydından xəbər ala bilmir... - Fotolar
08.01.2021II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı
08.01.2021Əsgərin yanında olan general-mayor
02.01.2021Tofiq Şahmuradov - "Müharibə xatirələrimindən"
01.01.2021Yazıçı Prezidenti təbrik etdi
“Əfsuslar olsun ki, müharibədən sonra da şəhidlərimiz var”
31.12.2020Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Sergey Danilyan
31.12.2020Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
31.12.2020Füsunkar Vejnəli, 27 il sonra Qubadlıyla baş tutmayan görüş, “Jiquli”də gəzən divan və 4 erməni diversant - YARIMÇIQ REPORTAJ
30.12.2020Xankəndidə teatr çıxaran “artistlər” – aktrisa Janna Qalstyan alt paltarında qumbara gəzdirirmiş
28.12.2020Bir gölün dəniz dərdi
26.12.2020 26.12.2020Prezidentin təltif etdiyi general Tofiq Hüseynov kimdir?
26.12.2020Qarabağın fatehi
24.12.2020Prezidentdən həqiqi hərbi xidmətlə bağlı
23.12.2020Xankəndinin qatil həkimləri – ağ xalatlı cəlladlar
21.12.2020Ermənilər Ağdam məscidini buna görə dağıtmayıbmış...
19.12.20207 mindən çox hərbçi təltif edildi
Vətən müharibəsində şəhid olan həkimlərin sayı açıqlandı
18.12.2020Xüsusi təyinatlıların şəhid komandirinin son arzusu: “Dilqəm Əsgərovu azad etmək istəyirdi”
17.12.2020Əsir düşməmək üçün son gülləsini özünə vuran şəhid gizir - Fotolar
16.12.2020Prezidentin təltif etdiyi şəhid müəllimlərin adları - Foto
16.12.2020Şahbaz Quliyev və Dilqəm Əsgərov Vətənə gətirildilər - Foto
14.12.2020Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 17 il keçir.
12.12.2020Özümə dost hesab etdiyim Heydər Əliyevin ruhu qarşısında baş əyirəm – Şakir Göyüşov
12.12.2020ARZUSUNA ÇATAN ŞƏHİD
07.12.2020Cavidin nəşi üçün gedəndə Bəylər Eyyubov bacımın rəhmətə getdiyini dedi” - Fotolar
04.12.2020Bərdədə doğulub, Zəngilanda şəhid olan, Ağdamı görməyən ağdamlı
03.12.2020Laçınım, Laçınım mənim...
02.12.2020Vətən müharibəsi iştirakçılarına veriləcək medallar - Fotolar
01.12.2020Ermənilər Ağdamda məscidi də yandırıb - Fotolar
30.11.2020Suqovuşan və Talışa çəkilən yollardan yeni - Fotolar
30.11.2020Zəngəzur məsələsi aktuallaşır: Kompensasiya
30.11.2020Həyat yoldaşını və işini eyni gündə itirən Xalq artisti haqda - Faktlar+Fotolar
28.11.2020Demarkasiya gündəmdə ! - “Sərhəd xətləri yenidən müəyyənləşməlidir”
28.11.2020Səfir MARAQLI FAKTLARI AÇDI: Rəsmi hissədən sonra Əliyev Köçəryana dedi ki... - FOTO
26.11.2020Ağdamla birlikdə Milli Qəhrəmanın məzarı da azadlığa qovuşdu - FOTO
26.11.2020İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - FOTO
Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub - RƏSMİ
25.11.2020Azərbaycan ordusu Kəlbəcərə yola düşüb
Şuşaya çəkilən yoldan fotolar
24.11.2020Ermənistan Əsgəran qalasının görkəminə ciddi zərər vurub
Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.
24.11.2020